Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə25/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   21   22   23   24   25   26   27   28   ...   91

96
 
 
həll edə bilən insanların hamısı möhkəm səbrə, güclü iradəyə
geniş dünyagörüşünə malik, özünə güvənən, cəsarətli 
şəxslərdir. Ancaq bu hər zaman belə olmur. 
      Bildiyimiz kimi ailədaxili problemləri asanlıqla həll etmək 
hər zaman mümkün olmur. Problemləri həll etməyin  əsasında 
ilk olaraq tərəflər arasındakı danışıqlar, məsələləri 
aydınlaşdırma, bir-birini səbrlə dinləmə durur. Əsəbləşmədən, 
təmkinlə, qarşılıqlı anlaşma yolu ilə, tərəflər arasında mövcud 
olan möhkəm etibar hissini əldə  əsas tutaraq münaqişəni, 
yaranmış problemi həll etmək mümkündür. Bu zaman 
tərəflərin bir-birinə güzəştə getmək bacarığını  və istəyini 
hökmən nəzərə almaq lazımdır. Ancaq bəzi hallarda tərəflər 
ailədə baş verən münaqişə  və problemlərin həllinə laqeyd 
yanaşaraq onun daha da dərinləşməsinə  rəvac verirlər. Bu 
zaman tərəflərin heç birisi öz səhvini görmək istəmir və bir-
birlərinə güzəştə getmirlər. Belə olan halda ailədaxili ziddiyyət 
daha geniş vüsət alır, onun həll edilməsi müşkül məsələyə 
çevrilir. Bu vaxt yeganə çıxış yolu tərəflərdən birisinin hökmən 
güzəştə getməsi vacibdir. Güzəştə getməyin  ən  əsas 
xüsusiyyətlərindən biri qarşı  tərəfə  səhv etmək imkanını 
tanımaqdır. Onun üzərinə çox getməmək gərəkdir. Qarşı tərəfin 
hərəkətini qınamaq, ona şübhə ilə yanaşmaq, onda səhv 
axtarmağa cəhd göstərmək yersiz hesab edilməlidir.  Əks 
təqdirdə  gələcəkdə    bu  qarşı  tərəfin daha böyük səhvlər 
etməsinə  şərait yaradar. Onu da unutmamalıyıq ki, həyatda 
səhvsiz adam, ideal insan yoxdur.  
      Mütəxəssislərin fikrincə, ailədaxili münaqişələrin 
yaranmasında kişilərin işsizliyi, qadınların cəmiyyətdəki 
rolunun artması böyük rol oynayır. 
       Bu  günə kimi azərbaycanlı ailələrdə adətən  əməyin 
ənənəvi bölgüsü aparılıb. Yəni ər işləyib evə pul gətirir, arvad 
isə evdə  uşaqların tərbiyəsi və ev işləri ilə  məşğul olur. Ev 
işlərində və uşaqların tərbiyəsi ilə kişilərin az məşğul olması və 
ya heç məşğul olmaması da ailədaxili münaqişələrə, gərginliyə, 


97
 
 
yersiz söz-söhbətlərə, incikliklərə  gətirib çıxarır. Ailə 
münaqişələri öz səbəblərinə görə  fərqlənir. Onlardan ən 
önəmliləri aşağıdakılardır: 
- ailə üzvlərinin özünüifadə etməsi azadlığının 
məhdudlaşdırılması; 
-   ailənin qəbul etdiyi davranış normalarından kənara çıxması; 
-   ailədə əks meyllərin, əks maraqların meydana çıxması; 
-   ailədə tərəflərdən kiminsə tələbatının ödənilməməsi; 
-   ailənin avtoritar formada idarə edilməsi; 
-   ailədə maddi problemlərin mövcudluğu; 
-   ailəyə kənar müdaxilənin olması; 
-   ailədə qısqanclığın və xəyanətin sezilməsi; 
-   ailədə qarşılıqlı güzəştin olmaması;  
-   ailədə tərəflər arasında təkəbbürlülüyün olması; 
- ailədə tərəflərin ailə məsuliyyətini lazımınca dərk etməmələri
-   ailədə tərəflər arasında qısqanclıq hissinin güclü olması; 
-  ailədə maddi və mənəvi təlabatlara kəskin ehtiyac duyulması; 
-   ailədə tərəflərin seksual disharmoniyası və s. 
 
     Ailədaxili münaqişələrin baş verməsində 
özünüqiymətləndirmənin də rolu az deyildir. Çünki tərəflərdən 
hər hansı biri ailədə özünü yüksək qiymətləndirirsə, bu zaman 
ailədə istər-istəməz narazılıq yaranır.  Ər özünü yüksək 
qiymətləndirirsə, bu halda evdə ancaq onun dediyi fikir, söz və 
qərarın əsas götürülməsi deməkdir. Yəni ailədə arvadın dediyi 
ən ağıllı fikir belə ər tərəfindən qəbuledilməz hesab olunur. Və 
bu zaman ailədaxili narazılıq, münaqişə baş verir. Amma 
ailədaxili söz-söhbətin olmaması, narazılığın yaranmaması  və 
münaqişənin baş verməməsi üçün gərəkdir ki, tərəflərin hər 
ikisi özünü adekvat qiymətləndirsinlər. Yəni tərəflər ailədə 
həm öz fikirlərində, davranışlarında, münasibətlərində korrektə 
etməlidirlər. Bu zaman ailədə qarşılıqlı anlaşma, qarşılıqlı 
hörmət və  rəftar, səmimi münasibət yaranır ki, bunun da 
nəticəsində ailədaxili münaqişədən qaçılmış oluruq. Kişi heç 


98
 
 
bir halda özünü qadından üstün tutmamalı, öz fikir və 
qərarlarını zorla ona qəbul etdirməməlidir. Qadının ona kor-
koranə qulaq asmasına, ona itaət etməsinə  təkid etməməlidir. 
Yəni ailədə kişi patriarxal qaydalar tətbiq etməməlidir. Çünki 
bu kimi adət-ənənələr artıq keçmişdə qalıb. Belə olan halda 
müasir dövrdə yaşadığımızı, cəmiyyətdə qadınla kişinin 
bərabər hüquqa malik olduğunu, qadınların düşüncə  tərzində 
böyük dəyişikliklərin baş verdiyini unutmamalıyıq. Deməli, 
ailədə tərəflər özlərinin həm cəmiyyət qarşısında, həm də ailə 
daxilində hüquqlarını, məsuliyyətlərini, ailə qurarkən 
götürdükləri öhdəliklərini dərk etməli, münasibətlərində bir-
birlərini aşağıladıcı, təhqiramiz ifadələrə yol verməməlidirlər. 
Ailədə sağlam düşüncə  tərzi formalaşmalıdır ki, ailədaxili 
münaqişələrdən qaçılmış olsun. Əgər ailədə qadınla kişi 
arasındakı münasibət  ədalət və  bərabərliyə  əsaslanırsa, 
tərəflərdən biri o birisinə  həqarətlə baxmırsa, biri özünü o 
birisindən üstün tutmursa, bir-birinə qarşılıqlı hörmətlə 
yanaşırsa, rəftar və davranışlarında bir-birinə xoş  məram 
nümayiş etdirirlərsə, belə ailələr uğurlu və uzunömürlü 
ailələrdən olacaq. Ailədə həmçinin qarşılıqlı ehtiram, yoldaşlıq 
münasibətləri hökm sürməlidir. Amma biz qadın xarakteri ilə 
kişi xarakteri arasındakı bir çox fərqlərin olmasını heç də 
unutmamalıyıq. Amerikan psixoloqun dediyi kimi, “Qadın 
dünyası kişi dünyasından tamamilə  fərqlidir”. Ailədə istər-
istəməz qadın və kişi fərqli düşüncələrə sahibdirlər. Hər iki 
tərəfin özünəməxsus üstün cəhətləri vardır ki, bu zaman 
tərəflər bunu nəzərə alaraq bir-birlərilə sağlam səmimi 
münasibət qurmalıdırlar. Bu halda ailədə münaqişələrdən və 
yersiz söz-söhbətlərdən qaçmaq mükündür.  
      Ailədaxili münaqişələrdən danışarkən uşaqlarla valideynlər 
arasındakı münaqişələri də xüsusilə qeyd etmək lazımdır. Ailə 
üzvləri arasında münasibətlərin pozulması ailədə  tələbatların 
ödənilməməsi zərurətindən irəli gəlir. Belə ki, ailə üzvlərinin 
maddi (mənzil, ərzaq, geyim və s.) tələbatları ilə yanaşı mənəvi 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə