Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə52/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   48   49   50   51   52   53   54   55   ...   91

185
 
 
olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının 
təqiblərinə məruz qalır. 
       Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və 
mənliyinə yönəlmiş böhtanlar siyasi və  hərbi təcavüz üçün 
ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım 
siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi 
faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və 
ictimai fikir çaşdırılırdı. Ermənilərin Sovet rejimindən 
bəhrələnərək həyata keçirdikləri və 80-ci illərin ortalarında 
daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan 
Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi. 
       1988-ci  ildən ortaya atılan qondarma Dağlıq Qarabağ 
konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz 
tarixi torpaqlarından qovulmasına da respublikada düzgün 
siyasi qiymət verilmədi. 
       Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin 
Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında 
ermənilərin qeyri-konstitusion qərarını  və Moskvanın  əslində 
bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın 
tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və 
mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında 
qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın 
işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz 
passiv mövqeyindən  əl çəkmədi. Məhz elə bunun nəticəsi 
olaraq, 1990-cı il yanvar ayında getdikcə güclənən xalq 
hərəkatını boğmaq məqsədi ilə Bakıya qoşunlar yeridildi, 
yüzlərlə azərbaycanlı  məhv və  şikəst edildi, yaralandı, digər 
fiziki təzyiqlərə məruz qoyuldu. 
      1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə 
misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı 
kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv 


186
 
 
edilməsi,  əsir alınması,  şəhərin yerlə yeksan edilməsi ilə 
qurtardı. 
       Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda 
başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir 
milyondan artıq soydaşımız erməni qəsbkarları  tərəfindən öz 
doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda 
yaşamağa məhkum edilmişdir.  Ərazimizin 20 faizinin erməni 
silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız 
şəhid olmuş, xəsarət almışdır. 
      Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri 
torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin 
azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə  həyata 
keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı  mərhələlərini təşkil 
etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart 
qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. 
Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan 
Respublikası bu gün onu axıra qədər həyata keçirə bilmədiyi 
qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi 
qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir...” 
 
*** 
       Hüquqşünaslarımızın fikrincə, Azərbaycan hökuməti 
Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən 9 dekabr 
1948-ci ildə BMT Baş Assambleyası  tərəfindən 260 saylı 
qətnamə ilə  qəbul edilən "Soyqırımı cinayətinin qarşısının 
alınması  və ona görə  cəza" haqqında Konvensiyanı, keçmiş 
Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV 
maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın 
Nizamnaməsinin I maddəsini, həmçinin "Xocalı soyqırımı 
günü haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 24 
fevral 1994-cü il tarixli qərarını  və Azərbaycan Respublikası 
Cinayət Məcəlləsinin 103-cü maddəsini  əldə  əsas tutur. Bu 


187
 
 
məsələdə Erməni silahlı birləşmələri tərəfindən Dağlıq 
Qarabağ  və  işğal olunmuş digər  ərazilərdə törədilən cinayət 
əməllərinin 2000-ci ildə qüvvəyə minmiş Azərbaycan 
Respublikası CM-nin 16-cı fəslində nəzərdə tutulmuş sülh və 
insanlıq  əleyhinə cinayətlərə aid olması, habelə Azərbaycan 
Respublikasında sülh və insanlıq  əleyhinə cinayətlərə, 
soyqırımı  və müharibə cinayətlərinə görə  məsuliyyət nəzərdə 
tutan mövcud cinayət qanunvericiliyi normalarının tətbiqi, 
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" 
Konvensiyanın və "Mülki və siyasi hüquqlar haqqında" 
Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırmaq 
məqsədi ilə  qəbul edilən Beynəlxalq cinayətlərə görə 
məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə  şamil 
olunması haqqında Azərbaycan Respublikasının 12 may 2006-
cı il tarixli Konstitusiya Qanunu əsas götürülmüşdür. 
Həmçinin sülh və insanlıq  əleyhinə cinayətlər törətmiş 
şəxslərə cinayət məsuliyyətinə  cəlb etmə müddətinin tətbiq 
edilməməsi barədə Azərbaycan Respublikası CM-nin 75.5-ci 
maddəsində  təsbit olunmuş müddəaları, bundan başqa, 
Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə 
əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə 
daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan 
Respublikasının Konstitusiyası  və referendumla qəbul edilən 
aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar 
çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət 
yaranarsa, həmin beynəlxalq müqavilələrin tətbiq edilməli 
olması  nəzərə alınaraq, istintaq zamanı Azərbaycan 
Respublikasının 31 may 1996-cı il tarixli qanun ilə  tərəfdar 
çıxdığı 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası 
tərəfindən 260 saylı  qətnamə ilə  qəbul edilən "Soyqırımı 
cinayətinin qarşısının alınması  və ona görə  cəza" haqqında 
Konvensiyası, BMT Baş Məclisinin 239 saylı 26 noyabr 1968-
ci il tarixli qətnaməsi ilə qəbul edilmiş və 11 noyabr 1970-ci il 
tarixdə qüvvəyə minmiş "Müddətin hərbi cinayətlərə  və 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə