Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə61/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   57   58   59   60   61   62   63   64   ...   91

218
 
 
 
-  Bu arzu, istək, hiss kökdən gəlir. Bizim Qərəvəlli kəndi 
Zərdabın seçilən kəndlərindəndir. Qərəvəlli sakinləri özlərinin 
xeyirxahlığı, safqəlbliyi, dini etiqadları ilə seçilirlər. Mənim 
babalarım məhşur seyid Mir Abdulla ağa və Mir Səftər ağadır. 
Uşaqlığım onların yanında keçib. Onların elm, din haqqında 
ibrətamiz söhbətləri məni həmişə özünə  məftun edər, sanki 
sehrləyirdi. Dünyadakı, səmadakı hər şeyin, hər hadisənin bir-
birini tamamladığını  təəccüblə müşahidə edər, Allahın 
varlığına möhkəm inam yaranırdı. Bu inam, bu əqidə  mənim 
təhsildəki nailiyyətlərimə  də böyük təsir göstərirdi. Elmi 
zirvələri fəth etməyimə baxmayaraq, yenə  də özümü hardasa 
yarımçıq hesab edirdim. Sovetlər birliyi dağılandan sonra 
sərhədlər açıldı  və  məni  daim sehrləyən,özünə  cəlb edən 
ziyarətlərə getməyimə imkan yarandı. Mənə elə  gəlir ki, bu 
ziyarətə daxilən hazır olan insanları Allah özü çağırır. Yəni  bu 
hər kəsin istəyi ilə deyil, gərək Allah qismət edə. 
 Bir dəfə mənə çox yaxın olan bir dostum belə bir sual verdi ki
bu qədər titulların var, heç bilmirəm sənə necə müraciət edim? 
Cavab verdim ki, bu adların hər biri gərgin, fiziki- mənəvi 
zəhmətin nəticəsi olduğu üçün mənə çox əzizdir. Lakin ən 
ümdə olanı budur-  Hacı  İsmayıl. Mən bu adla fəxr edirəm. 
Bundan özümçün böyük qürur duyuram. Babam 1915- ci ildə 
ziyarətə gedib, geri qayıtmayıb. Onu camaat “Ocaq” kimi 
qəbul edib, qəbrini ziyarətgaha çeviriblər. 
 Kəndimizin  əhalisi yığılıb kənddə böyük bir məscid binası 
tikiblər. Bu məsciddə  əhali ibadət edir. Məscidin tikilməsinə 
Sibirdə yaşayan kəndin sakini  Qambayev Göyüş  rəhbərlik 
etmiş və bütün xərcini o çəkmişdir. 
 Kəndimizin Mingəçevirdə yaşayan cavanları, xüsusilə Hacı 
Xanəli başda olmaqla, böyük bir məscid tikiblər və adını 
“Heydər məscidi” qoyublar. Bu məscid hörmətli prezidentimiz 
Heydər Əliyevin şərəfinə ucaldılmışdır. 


219
 
 
Yəni demək istəyirəm ki, bizim kəndimizdə dini adət-ənənələrə 
böyük hörmət vardır. Mən də bu kəndin yetirməsi kimi Bakıda 
yaşamağıma baxmayaraq, həmin adət-  ənənələri heç vaxt 
yaddan çıxarmıram. 
 Mən 1996-cı il aprel ayının 17-dən mayın 5-nə  qədər Həcc 
ziyarətində olmuşam. Burada maraqlı bir faktı qeyd etmək 
istərdim. Aprelin 30- da avtobusla Məkkə  şəhərindən 
Mədinəyə yola düşdük. Biz avtobusda keçmiş Ali Məhkəmənin 
sədri Abdulla İbrahimov, Canəli  Əkbərov və  Ağaxan 
Abdullayevlə bir yerdə idik. Hacı Abdulla üzünü Hacı 
Canəliyə  və Hacı  Ağaxana tutub dedi: “Nə vaxtdandır ki, 
operada “Leyli və Məcnunu” ifa edirsiniz. Bu da Sizin səhnədə 
arzuladığınız Leyli və  Məcnunun vətəni.  İndi buyurun, 
məharətinizi burada da göstərin.”Düzünü deyim ki, Mədinə 
şəhərinə  qədər Ağaxanla Canəli muğam oxudular.Əlbəttə, bu 
heç vaxt yadımdan çıxmaz. 
Orta məktəbdə oxuyarkən həmişə  Şərq ölkələrinə getməyi 
arzulayırdım. Axır ki, ziyarət etməklə  bərabər  şəhərləri gəzib, 
ərəblərin adətlərini də öyrəndim. Ümumiyyətlə, bu ziyarət 
mənim həyatımda böyük dönüş yaratdı. 
 
-   Hacı kimi hansı xeyirxah işlər görmüsünüz? 
 
-  Həzrət  Əlinin (ə) belə bir kəlamı var: “Hər bir insanın 
qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür”.Mən bu kəlamı özüm 
üçün  şüar etmişəm. Hər gün Həzrət  Əlinin (ə) sözlərini 
ürəyimdən keçirirəm. Kim harda nə  çətinliyə düşsə, nə 
imkanım olsa köməklik edirəm ( həm mənəvi, həm də maddi). 
Kəndimizin qəbiristanlığı kənddən iki kilometr aralıda yerləşir. 
Həmin qəbiristanlığa getmək üçün əhali çox əziyyət çəkirdi. 
Hətta, qış aylarında ora traktorla güclə getmək olurdu. 
Qardaşlarım Sibirdə  işləyirdilər, onların imkanları yaxşı idi. 
Mən onları çağırdım, məsləhətləşdik. Böyük xərclə  kənddən 
qəbiristanlığa iki kilometrlik asfalt yol çəkdik.  İndi camaat 


220
 
 
həmin yolla rahat gedib- gəlir, bizim də atamıza rəhmət 
oxuyurlar. 
  Həcc ziyarətinə gedən bir neçə Quran oxuyan şəxslərə kömək 
etmişəm. Hər il ziyarətə  gedənlərə maddi cəhətdən köməklik 
edirəm. 
 Hazırda heç imkanı olmayanlarda da tez- tez kömək  əlimi 
uzadıram. Mənim özümə  də Sibirdə  işləyən qardaşlarım 
köməklik edir. Mən gördüyüm işləri onların hesabına edirəm. 
Ümumiyyətlə, xeyirxahlıq  əməllərindən nə  qədər ki, canım 
sağdır əl çəkməyəcəm. 
 
- Professor, eşitdiyimə görə siz Azərbaycan Beynəlxalq 
Universitetində  işləmisiniz. Bu universitetin yaranmasında 
sizin də rolunuz olub? Bu barədə nə deyə bilərsiniz? 
 
-  Əvvəla qeyd etmək lazımdır ki, bu ali məktəb hörmətli 
prezidentimiz Heydər  Əliyev cənablarının xeyir- duası ilə 
1997- ci il oktyabrın 11- də dövlət qeydiyyatından keçmişdir. 
ABU-nun təsisçisi və rektoru professor Elşad Abdullayevdir. 
İxtisasca hüquqşünas olan E. Abdullayev çox bacarıqlı  və 
təşkilatçı bir ziyalıdır. O, təkcə Respublikamızda deyil, həm də 
respublikadan kənarda güclü hüquqşünas kimi tanınır. O, 
millətini sevən və onun qeyrətini çəkən adamdır. Elşad 
müəllim Moskvada aspiranturada oxuyarkən ermənilərin 
liderlərindən olan Şahnazarovla heç nədən çəkinmədən tez-tez 
mübahisələr edərdi.  Bu mübahisələrdən o həmişə qalib çıxardı. 
Elşad təhsili sevən və canyandıran adamdır. Onunla uzun 
müddət həqiqi dost olumuşuq. Mən onun təhsilə münasibərini 
hamıdan yaxşı bilirəm, ona görə onu istəyən və istəməyənlərin 
yanında həmişə deyərdim ki, Elşad müəllimdən yaxşı rektor 
olar. Istəməyənlər deyirdilər: “Niyə?” Mən cavab verirdim ki, 
o, savadlı hüquqşünasdır. Moskvada oxuyub, cavan olmasına 
baxmayaraq, təcrübəsi çoxdur, təhsili yaxşı bilir. Bu cavablara 
görə onu istəməyənlər məndən də inciyirdilər. Onlar 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə