Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə90/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   83   84   85   86   87   88   89   90   91

319
 
 
 
-  9 bal sistemini qəbul etmişik. Testlərə isə cavabım böyük bir 
məqalə olacaq. İndi o bu cavablara sığışmaz. Bunu hələlik bir 
misalla izah edəcəyəm.Ali məktəblər üçün “Psixologiya” 
dərsliyinin 24-cü səhifəsində yazılır: “Burjuaziya psixoloqları 
uşağın psixi həyat və inkişafının səviyyə  və xüsusiyyətlərini 
təyin etmək üçün testlərdən, mənasız anket sorğularından 
istifadə edirlər. Bu, istismarçı siniflərdən mənafeyini müdafiə  
etmək üçün psixi həyatın qanunlarını  təhrif olunmuş  şəkildə 
öyrənməkdən ibarətdir. 
 Test  və  mənasız anket üsulları vaxtilə bizdə - Sovetlər 
İttifaqında da yayılmışdı. Bu üsullar təlim və tərbiyə işlərimizə 
böyük ziyan vurmuşdur.  Bu üsul Xalq Maarifi Komissarlıqları 
tərəfindən 1936 -cı il 4 iyul tarixli qərarı ilə ləğv edildi... 
 
-  Mehralı müəllim, Siz 70 illik yubileyiniz münasibətilə 
səmimi qəlbdən təbrik edirik. Sizə bundan sonra da əsl 
gənclik təravətilə dolu işgüzar fəaliyyət, uzun ömür, can 
sağlığı və mənalı həyat yolu, xoş günlər arzulayırıq. Aşıq Alı 
demişkən 70 -i aşırdınız, daha 100-ə nə qaldı ki? İnşallah yüz 
illiyinizdə görüşənədək! 
 
- Camal müəllim, Sizə də dərin minnətdarlığımı bildirirəm ki, 
bizləri yada salmısınız. Allah köməyiniz olsun! 
 
 
  
“Son söz”  qəzeti, 27 avqust - 02 sentyabr 1999-cu il.  
 
 
 
 
 
Özüm də bilmirəm ki, mən kiməm? 
 


320
 
 
 
TANITMA:
Kərimova Həqiqət Səftər qızı, 1995-ci ildə 
Göyçay rayonunda  anadan olub. 1980- cı ildə BDU-nun 
tarix fakültəsini, 1985-ci ildə universitetin aspiranturasının 
əyani şöbəsini bitirib. Həmin ildə Neft Akademiyasının fəlsəfə 
kafedrasına müəllim təyin olunub. 1997-ci ildə Azərbaycan 
Ziyalılar Cəmiyyətinin məsul katibi, 1998- ci ildən  isə 
“Ziyalı” qəzetinin baş redaktorudur. AZC- nin “XX əsrin 
fəxri ziyalısı” diplomunu almış, AzərKİVİHİ-nin 
“Kəmaliyyə” diplomu verilməklə “Qızıl Qələm” mükafatına 
layiq görülmüşdür. Çoxsaylı elmi əsərlərin və 200–dən artıq 
elmi publisistik məqalələrin müəllifidir. Fəlsəfə tarixi üzrə 
tədqiqatçı alimdir. Fəlsəfə elmləri namizədidir. Ailəlidir, iki 
övladı var. 
 
 
Həqiqət xanım, siz ixtisasca tarixçisiniz. Buna baxmayaraq, 
mən sizi filosof, astrofizik, teoloq, yazıçı-şairə, bəstəkar, 
jurnalist kimi də tanıyıram. Ümumiyyətlə, siz kimsiniz? 
 
-   Camal müəllim, Sizi maraqlandıran bu sualı mənə çox adam 
verib. Həmkarlarım məni fəlsəfə tarixi sahəsində  tədqiqatçı 
kimi tanıyırlar. Başqa sahələrin mənim adıma şamil edilməsinə 
gəldikdə, fikrimcə bütün filosoflar öz fəaliyyətlərini sırf 
nəzəriyyəçilik və 
fərdi intellektual fəaliyyətlə 
məhdudlaşdırmayıb, müxtəlif elmi sahələrdən istifadə etməli, 
əldə etdikləri nəticələri müqayisəli şəkildə yoxlamalıdırlar. Bu 
üsul işlənən sahənin effektinin artmasında xüsusi əhəmiyyətə 
malikdir. 
    Elmi  işim dünyanın təbii elmi mənzərəsinin fəlsəfi təhlili 
ilə bağlı olduğu üçün kainat məsələlərindən daha çox 
yazıram.  İslam dininin müqəddəs kitabı Qurani-Kərimə 
istinadən apardığım elmi-dini müqayisə və təhlillər mənə çox 
şey verib. Canlı aləmin yaranışı, 
ən qədim 


321
 
 
mikroorqanizmlərlə bağlı  əsərlərim maraqla qarşılanıb. 
Kiminsə mənə göstərdiyi etimadı doğrultmağı sevirəm. 
     Hələ orta məktəbdə oxuyarkən  ədəbiyyat müəlliməm 
Tamara Ağakişiyeva mənim yazıçı şairə, tarix və ictimaiyyət 
müəlliməm Sima Əliyeva isə tarixçi olacağımı güman 
edirdilər. Mən onların hər ikisinin etimadını doğrultsam da, 
sonralar “elmlərin  şahı” hesab etdiyim fəlsəfəni seçdim. 
Çünki fəlsəfənin vurğunuyam. Kiçicik bir şeir parçasında, adi 
bir rəng dünyasında, sonu görünməyən füruzə göylərdə bir 
fəlsəfə axtarır, məna duyumu gəzirdim. Poemalarımın ruhu 
Sədi  Şirazidən, rübailərim isə  Məshəti Gəncəvidən 
qaynaqlanıb. 
     Ali  məktəbə daxil olmaq valideynsiz, maddi imkanı 
olmayan bir qız üçün əlçatmaz arzu idi. İşləyib təhsil almaq 
üçün tarix fakültəsinin axşam şöbəsinə sənəd verdim. Ümidsiz 
idim. İlk imtahandan əla qiymət  aldım. Ədəbiyyat şifahidən 
imtahanı Famil Mehdi və Kamil Vəliyev qəbul edirdi. Bu gün 
elmdə  nə qazanmışamsa, bütün bunlar üçün onlara 
borcluyam. Xüsusən, Famil Mehdiyə. O məni yüzlərlə 
abituriyent içindən seçmişdi, əla qiymət yazmışdı. Söylədiyim 
şeir və  qəzəllərə  məftunluqla qulaq asıb, “Kamil kimi 
xatırlayırsan?”- soruşmuşdu. Kamil müəllim isə 
gülümsəyərək: “Əli Fəhmini” - demişdi. Mənim onları  
dinlədiyimi görüb üzümə maraqla baxmışdı: “İnanmıram bu 
qız tarixçi olsun. O, filoloq, ya da jurnalist olacaq”. 
 Hər ikisi mənə xeyir-dua verdilər, yaxşı gələcək arzuladılar. 
Mən isə mehribanlıqla deyilən “qızım”kəlməsinin təsirindən 
kövrəlib ağlaya-ağlaya getdim. Akademiya bağında bir ağaca 
söykənib ürəyimi boşaltdım... 
    İllər keçdi, əzablı ömür yoluma baxmayaraq, mənim üçün 
zəruri olan  şeyləri qazana bilmədim. Halbuki, uşaqlıqdan 
düşünürdüm ki, elmim olsa, hər şey qazanaram. 
Azərbaycan Dövlət Neft Akademiyasının xarici tələbələr üçün 
nəzərdə tutulmuş yataqxanasında yaşayıram. AXC-nin 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə