Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə89/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   83   84   85   86   87   88   89   90   91

315
 
 
-  Kim istəməz ki, onun şifahi və yazılı nitqi aydın olmasın. 
İnsan üçün savadlı yazmaq böyük nemətdir.  Şagirdləriniz 
necə yazır? 
 
- Unudulmaz metodist Yəhya Qarabağlı  “Nəsihət deyil, 
nümunə” adlı  məqaləsinin birində yazırdı:“Mən Mehralı 
müəllimin  şagirdlərinin yazısına baxdım. Baxdım və heyran 
oldum. Yazılar inci kimi, mirvari kimi. Dəftərlərə elə bil adam 
əli toxunmamışdı. Fikir sərbəstliyi, ardıcıllıq, təravətli ifadələr. 
Bu, belədir. Ona görə ki, Mehralı müəllimin yazısı inciyə 
oxşayır. Mehralı  dərs deyir və yazır. O deyir ki, özü yaza 
bilməsə, başqalarına yazı öyrədə bilərmi?” 
 
-  Axı, Siz yuxarı siniflərdə dərs deyirsiniz. Son vaxtlar yuxarı 
siniflərdə yaxşı xəttin zəruri olmadığını söyləyənlər var? 
 
-  “Yazıda fikir olsun, məna olsun. Gözəllik olmasa da olar” – 
deyənlərin sözləri ilə razı deyiləm. Gözəlliyin  əsrarəngiz 
qüdrəti var. Həyat gözəllik üstündə  qərar tutub. Xəttin 
gözəlliyinə diqqət  şagirdi daxilən yığcamlaşdırır. Hər sözü 
diqqətlə seçməyə, səliqəli olmağa, öz işindən zövq almağa 
həvəsləndirir. 
Qaldı keçid sinif olan 9-cu sinif qəbul edərkən bir neçə şagirdin 
əyri-üyrü xətlə yazdığını müşahidə edir, lakin üzə vurmuram. 
 Növbəti dərslərin birində deyirəm: - “Uşaqlar, bildiyiniz kimi 
dil-ünsiyyət vasitəsilə insanlar bir-birini başa düşürlər. Kim 
istəməz ki, onun dili aydın olmasın. Çalışıram ki, hamı fikrimi 
təsdiq etsin.” 
Bəs yazı necə? 
 
-  İnsan üçün yaxşı yazmaq da böyük nemətdir. Deməli, insan 
öz fikrini yazılı  şəkildə  də ifadə edərkən yaxşı  və aydın xətlə 
yazmalıdır ki, onun fikri aydın başa düşülsün. 1997-ci ildə 
rayonumuzun məktəbləri 
“Azərbaycan” mövzusunda 


316
 
 
Respublika inşa müsabiqəsində 2-ci, 1996/97 -ci tədris ilində, 
Nizami, Xətai və İsmayıllı rayonları arasında bütün fənlər üzrə 
yarışlar zamanı İsmayıllı rayon məktəbləri yüksək yer tutdular. 
Olimpiadalar üzrə də keçən il birinci yerə çıxmışıq. İşgüzar və 
möhkəm xarakterli adamların aydın və  səliqə-sahmanlı  xətti 
olur. Yazı  mədəniyyəti insanın ümumi mədəniyyətinin 
səviyyəsini nümayiş etdirir. 
 
-  Mehralı müəllim, hansı ictimai vəzifələriniz var? 
 
- Həmişə müəllim olmuşam, ictimai vəzifə pillələri ilə 
yüksəlmişəm. Baş müəllim, metodist müəllim, ali dərəcəli 
metodist müəllim adları almışam. Həmkarlar təşkilatının sədri, 
təftiş komissiyasının sədri və rayon fənn birləşməsinin rəhbəri, 
rayon Partiya Komitəsinin təbliğatçısı olmuşam. Təbiətən 
memarlıqdan baş  çıxarıram. Respublika Abidələri Mühafizə 
Cəmiyyətinin təlimatçısıyam. Rayonumuzun ərazisində 500-
dək təbii bulaq var. Bu bulaqları ayrı-ayrı adamlar himayə 
edirlər. Hər hansı bir kəndə gedərkən bulaq üstünə gedir, 
suyundan hər fəsildə içirəm. Bulağın necə saxladığı ilə 
himayəçinin yanında maraqlanıram. “Respublika 
mətbuatında”,  “Bulaqlar-bulaqlar...” başlıqlı yazıların 
müəllifiyəm. Bulaqlar təkcə içməli su mənbəyi deyil, həm də 
onu tikən şəxsiyyətin adı ilə bağlı tarixi abidədir. 
 Bundan  əlavə, mən Respublika Təkmilləşdirmə  İnstitutunun 
rayonda təşkil edilmiş kurslarında 10 illər dərs demişəm. 
Pedaqoji kollecin qrup rəhbəri işləmişəm.  İsmayıllı rayon 
Ziyalılar Cəmiyyətinin müdiri – bu çox çəyin vəzifədir. 
Ziyalıların ziyalılığı çox olan qədim yurddur. Onların xatirə 
günlərini, Azərbaycan Respublikasının  əməkdar müəllimləri 
Hacalı Ramazanovun, Saleh Həsənovun yubiley günlərini 
təntənəli keçirmişik. 
 


317
 
 
-  Məncə, orta məktəbdə dövlət qayğısı  ən çox müəllimə 
verilməlidir. Çünki, o, gələcəyin müdrik yol göstərənidir... 
 
- Bəli, bu gün müəllimin keşməkeşli zəmanədə rolu 
əvəzedilməzdir. Bu barədə “Azərbaycan məktəbi” jurnalında 
(1987 № 3) “Əsas rol müəllimə verilməlidir” adlı məqalədə 
müəllimə verilməli qiymət barədə  çıxış etmişəm. Dövlət 
mükafatları  əsasən vəzifə sahiblərinə verilir. Cəfakeş 
müəllimlər isə bundan incik qalır. Mən isə mükafatımı 
vicdanımdan gözləyirəm... 
 
-  Təhsilin yeni konsepsiyaları irəli sürülür. Buna 
münasibətiniz? 
 
-  İndiki məktəbimizin strukturu köhnə məktəbin strukturunda 
qalır. Sizə bir həqiqəti söyləyim.  İndi savadlı  uşaq savadlı 
müəllim axtarır.  Şagird bir məcburi dərs saatını keçirir. 
Dərsdən sonra və  tətillərdə isə başqa müəllimlərdən dərs alır. 
Bir çox məktəblərdə  dərslər fənn kabinələrində keçirilmir. 
Kimya müəllimi fənn kabinetinə girmir. O biri siniflər də eləcə. 
Laboratoriya işləri aparılmır... 
-  Mehralı müəllim, yeni islahatlardan nə gözləyirsiniz? 
 
-  Elmilik. Uşaqların mənəvi-əxlaqi tərbiyəsini, vətənpərvərlik 
hisslərini formalaşdıran tədbirləri gözləyirəm. Ancaq həyatda 
inəklə eşşəyin bir xışa qoşulması ilə çörək qazananlar var. 
 
-  Ən çox acığınız nədən gəli? 
 
-  Siqaret çəkmirəm. Əli siqaretli adam mənimlə üzbəüz oturub 
qüllab vuranda sıxılıram. Məktəbdə siqaret çəkən müəllimlə əl-
ələ görüşmürəm. 
 
-  Müəllim olmasaydınız, hansı peşəni seçərdiniz? 


318
 
 
 
-  Ancaq müəllimliyi. 
 
-  70 yaşında işdən yorulmamısınız ki? 
 
-  Aşıq Alı demişkən, 70 -i aşırdın, daha yüzə nə qald? 
 
-  Mehralı müəllim, ən çox sevdiyiniz şairlər kimlərdir? 
 
-  Füzuli, A.Səhhət, kövrək şairimiz Nəriman Həsənzadə, Musa 
Yaqub. Füzuli və N.Həsənzadə insanlığın, məhəbbətin sirlərini 
açmışlar. Abbas Səhhət və Musa Yaqubu oxuyanda təbiətin 
füsunkar gözəlliyi ilə üz-üzə dururam. 
 
-  70 yaşın zirvəsindən keçən günlərə necə baxırsınız? 
 
-  Necə deyərlər, başqaları kimi həmişə ailə qayğısı, 
müəllimlik, iki müharibə dövrü. 
 
-  Axirət sözünə inancınız? 
 
-  Mən dinə dair “Köhnə keçidin təzə taleyi” adlı yazı  dərc 
etdirmişəm. Dini söhbətlərə sakitcə yanaşıram.  İrad tutan 
deyiləm. Əsəblərimi də əbəs yerə sərf edən deyiləm. Millətimin 
ruhu özünəməxsusluğu, təfəkkür tərzi var. Tərbiyə dediyin şey 
elementar tərbiyəsi olanlar üçündür... 
 
-  Mehralı müəllim, həyatınızda  ən  əlamətdar illər hansı 
illərdir? 
 
-  Talıstanda işlədiyim 5 il. 
 
-  Məktəblərdə tətbiq edilən 9 bal sisteminə və testlərə necə 
baxırsınız? 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə