298
rədd edir, işdə isə əslində yenə də ondan istifadə olunur. Bunun
da nəticəsində bəzi elmi tədqiqatlarda
köhnəlik ruhu və nəfəsi
hələ də qalmaqdadır. Bizcə ən yaxşı metoldologiya obyektiv
reallığın düzgün əks etdirilməsi, konkret faktlardan ədalətlə
istifadə edilməsi metodudur.
- Bu günlərdə “Milli ideya və milli ideologiya: problemlər və
onların şərhi” adlı kitabınız çapdan çıxmışdır. Siz bu
problemin vətənpərvərliklə nisbətinə necə baxırsınız?
- Hər bir millətin özünə məxsus ideyaları olur. Dostayevski
yazırdı ki, ideyasız nə millət, nə də ki, şəxsiyyət mövcud olur.
Bizim milli idealımız bilavasitə vətənpərvərliklə bağlıdır.
Vətənpərvərlik mürəkkəb social-siyasi bir fenomendir. O, ayrı-
ayrı regionların vahid şüurda birləşdirilməsidir.
Azərbaycan vətənpərvərliyi azərbaycanlı milli ideyanın
tərkib
hissəsidir. Onun qarşısında duran məqsəd Azərbaycanın
vəhdətini, ərazi bütövlüyünü qorumaq, onun səadəti üçün
çalışmaqdır. Prezident H.Əliyevin göstərdiyi kimi,
vətənpərvərlik yalnız cəbhədə silah götürüb vuruşmaq deyil.
Əgər hər bir vətəndaş öz üzərinə düşən vəzifənin öhdəsindən
layiqincə gəlirsə, elə bu da bir vətənpərvərlikdir.
Vətənpərvərlik akademik bir məsələ kimi öz tədqiqini, ideoloji-
siyasi bir problem kimi isə öz təbliğini və adamlara
aşılamasını, onların düşüncə tərzinə çevrilməsini tələb edir. Bu
baxımdan sizing yazdığınız
“Ölümlə üz-üzə” kitabı da çox
gərəklidir. Ondan vətənpərvərlik
tərbiyəsində geniş şəkildə
istifadə etmək olar. Azərbaycan yazıçılarının və şairlərinin,
xüsusən maarifçilərin vətənpərvərlik mövzusunda qoyub
getdikləri zəngin irs bu sahəyə çox lazımdır. Onlar daim təbliğ
olunub öyrənilməlidir. Biz hər şeydən əvvəl, azər-
baycanlılaşmalıyıq. “
Biz vətən üçün, vətən bizim üçün”
şüarını, gənclərin dünyagörüşünə çevirməliyik.
299
Vətənin bütün maddi və mənəvi nemətlərindən gen-boluna
istifadə edə bildiyimiz kimi, onun rifahı naminə də çalışmağı
bacarmalıyıq.
-Əlikram müəllim, Siz dediniz ki, rəhbərlik etdiyiniz şöbənin
elmi tədqiqat işləri əsasən keçid dövrünün social-siyasi
problemlərinə həsr olunmuşdur. Çoxlarında ümumən bu
dövr haqqında təsəvvürlər qeyri-məyyən xarakter daşıyır.
Ümumiyyətlə, bu problemlərin tədqiqinin Azərbaycan üçün
nə verə biləcəyi haqqında Sizin fikirlərinizi bilmək istərdik?
- Hər şeydən əvvəl, şöbəmiz haqqında məlumat vermək
istərdim. Bilirsiniz ki, bizim İnstitut əvvəllər Milli
Münasibətlər İnstitutu adlanırdı. Bu ildən başlayaraq
cəmiyyətimizdə grdən social-siyasi
proseslərlə əlaqədar olaraq
İnstitutun adı dəyişdirilib Beynəlxalq Münasibətlər İnstitutu
olmuşdur. İnstitutda bu yeni ada uyğun yeni struktur
dəyişiklikləri həyata keçirilmiş, əlavə yeni şöbələr açılmış,
bizim şöbənin də adı bu proseslərə adekvat surətdə dəyişilərək
“Millətlərarası social-siyasi proseslər” adlandırılmışdır. Biz
indi burada millətlər və dövlətlər arasında yaranmış yeni
nisbəti, milli təhlükəsizlik problemlərini, geosiyasi problemləri
və s. məsələləri öyrənirik. Bu çıxışımdan
istifadə edərək bir
məsələni də qeyd etmək istərdim. Bizdə aspirantura və
dissertantura fəaliyyət göstərir. Bizim aspirantlar və
dissertantlar dissertasiyalarını tamamlayıb müxtəlif müdafiə
şuralarına üz tuturlar. Açığını deyim ki, çox vaxt elə bu
şuralarda da bir növ “ilişib qalır” və nəticə göstərə bilmirlər.
Yaxşı olardı ki, Akademiya rəhbərliyi və AAK bu çatışmazlığı
aradan qaldırıb institutda müvafiq ixtisaslar üzrə müdafiə
şurası yaratsınlar. Bu, İnstitutda gənc elmi qüvvələrinin boy
artımı üçün çox faydalı olardı. Doğrudur,
institutda işləyən
alimlərin bir çoxu (eləcə də mən özüm) müxtəlif müdafiə
şuralarının üzvləri kimi çoxsahəli fəaliyyət göstərirlər. Amma
elmi işlərini tamamlamış gənclər üçün bunların nə faydası?
Yaxşı olmazmı ki, bugünkü elmimizin inkişafı naminə onlar
üçün müəyyən şərait yaradılsın?
300
- Əlbəttə, Əlikram müəllim, dediyiniz iradlarda bir həqiqət
vardır. Bu gün nədənsə gənc elmi işçilərimizin qarşısına heç
nədən sədd çəkməyə çalışırlar. Yəqin ki, elmimizin sabahı
naminə xüsusilə bu işdə cavabdeh olan elmi təşkilatlar bu
işlərin məsuliyyətini dərk edəcək və bundan sonra elmimizin
inkişafı yolunda gecəsi-gündüzü olmayan əsl gənc elm
fədailəri üçün də düşünməyə vaxt tapacaqlar.
-
Camal müəllim, elmimizin sabahına mən də böyük ümid
bəsləyirəm.
- Əlikram müəllim,maraqlı müsahibə üçün Sizə təşəkkürümü
bildirirəm.
“Ziyalı” qəzeti, 1-7 sentyabr 2000 -ci il.
“
Müsəlman müsəlmanın qardaşıdır”
(Müsahibimiz Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini
Şürasının sədr müavini, Azərbaycan Jurnalist Həmkarlar
İttifaqının (AzərKİVİHİ) sədri, yazıçı-teoloq Oqtay
Salamzadədir.)
- Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası region
möminlərinin növbəti qurultayının keçirilməsi barədə qərar
qəbul edib. Şuranın iclasında Siz də həlledici səslə iştirak
etmisiniz. Bu haqda bir qədər müfəssil məlumat almaq və
oxucularımıza çatdırmaq istəyirik.
- İclasda Qafqaz müsəlmanlarının növbəti qurultayının
çağırılması təklifi hörmətli Şeyxülislam Hacı Allahşükür
Paşazadə həzrətlərinin təsadüfi təşəbbüsü deyildi. Sadəcə
olaraq, sonuncu qurultaydan beş il keçir və idarənin