Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə28/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   24   25   26   27   28   29   30   31   ...   73

86 
 
* * * 
H.İsaxanlının poeziyasının və eləcə  də  "Ziyarət" poemasının bir əsas 
xüsusiyyətini diqqətə çəkməyə ehtiyac var; o, demək olar ki, seçdiyi obrazı 
poetikləşdirərkən ona romantik qanadlar verməyə cəhd eləmir. Onun başının 
göylərə  dəyməsindən, ayağının yerin təkinə  qədər işləməsindən danışmır, 
sanki tərənnüm məqsədi deyil. Sadəcə, daha çox dinləməyə üstünlük verir. 
Üz-üzə dayandığı, qarşılaşdığı adamın, təbiətin, dağın, çayın, uşağın, böyü-
yün, qocanın, cavanın mənəvi aləminə diqqət göstərir. Onun daxili dünya-
sında, psixolojisində hansı düşüncələrin cərəyan etdiyini, hansı zəddiyyətlə-
rin toqquşduğunu görməyə çalışır. Gördüklərini, hiss etdiklərini, duyduqla-
rını, bir sözlə, aşkar edə bildiklərini, özü üçün aydın olanları sözə gətirməyə 
çalışır. Ona görə  də H.İsaxanlının  əsərlərindəki obrazların daxili hərəkəti, 
düşüncə hərəkəti daha çox görünür. Və etiraf etmək lazımdır ki, bu da onun 
yaradıcılığının səmimiyyətini təmin edən əsas keyfiyyətə çevrilir. Artıq ki-
fayət qədər danışdığımız, haqqında məlumat verdiyimiz "Bir vaxtın gözəli"-
nin üstündən yellər əsmiş, zamanı, dövranı sovuşmuş qadının analıq haqqını 
və özü də yurda analıq haqqını qoruyub saxlamış müəllifin özünün təbirincə 
desək, gözəlliyi qocalmış və "yaşadığım mənə yetər" qənaətinə gəlib çatmış 
obrazın daxili aləminin mənzərəsi onun dilindən səslənən bayatılarda bütün 
əlvanlığı ilə göz oxşayır: 
 
Tanrım, ruhum şikəstdir, 
Qara yeli az əsdir. 
Təzədən dərd paylama, 
Dərdim özümə bəsdir. 
 
Amma maraqlıdır ki, o, Tanrıya üz tutanda qəlbinin şikəstliyini yada sa-
lır, başqa sözlə, buna canlı dildə "könlü sınıqdır" deyirlər. Çünki onun zə-
manəsinin üstündən qara yellər çox əsib. Özü də o qara yellər çox böyük sə-
xavətlə qucaq-qucaq dərd paylayıb. İndi də o könlü sınıq insan, qanadı qırıq 
quş az qala Tanrıya yalvarır. Və öz dərdinin özünə bəs olduğunu deyir. Ona 
görə ki, bu dərd - onun qəlbindəki dərd elə Tanrının payladığı  dərddir. O 
dərd insanları arxasız qoyub, köməksiz qoyub, o dərd elin qürurunu sındırıb. 
Yağı topsuz-tüfəngsiz onun ruhunu yağmalayıb və bu qədər dərdlərin ara-
sında onun dözümünə bax ki, yenə də dözüm göstərir, haqqının nəyə çatdı-


87 
 
ğını bilir və ən başlıcası, onu da bilir ki, kiminlə üz-üzə dayanıb, öz dərdini 
kimə deyir? Dünyanın işığı, göyün günəşi onu məsud eləmir. Çünki bu işıq, 
bu nur onun təmsil elədiyi yurdun, bu yurdun sahiblərinin qəlbinə, mənəvi 
aləminə gedib çatmır: 
Məsud etmir nur məni, 
Kədərim boğur məni. 
Tanrım, səndən ricam var: 
Təzədən yoğur məni. 
 
Belə  çıxır ki, zəmanənin, dövranın kələfi qarışıb, bu dolaşıq aləmdən, 
bu kələfi qarışmış dünyadan daha heç nə ummur, daha heç nəyin təmənna-
sında deyil. Yada salaq qədim yunan mifologiyasını. Ədalət ilahəsinin göz-
ləri bağlıdır. Amma o, yenə görür və haqqı-ədaləti qoruyur.  
"Hər necə olursa-olsun, amma bütöv görmə obrazının inkişafında yeni 
obraz meydana gəlir. Bu, korluq obrazıdır ki, özünü bütöv obrazın 
mənalar əyrisi üzrə hərəkəti istiqamətində yeni bildirmələr fazası kimi 
tanıtdırır"
1
 
Beləcə, Tanrıdan özünü təzədən yoğurmağı rica eləyən "Tanrının gözü-
nün bağlı olduğunu" (özü də söhbət hansı gözdən gedir) bilir. Bütün fəsad-
ların da buradan törəndiyini diqqətə  çəkir. Doğrudur, nəzəriyyəçi həmin 
korluqda femidanın gözlərindəki sarğının ikili mahiyyətini yada salır. Elə 
mifin cazibəsindən çıxıb həqiqətə qayıtsaq, biz də deməliyik ki, Tanrının da 
dünyaya ikili nəzəri var. Əslində, həyatın bütün ağrı-acılarını öz ömründə 
yaşamış olan həmin ana da bu ikili münasibətə üsyan eləyir. Maraqlıdır ki, 
özünün və  əlbəttə ki, həm də yurdun ağrı-acılarını bayatılarının içərisində 
yoğurub sənədə-sübuta çevirən obraz - ana son anda Tanrının göndərdiyi 
adamın - Yaddaş Sahibinin hüzurunda özünü günahkar hesab edir. Və gü-
nahını da qocalmağında görür. İndi əldən düşdüyünü yada salır və bəlkə, elə 
bu səbəbdən onun şikayətlənməyi yerində deyil - özü-özündən  şübhələnir. 
Yaddaş Sahibinə axıracan ürəyinin dərinlikdərindən gələnlərin hamısını de-
yib-demədiyini elə düşüncəsində saf-çürük edir. Bu çək-çevirin görüntüləri 
onun etiraflarında da hiss olunur: 
 
                                                 
1
 Y.E.Qolosovker. "Mifin məntiqi". Kitab aləmi. Bakı , 2006, s. 78. 


88 
 
Eh, tamam əldən düşmüşəm, 
Durduğum yerdə çaşıram. 
Yumaq kimi büzüşmüşəm
Əl-ayağa dolaşıram. 
Qeyd elədik ki, H.İsaxanlının obrazlarında daxili hərəkət daha güclü-
dür. O, daim suallar qarşısındadır. Özünün daxili aləmindən gələn suallara 
elə özü cavab tapmağa çalışır. Müəllif düşüncələri obrazların təbiətinə uy-
ğun verir. Kim necə düşünə bilərdisə, kim hansı səviyyədədirsə, elə o cür, 
sanki həmin ifadələrlə sözlərin düzümünü yaradır. Sadəcə, poetik əhvalını 
əlavə etməklə, poetik formanın donunu dəqiq biçməklə. 
Xalq arasında dünyanın sahibi kimi daha çox Süleyman peyğəmbər hal-
lanır, daha çox onun adı ilə dünya hakimiyyətinin obrazı yada salınır. Bu 
obrazın özü də nisbilik mahiyyəti daşıyır. Və məşhur əfsanədə deyildiyi ki-
mi "Süleymandan qalan dünya"nın (hansı Süleyman?) kimə qalacağını təsa-
düfi yada salmır. Və elə müəllifin özü də sanki həmin əfsanəyə işarə edir: 
 
Süleymandan qalan dünya 
Kiminkidir, kimə qalıb?! 
 
Misranın əvvəlində dünyanın Süleymandan qaldığını desə də, ikincisin-
də  də onun kiminki olacağını, kimə qalacağını elə dünyanın öz ixtiyarına 
buraxır. Yəni əsərdə dünyagirlikdən, mənimsəmək istəyindən söhbət getmir. 
Yurdu qoruyub-saxlamağın, yurdu gələcək nəsillərə ötürməyin, tapşırmağın 
mahiyyətindən danışılır, məsuliyyətindən danışılır. Yurd - ana sanki özünə 
qayıdır. Bu dünyanın gəldi-gedərinə sahib çıxacaq bir kəsin olacağına da 
inanır. Elə sadəcə, özünün qocalıb  əldən düşdüyündən, ömrünün tük kimi 
yuxalmasından, ürəyinin ondan da betər incəlməsindən, əzrayılın üstünü al-
masından və yaşadığının ona yetərli olduğundan danışır. Bütün bu acımala-
rın kövrəlmələrin kökünü elə bu səbəblərdən dolayı bildirir. Müəllif onun 
düşüncələrini elə özünün təbiətinə uyğun qələmə gətirir: 
 
Ömrüm tük kimi yuxalıb, 
Ürəyim ondan da betər. 
Əzrayıl üstümü alıb, 
Yaşadığım mənə yetər. 
 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə