Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə62/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   58   59   60   61   62   63   64   65   ...   91

221
 
 
istəməsələr də, bu təbliğatı apardım və onları psixoloji 
cəhətdən Elşad müəllimin rektor olmasına hazırladım. 
Hətta, bir dəfə ABU-nun işi ilə  əlaqədar mənim maşınımda 
avtomobil qəzasına düşdük. Qəza o qədər güclü oldu ki, hər 
ikimizin dili bir neçə dəqiqə açılmadı. Sonra biz ayıldıq və bir- 
birimizi qucaqladıq- öpüşdük ki, şükür Allaha bu qəzadan 
salamat çıxdıq. Bu qəzadan bizi Allah saxladı. Düzdür, mən 
yaralandım, 2 ay qolum və qabırğalarım gipsdə qaldı. Ancaq 
qolumda olan sınıq yeri indi də hərdən bir mənə əziyyət verir. 
Belə qorxulu hallar çox olub. Hazırda universitetdə çalışanlar 
hesab edirlər ki, bu ali məktəb göydən düşüb, onlar da gəlib 
hazırında işləyirlər. Belə deyil, Elşad müəllim bu məktəbi 
yaradılmasında can qoyub, dəfələrlə ölümlə üzləşib və mən də 
həmişə onun yanında olmuşam. 
  1997-ci  ilin  sentyabr  ayının  əvvəlləri idi . Elşad müəllim 
mənə dedi: “Hacı, gedək. Sənin maşınında gedəndə  işlərimiz 
yaxşı gedir, ayağın yüngüldür. Səninlə hara gedirəmsə, işlərim 
tez həll olur”. Gəldik Elmlər Akademiyasına. Akademiyanın 
prezidenti Fərəməz Maqsudovun yanına. O, içəri keçdi, mən 
isə gözlədim. Fərəməz müəllimlə söhbətdən sonra gəldi ki, bəs 
ali məktəbin adını dəyişdirmək lazımdır. O, mənə dedi ki, Hacı 
başını işə sal, universitetin adını qoyaq. 
 Maşında geri qayıdarkən mən dörd ad təklif etdim və 
“Azərbaycan Beynəlxalq Universiteti” adının üstündə 
dayandım.Yoldaşlarla müzakirədən sonra bu ad qəbul olundu. 
Həyat göstərir ki, ad qoymaq məsələsində biz səhv etməmişik. 
 Başqa bir misal da çəkim. Bu ali məktəbin daimi binası yox 
idi.  Şəhərin müxtəlif  ərazilərinə  səpələnmişdi. Biz bina 
axtarırdıq. 1996-cı ilin yayında tikinti nazirliyinə, bir 
qohumumun yanına getmişdim. Ordan-burdan danışaq. Ondan 
bina soruşdum. Qohumum nazirin köməkçisinə müraciət  etdi. 
O, bizə 7-ci mikrorayonun axırını- indiki ABU yerləşən binanı 
məsləhət gördü. Elşad müəllimlə gedib baxdıq. O, buranın 
uzaq olduğunu bilirdi və dedi ki, fikirləşərik. 1996- cı ilin 


222
 
 
sentyabrında bu binaya köçməyi qərara aldıq. Binanın 
təmirinin təşkil olunmasında  şəxsən iştirak etdim. ABU- nun 
yaranması prosesi belə başladı. 
 Nə isə, belə misallardan çox çəkmək olar. Qayıdaq Elşad 
müəllimin fəaliyyətinə. Hazırda onun təhsil sistemində uğurları 
göz qabağındadır, tərifləməyə ehtiyac yoxdur. Qısa müddətdə 
ABU-nu yaratmaq və qabaqcıl ali məktəbə çevirmək hər 
oğulun işi deyil. Elşad müəllimin uğurları  və gördüyü işlər 
çoxdur. Onları saymaqla qurtaran deyil. 
Elşad müəllim heç bir cəmiyyətin üzvü deyil. O, yalnız Yeni 
Azərbaycan  Partiyasının (YAP) üzvüdür. Biz ikimiz bir gündə, 
eyni saatda bu partiyaya üzv qəbul olunmuşuq. O, “Azərbaycan 
beynəlxalq aləmdə” çoxcildlik kitabın müəllifidir. Bu kitabı 
yazmağa başlayarkən (1996- cı ildə) ona ilk xeyir-dua 
verənlərdən biri mən olmuşam. O, həm də “Dövlət və hüquq” 
jurnalının yaradıcısıdır. Elşad müəllim dövlət qəzetlərində
xüsusilə, “Azərbaycan” və “Xalq” da Azərbaycanın dövlət 
müstəqilliyi haqqında onlarla məqalə çap etdirmişdir. 
Bəzi xırda qəzetlər Elşad müəllim və mənim haqqımda böhtan 
dolu yazılar çap ediblər. Bu böhtanlar qatığa qara demək kimi 
bir  şeydir. Böhtançılara üzümü tutub deyirəm ki, yalan ayaq 
tutar, ancaq yeriməz. Elşad müəllimə nə vaxtsa sözüm olubsa, 
üzünə demişəm və birlikdə müzakirə etmişik, düzgün qərar 
çıxarmışıq. Elşad müəllimə kimin sözü varsa, kişi kimi getsin 
üzünə desin, mənim adımdan istifadə etməsin. Kşiliyi, qeyrəti 
çatmırsa, onun öz işidir. Qəzetlərə  məsləhətim budur ki, 
falktları araşdırsınlar, sonra yazsınlar. Elşad müəllim və  mən 
mövqeyimizi çoxdan bildirmişik. Biz yalnız Azərbaycan 
Respublikasının prezidenti H. Əliyev cənablarına və 
respublikanın dövlət müstəqilliyinə xidmət edirik. 
Elşad müəllimlə biz uzun müddət həqiqi dost olmuşuq və 
bütün gücümüzü ABU-nun yaranmasına sərf etmişik. Bu ali 
məktəbin ilk rektoru E. Abdullayev, ilk prorektoru mən 
olmuşam. Bu bir tarixdir. Bunu heç kim inkar edə bilməz. 


223
 
 
 Mən yenə  də ADU-da olan müvəffəqiyyətlərə ürəkdən 
sevinirəm. Çünki başqalarından fərqli olaraq, bu universitet 
mənə çox doğmadır. Necə deyərlər, ABU- nun yolunda can 
qoymuşam. 
 
- Bu gün Sizi bir Hacı, həm də bir ziyalı kimi daha çox 
narahat edən nədir? 
-  Əlbəttə ki, Qarabağ  məsələsidir. Bu bizim xalqın yaralı 
yeridir. Mən bir ziyalı kimi gecə-gündüz bu məsələ  ətrafında 
düşünürəm. Bir Hacı kimi isə  hər namaz üstündə  əlimi 
Xudanın dərgahına qaldırıb ondan sülh, əmin- amanlıq 
diləyirəm ki, yurdundan-yuvasından didərgin düşən qardaş-
bacılarımız teziklə öz yerlərinə qayıtsınlar. 
- Bugünkü gənclərin mənəviyyatındakı  dəyişikliklərə 
münasibətiniz necədir? 
-  Məşhur tarixçi A. Bakıxanovun belə bir kəlamı var: “Ən 
böyük var-dövlət elm  və bilikdir, var-dövləti itirmək olar. 
Amma elm və bilik həmişə  səninlə olur”. Mən hər gün bu 
sözləri xatırlayıram və  gənclərə elmli, bilikli, səbrli olmağı 
məsləhət görürəm. 
-  Hazırki  şəraitdə müəllim-tələbə münasibətləri və “Pulunu 
ver, oxu” prinsipinə necə baxırsınız? 
 
- “Pulunu ver, oxu” prinsipini hər sahəyə  şamil etmək olmaz. 
Bazar iqtisadiyyatına keçid dövründə təhsilin də özünəməxsus 
problemləri çoxdur desək, yanılmarıq. Köhnə  cəmiyyəti ləğv 
edib, təzə  cəmiyyəti bir anda yaratmaq qeyri- mümkündür. 
Bunun üçün zahiri dəyişiklik yox, daxili inkişaf lazımdır. 
Cəmiyyət özü inkişaf etməlidir, özü də şüurlu şəkildə. 
Təhsil üçün çoxsahəli imkanlar açılıb. Bildiyimiz kimi indi 
həm pullu, həm də pulsuz təhsil sistemi mövcuddur. Mənə elə 
gəlir ki, təhsilin bütün formalarında başlıca meyar bilik 
olmalıdır. Hər bir  sahənin özünün xüsusi istedadları olur. 
Onun pula heç dəxli var? Pul ilə hər hansı bir sənəti, bəlkə də 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə