Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə20/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   16   17   18   19   20   21   22   23   ...   73

61 
 
"Biz demişdik ki, Puşkini oxumaq – adamlarda incə insani hissin 
tərbiyələnməsinə, inkişaf etməsinə və yaranmasına çox təsir etməlidir. 
Bəli, belədir: köhnə əqidəli ədiblərimiz, quru moralistlərimiz, qəlbsiz 
antiestetik öyüdçülərimiz qəzəblənmiş lsalar da deməliyik ki, rus şair-
lərindən heç biri həm gənc, həm yaşa dolmuş, hətta qoca (əgər onlarda 
estetik və insani hiss zərrəsi olmuş və hələ ölməmişsə) oxucuların tər-
biyəçisi olmaq kimi şəksiz bir haqqı Puşkin qədər qazana bilməmişdir, 
çünki Rusiyada böyük talanta malik olmaqla bərabər, Puşkindən daha 
əxlaqlı bir şair tanımırıq"
1
.  
Nə qədər sərrast və nə qədər dəqiqdir! İndi H.İsaxanlı kimi özünün poe-
tik dünyasında yaşayan sözün ədəb-ərkan gücündə danışan və az qala bütün 
əxlaqi dəyərləri ayaqlayan iddialardan imtina edən bir şair tanıyırıqmı? 
Beləcə, təqribən 150 il bundan əvvəl Belinskinin dedikləri ilə nə qədər hə-
mahəngdir, nə qədər səsləşmədədir. Yoxsa, necə yurda ayaq basasan, yurdun 
ayaq basdığın yerdə kimsənin eşitmədiyi səsləri eşidəsən! Bu, necə mümkün 
ola bilər? Bu, yalnız ruhi etibarilə yurda son dərəcə bağlanmaqla canın, ru-
hun, nəfəsin yurda bağlılığı ilə mümkün ola bilər. Başqa cür H.İsaxanlı yur-
dun obrazı olan qocanın dilindən "dilimiz gödək olmasın" deyə bilməzdi. 
Şair yurduna qayıdıb. O yerə qayıdıb ki, orada onu görmək istəyən 
adamlar var. Onun başına yığışıblar. O qoca da, əsə-əsə, titrəyə-titrəyə həya-
tının keşməkeşlərini, ağrılarını çiyninə alaraq onun hüzuruna gəlib. Əslində, 
şair o qocanın hüzurundadır. Və bu mənzərə çox təsirlidir. Biz burada qətiy-
yən hissləri və  həyəcanları axtarmırıq. Elə görmək istəyirik, nə baş verir? 
Kim danışır, kim dinləyir? Kimin əhvalı necədir? 
 
Danışırıq şirin-şirin, 
Söz-söhbətdə sən duza bax! 
Çay soyuyub, çay gətirin, 
Yatıb nədir arvad-uşaq?! 
Yeməkmi var? Süfrə salın, 
Sözü yoxdur ağsaqqalın. 
 
Yurd həsrət çəkib, ağrı çəkib onun dərdini daşıya biləcək oğul arzula-
yıb. Oğul isə öz gücünü tapmaq üçün dunyanı  gəzib, elmlərə vaqif olub, 
                                                 
1
 V.Q.Belinski."Rus ədəbiyyatı klassikləri haqqında". Bakı, 1954,  s. 124. 
 


62 
 
söz-sənət sahibi olub, adı ilə dünyanın yarısını  fəth eləyib. Bundan sonra 
yurda qayıdıb. Ancaq o, bifəhm, bifərasət kimi yurda qayıtmayıb. O, yurda 
işıq gətirib, özünün dünyasında olan işığı yurda qaytarıb ki, bu yurdun çırağı 
sönməsin. Yurd da onu qədərincə qiymətləndirir. Yurdun timsalında qoca 
dil-dil ötür: 
Çox iş görübsən, çox sağ ol, 
Bir az da dincəl, ay oğul. 
Soruşmuşam qardaşından, 
Dedi ki, cavan yaşından 
Gözünə gözlük taxıbsan. 
Kitablardan daha əl çək, 
Gör nə qədər oxuyubsan?! 
 
Yurd qayğılıdır, yurd ağrı çəkir, yurdun dərdi elə şairin dərdinə müvazi-
dir. Elə yurdun dərdi nə qədər ağırdırsa, şairin də dərdi bir o qədər ağırdır. 
Yurd öz oğlunu ağuşuna çəkib, sinəsinə alıb ki, yarasına məlhəm olsun. 
Amma görür ki, bu oğulun özü nə qədər dərdlidir, nə qədər qayğılıdır. Heç 
yarı yaşına çatmamış gözünə eynək taxıb, yarı yaşına çatmamış ömrünü bitir-
miş qocaya bənzəyir. Amma yenə oğul oğulluğundan qalmır. Yenə bu yurdun 
sinəsinə süfrə salmağı, bu yurdun nemətlərindən həyat iksiri kimi dadmağı 
gələnlərə rəva bilir. Onun bütün varlığı, onun kimliyi elə bu yurdun təbiətilə 
bağlıdır. Və yurd onu nə  qədər öyürsə, bir o qədər daha artıq məsuliyyət 
duyur. Yurdun öygüsü ona yeni həyat dərsidir, yeni tapşırmalardır: 
 
Deyirlər ki, neçə dəfə 
Neçə dəryalar aşıbsan. 
Alosmandan o tərəfə 
Gedib gəzib dolaşıbsan. 
Yaxşı deyiblər dədələr. 
Çox gəzib-görən çox bilər... 
 
Bu təriflər, bu tərənnümlər, bu öymələr, bir sözlə, bu öygülər  əslində, 
Yaddaş Sahibinə diktə eləyir ki, indiyə qədər yaşadığın həyatın mənası, qiy-
məti bundan sonrakı ömrünlə bağlıdır. 
Azərbaycan şifahi xalq ədəbiyyatında, ağızda, canlı dildə hər bir azər-
baycanlını, türk oğlunu o vaxt mükəmməl hesab eləyirdilər, o vaxt mənəvi 


63 
 
güc sahibi hesab eləyirdilər ki, o, Türkiyəni gəzib dolaşmış olsun. Ən azı 
XIX-XX  əsrlərdə türk mənəvi mühitinin mərkəzi olan Alosmanda oxumuş 
olsun, o yeri-yurdu gəzmiş olsun, Alosmanın təbiətini götürmüş olsun, yəni 
türklük məktəbini keçmiş olsun. Elə H.İsaxanlının "Alosmandan o tərəfə ge-
dib gəzib dolaşıbsan" sözləri qocanın dilindən deyilən bu sözlər Yaddaş Sa-
hibinin və  nəticədə müəllifin özünün mənəvi rütbəsidir. Təsadüfi deyil ki, 
poemada "Alosman" ifadəsi işlənib. Qoca isə - yurdun timsalı olaraq sözünə 
davam edir; çox gəzmisən, çox görmüsən və yəqin ki, çox gəzib, çox görən 
daha çox bilər. Elə buna görə də sən kim olduğunu indi daha yaxşı bilməli-
sən. Budur ən dəqiq mənzərə,  ən acınacaqlı  mənzərə. Yurd üzə  (əlbəttə, 
qocanın timsalında) durur: 
 
Deyirlər çox qabaqdadır 
Bizdən bir para millətlər. 
Yəqin bizimkilər yatır, 
İşsizlikdən batır kəndlər. 
 
Bundan o yana şair nə deməlidir? Nə qədər dəqiq və aydın, istər Sabi-
rin, istərsə də Şahriyarın zəmanəyə dediklərini H.İsaxanlı da öz zəmanəsinə 
deyir. Sabirin "Əcnəbi göydə balonlarla uçur, biz hələ avtomobil minməyi-
riz", Şəhriyarın Avropa haqqında rəğbətli fikirləri, avropalıların işi işbilənə 
tapşırmaqları  və eləcə  də ulu babamız Nizaminin "Xoşbəxtlər ölkəsi"nin 
adamları haqqındakı qənaətləri yada düşür. Bəs onda niyə bizimkilər yatma-
lıdır? Nəyə görə işsizlikdən kəndlər batmalıdır? Bəlkə, elə bu səbəblərə gö-
rə, başqa millətlər bizdən qabaqdadır? Bu yerdə istər Yaddaş Sahibinin dü-
şüncələri, istər yurd ağrıları bir fenomendə birləşir - şəxsiyyət fenomenində. 
Bir vaxt görkəmli rus ədəbiyyatşünası Mixayil Mixayloviç Baxtin (1895-
1975)
  
Dostoyevskidən  danışanda  deyirdi:   
"Fikir son bütövlükdəki sisteməhakim olur, sistem ayrı-ayrı fikirlər-
dən, yəni ayrı-ayrı ünsürlərdən ibarət yaradılır. Bu mənada Dos-
teyevski ideologiyası nə ayrı-ayrı fikir, nə də onların sistemli vəhdəti 
deyilən şey tanımırdı. Predmet etibarı ilə məhdud olan ayrıca bir fikir, 
müddəa, mühakimə deyil, bütöv nöqteyi-nəzər, bütöv bir şəxsiyyət 
mövqeyi onun üçün son bölünməz vahid idi. Dostoyevskidə predmet 
mənası şəxsiyyətin mövqeyi ilə ayrılmaz şəkidə birləşir. Hər bir fikir-


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə