210
daha da çoxalırdı. O, bir anlığa
üzünü mənə tərəf tutaraq
təbəssümlə bildirdi:
- Görürsüz də, Camal müəllim, görün bir nə qədər şikayətçi
var. Adamları nahaq yerə get-gələ salan, adi iş üçün günlərlə
gözləməyə məcbur edən burokratlar aramızda hələ də var.
Bunların hamısı öz vəzifələrindən sui- istifadə etməyə
çalışırlar. Bu da adamların haqlı narazılıqlarına səbəb olur.
Əgər hər bir vəzifəli şəxs öz vəzifə məsuliyyətini dərindən başa
düşsə və adamlarla
səmimi ünsiyyət yarada bilsə, onda bu
qədər haqlı narazılıqlar meydana çıxmaz. Təəssüflə
bildirməliyəm ki, vəzifəli şəxslərin bir çoxu öz işlərini düzgün
icra edə bilmir və tez-tez vəzifə səlahiyyətlərini aşırlar ki, bu da
qanuna zidd hərəkət kimi qiymətləndirilməlidir.
Məzuniyyətdən yenicə qayıtmışam. Bu gün də qəbul günüm
düyil, amma nə olsun ki? Əgər sənə müraciət edirlərsə, gərək
hər bir adamı dinləyib ona kömək edəsən. Bir də ki, bu gün
hüquq- mühafizə orqanları lazımi səviyyədə işləmir. Bir az
bundan əvvəl şikayətçinin dediyinin siz də şahidi oldunuz.
Onun göstərdiyi ünvanda yaşayan erməni təxribat törədə bilər.
Bəli, Bakıda ermənilər
var və onlara özümüzünkülər
himayədarlıq edirlər. Bu cür faktların araşdırılıb üzə
çıxarılması bizim hüquq- mühafizə orqanlarının işidir.
Ramiz müəllim daha bir şikayətçini yola salandan sonra
sözünə davam etdi:
- Mən 1987-ci ildə Nəsimi rayonuna məhkəmə sədri gələndə
burada işləyən xalq hakimləri, onların müavinləri, katiblər ,
dəftərxana işçilərinin çoxu ermənilər idi . O zaman burada
bircə dənə olsun Azərbaycan dilində yazı makinası tapa
bilmədim. Buraya gələn hər bir azərbaycanlı bir anlığa da olsa,
özünün həm azərbaycanlı, həm də Aəzrbaycanda olduğunu
utunmağa məcbur olurdu. İndi
isə gördyünüz kimi hər şey
dəyişib. İndiyə qədər işlədiyim müddət ərzində milli
heysiyyətimizi həmişə qorumağa, onu müdafiə etməyə
211
çalışmışam. Adamı ağrıdan o idi ki, öz torpağında, öz elində
səni yadlar mühakimə edirdi.
Məhkəmə sədri fikrini tamamlayan kimi fürsətdən istifadə
edərək bir neçə sualla ona müraciət etdim.
- Ramiz müəllim, işlədiyiniz bu rayonda sizi həm ali
qanunlarımızın müdafiəçisi kimi, həm də insan kimi hansı
ciddi problemlər narahat edir?
- İndiki şəraitdə məhkəmə işində bəzi mənzil məsələləri ilə
əlaqədar olan işlər xeyli problem yaradır. Bu problemlərin əsas
səbəbkarları vəzifəli şəxslərdir. İcra hakimiyyətində işləyən
səriştəsiz adamlar mənzil haqqında qanunları bilmədiklərindən
mənzil almağa heç bir hüququ olmayan vətəndaşlara
qanunsuz order verirlər. Bu cür məsələlər məhkəmə tərəfindən
baxılarkən vətəndaşlar haqsız narazılıqlarını bildirirlər.
- Hamımıza məlumdur ki, məhkəmə sistemi indiyə kimi
müstəqil fəaliyyət göstərə bilməyib. Hər hansı çətin məhkəmə
prosesində bu və ya digər vasitələrlə xalq hakiminə təsir
göstərən qüvvələr olurdu. İşlədiyiniz müddətdə belə hallarla
siz də qarşılaşmısınızmı?
- Əlbəttə, çox qarşılaşmışam, çoxlu hədə- qorxu gəliblər,
xüsusən yuxarı dairələrdən müxtəlif cür təzyiqlər göstəriblər.
Bütün bu təzyiqlərə baxmayaraq qanunun aliliyini və ədaləti
həmişə hər şeydən üstün tutmuşam.
- Milli Məclisə təqdim olunan məhkəmə haqqındakı yeni
qanun layihəsinə sizin də münasibətinizi bilmək istərdik. Yeni
qanun layihəsindəki hansı fikirlər sizi bir xalq hakimi kimi
qane etmir və ya layihədə hansı dəyişikliklər və əlavələr
edilməsini zəruri hesab edirsiniz?
212
- Məhkəmə haqındakı yeni qanun
layihəsini əsas etibarilə
bəyənirəm. Bu qanun layihəsində xalq hakimlərinin
səlahiyyətləri daha düzgün və dolğun şəkildə qeyd edilib,
hakimlərin müstəqil fəaliyyət göstərməsi üçün imkanlar nəzərə
alınıb. Layihəyə heç bir iradım yoxdur, ancaq gərəkdir ki, bu
layihə tez bir zamanda həyata keçirilsin.
- Hansı halda xalq hakimi cəzanın həddindən artıq ağır
olduğunu müəyyən etdikdə hökmü ləğv etmədən cəzanı
yüngülləşdirə bilər?Bu zaman bir hakim kimi nəyi əsas
götürürsünüz?
- Cinayət məcəlləsinin 36-cı maddəsi cinayət məsuliyyətini
yüngülləşdirən hallar hesab edilir. Biz cəzanı
yüngülləşdirərkən bu maddədə göstərilən bəndləri əsas
götürürük. Bunlar aşağıdakılardır:
1) törədilmiş cinayətin zərərli
nəticələrinin müqəssir
tərəfindən qarşısının alınması və ya vurulmuş ziyanın könüllü
surətdə ödənilməsi və ya vurulmuş zərərin aradan qaldırılması;
2) cinayətin ağır şəxsi vəziyyət və ya ailə vəziyyəti nəticəsində
törədilməsi;
3) cinayətin hədə-qorxu və ya məcburiyyət altında, yaxud
maddi və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi;
4) cinayətin zərər çəkmiş şəxsin qeyri-hüquqi hərəkətləri
nəticəsində baş vermiş güclü ruhi həyəcan təsiri altında
törədilməsi;
5) zəruri müdafiə həddi aşılmış olsa da, cinayətin ictimai
təhlükəliliyi qəsddən müdafiə zamanı törədilməsi;
213
6) cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən
törədilməsi;
7) cinayətin hamilə qadın tərəfindən törədilməsi;
8) səmimi peşmanlıq və ya
könüllü təqsirini boynuna alma,
həmçinin cinayətin açılmasına fəal kömək etmə;
- Ramiz müəllim, bəs hansı halda hakim hökmü ləğv edə
bilər?
- Hər hansı bir hökmü ləğv edərkən xalq hakimi CPM-in 357-
ci maddəsinə əsaslanmalıdır. Belə ki, həmin maddədə göstərilir
ki;
1) iş üzrə aparılmış təhqiqatın, ibtidai istintaqın və ya məhkəmə
istintaqının birtərəfli və ya yarımçıq olması halda;
2) məhkəmənin hökmdə şərh olunan nəticələri işin fatkik
hallarına uyğun gəlmədikdə;
3) cinayət-prossesual qanunun əhəmiyyətli dərəcədə pozulması
baş verdikdə;
4) cinayət qanununun düzgün tətbiq edilməməsi zamanı;
5) məhkəmə tərəfindən təyin edilmiş cəzanın
cinayətin
ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması halda
xalq hakimi hökmü ləğv edə bilər;
- Ədalət məhkəməsinin “ədalətsiz hökmü”... iş təcrübənizdə
belə bir faktla heç qarşılaşmısınızmı?