Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx


görə Sizin atanız, Bilas müəllim olub. Bu barədə  nə deyə



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə80/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   76   77   78   79   80   81   82   83   ...   91

285
 
 
görə Sizin atanız, Bilas müəllim olub. Bu barədə  nə deyə 
bilərsiniz? 
 
-  Yaxşı yadımdadır, o vaxt 11-12 yaşım olardı. Gəncə vilayəti 
yarandı  və  Gəncə vilayət Partiya Komitəsinə  rəhbərliyə 
rəhmətlik  İmam Mustafayevi irəli çəkmişdilər. Bir gün səhər 
gördüm ki, həyət qapısı döyülür. Qapını  mən açdım. Məndən 
soruşdular ki, bura Bilas müəllimin evidir? Dedim ki, bəli. 
Mənimlə söhbət edən maşının sürücüsü idi, maşında isə başqa 
bir adam oturmuşdu. Sürücü məndən atamı çağırmağı xahiş 
etdi. Atamı çağırdım. O, gələn qonağı görcək əvvəlcə tutuldu, 
sonra onları evə dəvət etdi. Qonaq etiraz etdi: 
-  Yox, sağ olun. Yolla keçirdim, dedim, görüm necəsiniz? 
Müəllim, mən sizin haqqınızda çox eşitmişəm. Gəlin, sizi 
H.B.Zərdabi adına APİ-yə rektor qoyum.  
     Atam dedi: 
-  Çox sağ olun, İmam müəllim. Mənim Sizə böyük 
hörmətim var. Ancaq mən kənddən  şəhərə  çıxa bilmirəm. 
Elə bu kənddə  işləyirəm, kənd balalarına azdan-çoxdan 
bilik öyrədirəm, bu mənim bəsimdir. 
İmam müəllim təəccüblə: 
- Müəllim, bilirsiz mən sizə  nəyi təklif edirəm? O 
böyüklükdə institutun rektorluğunu sizə verirəm. Bilirsiz , 
bu, nə deməkdir?- dedi. 
 Atam yenə etiraz etdi: 
-  Yox, mən orda işləyə bilmərəm, çünki mən heç elmlər 
namizədi də deyiləm. İkinci bir tərəfdən də, bizim kənddən 
ora elə  zəif uşqlar daxil olub oxuyurlar ki, ora getsəm, 
gərək onların hamısını  çıxardam o institutdan. Bunu mən 
bacarmaram. 
    Bu söhbətdən sonra katib atamla halallaşıb ayrıldı. 
    Bir dəfə məclislərin birində İmam müəllimlə görüşüb söhbət 
edirdim. Söhbət əsasında atamla olan görüşünü yadına saldım. 
O gülüb dedi: 


286
 
 
-  Görürsən, o zaman necə kişilər vardı. Amma indi sənin 
özünə vəzifə təşkil etsələr, dərhal gedərsən, hələ bir üstəlik 
rüşvət də verərsən.  
    Yəni bu misalı  çəkməkdə  məqsədim odur ki, mən belə bir 
ailədə tərbiyə almışam. 
    Camal  müəllim, ermənilərlə bağlı bir faktı da qeyd etmək 
istəyirəm. Oğlum yaxınlarda Amerikanın Baltomor şəhərində 
kinq-boks üzrə yarışda iştirak edirdi. Yarımfinalda Rumiyadan 
gələn bir oğlanla vuruşub. Oğlanı  dəfələrlə vurub yerə  sərir
ancaq hakim erməni olduğundan buna imkan vermir. Axırda 
oğlum dözə bilməyib hakimin boğazından tutub soruşur: 
-  Ayə, nə istəyirsən məndən? 
    O cavabında deyir: 
- Sən  Şadlinski nəslindənsən, heç olmasa, burada sizdən 
hayıfımı alım. 
    Belə bir hadisə Kiyevdə də olmuşdu. Yarımfinalda hərlədib-
fırladıb oğlumu erməiylə salırlar. Erməni eyni zananda Kiyevin 
çempionu idi. Oğlum  bütün hallarda rəqibi üzərində üstünlüyü 
ələ alıb. Ancaq hakim yenə  də erməninin tərəfini saxlayırdı. 
Oğlum deyir: “Gördüm, ata, durmusan qarşımda, mənə 
deyirsən: “Ay vicdansız,  əgər bu erməni dığasını nokautla 
udmasan, hakimlər səni uduzduracaq”. Bu sözlərdən sonra 
oğlum var gücüylə erməniyə birini ilişdirir və o, tirtap yerə 
uzanır. 
Görürsünüz də, hara gediriksə, ermənilər bizdən  əl 
çəkmirlər.Odur ki, bunlara qarşı ehtiyatımızı gərək heç zaman 
əldən verməyək. 
Qərbi Azərbaycandan deportasiya olunub qədim  Şəmkirin 
Çinarlı  kəndində  məskunlaşan ailələrdən biri də Bilas 
müəllimin ailəsi idi. 
 İllər ötür, Çinarlı  kəndində çinar boylu oğlanlar böyüyürdü. 
Onların arasında erməni dığaları da var  idi. Onlar  kənddə 
özlərini elə aparırdılar ki, elə bil Çinarlı onların atalarından 
qalmışdı. 


287
 
 
Vaqifin  ərköyünlüyü, tay-tuşları olan erməni dığalarına cavab 
qaytarması, hətta güləşdiyi zaman özündən böyüklərin də 
kürəyini yerə vurması heç vaxt erməni Arakelin diqqətindən 
yayınmırdı. O çalışırdı ki, Vaqifi təkləyib döydürsün. Hamıya 
sübut etsin ki, Çinarlı  kəndində ancaq erməni uşaqları  ağalıq 
edə bilərlər. 
 Bir gün kəndin klubunda hind filmi göstərilirdi. Uşaqlar da 
həmin filmə baxırdılar. Birdən klubda qışqırtı qopur. Tez 
işıqları yandırdılar. Arakelin və bir neçə erməni dığasının 
qışqırığı aləmi başına götürmüşdü. Arakelin ağız-burnu qana 
bulaşmışdı. Vaqif təkbaşına erməni dığalarının yaxşıca dərsini 
vermişdi. 
O vaxtdan Vaqifin səsi gələndə erməni dığaları evlərindən çölə 
çıxmırdılar. Bundan sonra kənddə Vaqifin  hörməti artdı. 
Bir dəfə Arakelin atası Bilas müəllimi görüb camaatın arasında 
demişdi: 
- Ay Bilas müəllim, ara, elə siz də  qəribə adamlarsınız. Biz 
ermənilərdən nə istəyirsiniz? Ermənistanda Abbasqulu bəy bizi 
kırdı, burda da sənin oğlun Vaqif. Siz Şadlinskilərin  əlindən 
biz torpaqlarımızdan hara çıxax gedax?.. 
    Bilas müəllim isə ona sakit tərzdə cavab vermişdi: 
-  Sizin nə vaxt torpağınız, yeriniz-yurdunuz olub ki? 
    Doğma bildiyiniz bizim ana Vətəndən siz  şərəfsizləri biz 
yox, Vaqif kimi oğullar təmizləyəcək. Sizləri bizim başımıza 
çıxaranlar namusunuzu, qeyrətinizi ayaqları altına aldığınız 
“Sarı köpəklərdir”.Zamanonların da dərsini verəcək, 
tələsməyin. 
 ...İllər ötdü, dünyamızda çox şey dəyişdi. Bircə  dəyişməyən 
elin, obanın ağsaqqalı olan müdrikliyi, alicənablığı ilə  təkcə 
Çinarlıda deyil, doğma Azərbaycanımızın bir çox guşələrində 
nəslinə, soyadına hörmət qazandıran Bilas müəllimin oğlu 
Vaqif  Şadlinski haqqında olan düşüncələri həqiqətə çevrilib 
dəyişməz oldu. 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə