Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə55/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   51   52   53   54   55   56   57   58   ...   91

194
 
 
 Qurani-Kərimə görə bütün dəyişikliklərin  əsası insanın daxili 
aləmindədir. Hər bir insanın ruhundakı  dəyişikliklər kainatda 
və cəmiyyətdə baş verən mühüm dəyişiliklərlə bağlıdır. 
     Mən yazımın  əvvəlində nahaqdan qadınlar haqqında  İmam 
Əlidən(ə)b sitat gətirmədim. Çünki bu kitabı iyirmi ildən artıq 
tanıdığım, dostluğuna, yoldaşlığına,  əqidəsinə,  əxlaqına, 
idrakına yaxından bələd olduğum Hacı Azadə xanım 
Abbasqızına həsr etməyim heç də  təsadüfi deyildir. Yaxşı 
insanlar haqqında söz demək, onları olduqları kimi yaşadığı 
cəmiyyətə tanıtmaq böyük savab işdir. Bu gün qadınlarımızın 
cəmiyyətdə tutduğu mövqeyi, istər rəhbər vəzifələrdə, istərsə 
də  həyatın müxtəlif sahələrində ciddi və  səylə çalışmaları 
onların kişilərdən heç də geri qalmadıqlarını bir daha sübut 
edir. Qadınların ictimai tərbiyədə, insanların ümumi 
inkişafında, övlad tərbiyəsində analıq haqlarında, kişilərə həyat 
yoldaşı olmaqda, kişilərlə birgə  həyat yolunda addımlamaları 
inkar edilməz faktlardır. 
Belə ki, Qurani-Kərim Allah-Təaladan sonra valideynə itaət 
etməyi  əmr etmişdir. Amma bu itaətdə qadın və kişinin 
arasında heç bir fərq qoymamışdır. Həmçinin böyük islam 
Peyğəmbəri xanım Xədicəyə (s) və xanım Zəhraya olduqca çox 
məhəbbət bəsləmiş və onlara hörmətlə yanaşmışdır.  
      Hacı Azadə xanımı tanıyanlar, dostları, həmkarları onun 
şəxsiyyəti, təbibliyi, ictimai fəaliyyəti,  ədəbi yaradıcılığı 
haqqında bəs qədər ürək sözlərini söyləyiblər. Mən də Hacı 
Azadə xanımın ictimai fəaliyyətindən və  bədii yaradıcılığı 
barədə az da olsa söhbət açacağam. Amma mənim yazımın 
əsas qayəsi Hacı Azadə xanımın mömin qadın obrazına işıq 
salmaq olacaq. Hər şeydən öncə onu qeyd edim ki, o, dəfələrlə 
Həcc ziyarətində, eləcə  də  Məşhəddə, Kərbəlada, Məkkə  və 
Mədinədə olub. Ziyarətlərin birində hətta, o mənə bir mesaj da 
göndərmişdi. Həmin mesajda Hacı Azadə xanım yazırdı: 
Qardaşım Camal, bu gün Mina dağında sənə və ailənə dualar 
etdim. Allah-təala səni və ailəni daim qorusun! Süfrən həmişə 


195
 
 
ruzu-bərəkətli və qonaq-qaralı olsun! Bacın Hacı Azadə. 
13.11.2011”. 
     Hacı Azadə  dostluqda və yoldaşlıqda çox etibarlı, doğru-
dürüst və  sədaqətli bir xanımdır. Yəni, mən demək istədiyim 
odur ki, bu xanımda  əsl müsəlman qadınında xas olan çoxlu 
müsbət keyfiyyətlər vardır. Sual oluna bilər ki, müsəlman 
qadınına vacib olan əsas keyfiyyətlər hansılardır. Mən imkanım 
daxilində Hacı Azadə xanımın müsəlmançılığa xas olan 
keyfiyyətlərini sadalayacağam. Bu qadında  əqidəsinə  görə 
Allah-təala və onun Rəsulunun (səllallahu aleyhi və  səlləm) 
buyurduqlarının haqq olduğuna yəqinliklə inanmaq və bu yolda 
özündən  əvvəl gələn  əməli saleh müsəlmanların metodlarını 
(xeyir işlər görmək, kimsəsizlərə, cəmiyyətdə mənəvi və maddi 
yardıma ehtiyacı olanlara kömək etmək, valideynlərini itirmiş 
uşaqlara, yetimlərə  əl tutmaq, onlara qayğı göstərmək, hər 
yerdə xeyirxah əməllər nümayiş etdirmək) dərk edərək həyatın 
bütün anlarına tətbiq etmək üçün əlindən gələni hər şeyi etmək 
bacarığı və istəyi vardır. Hacı Azadə xanımın əxlaqına gəlincə, 
onu deməliyəm ki, onun əxlaqi kamil İslam  əxlaqıdır. O, 
müasir qadın, həyatın müxtəlif sahələrində ictimai fəaliyyət 
göstərməsindən asılı olmayaraq İslamın nişanəsi olan hicab 
qaydasına daim riyaət edir. 
     Müsəlman qadınına xas olan digər keyfiyyət onun ədəbidir. 
İslam  ədəbinin  əsas xüsusiyyətləri qadının həyalı, iffətli, 
ismətli və  təmizkar olmasıdır. Qeyd etdiyim bu xüsusiyyətlər 
də Hacı Azadə xanımda mövcuddur. Digər bir xüsusiyyət isə 
Hacı xanımın digər mömin insanlardan götürdüyü nümunədir
Belə ki, bacımızın üstün cəhətlərindən biri də  həmişə mömin 
analardan, səhabə qadınlardan və eləcə  də bütün əməli saleh 
qadınlardan nümunə götürməsidir.  
Hacı Azadə xanımın sevgisi isə yalnız Allah və onun Rəsuluna, 
eləcə də İslamla bağlı hər kəs (hər şey) üçündür. 


196
 
 
Onun  gizliəməlləri  hər zaman axirəti xatırlamaq, sədəqə 
vermək, yetimləri sevindirmək, darda olan insanlara kömək 
əlini uzatmaq və xeyirxah işlər görməkdir. 
 Hacı Azadə xanımın əsl qadın dostları dininə möhkəm bağlı, 
əxlaqlı müsəlman qadınlarıdır. 
 Hacı xanımın sevmədiyi əsas xüsusiyyətlər bunlardır: Allaha 
şərik qoşmaq, haram olan hər  şeyə qarşı  çıxmaq,  əxlaqsızlıq 
yayan insan və düşüncə  tərzinə, bir sözlə  qəbir  əzabına səbəb  
olan bütün əməllərdən daim uzaq olmaq, dostlarını  və 
sevdiklərini də bunlardan uzaq tutmaq. 
 O, öz günahını  səmimi etiraf etməyi bacaran, səhvini başa 
düşən və bunlara tövbə edən insanlara həmişə  hörmət və 
rəğbət bəsləyir. 
 Hacı Azadə xanım eyni zamanda gözəl anadır. O bircə 
ciyərparası olan Talehin üstündə əsim-əsim əsərək onu hər cür 
neqativ hallardan, pis insanlardan, pis vərdişlərdən uzaq 
tutmağa çalışır və onu əsl mərd, cəsur azəri Türk övladı olaraq 
Vətənini, xalqını, torpağını canından artıq sevən bir vətəndaş 
kimi tərbiyə edir. Bu yolda o, ana olaraq əlindən gələn hər şeyi 
etməyə çalışır. Hacı xanımın həyat yoldaşı Cavanşir də  
həyatda hər zaman ona dəstək olur.   
     Bu  ailənin  əsas  məqsədi   yaxşı  və möhkəm bir müsəlman 
ailəsi qurmaq, əsl  İslami dəyərlərə  əsaslanmış  cəmiyyətin 
bünövrəsini qoymaq, adamlara, cəmiyyətə, dövlətinə layiq 
nəsil yetişdirməkdir. 
     Hacı Azadə xanım  şəriətlə müəyyən edilmiş  hədlər 
daxilində  səyahət etməyi xoşlayan qadındır. O, həmişə 
gəzintilərdən zövq almağa çalışır. Buna görədir ki, Hacı xanımı 
tez-tez xarici ölkələrdə həm işgüzar səfərlərdə, həm də maraqlı 
səyahətlərdə görmək mümkündür. O, eyni zamanda tez-tez 
qohumlara baş  çəkir, xəstələri ziyarət edir, hər kəsə kömək 
etməyə tələsir. Bunu o, özünün insanlıq borcu hesab edir. 
Dem li, insan  tan td ran onun qad nl
 v  ki iliyi deyil, 
ksin  onun insanl
d r. Bundan  lav  qad n, 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə