Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə76/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   72   73   74   75   76   77   78   79   ...   91

272
 
 
Siz kimsiniz, “general Əli bəy?” 
 
Tanıtma:
Qasımov  Əlövsət Zöhrab oğlu, 1961 - ci ildə 
Ermənistanın Vedi rayonunun Yengicə  kəndində anadan 
olub. 1988-ci ildə ermənilər tərəfindən öz doğma yurd- 
yuvalarından qovularaq Tərtər rayonunun Bəyimsarov 
kəndində məskunlaşıblar. 
 
-  Əli bəy, Sizin haqqınızda çox eşitmişəm. Müharibənin ilk 
günlərində, yəni 1988- ci ili nəzərdə tuturam, özünü müdafiə 
üçün kənd cavanlarından ibarət könüllü dəstələr 
yaradılmasına başçılıq etmisiniz. Bildiyimizə görə, o vaxtlar 
Vahid mərkəzdən idarə olunmayan bəzi könüllü dəstələr 
kortəbii  şəkildə, qeyri-ciddi, intizamsız formada fəaliyyət 
göstərirdilər. Sizin yaratdığınız dəstələrdə necə, nizam- 
intizam qaydalarına əməl edilirdimi? 
 
-   Düz deyirsiniz, Camal müəllim, o vaxtlar kim gəldi özü 
üçün kiçik silahlı dəstələr yaradırdı. Bəzi dəstələrin məqsəd və 
niyyətləri heç də torpağı qorumaq, Vətəni müdafiə etmək 
deyildi. Nəsə, belə  dəstələr artıq hamıya məlumdur. Onlardan 
heç danışmağa dəyməz, çünki o cür adamlar millətimizə 
ləkədir. Bizim könüllü dəstələr isə zərurətdən yaranmışdı. Belə 
ki, erməni yaraqlıları tez-tez kəndlərə hücum edir, mal-qaranı 
yığışdırıb aparır, adamları isə girov götürürdülər. O zaman 
kəndimizin müadfiəsi üçün 15 nəfər milis işçisi ayrılmışdı. 
Əlbəttə, yaxşı silahlanmış erməni yaraqlılarının qarşısında bu, 
çox cüzi bir qüvvə idi. Ona görə  də  mən Aydın Qasımovun 
məsləhəti ilə  /Ədliyyə Nazirliyi Məhkəmə  Qərarlarının  İcrası 
Baş  İdarəsinin rəisi, general-mayor Aydın Qasımov nəzərdə 
tutulur-C.Z/ kənd cavanlarından 85 nəfər seçərək 
özünümüdafiə  dəstəsi yaratdım. Bir müddət onlara silahı 
söküb-yığmağı öyrətdim. Hədəfə nişan alma qaydalarını 


273
 
 
öyrətdim. Sonralar bu dəstə erməni dığalarına qan uddurdu. 
Mən həmin uşaqlarla 1989-cu ildən 1993- cü ilin avqust ayına 
kimi ermənilərə qarşı necə lazımdır döyüşmüşəm. 1993-cü ilin 
avqust ayında Ağdərə bölgəsində Akop-Komari kəndi uğrunda 
gedən döyüşlərdə böyrəyimdən yaralandım. Məni Goranboyun 
hospitalına gətirdilər. Orada həkimlər böyrəyimin birini 
çıxartdılar və 45 gün müalicə olundum. Hospitalda müalicə 
olunduğum zamanda döyüşçü dostlarımdan xəbər tuturdum. 
Kimin  şəhid olması, kimin yaralanması, kimin sağ qalması 
barədə məlumat əldə edirdim. 
 
-  Əli bəy, necə oldu ki, Siz naməlum  şəhidləri 
müəyyənləşdirdiniz, özü də 950 nəfər şəhidi? 
 
- Hospitalda müalicə olunduğum vaxt döyüş zonasında çoxlu 
meyit gətirdilər və onların hamısını naməlum  əsgər adıyla 
Tərtər qəbiristanlığında basdırdılar. Mən bunun düzgün 
olmadığını özlüyümdə müəyyən etdim. Çünki sabahısı gün 
ölənlərin valideynləri öz övladlarını axtaracaqdılar. Ona görə 
də mən gizlicə gecələr həmin şəhidləri qəbirdən çıxarıb onların 
bir-bir  əlamətlərini özümçün qeyd edirdim, şəklini çəkib ayrı 
yerdə cərgə ilə basdırırdım və qəbirlərinin üstünə də nişangah 
qoyurdum. Bu yolla onların naməlum adı altında dəfn etdikləri 
87 şəhidin şəxsiyyətini müəyyənləşdirdim. 
 
- Bəs necə oldu ki, özünüzü “general Əli bəy” adlandırdınız? 
 
- Mən bu işimi davam etdirdim. Döyüş mövqeyində  həlak 
olmuş  şəhidlərimizi oradan çıxarıb yenə  əlamətlərini və 
şəxsiyyətlərini müəyyən etdikdən sonra Tərtər 
qəbiristanlığında dəfn edirdim. Uşaqlardan birisi bunu bir dəfə 
görüb mənə: “Səndə  əsl general ürəyi var”, dedi. Bu sözdən 
sonra özümü “general Əli bəy” adlandırmağa başladım. Bəzən 
döyüş mövqeyində qalmış meyidləri götürmək lazım gəlirdi. 


274
 
 
Kimə müraciət edirdimsə, əhəmiyyət vermirdilər. Ona görə də 
RİH başçısına zəng edib əmr  edirdim: “Danışan general Əli 
bəydir!  Şəhidləri bükmək üçün təcili polietilen və maşın 
göndərin!”  Əlbəttə, maşının hara göndərilməsinin dəqiq 
ünvanını deyirdim. Sağ olsunlar ki, general Əli bəyin  əmrini 
dərhal yerinə yetirirdilər. Bu yolla Şəki, Ağsu, Yevlax, 
Mingəçevir, Qazax, Masallı, Lənkəran, Göyçay, Astara və 
digər rayon İHB-na zəng edib yaralıları  və  şəhidləri lazımi 
ünvanlarına çatdırılması üçün maşın göndərmələrini tələb 
edirdim. Beləliklə, 20 dəfədən çox rayon komissarlığına, 
Respublika Hərbi Komissarlığına, Müdafiə Nazirliyinə  zəng 
edib onlardan şəhidləri bükmək üçün polietilen, tabut, maşın və 
ya vertolyot göndərmələrini tələb etmişəm. Bütün əmrlərim də 
yerinə yetirilirdi. Bu yolla mən hərbi hissəyə 39 ton benzin 
qənaət etdim. Bəzən elə olurdu ki, döyüş mövqeyindən 
meyitləri götürmək mümkün olmurdu. O vaxt Naxçıvanda 
Heydər  Əliyevlə görüşəndə  mənə “gecə görən” binokl 
vermişdilər. Gecəykən meyitləri döyüş mövqeyindən 
çıxarılmasında bunun köməyi çox oldu. 
 
-  Bildiyimizə görə, ermənilər meyitlərlə  də amansız rəftar 
edirdilər, onları eybəcər hala salmışdılar ki, əsgərlərimizdə 
vahimə yaratsınlar, onların döyüş  əzmini hər vasitə ilə 
qırmağa çalışsınlar. 
 
-  Tamamilə doğru deyirsiniz. Onlar meyitlərimizi eybəcər hala 
salırdılar; kimisinin qolunu, kimisinin qıçlarını, kimisinin 
başını  kəsir, gözlərini çıxarırdılar, kimisinin dərisini 
soyurdular. Çox vaxt isə meyitlərin altına mina qoyurdular ki, 
götürəndə partlasın. Açığını deyim ki, ilk dəfə döyüşə girən 
əsgərlər meyitləri bu halda görəndə “Ay dədə, bizi də bu günə 
qoyacaqlar”,- deyə  bəziləri döyüş mövqeyindən qaçmağa 
məcbur olurdular. Buna görə  də  təzə  əsgərlər bu dəhşətli 
mənzərələri görməsinlər deyə meyitləri bacardıqca tez döyüş 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə