Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə77/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   73   74   75   76   77   78   79   80   ...   91

275
 
 
mövqeyindən götürməyə çalışırdım.Əlbəttə, bu , asan iş 
deyildi. 
 
-  Əli bəy, bu çətin işdə Sizə kimsə kömək edirdimi? 
 
-   Bütün bu işləri mən tək görmüşəm. Bir adam deyə bilməz 
ki, 1992- ci ildən 1994- cü ilin mayın 14-nə qədər kimsə gedib 
hardansa bir meyit gətirib. Elə olub ki, meyidi mövqedən 
çıxartmaq üçün mənə on günlərlə vaxt lazım olub. Mən 
onlardan bir neçəsini misal göstərmək istəyirəm. Məlikov 
Namiq Papanində yaşayırdı. 4 hətfədən sonra meyidini döyüş 
mövqeyindən çıxarda  bildim. Musanın / Sumaqayıtdandır/ 
meyidini 4 hətfədən sonra, Allahverdinin /İmişlidəndir/ 
meyidini 25 gündən sonra, Yevlaxdan, Qəbələdən və digər 
rayonlardan 86 nəfərin meyidini çox uzun zaman bir müddət 
keçəndən sonra döyüş mövqeyindən  çıxarda bilmişəm. Onların 
şəxsiyyətini bəzilərinin ciblərindəki anasına və nişanlısına 
yazdığı  məktublarla, bəzilərində olan “nakolka” ilə 
müəyyənləşdirir, sonra da valideynlərini axtarıb tapırdım. Elə 
meyit olub ki, onun barmağında bir ədəd qızıl üzük olub. 
Həmin üzüyü də  şəhidin valideynlərinə yazılı kağız vasitəsilə 
təhvil vermişəm. 
 
-  Əli bəy, Qarabağ döyüşlərində  ən dəhşətli hansı döyüş 
səhnəsini xatırlayırsınız? 
 
-  Ən dəhşətli döyüş  Fərrux dağı /1993-cü il aprelin 17-də/ 
uğrundakı döyüş idi. Həmin bölgədə 23 batalyonumuz 
döyüşürdü. Komandirlərin səriştəsizliyi ucbatından bu döyüşdə 
xeyli  itkilərimiz oldu. Mən görürdüm ki, komandirlər itkilərin 
sayını  qəsdən düz demirdilər.Onlar Müdafiə Nazirliyinə 
hesabat verəndə 2 nəfər itki olduğunu qeyd edirdilər. Mən isə 
itkilərimizin dəqiq hesabını aparırdım özümçün. Komandir 


276
 
 
bunu biləndən sonra məni hospitalda “plotnik” elədilər, yəni 
şüşə-pəncərə təmir edən. 
Bu döyüşdə  mən mövqedən 108 avtomat silahı, on minlərlə 
patron gətirib hərbi hissəyə təhvil vermişəm. 158 şəhidi döyüş 
mövqeyindən çıxardıb şəxsiyyətlərini müəyyən etdikdən sonra 
Tərtər qəbiristanlığında bir cərgədə basdırmışam. 
 
-  Əli bəy, dediyiniz kimi, elə meyitlər olurdu ki, döyüş 
mövqeyində uzun müddət qalıb iylənirdi. Bu zaman Siz hər 
hansı bir xəstəliyə tutula bilərdiniz. 
 
-  Düz deyirsiniz, ancaq görünür, Allah- təalanın nəzəri 
üstümdə olub. Məni hər hansı bir bəlaya düçar olmaqdan xilas 
edib. Bir də ki, hər dəfə  şəhidə yaxınlaşanda elə bilirdim ki, 
onu birinci dəfədir görürəm. Düzdür, qurd basmış meyidi 
görəndə  məni  əvvəlcə öyümək tuturdu, amma birdən 
xəyalımdan keçirdi ki, axı, bu, şəhiddir, torpaq uğrunda həlak 
olub. O ki, qaldı xəstəliyə tutulmağıma, cəmi bircə dəfə qanımı 
dəyişiblər. Mən eyni zamanda gigiyena qaydalarına ciddi əməl 
edirdim. 
 
- Cənab “general”, bildiyimizə görə, bu müharibədə 
ermənilər  ən iyrənc və alçaq vasitələrdən istifadə etməkdən 
belə çəkinmirdilər. Bu barədə nə deyə bilərsiniz? 
 
-  Düz deyirsiniz, Camal müəllim.Bir dəfə  Sərsəng su 
anbarından gələn sudan bir batalyondan 72 əsgər istifadə 
etdikləri zaman qarın yatalağına tutumuşdular. Həkimlər 
əvvəlcə  nə  qədər çalışırdılarsa səbəbini aydınlaşdıra 
bilmirdilər. Onlar 10 gün əsgərlərin qarınlarının ağrısını  kəsə 
bilmədilər. Sonradan bir çoban məlumat verdi ki, suda meyid 
görüb. Bundan sonra məlum oldu ki, meyid suda qaldığından 
suya  zəhərlənmə verib. Sən demə, ermənilər 7 meyidi Sərsəng 
su anbarında axan kanalın başlanğıcında məftil ilə suyun 


277
 
 
altında bağlayıblar ki, bu sudan istifadə edən azərbaycanlılar 
zəhərlənsinlər. Həmin meyitləri sudan mən çıxartdım. 
    Ikinci  bir  faktı misal göstərim: bir dəfə  də döyüş 
mövqelərinin birindən  şəhidləri çıxararkən bir erməni  
meyidinə rast gəldim. Ciblərindən sənədlərini axtararkən maye 
ilə dolu olan, ağzı bağlı bir banka tapdım. Əvvəlcə, bunun nə 
olduğunu anlaya bilmədim. Sonradan öyrəndim ki, erməni 
zabitləri öz əsgərlərinə göstəriş verib ki, hansı  əsgər bir türk 
öldürərsə, ona pul veriləcək, türkün də türk olduğunu ermənilər 
onun cinsiyyət orqanından müəyyən edirmişlər. Buna görə  də 
hansı erməni  əsgəri türkün kişiliyini kəsib aparırdısa, həmin 
dığaya 25 min dram pul verirdilər. Bu maye dolu banka da 
onun üçünmüş ki, döyüş zamanı həlak olmuş türkün kişiliyini 
kəsib maye dolu bankaya atsınlar. Sonra da bankanı sübut üçün 
erməni zabitlərinə göstərirmişlər. 
 
-  Əli bəy, ümumiyyətlə, indiyə kimi nə  qədər  şəhidin 
şəxsiyyətini müəyyənləşdirib valideynlərinə təhvil vermisiniz? 
 
- Mən hospitala düşəndə torpağa naməlum adıyla 950 şəhid 
tapşırılmışdı. Mən məlum olanlardan söhbət açmıram. Döyüşdə 
ölüb, dostu aparıbsa, onu demirəm.  Şəxsən mən özüm 1992- 
96-ci illərdə yuxarıda adını çəkdiyim bölgələrdə 950 naməlum 
şəhid aşkar etmişəm. Onların hər birinin şəxsiyyətini 
müəyyənləşdirərək valideynlərinə çatdırmışam.  İndiyə kimi 
938 naməlum şəhidi alilərinə təhvil vermişəm. Qalıb 12 nəfəri. 
Axtarışlarımı davam etdirirəm. 
 
-  Belə çıxır ki, saqqalınızı ona görə qırxdırmırsınız? 
 
- Bəli, nə vaxt 12 şəhidin də valideynini tapıb onlara təhvil 
versəm, onda saqqalımı qırxacam. 
 


278
 
 
Son olaraq:
General”  Əli bəy rəsmi olaraq, 1992- ci ilə 
kimi döyüş bölgələrindən yaralı  əsgərlərin və meyitlərin 
üstündən 1017 avtomat silahı hərbi  hissi komandirlərinə, silah 
anbarına və polis idarəsinə təhvil verib. Bundan əlavə, o,  10 
minə qədər patron, 4 ədəd qumbaratan, 6 ədəd PK pulemyotu 
hərbi hissyə  təhvil verib. Əli bəy Yevlax aeroportundan 14 
şəhidi tək Naxçıvana yola salıb. O, bütün bunları özünün 
vətəndaşlıq borcu sanır. 
Əli bəy erməni dilini yaxşı bildiyindən dəfələrlə erməni 
mövqelərində  kəşfiyyatda olub. Növbəti kəşfiyyatların birində 
o, ermənilərdən 5 avtomat silah əldə edərək, gətirib öz hərbi 
hissələrinə  təhvil verib. Açığını deyək ki, Əli bəy hələ çox 
şeyləri demək istəmədi, daha doğrusu, lazım bilmədi... 
Biz isə “general” Əli bəyin gördüyü bu işləri əsl qəhrəmanlıq 
adlandırırıq. 
 
 
 
 
 
Bakı şəhəri, 21 yanvar 2000 - ci il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə