Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə53/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   49   50   51   52   53   54   55   56   ...   91

188
 
 
bəşəriyyətə qarşı cinayətlərə  tətbiq edilməməsi haqqında" 
Konvensiyasına istinad olunur. Bu sırada BMT Baş Məclisinin 
39/46 saylı 10 dekabr 1984-cü il tarixli qətnaməsi ilə  qəbul 
edilmiş "İşgəncələrə və digər qəddar, insanlıqdan kənar, yaxud 
ləyaqəti alçaldan davranış  və  cəza növləri  əleyhinə" 
Konvensiyası, "Müharibə zamanı mülki əhalinin müdafiəsi 
haqqında" 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyası, 
Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 6-cı maddəsi, 
Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixdən 
qoşulduğu "İnsan hüquqlarının və  əsas azadlıqların 
müdafiəsihaqqında"1950-ci il Konvensiyasının, "Hərbi əsirlər 
ilə  rəftara dair 12 avqust 1949-cu il tarixli Cenevrə 
Konvensiyası"nın, Azərbaycan Respublikasının 22 iyul 1992-
ci il tarixdə qoşulduğu BMT-nin Baş Assambleyasının "Mülki 
və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın" müddəaları 
əsas götürülmüşdür. Qeyd olunanlara əsasən Xocalıda 
törədilən əməl beynəlxalq hüquq normalarına müvafiq olaraq 
sülh və insanlıq əleyhinə cinayətlərə aiddir. 
 
*** 
 
      Müharibənin bəşəriyyətə vurduğu ziyan təkcə fiziki və 
maddi dəyərlərlə ölçülmür, həm də yüksək mənəvi dəyərlərlə 
vurulmuş ziyanla ölçülür ki, bu da daha dəhşətli və daha 
təhlükəlidir. Hərbi münaqişələr zamanı beynəlxalq prinsipləri 
diktə edən bir çox normalar mövcuddur ki, bu normalara ona 
qoşulmuş dövlətlər tərəfindən 
əməl edilməsi 
zəruridir.Münaqişə zonasında  əsir və girov götürülmüş 
şəxslərin hüquqları 1949-cu il 12 avqust tarixli Cenevrə 
Konvensiyaları  tərəfindən qorunur. “Müharibə zamanı mülki 
əhalinin qorunması haqqında” Cenevrə Konvensiyasının 3-cü 
maddəsində deyilir: “Döyüş əməliyyatlarında bilavasitə iştirak 
etməyən  şəxslərlə, o cümlədən döyüş silahını yerə qoymuş 


189
 
 
silahlı qüvvələrin üzvləri ilə, habelə, xəstələnmə, yaralanma
tutulma və ya hər hansı digər səbəb üzündən sıradan çıxmış 
şəxslərlə onların irqinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə 
və ya digər oxşar meyarlara görə heç bir ayrı-seçkilik 
qoyulmadan, bütün hallarda insanpərvərliklə 
rəftar 
olunmalıdır. Bu məqsədlə qeyd olunan şəxslərə qarşı  aşağıda 
sadalanan bütün hərəkətlər qadağan edilir və  hər zaman, hər 
yerdə qadağan ediləcəkdir: 
a) həyata və ya şəxsiyyətə  qəsd etmək, o cümlədən hər hansı 
şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və 
ya işgəncə vermək
b ) girovlar götürmək; 
c) insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və ya 
alçaldıcı tərzdə rəftar etmək; 
Hərbi münaqişələr zamanı beynəlxalq prinsipləri diktə edən bir 
çox normalar mövcuddur ki, bu normalara ona qoşulmuş 
dövlətlər tərəfindən  əməl edilməsi zəruridir. Konvensiyanın 
sözügedən maddəsi, həmçinin, yaralılar və  xəstələrin döyüş 
zonasından toplanması, onlara qayğı göstərilməsini tələb edir. 
Lakin Ermənistan Respublikası Azərbaycan vətəndaşlarına 
qarşı münasibətdə Cenevrə  Konvensiyalarının bu və digər 
tələblərini kobud surətdə pozur, Azərbaycana qarşı  hərbi 
təcavüz nəticəsində əsir və girov götürülmüş vətəndaşlarımızın 
hüquqlarını müntəzəm olaraq tapdalayır, heç bir beynəlxalq 
normaya sığmayan  əməlləri ilə özünün cinayətkar və 
təcavüzkar xislətini açıq-aydın göstərir. 
 
*** 
       Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
cənabları 24 fevral 2004-cü il tarixində Xocalı soyqırımının 
ildönümü ilə  əlaqədar olaraqAzərbaycan Xalqına müraciət 
etmişdir. Müraciətdə deyilir: “ ... Xocalı faciəsi iki yüz ilə 


190
 
 
yaxın bir müddət  ərzində erməni millətçilərinin və onların 
havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə  və 
soyqırımı siyasətinin davamı və qanlı səhifəsi didi. Bu mənfur 
siyasət xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər 
gətirmişdir... 
 ...  Xocalı faciəsi öz qəddarlığına, kütləviliyinə  və törədilən 
cinayətin ağırlığına görə  bəşəriyyətə qarşı  ağır cinayətlər 
sırasına daxil olmuşdur. 
      Xocalı soyqırımını törətməklə erməni millətçiləri məkrli 
məqsədlər güdürdü: xalqımızı qorxutmaq, vahimə yaratmaq, 
onun mübarizə  əzmini qırmaq, torpaqların işğalı faktı ilə 
barışmağa məcbur etmək. Lakin hiyləgər və amansız düşmən 
məqsədinə çata bilmədi. Xocalı müdafiəçiləri qəddar 
düşmənlə mübarizədə  əyilmədilər, qəhrəmanlıqla vuruşaraq 
Vətənə sədaqət nümunəsi göstərdilər... 
     1994-cü  ildən ümummilli liderimiz Heydər  Əliyevin 
təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni 
millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər , o 
cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün 
miqyası  və  dəhşətləri ilə dünya dövlətlərinə  və beynəlxalq 
ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi 
tanınmasına nail olmaq üçün inadlı  və ardıcıl fəaliyyət 
göstərir. Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi 
qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və 
icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və 
cəzalandırılmasına nail olmaqdır. Bu, bir tərəfdən Xocalı 
müdafiəçilərinin və  şəhidlərinin ruhu qarşısında bizim 
insanlıq və  vətəndaşlıq borcumuzdur. Digər tərəfdən isə, 
insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə 
təkrar olunmaması üçün mühüm şərtdir.  
      Hazırda Azərbaycan rəhbərliyi Ermənistan-Azərbaycan, 
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq 
normalarına uyğun, Azərbaycanın suverenliyi və  ərazi 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə