Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə51/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   47   48   49   50   51   52   53   54   ...   91

182
 
 
havadarlarının himayəsi altında “Erməni vilayəti” 
adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. 
Belə süni ərazi bölgüsü ilə,  əslində, azərbaycanlıların öz 
torpaqlarından qovulması  və  məhv edilməsi siyasətinin 
bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları  təbliğ 
olunmağa başladı. Bu uydurma dövlətin azərbaycan 
torpaqlarında yaradılmasına “bəraət qazandırmaq məqsədi 
ilə” erməni xalqının tarixinin saxtalaşdırılmasııa yönəlmiş 
geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və 
ümumən Qafqazın tarixinin təhrif olunması  həmin 
proqramların mühüm tərkib hissəsini təşkil edirdi. 
     “Böyük  Ermənistan” yaratmaq xülyasından ruhlanan 
erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara 
qarşı geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. 
Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycabı  və 
indiki Ermənistan  ərazisindəki azərbaycan kəndlərini  əhatə 
etdi. Yüzlərlə yaşayış  məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, 
minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisənin 
təşkilatçıları  məsələnin mahiyyətinin açılmasına, ona düzgün 
hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək 
azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist 
torpaq iddialarını pərdələmişlər. 
     Birinci  Dünya  müharibəsi, Rusiyada baş vermiş 1917-ci il 
fevral və oktyabr çevrişlərindən məharətlə istifadə edən 
ermənilər öz iddialarını bolşevik bayrağı altında 
reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən 
əksinqilabçı ünsürlərlə mübarizə  şüarı altında Bakı 
Kommunası 
tərəfindən ümumən Bakı quberniyasını 
azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan 
həyata keçirilməyə başlandı. 
Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan 
xalqının yaddaşına  əbədi həkk olunmuşdur. Minlərlə dinc 


183
 
 
azərbaycanlı  əhali yalnız milli mənsubiyyətinə görə  məhv 
edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri 
yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, 
xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının 
böyük bir hissəsini xarabalığa çevirmişlər. 
      Azərbaycanlıların soyqırımı Bakı, 
Şamaxı, Quba 
qəzalarında,Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda 
və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata 
keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə  qətlə 
yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri 
dağıdılıb məhv edilmişdir. 
     Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci 
ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər 
Şurası 1918-ci ilin iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə 
Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar 
qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdəki 
Şamaxıdakı  vəhşilikləri,  İrəvan quberniyası  ərazisində 
ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya 
ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər 
Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin 
mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti 
tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. 
Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir 
əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə 
tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin 
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa 
çatmasına imkan vermədi. 
      Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün 
istifadə edən ermənilər 1920-ci ildə  Zəngəzuru və 
Azərbaycanın digər torpaqlarını Ermənistan SSR-in ərazisi 
elan etdilər. Sonrakı dövrlərdə bu ərazilərdəki 
azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da 


184
 
 
genişləndirmək məqsədi ilə yeni vasitələrə  əl atdılar. Bunun 
üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il 
“Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı 
əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi 
haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə 
azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə 
deportasiyasına dövlət səviyyəsində nail oldular. 
      Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci 
illərdən etibarən Azərbaycan xalqına qarşı  kəskin mənəvi 
təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında 
müntəzəm surətdə yayılan kitab, jurnal və  qəzetlərdə milli 
mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən 
nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut 
etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün 
dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq 
cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni xalqı”nın 
surətini yaradaraq əsrin  əvvəllərində regionda baş verən 
hadisələr  şüurlu surətdə  təhrif olunur, azərbaycanlılara qarşı 
soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi. 
      Əsrin  əvvəllərində  əksər  əhalisi azərbaycanlı olan İrəvan 
şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən 
soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. 
Azərbaycanlıların hüquqları kobudcasına pozulur, ana dilində 
təhsil almasına  əngəllər törədilir, onlara qarşı repressiyalar 
həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları 
dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim 
toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir. 
        Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin  şovinist 
ruhunda böyüməsinə  zəmin yaratmaq üçün dövlət siyasəti 
səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən 
Azərbaycan  ədəbiyyatı  və  mədəniyyəti ruhunda tərbiyə 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə