Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə58/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   54   55   56   57   58   59   60   61   ...   91

205
 
 
                             Baxıram, elə hey dəyişir insan,  
                             Dəyişir kainat, dəyişir dövran.  
                             Düşünən varmı ki, görəsən bir an? 
                             Qüdrətsiz bu dünya kimə gərəkdir?  
                                                        * 
                             Dar gündə dost-dosta bir nəzər salmır, 
                             Namərdlər çoxalır, mərdə yer qalmır. 
                             Pullular pulsuzun sazını çalmır, 
                             Hörmətsiz bu dünya kimə gərəkdir?.. 
      Şairə xanım Qarabağ savaşında qəhrəmancasına döyüşüb 
şəhid olan igid, mərd oğullarımızı da unutmur. Onların 
düşməni qorxudan, onların canına üşütmə salan qəhrəman 
övladlarımızın qəhrəmanlıq salnaməmizə yeni adlar yazır, 
Milli Qəhrəmanımız Mübariz İbrahimov kimi: 
                           ...Şəhid məzarlğın sənin bil evin, 
                              Düşməni çaşdırdı sənin mərdliyin. 
                              Dünyada əzbərdi sənin ad-sanın, 
                              Qarabağda şəhid oldun, Mübariz. 
                                                       *    
                              Şəhid ocağında sönməzdi odun, 
Verdin qiymətini sən bu həyatın, 
Azadə şeirində əzbərdi adın, 
Qarabağda şəhid oldun, Mübariz.  


206
 
 
       Hacı Azadə xanım Qarabağa görə çox narahatdır, bu dilbər 
guşəmizin düşmən tapdağı altında inləməsini kimsəyə 
bağışlaya bilmir. Torpaq itkisi, yurd həsrəti, öz doğmaları üçün 
qəribsəyən zirvəsi qarlı Dağlarımız onun qəlbinə bir anlıq da 
olsun rahatlıq vermir, bütün vücudu titrəyir Qarabağ itkisinə. 
Şairə xanım sinəmizə  çəkilən bu çalın-çarpaz dağın  əsas 
səbəbkarı  fələk olduğunu oxucusuna nişan verir. O, həsrətdə 
qalan Xarı bülbül üçün yas saxlayır, ona ağı deyir. Biz bunu 
“A qanlı fələk” şeirində aydınca görürük: 
                              Dağlara baxmaqdan gözüm saraldı,   
                              Gör nələr törətdin, a qanlı fələk. 
                              Dağların başını çovğun, qar aldı, 
                              Dağ çəkdin bizlərə, a qanlı fələk... 
                                                    * 
                               Xarı bülbül o taydadır ağlayır, 
                               Bu arzular sinəmizi dağlayır. 
                               Neçə əsr için-için ağlayır. 
                               Azadə də Vətən deyir ağlayır, 
                               Dağ çəkdin bizlərə, a qanlı fələk.   
      Azadə xanım tərcümə sahəsində də özünü sınayıb. Belə ki, 
o, bir neçə Gürcü şairinin şeirlərini Azərbaycan dilinə tərcümə 
etmişdir. Gürcü şairi Coni Çaxvadzenin şeiri bu qəbildəndir.                         
      Hacı Azadə xanım bütün bunlara rəğmən cəmiyyətdə öz 
ictimai fəallığı ilə  də seçilən qadınlardandır. Onun diqqəti 
çəkən  əsas fəaliyyəti tez-tez xeyriyyəçilik tədbirlərinin 
keçirməsidir. Belə ki, o sədri olduğu “Qafqaz Media” İctimai 
Birliyi tərəfindən bu günə  qədər 350-yə yaxın müxtəlif 


207
 
 
tədbirlər keçirib. Onun keçirdiyi 330 tədbiri sırf xeyriyyə 
məqsədi daşıyıb, imkansız və kimsəsizlərə, yetim uşaqlara, əlil 
uşaqlara və qocalara həm maddi, həm də mənəvi yardım edilib. 
O, harada köməyə ehtiyacı olan varsa, dərhal onun harayına 
qaçır, onun əlindən tutur. 
      O,  yeganə Azərbaycan vətəndaşıdır ki, 2013-cü ildə 
Gürcüstanda nəşr olunmuş “Famous and Business People of 
Georgia” ensiklopediyasında onun tərcümeyi-halı  həm gürcü, 
həm də ingilis dilində yer almışdır.  
      Bundan başqa, Hacı Azadə xanımın 50 illik yubileyi təkcə 
respublikamızda deyil, həm də xarici ölkələrdə  də yüksək 
səviyyədə qeyd edilmişdir. Belə ki, şairə xanımın yubileyi 
2014-cü il martın 1-də Rusiyanın Dərbənd  şəhərində, martın 
15-də Gürcüstanın Marneuli şəhərində, martın 16-da Tbilisi 
şəhərində M.F.Axundovun ev muzeyində, avqustun 2-də 
Türkiyənin İstanbul şəhərində, avqustun 3-də İzmir şəhərində, 
avqustun 4-də isə Quşadasında qeyd edilmişdir. 
      Biz  Hacı Azadə xanıma bundan sonrakı  həyatında insana 
hər şeydən vacib olan can sağlığı, uzun ömür, xoş gələcək, ailə 
səadəti, firavan həyat, tükənməz enerjiyə malik ictimai 
fəaliyyət, təbib kimi daim insanların sağlamlığı keşiyində sayıq 
durmağı,  ədəbi proseslərdə isə yeni-yeni yaradıcılıq uğurları 
arzulayıram. Bacım, yolların açıq,qəlbin həyatdan qazandığın 
uğurların sevincindən daim fərəhlə dolsun, Allahın nəzəri 
üstündən əskik olmasın heç zaman! Amin!!! 
                                                   Bakı, 03 fevral 2015-ci il. 
 
 
 
 
 


208
 
 
 
 
 
 
 
 
M ü s a h i b ə l ə r 
 
 
 
 
 
 
 
 
 


209
 
 
Adamı ağrıdan o idi ki, səni öz elində 
yadlar mühakimə edirdi 
 
(Müsahibimiz Nəsimi royun Xalq Məhkəməsinin sədri, 
əməkdar hüquqşünas Ramiz Məmmədovdur) 
 
Tanıtma:
Məmmədov Ramiz Kamal oğlu 1940-cı 
ildəanadan olub. 1964-cü ildə BDU-nun hüquq fakültəsini 
bitirib. 1966-1970 - ci illərdə Respublika Ali Məhkəməsində 
məsləhətçi,  
1970-87-cil illərdə Yasamal royonunda xalq hakimi 
işləyib.1987-ci ildən Nəsimi rayon Xalq  Məhkəməsinin 
sədridir.         
 
 Mən onu ilk dəfə görürdüm. Gülərüz, xoş  təbiətli, səmimi, 
sadə görkəmli, işgüzar adam təsiri bağışladı  mənə.Həm qəbul 
otağında, həm də yanında çoxlu adam var idi. Fürsətdən 
istifadə edib qəbul otağında olanlardan məhkəmə sədrinin necə 
şəxs olduğunu soruşdum. Onlar qeyd etdilər ki, Ramiz müəllim 
məzuniyyətdən yenicə qayıdıb. Bu gün onun  qəbul günü 
olmadığına baxmayaraq hamımız ona öz şikayətimizi 
bildirmək üçün gəlmişik.  İnamımız və  əlacımız ancaq Ramiz 
müəllimədir. O, həm axıra kimi şikayətçini dinləməyi bacarır, 
həm də həmin adamın işini qanun əsasında dərhal həll etməyə 
çalışır. Buna görə hamı istəyir ki, bütün dolaşıq və çətin işlərin 
düzgün həll edilməsi, işin  ədalətli aparılması üçün ancaq 
Ramiz müəllimə müraciət etsin. İndiyə kimi Ramiz 
müəllimdən heç kim, heç yerə  ədalətsiz hökm çıxardığı üçün 
müraciət etməyib. Buna görə də onun apardığı məhkəmə işləri 
həmişə ədalətli hökm kimi qiymətləndirilib. 
 Mən içəri  daxil olanda hakimin yanında daha iki nəfər var idi. 
     Yanındakı adamların çıxmasını gözləmədən Ramiz 
müəllimə müraciət etməli oldum, çünki şikayətə gələnlərin sayı 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə