Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə85/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   81   82   83   84   85   86   87   88   ...   91

301
 
 
nizamnaməsi  əsasında qurultay idarə  sədri  Şeyxülislam Hacı 
Allahşükür Paşazadə həzrətlərinin hesabatını dinləyib müzakirə 
etməli və yeni Qazılar Şürası seçməklə bərabər, qarşıda duran 
vəzifələri müəyyənləşdirilməlidir. 
 
-  Qəribədir, dini qurultay, demək olar ki, hər beş ildən bir 
keçirilən prezident seçkilərinin növbəti kompaniyası ilə üst-
üstə düşür. Bu, təsadüfidir, yoxsa... 
 
-  Bostanda qarpızla qovun, bağda alma ilə armud da, demək 
olar ki, eyni vaxtda yetişir. Bu mənada konstitusion bir 
dövlətdə prezident seçkiləri ilə qurultayın keçirilməsi və azad 
əqidə sahibləri olan Qazılar  Şürasının yeni tərkibdə seçilməsi 
eyni vaxtda düşürsə, bu, söz yox, təsadüfi hadisədir. Lakin 
konstitusiyaya və Qurana əl basıb and içən prezidentlə ürəyi 
Allah eşqi ilə dolu olan və  hər ibadətində  Vətənin və xalqın 
səadəti naminə dualar edən qazıların, bütün dindarların və 
onların, mən deyərdim, dünyanın bütün müsəlmanları 
tərəfindən sevilən dərin zəkalı, uzaqgörən, tədbirli və təmkinli 
Şeyxülislamı hörmətli Hacı Allahşükür Paşazadənin birlikdə 
bütün səy və arzuları ölkəmizin rifahı, müstəqilliyi və qüdrətilə 
bağlıdırsa, bu, sevindirici haldır. Hər ölkədə belə deyil. “Pis 
gözə tikan batsın”, deyiblər. Məgər bu birliyə həsəd aparanlar 
və dövlətlə dini qarışdırmaq istəyən qüvvələr azdır?  İstər 
hakimiyyət hərisi olan qüvvələr, istər onları  qızışdıran xarici 
düşmənlərimiz. 
 
- Prezident Heydər  Əliyev cənablarının dinə münasibəti 
barədə... 
 
- Bu barədə  məsləhət bilərdim “İrşad”  İslam Araşdırmaları 
Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, professor Rafiq 
Əliyevin “Heydər  Əliyev, din və  mənəvi dəyərlər” kitabını 
tapıb oxuyasınız. Gözəl kitabdır. 


302
 
 
Müstəqil Azərbaycanda dinə  və dinlə bağlı  mənəvi dəyərlərə 
münasibət məsələsində dövlətin mövqeyinin mahiyyəti və əsas 
yönümləri Prezident Heydər  Əliyevin müxtəlif yığıncaq və 
toplantılarda müxtəlif münasibətlərlə söylədiyi fikirlərində öz 
yığcam və konkret ifadəsini tapmışdır. Müəllif möhtərəm 
Prezidentin son illərdəki çıxış  və nitqlərində din və  mənəvi 
dəyərlərlə bağlı fikirlərini izləməklə  həmin mövqeyi 
açıqlamağa çalışmışdır. Müəllif göstərir ki, bu gün Azərbaycan 
öz sivilizasiyalı inkişafı üçün dünyəvi dövlət quruculuğu 
yolunu seçmişdir. Prezident Heydər  Əliyev Azərbaycanın 
inkişaf yolunu belə  səciyyələndirir: “Ümumiyyətlə, bilin,- biz 
Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu 
müstəqil Azərbaycanın gələcək yolunun ana xəttidir, indiki 
ifadə ilə desək, strateji yolumuzdur. Çünki bu, xalqımızın 
gələcəyi üçün ən düzgün və xalqımızı səadətə aparan ən ağıllı 
yoldur. Biz bu yolu seçmişik və bu yolla gedirik.” Bu hər 
şeydən  əvvəl Azərbaycanda dövlətin dindən ayrı olduğunu 
nəzərdə tutur. Lakin vətəndaş, bütövlükdə isə millət dindən 
ayrı deyildir. 
    Müstəqil Azərbaycanın tutduğu bu yol millətin özünü 
dərindən dərk etməsini tələb edir, milli özünüdərk isə öz 
növbəsində millətin ictimai fikrinə, fəlsəfəsinə, adət- ənənəsinə 
müraciət edilməsini labüd edir, çünki burada bir tərəfdən milli 
substansiyanın - zatın özünüdərki, təcrübəsi, digər tərəfdən isə 
bu zatın nisbətən güclü və aydın təzahürləri cəm olmuşdur. 
 
-Keçmişin mənəvi dəyərlərindən danışanda bizim ölkəmiz, 
müsəlman ölkəsi kimi, bütün dəyərlərimizi əxz etməlidir? Bu, 
geriyə qayıtmaq deyilmi? 
 
- Mən buna da professor Rafiq Əliyevin sözləri ilə cavab 
vermək istəyirəm. O, bu barədə yazır: “Müsəlman ölkəsi kimi 
Azərbaycan şəraitində varislik prosesində eyni sosial psixoloji 
varislik mexanizmi vasitəsilə keçmişin gözəl  əxlaqi dəyərləri 


303
 
 
ilə yanaşı, o dövrün sosial bəlaları - çoxarvadlılıq, müvəqqəti 
nikah forması kimi siğə, qızların erkən vaxtlardan məktəbdən 
təcrid edilərək  ərə verilməsi, qadın hicabı, dini təəssübkeşlik, 
mövhumat və xurafat da müasir nəsillərin  şüuruna və  əməli 
həyatına yol tapır. Dini ənənələrə münasibətdə mövqeləri 
müəyyən edərkən bu amili nəzərə almamaq düzgün olmazdı”. 
 
- Bu sahədə Qafqaz Müsəlmanları  İdarəsinin Elmi- Dini 
Şürası nə işlər görür? 
 
-  Elmi-Dini  Şüranın fəaliyyəti müsbət mənada çox əhatəli və 
genişdir.  Şüraya tanınmış teoloq, həqiqətən misilsiz din alimi 
olan professor Vasim Məmmədəliyev rəhbərlik edir. Söz yox, 
şüraya ümumi rəhbərlik  Şeyximiz tərəfindən həyata keçirilir. 
Biz  şura üzvləri, onun dərin mənalı qeyd və  təşəbbüslərini 
həmişə diqqət və  rəğbətlə qarşılayırıq. Bu, məgər adi bir 
halmıdır ki, şuraya daxil olan alim və yazıçılar, hüquqçular və 
din xadimləri respublikamızın  ən hörmətli ziyalılarındandır? 
Şeyx özü də tarix elmləri doktoru, professordur, bir sıra elmi- 
dini kitabların məsləhətçisi, redaktorudur. Vasim müəllimin adı 
isə tariximizə mühüm akademik Ziya Bünyadzadə ilə birlikdə 
Qurani-Kərimin tərcüməçisi və izahçısı kimi əbədi daxil 
olubdur. Şura üzvləri- istər hüquqçu Abdulla İbrahimov olsun, 
istər filologiya doktoru, akademik Bəkir Nəbiyev, istər fəlsəfə 
doktoru, Elmlər Akademiyasının müxbir üzvü Fuad 
Qasımzadə- biz hamımız böyük anlaşılma  şəraitində  işləyirik. 
Din xadimlərindən Hacı Salman Musayev, tanınmış 
teoloqlardan Hacı Sabir Həsənli, Axund Mirəziz Seyidzadə, 
Hacı Akif, Hacı  Cəbrayıl  və digər hörmətli  şura üzvləri həm 
təşkilati, həm də elmi-nəzəri fəaliyyətimizdə böyük xidmət 
göstərirlər. 
 
- Qurultay barədə  qəbul edilən qərarlarınız hansı 
problemlərin həllini nəzərdə tutur? 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə