Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə88/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   83   84   85   86   87   88   89   90   91

311
 
 
Qurbanov, Hicran Məmmədova, Firuz Xudaverdiyev və  mən 
özüm də burada iştirak edəcəyəm.  Əsərin rejissoru Səlim 
Həsənovdur. Bundan əlavə, yeni əsəri, “Sizi gözləyirik”adlı 
komediyanı tamaşaçılara təqdim edəcəyik. Bu əsərdə biz 
tamaşaçının teatrdan necə soyuduğunu, hərənin evində bir 
videonun olması teatr zalının boş qalmasına gətirib çıxarır. 
Adamların özlərinə qapılması, get-gedə teatrlardan təcrid 
olunması, bu əsərin  əsas ideyasını  təşkil edir. Bir sözlə, teatr 
zalı tamaşaçı  nəfəsilə isinməlidir hər zaman. Biz bu əsərdə 
gülüş yolu ilə evdə oturub televizora, videoya baxan, teatra 
getməyən tamaşaçıları tənqid atəşinə tuturuq. 
 
Deməli, gülüş ustası Arif Quliyev gülüş üzərində yaradıcılıq 
tədqiqatlarını davam etdirir. Arif müəllim, qarşıdan Sizin 50 
illik yubileyiniz gəlir. Bu yubiley münasibətilə həm  sizi sevən 
tamaşaçılar adından, həm qəzetimizin kollektivi adından, 
həm də öz adımdan səmimi qəlbdən təbrik edirik. Sizə 
həyatda ən ümdə olan can sağlığı, uzun ömür, sənət zirvəsini 
fəth etməkdə tükənməz yaradıcılıq uğurları arzulayırıq. Qoy 
sizin tamaşaçılara bəxş etdiyiniz gülüşlər bundan sonra da öz 
təravətini itirməsin! 
 
-  Çox sağ olun, Camal müəllim. Mən də öz növbəmdə  həm 
istəkli tamaşaçılarıma, həm də  qəzetin kollektivinə öz 
minnətdarlığımı bildirirəm. Və arzu edirəm ki, tamaşaçılar 
təkcə  məni görəndə üzlərində  təbəssüm yaranmasın, qoy bu 
təbəssümlər, gülüşlər heç zaman onların çöhrələrindən  əskik 
olmasın. Mən inanıram ki, biz işğal olunmuş torpaqlarımızı 
qaytarandan sonra daha da ürəkdən güləcəyik. 
 
 
“Son söz” qəzeti, iyun 2000-ci il. 
 
 


312
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şərəfli ömür yolu 
 
 
       (Müsahibimiz qocaman pedaqoq, 70 illik yubileyi qeyd 
edilən,  İsmayıllı RXTŞ-nin metodist müəllimi Mehralı 
Nəcəfovdur.)                     
 


313
 
 
-  Mehralı müəllim, Sizi qağıkeş, işgüzar, qətiyyətli metodist 
müəllim kimi tanıyırlar. 
 
- 1957 - ci ildə Talıstan kənd məktəbinə Azərbaycan dili və 
ədəbiyyatı müəllimi təyin olunmuşdum. Doğrusu, bu dilbər 
guşədə həyatım ən gözəl günlərini yaşayır, həvəslə işləyirdim. 
Bir ay keçdi. Məni dərs hissə müdiri təyin etdilər.  İndi də 
hörmətlə yad etdiyim Abdulla Əhmədov, Ziyad Cəbrayılov, 
Əlibala Mirzəyevlə  işlədim.  İstirahət günlərində Talıstan 
çayının yatağı ilə  İsmayıllı  şəhərini içməli su ilə  təmin edən 
Ağbulaq gölünə və məşhur Cavanşir qalasına yollanırdım. Göz 
yaşı kimi duru suyu, axar Ağbulaq gölü, sıldırım qayalar 
döşündən keçən cığırlar, təmiz hava insana sanki bir məlhəmdi. 
Ona görə, bir dəfə də olsun başım ağrımadı buralarda. 
 
Mehralı müəllim,o zaman xalq maarifinin qarşısında hansı 
tələblər qoyulurdu, hansı təcrübədən istifadə olunurdu? 
 
-  Müəllimin yaşayışı çox yaxşı idi. Müəllim yüksək maaş 
alırdı. Sabahkı günə ümid də vardı. Müəllim elin gözü, 
düşünən beyni idi. Stavropolların təcrübəsi, “ikiilliksiz 
işləmək”, “sağlam və savadlı nəsil tərbiyə etmək” kimi şüarlar 
irəli sürülürdü. Uğurlarımız böyük idi. Təzəcə ailə qurmuşdum. 
Bir  ərzində özümə ev tikdim. Müvəffəqiyyətlərim barədə o 
zamanın pedaqoji mətbuatında baş  məqalələrdə,  Əliyar 
Qarabağlı, Yəhya Qarabağlı, Qulamhüseyn, Beqdelinin və 
başqalarının yazılarında qiymətləndirilmişdim. Bu məni 
həvəsləndirirdi. O zaman gözəl maarifçilər vardı – İsrayıl 
Nəsənov, Hacalı Ramazanov, Ənvər Balayev, Ağami Bağırov, 
Baba Həsrətov, İzhar Kazımov, Piri Şıxəliyev, Sovqat Nuriyev. 
Məni 1960-cı ildə  çəkib  İsmayıllı  şəhərindəki 1 № -li orta 
məktəbə gətirdilər. 
 


314
 
 
- Bu gün doğma Azərbaycanımızın müstəqil dövlət kimi 
varlığı artıq reallıqdır. Rəsmi Dövlət dili və  ədəbiyyatının 
bugünkü tədrisi haqqında nə deyə bilərsiniz? 
 
- Dilimiz türk dilləri ailəsinin oğuz qrupuna mənsubdur. 
Dilimizi nə türk, nə  də tatar dili ilə eyniləşdirə bilmərik. 
Ədəbiyyatımızı da həmçinin. “Kitabi - Dədə Qorqud”u, 
Nəsimisi, Nizamisi, Füzulisi, Sabiri ... olan xalq və onun 
ədəbiyyatı. Ədəbiyyatımızın təlimi üçün yeni məzmun axtarıb 
tapılmalıdır.  Ədəbiyyat kitabları az da olsa, çap olunur. 
“Müntəxabat” yox. 2000-ci il gəlib çatdı. Sinifdənxaric oxu 
materialları hələ də kiril əlifbasıyladır. 
 
-  Proqrama daxil edilən bəzi mövzular haqqında nə deyə 
bilərsiniz? 
 
-  Məcburi öyrədilən və əzbərlənən mövzular tez də unudulur. 
Bəzi mövzular şagirdləri maraqlandırmır. Dövrə görə yaranan 
əsərlər vətəndaşlıq hüququ qazanmır. Təqsirkar dövrdür. 
 
-  Ədəbiyyat dərslərində ifadə və inşa yazılar geniş yer tutur. 
Şagirdlərin gözəl xətlə yazmasına nail olmaq müəllimlərin 
mühüm işlərindən biridir. Bu barədə fikriniz necədir? 
 
- Bu suala jurnalist Məmmədəli  Əliyevin  “Azərbaycan 
məktəbi” jurnalının səhifələrində çap olunmuş  məqaləsində 
deyilən fikirlərlə cavab verəcəyəm: “...Məktəbin dil-ədəbiyyat 
müəllimi Mehralı  Nəcəfov dərsin mövzusunu yazı taxtasına 
yazdı. Doğrusu, onun yazdığı 3 kəlmə son dərəcə gözəl,  əsl 
mənasında tamaşa idi. Elə bil kolliqrafiya qaydalarına çox 
dürüst riayət edən mahir rəssam  əli lövhəyə aləmdən gözəl 
incilər həkk etmişdir.” 
 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə