Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə86/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   83   84   85   86   87   88   89   90   91

304
 
 
 
-  Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətlərinin belə bir 
təklifi vardır ki, qurultay bu il sentyabr ayının 30- u, oktyabrın 
1-2- də - 3 gün ərzində keçirilsin. Bu üç günə qurultayın, 
demək olar ki, davamı kimi fəaliyyət göstərən beynəlxalq elmi- 
nəzəri konfransın keçirilməsi də daxildir. Bu konfransı Elmi-
Dini  Şura hazırlayacaqdır. Konfrans həm qurutayın  
nəticələrini, həm də bir sıra elmi-dini məruzələri müzakirə 
edəcəkdir. 
 
- Başqa dinlərə münasibət haqda sizin fikrinizi bilmək 
istərdik. 
 
- Başqa dinlərə münasibət barədə  mən Prezident Heydər 
Əliyevin 1994-cü ilin 26 avqustunda Bakıdakı  Təzəpir 
məscidində  Məhəmməd peyğəmbərin mövludu münasibətilə 
etdiyi çıxışa  əsaslanmaq istərdim. Bu sözlərdə  Şeyximizin də 
nöqteyi- nəzəri  əks olunmuşdur. Prezident göstərdi ki, İslam 
dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu 
dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda da 
müsəlmanlarla yanaşı başqa dinlərə etiqad edən adamlar 
yaşayır. Onlar da Azərbaycanın bərabər hüquqlu 
vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən 
asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu 
olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. 
Bu da Allah- təalanın buyurduğu, bizim yolumuzdur. Bu 
həqiqətən belədir. 
 
-   Qurultaya arzularınız? 
 
- Arzum budur ki, Allah qurultayın  ən yüksək səviyyədə 
keçməsində bizə yar olsun. Mələklər bizi hər cür bəladan 
qorusun! Mən ki, respublikamızda qarşıdurmaya səsləyən bəzi 
sədalar eşidirəm,  bu qurultaya, onun sığındığı Allahımıza 


305
 
 
naşükürlük  sədalarıdır. Kimlərsə  Şeyximizə, bizə  həqarətlə, 
istehza ilə “ qırmızılar” deyir. Ancaq bu bədxahlara üz tutub 
deyirəm ki, şeyximiz Hacı Allahşükür Paşazadə  həzrətləri 
“qırmızı” deyil, qızıl şeyxdir... 
  Bəli, biz müsəlmanlar bir-birimizə  qızıl qiymətilə baxmalı, 
bir-birimizi qızıl kimi dəyərləndirməliyik, çünki “müsəlman 
müsəlmanın qardaşıdır”- buyurub Həzrəti-Məhəmməd 
Əleyhissəlam. 
 
 
   “Son 
söz” 
qəzeti, 27 avqust 1998 - ci il. 
 
 
 
 
 
 
 
 
Arif Quliyev:“Sənətdə gərək fədai 
olasan” 
 
 
(Müsahibimiz tanınmış gülüş ustası, Pespublikanın  xalq 
artisti Arif Quliyevdir.) 
 
-  Arif müəllim, harada və kimliyindən asılı olmayaraq adınız 
çəliləndə istər-istəməz adamların çöhrəsində  təbəssüm 
yaranır.  Əgər bu gün gülüş ustasına ciddi bir rol təqdim 
etsələr, onu qəbul edərdinizmi? 
 
-  Əlbəttə, hər bir gülüşün arxasında bir düşüncə, bir fikir 
dərinliyi, müxtəlif məna çalarları var. gülüş  nə  qədər ciddi 


306
 
 
olarsa, o qədər də ifadə daha baxımlı, daha qəhqəhəli, daha 
qavranılası cəhətlərə malik olur. Əgər həyatda mənə ciddi rol, 
yəni  “Hamlet”də,  “Otello”da, yaxud “Vaqif”də oynamaq 
təklif olunarsa, niyə  də  qəbul etməyim? Hər bir aktyorun, 
xüsusilə də komediya aktyorun arzusudur ki, ciddi rol oynasın. 
Ancaq burada incə bir mətləb var. Həmin aktyor başa 
düşməlidir ki, o, bu ciddi rolu oynaya bilər, ya yox, orada öz 
sözünü deyə bilər, ya yox, bu rolun öhdəsindən gələ bilər, ya 
yox. Amma bunlara baxmayaraq ürəyimə yatan ciddi bir rol 
olarsa, oynayaram. 
 
-  Demək, bünövrəsi gülüşlə yoğrulmuş bir aktyor birdən-birə 
ciddi rola girməsini Siz təbii qəbul edirsiniz. Bu zaman bəs 
Siz özünüz bu rolda bir tamaşaçı kimi necə hiss edərdiniz? 
 
-  Əlbəttə, təbii qarşılardım. Bir də görürsən ki, ciddi bir şeir
parodiya ifa edəndə, tamaşaçı məni təbəssümsüz dinləyir, yəni 
şeiri başlayarkən ola bilər ki, tamaşaçının  üzündə gülüş peyda 
olsun, amma 5-6 misradan sonra üzlərindəki təbəssüm getdikcə 
yox olur, onların sifətlərindəki mimika tamamilə  dəyişərək 
ciddi görkəm alır. Bu zaman hiss edirsən ki, tamaşaçı  səni 
qəbul etməyə başlayır. Məsələn, bu günlərdə ABA 
televiziyasında “Tam sərbəst” verilişində ciddi bir şeir dedim. 
Aparıcı özü də inana bilmirdi ki, mən bu şeiri bi cür ifa elədim. 
 
-  Əgər Siz səhnədə ardıcıl olaraq bir neçə ciddi xarakterli 
rollar ifa etsəniz, onda belə  çıxır ki, tamaşaçı da get-gedə 
əvvəlki gülüş ustası Arif Quliyevi unudacaq? 
 
-  Düzdür, bu cür hal baş verə bilər, amma qoymaram gülüş 
ustası unudulsun. Çünki tutduğun yol düzdürsə, sən ona 
sadiqsənsə,  əksinə o yol da sənə sadiqdirsə, onda bu yoldan 
dönməyə heç bir lüzum yoxdur. Onu da deyim ki, mən ciddi 
rol oynamışam. Məsələn, Mərahim Fərzəlibəyovun çəkdiyi 


307
 
 
Mənim ağ  şəhərim” filmində ciddi rol oynamışam. Həmin 
filmdə həmişə maşınla gəlirəm, zəif, kimsəsiz uşaqlara saqqız, 
oyuncaq paylayıram. Onlarla zarafatlaşır, deyib-gülürəm. Bunu 
ona görə edirəm ki, onlar bir anlıq da olsa, kasıbçılığın acısını 
unutsunlar. Növbəti dəfə  gələndə gördüm ki, uşaqlardan biri 
yoxdur. Uşaqlardan həmin oğlanı soruşanda, dedilər ki, o, 
rəhmətə gedib. Mən qəbiristanlığa gəlirəm, həmin uşağın 
qəbrinin başına fırlanıram və ona gətirdiyim hədiyyəni qəbrinin 
üstünə qoyuram, göz yaşı axıdaraq dumanlıqda oranı  tərk 
edirəm. Bu filimdə çalışmışam ki, o kədəri, qəmi verə bilim. 
 
-  Arif müəllim, səhnədə aktyor və  şəxsiyyət... Bunlar bir-
birini necə tamamlamalıdır? 
 
-  Şəxsiyyət odur ki, səhnədə oynadığı rola, insanlara ciddi 
yanaşır. Obrazda isə  əgər o, rolu oynayırsa, həmin rolun 
daxilinə öz xarakterini, öz baxışını, öz dünyagörüşünü, öz 
ağlını hopduraraq onu ifa edirsə və özünü də roldan ayırmırsa, 
mən onları bir yerdə görürəm. Məsələn,  Əli Zeynalov “Alov” 
tamaşasında oynadığı bir obrazla o, tamaşaçıların yaddaşında 
həm gözəl bir aktyor kimi, həm də gözəl bir şəxsiyyət kimi 
qalmışdır. O zaman bu iki məfhum bir-birini tamamlaya bilmir 
ki, onda oynadığın obraza laqeyd yanaşırsan. Bu zaman aktyor 
səhnədə istər-istəməz öz mövqeyini itirçiş olur. 
 
-  Səhnədə ürəkdən oynadığınız rol olubmu? 
 
-    Bəli, olub. Mingəçevir  şəhərində  “Almaz”  əsəri tamaşaya 
qoyulurdu. Həmin  əsərdə komsomolçu Barat rolunu mənə 
vermişdilər. Bu tamaşadan  əvvəl “Hacı Qara”da nökər 
Kərəməlini oynamışdım. “Od parçası”nda Xanəli ifa etmişdim 
və bundan başqa bir çox rollar oynamışdım. Yəni komediya 
rolları oynamışdım. Ancaq “Almaz”da komsomolçu Baratı 
verəndə gördüm ki, bu rol mənə uyğun deyil. Ancaq buna 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə