Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə84/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   80   81   82   83   84   85   86   87   ...   91

298
 
 
rədd edir, işdə isə əslində yenə də ondan istifadə olunur. Bunun 
da nəticəsində bəzi elmi tədqiqatlarda köhnəlik ruhu və nəfəsi 
hələ  də qalmaqdadır. Bizcə  ən yaxşı metoldologiya obyektiv 
reallığın düzgün əks etdirilməsi, konkret faktlardan ədalətlə 
istifadə edilməsi metodudur. 
 
-  Bu günlərdə “Milli ideya və milli ideologiya: problemlər və 
onların  şərhi” adlı kitabınız çapdan çıxmışdır. Siz bu 
problemin vətənpərvərliklə nisbətinə necə baxırsınız? 
 
-  Hər bir millətin özünə  məxsus ideyaları olur. Dostayevski 
yazırdı ki, ideyasız nə millət, nə də ki, şəxsiyyət mövcud olur. 
Bizim milli idealımız bilavasitə  vətənpərvərliklə bağlıdır. 
Vətənpərvərlik mürəkkəb social-siyasi bir fenomendir. O, ayrı-
ayrı regionların vahid şüurda birləşdirilməsidir.  
Azərbaycan vətənpərvərliyi azərbaycanlı milli ideyanın tərkib 
hissəsidir. Onun qarşısında duran məqsəd Azərbaycanın 
vəhdətini,  ərazi bütövlüyünü qorumaq, onun səadəti üçün 
çalışmaqdır. Prezident H.Əliyevin göstərdiyi kimi, 
vətənpərvərlik yalnız cəbhədə silah götürüb vuruşmaq deyil. 
Əgər hər bir vətəndaş öz üzərinə düşən vəzifənin öhdəsindən 
layiqincə  gəlirsə, elə bu da bir vətənpərvərlikdir. 
Vətənpərvərlik akademik bir məsələ kimi öz tədqiqini, ideoloji-
siyasi bir problem kimi isə öz təbliğini və adamlara 
aşılamasını, onların düşüncə tərzinə çevrilməsini tələb edir. Bu 
baxımdan sizing yazdığınız  “Ölümlə üz-üzə” kitabı da çox 
gərəklidir. Ondan vətənpərvərlik tərbiyəsində geniş  şəkildə 
istifadə etmək olar. Azərbaycan yazıçılarının və  şairlərinin, 
xüsusən maarifçilərin vətənpərvərlik mövzusunda qoyub 
getdikləri zəngin irs bu sahəyə çox lazımdır. Onlar daim təbliğ 
olunub öyrənilməlidir. Biz hər  şeydən  əvvəl, azər-
baycanlılaşmalıyıq. “Biz vətən üçün, vətən bizim üçün” 
şüarını, gənclərin dünyagörüşünə çevirməliyik.  


299
 
 
 Vətənin bütün maddi və  mənəvi nemətlərindən gen-boluna 
istifadə edə bildiyimiz kimi, onun rifahı naminə  də çalışmağı 
bacarmalıyıq. 
 
-Əlikram müəllim, Siz dediniz ki, rəhbərlik etdiyiniz şöbənin 
elmi tədqiqat işləri  əsasən keçid dövrünün social-siyasi 
problemlərinə  həsr olunmuşdur. Çoxlarında ümumən bu 
dövr haqqında təsəvvürlər qeyri-məyyən xarakter daşıyır. 
Ümumiyyətlə, bu problemlərin tədqiqinin Azərbaycan üçün 
nə verə biləcəyi haqqında Sizin fikirlərinizi  bilmək istərdik? 
 
-  Hər  şeydən  əvvəl,  şöbəmiz haqqında məlumat vermək 
istərdim. Bilirsiniz ki, bizim İnstitut  əvvəllər Milli 
Münasibətlər  İnstitutu adlanırdı. Bu ildən başlayaraq 
cəmiyyətimizdə grdən social-siyasi proseslərlə əlaqədar olaraq 
İnstitutun adı  dəyişdirilib Beynəlxalq Münasibətlər  İnstitutu 
olmuşdur.  İnstitutda bu yeni ada uyğun yeni struktur 
dəyişiklikləri həyata keçirilmiş,  əlavə yeni şöbələr açılmış, 
bizim şöbənin də adı bu proseslərə adekvat surətdə dəyişilərək 
“Millətlərarası social-siyasi proseslər” adlandırılmışdır. Biz 
indi burada millətlər və dövlətlər arasında yaranmış yeni 
nisbəti, milli təhlükəsizlik problemlərini, geosiyasi problemləri 
və s. məsələləri öyrənirik. Bu çıxışımdan istifadə edərək bir 
məsələni də qeyd etmək istərdim. Bizdə aspirantura və 
dissertantura fəaliyyət göstərir. Bizim aspirantlar və 
dissertantlar dissertasiyalarını tamamlayıb müxtəlif müdafiə 
şuralarına üz tuturlar. Açığını deyim ki, çox vaxt elə bu 
şuralarda da bir növ “ilişib qalır” və  nəticə göstərə bilmirlər. 
Yaxşı olardı ki, Akademiya rəhbərliyi və AAK bu çatışmazlığı 
aradan qaldırıb institutda müvafiq ixtisaslar üzrə müdafiə 
şurası yaratsınlar. Bu, İnstitutda gənc elmi qüvvələrinin boy 
artımı üçün çox faydalı olardı. Doğrudur, institutda işləyən 
alimlərin bir çoxu (eləcə  də  mən özüm) müxtəlif müdafiə 
şuralarının üzvləri kimi çoxsahəli fəaliyyət göstərirlər. Amma  
elmi işlərini tamamlamış  gənclər üçün bunların nə faydası? 
Yaxşı olmazmı ki, bugünkü elmimizin inkişafı naminə onlar 
üçün müəyyən şərait yaradılsın? 
 


300
 
 
-  Əlbəttə,  Əlikram müəllim, dediyiniz iradlarda bir həqiqət 
vardır. Bu gün nədənsə gənc elmi işçilərimizin qarşısına heç 
nədən sədd çəkməyə çalışırlar. Yəqin ki, elmimizin sabahı 
naminə xüsusilə bu işdə cavabdeh olan elmi təşkilatlar bu 
işlərin məsuliyyətini dərk edəcək və bundan sonra elmimizin 
inkişafı yolunda gecəsi-gündüzü olmayan əsl gənc elm 
fədailəri üçün də düşünməyə vaxt tapacaqlar. 
 
- Camal müəllim, elmimizin sabahına mən də böyük ümid 
bəsləyirəm. 
 
Əlikram müəllim,maraqlı müsahibə üçün Sizə təşəkkürümü 
bildirirəm. 
 
“Ziyalı” qəzeti, 1-7 sentyabr 2000 -ci il. 
 
 

Müsəlman müsəlmanın qardaşıdır” 
 
(Müsahibimiz Qafqaz Müsəlmanları  İdarəsi Elmi-Dini 
Şürasının sədr müavini, Azərbaycan Jurnalist Həmkarlar 
İttifaqının (AzərKİVİHİ) sədri, yazıçı-teoloq Oqtay 
Salamzadədir.) 
 
 
- Qafqaz Müsəlmanları  İdarəsinin Qazılar  Şurası region 
möminlərinin növbəti qurultayının keçirilməsi barədə  qərar 
qəbul edib. Şuranın iclasında Siz də  həlledici səslə  iştirak 
etmisiniz. Bu haqda bir qədər müfəssil məlumat almaq və 
oxucularımıza çatdırmaq istəyirik. 
 
-  İclasda Qafqaz müsəlmanlarının növbəti qurultayının 
çağırılması  təklifi hörmətli  Şeyxülislam Hacı Allahşükür 
Paşazadə  həzrətlərinin təsadüfi təşəbbüsü deyildi. Sadəcə 
olaraq, sonuncu qurultaydan beş il keçir və idarənin 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə