Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə78/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   74   75   76   77   78   79   80   81   ...   91

279
 
 
Soykökünə bağlı insan 
 
 
    TANITMA:
Vaqif Bilas oğlu  Şadlinski, 1940-cı ildə 
Vedibasar mahalında anadan olub. 1968- ci ildə N. 
Nərimanov adına Azərbaycan Tibb Universitetinin 
stomotologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 
    V.B.  Şadlinski təhsil aldığı müddətdə  Tələbə Elmi 
Cəmiyyətində  fəal iştirak edib, sərbəst elmi işlər aparıb. O, 
universiteti bitirdikdən sonra terapevtik  stomotologiya 
kafedrasında  baş laborant  vəzifəsində saxlanılıb. 
    1970-  ci  ildən etibarən o, ATU- nun insan anatomiyası 
kafedrasında fəaliyyətini davam etdirərək baş laborantlıqdan 
assisent,baş müəllim, dosent və kafedra müdiri vəzifələrinə 
qədər yüksəlib. 
    O,  1982-  ci  ildə Tbilisidə “Üçlü sinirin yuxarı alveol 
şaxəsinin makromikroskopik anatomiyası” na dair 
namizədlik  dissertasiyası müdafiə etmiş, tibb elmləri 
namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 
    Onun  “Normada  və zobogen təsirlər  şəraitində 
qalxanabənzər vəzin struktur homeostazı və morfofunksional 
xüsusiyyətləri” mövzusu üzrə başa çatdırdığı doktorluq 
dissertasiyası işinin ilkin müzakirəsi keçirilib və mütəxəssislər 
tərəfindən onun açıq müdafiyəyə  təqdim olunması tövsiyə 
olunub. 
    V.B.  Şadlinski 130 elmi məqalənin, 4 monoqrafiyanın, 4 
dərsliyin, insan anatomiyası fənninin tədrisinə dair 1 orjinal 
atlas ( Türkiyədə çap olunub), 3 dərs vəsaitinin, 3 tədris-
metodik vəsaitin, 2 səmərələşdirici təklifi və 25 publisistik 
məqalələrin müəllifidir.O,  elmi-tədqiqat işlərinin nəticələri 
haqqında Türkiyədə,  İranda, Rusiya Federasiyasında, 
İsraildə  və digər xarici ölkələrdə keçirilən, konqres, 
simpozium və konfranslarda elmi məruzələrlə çıxışlar edib. 


280
 
 
    V.B.  Şadlinskinin çoxillik elmi- pedaqoji fəaliyyəti yüksək 
qiymətləndirilib və o, 1981-ci ildə “Səhiyyə  əlaçısı” döş 
nişanına, 1991-ci ildə Azərbaycan Milli  Yaradıcılıq 
Akademiyasının tibb doktoru, Azərbaycan Ziyalılar 
Cəmiyyətinin vitse- prezidenti və  fəxri doktoru adlarına, 
Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin fəxri 
fərmanına layiq görülüb. 
    O,  1998-ci  ildə Rusiya Federasiyası  Təbiət Elmləri 
Akademiyasının üzvü seçilib, H.Z.Tağıyev adına fəxri 
mükafatını alıb. 
    V.B.  Şadlinski hazırda insan anatomiyası kafedrasının 
müdiri olmaqla bərabər, həm də ATU-nun tədris işləri üzrə 
prorektordur. 
 
    Vaqif müəllim Azərbaycan xalqının əfsanəvi qəhrəman oğlu, 
böyük sərkərdə Abbasqulu ağa  Şadlinskinin nəslindəndir. 
Vaqifin dünyaya göz açdığı Vedibasar mahalı tarixən 
xalqımızın yaddaşında 1917-1921- ci illərdə erməni silahlı 
daşnak qüvvələrinə qarşı apardığı milli azadlıq mübarizəsinin 
simvolu kimi daim canlanmaqdadır.    
   Vedibasarlılar öz mərdliyi, kişilik  ənənələri, qəhrəmanlığı, 
dəyanəti, qətiyətliyi, ədalətliyi, mübarizliyi ilə tanınırlar. Məhz 
belə bir ruhu özündə yaşadan Vaqif müəllim də öz ali fərdi 
keyfiyyətləri ilə bu nəslin, adına layiq oğul olduğunu bütün 
həyatı boyu sübut etmişdir. 
   V.B.  Şadlinskini daha yaxından tanıyanlar onda Abbasqulu 
bəydən sızma xarakterlər- vətənpərvərlik, qətiyyətlilik, əməlinə 
və əqidəsinə dərin inam və sədaqət, sınmazlıq, sözü birbaşa üzə 
demək keyfiyyətləri yaşayır. 
   Vaqif müəllimlə söhbətimizin ilkin qayəsini bu gün  əxlaq və 
mənəviyyatımızd baş verən aşınmalar və bunun köklərinin 
haradan nəşələndiyini açıqlamaq təşkil edirdi. Buna görə Vaqif 
müəllim bu suala aydınlıq gətirmək məqsədi ilə  əvvəldən 
başlamağı məsləhət bildi: 


281
 
 
-  Hələ sovetlər dövründə mənim nəsə irəli çəkilmək məsələm 
var idi. Məni Respublika Nəzarət Komitəsinə çağırmışdılar. 
Dedilər ki, bir tərcümeyi- hal yaz, amma geniş  şəkildə olsun. 
Orada bütün yaxın qohumlarının kimliyi göstərilməlidir. Mən 
tərcümeyi-halı yazanda yeznəmizin atasının adını  və harada 
işlədiyini dəqiq bilmədiyimə görə , dedim ki, bəlkə bunu heç 
yazmayım. Həmin şəxs dedi ki, tərcümeyi- halda hər şey ətraflı 
yazılmalıdır və heç nə gizlədilməməlidir. Qeyd etdim ki, bu 
bürokratiklik nəyə lazımdır?  O dedi ki, bu bürokratiklik deyil, 
biz kadrları necə  seçdiyimizi bilirik. Yoxlayırıq ki, kadrlar rus 
dilini mükəmməl bilirlər, ya yox. Dedim ki, rus dilini 
mükəmməl bilməyə ehtiyac yoxdur, çünki əgər kimsə bura 
gələn rus müxbirini başa düşüb, ona cavab verə bilirsə, yaxud 
Moskvadan gələn komissiyanın fikrini başa düşürsə, daha rus 
dilini mükəmməl öyrənməyə  nə ehtiyac var? Bunun dərin 
mənası da yoxdur heç, çünki biz Azərbaycanda yaşayırıq. O 
qeyd etdi ki, bizim hər birimizin “böyük qardaşlarımızın” dilini 
bilməsi hökmən vacibdir. Cavabında bildirdim ki, mən orta 
məktəbi kənddə, öz doğma ana dilimizdə qurtarmışam. Bakıda 
tələbə olanda da təhsilimi Azərbaycan dilində davam 
etdirmişəm. Amma əsgərlikdə üç il olmuşam, rus dilində 
fikrimi çatdırmağı bacarıram və müsahibimi başa düşürəm. Rus 
dilində oxumamışam və bundan sonra da oxumaq məqsədim 
yoxdur. O dedi: “Niyə?”. Dedim ki, hər bir millət  əvvəlcə öz  
diliylə, tarixi keçmişiylə,  ədəbiyyatıyla  tanış olmalıdır, sonra 
o, açıqca üzümə dedi: “Yox, sən heç vaxt vəzifədə  işləyə 
bilməzsən”. O məndən bir söz də soruşdu: “Evin palendəndir, 
yoxsa daşdan?” Deməli, o dövrdə rusdilli və qarışıq millətdən 
olanların irəli çəkilməsi, vəzifə kreslolarını tutması barədə 
xüsusi təlimat var idi. Yəni vəzifəyə  çəkilənlərin ailə 
mənşəyində hökmən qeyri- millətlərin nümayəndələri 
olmalıydı... 
    Mənəviyyat,  əxlaq məsələsinə  gəldikdə isə, onu deyim ki, 
illər boyu Azərbaycan  ədəbiyyatının, Azərbaycan təbabətinin, 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə