Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə26/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   22   23   24   25   26   27   28   29   ...   73

80 
 
Qarayevin mülahizələrinə söykənmişdir. Demək, "Vətəndaşlıq institutu"nun 
aparıcısı  şəxsiyyətin özündən  əvvəl onun tapındığı  mənəvi kriteriyalardır. 
Bu ölçülər, bu dəyərlər şəxsiyyətin mənəvi aləmində o qədər bitkin olmalı-
dır ki, son nəticədə bütün çıxılmazlıqlarda düşüncə olaraq onun istiqamətini 
daha dəqiq saxlasın. Bu, sanki şəxsiyyətin mənəvi aləmində bir kompasdır. 
Əlbəttə, söhbət şairdən gedirsə, özü də yaradıcılığı ilə istiqamətini çox-
dan müəyyənləşdirmiş  şairdən, yəni H.İsaxanlıdan danışırıqsa, demək, biz 
də onun yaradıcılığında vətəndaşlıq missiyasını hansı mənəvi köklər üstün-
də qərarlaşdırmağına da daha çox diqqət yetirməliyik. Onun obrazları, tanı-
dığı adamlar sanki yurdun keşikçisi olanlardır. Və onları da narahat edən 
əsas məsələ yurda kimin sahib çıxacağı məsələsidir. Dünyadan bu gözü tox 
adamlar dördəlli yapışmayıblar. Amma yurddan dördəlli yapışıblar. Bütün 
varlıqları ilə yurda bağlıdırlar. Onlar yaxşı bilir, insan cismən bir ömür ya-
şamağa məhkumdur. Və onlar da öz paylarına düşən ömrü artıq yaşayıblar. 
İndi Yaddaş Sahibinə danışdıqları həmin nigarançılıqdan irəli gəlir - yurda 
kimin sahib çıxacağı nigarançılığından. 
Həyatın gəldi-gedərliyini nə qədər aydın, nə qədər dəqiq, nə qədər düz-
gün, iliyinə qədər dərk etməyin mahiyyətini artıq qocalmış, yaşlaşmış ana-
nın dilindən dediyi "yaşadiğim mənə yetər!" hökmü göstərir: 
 
Görün, mənə nələr dedi: 
"
Əl mənim, ətək sənindi. 
Oğul, bizləri unutma, 
Bura sənin Vətənindi. 
Yad eli qonaq qalsan da, 
Ürəyinə yaxın tutma, 
Vətənsiz insan gün görməz. 
Misirdə sultan olsan da, 
Vətənin yerini verməz. 
 
Dünyadan gözü tox, dünya malında tamahı qalmayan, amma yurd niga-
rançılığından üzülən ana (söhbət Yaddaş Sahibinin yurdun bütün mənəvi 
varlığını özündə əks etdirən obrazdan gedir. O obrazdan ki, onu bəzən mə-
nəvi təpəri, qeyrəti, yurd təəssübkeşliyi yaşadan, ayaq üstə saxlayan bir qoca 
kişidir. Yaxud müəyyən məqamda bu obraz ümumiləşmiş bir anadır və yenə 


81 
 
yurdun bütün ağrılarını, nigarançılıq dərdlərini özündə daşıyan bir qadındır. 
Hər iki halda biz onları yurdun özü kimi görürük. Ata yurd, Ana yurd an-
lamlarında) övladı - Yaddaş Sahibini dərdə-ağrıya çəkir. Onu Vətənə çəkib 
gətirən hisslərin, duyğuların ifadəçisinə çevrilir. Bu hisslər, bu duyğular 
Yaddaş Sahibini uzaq Malayziyada rahat qoymurdu. Çünki onun özü də 
yaxşı bilirdi ki, "...Vətən yaxşı, Geyməyə kətan yaxşı, Gəzməyə qərib ölkə..." 
deyən babalarımız, nənələrimiz nəyi nəzərdə tuturdu. Təqdim olunan parça-
nın mənəvi sələfi "Qürbətdə xan olunca, Vətənində dilən gəz", - dədə-baba 
nəsihəti, vəsiyyətidir. Hətta şairin xalqdan gələn poetik deyimin alternativi 
olaraq, paralleli olaraq işlətdiyi ifadələr də (Vətənsiz insan gün görməz, Mi-
sirdə sultan olsan da, Vətənin yerini verməz) misralara çevriləndə  dərin 
təəssürat yaradır; bu dərin təəssürat, bu misralardan gələn  əks-səda  şairin 
mənəvi aləmində elə bir harmoniya, elə bir bitkin ovqat yaradır ki, bunu hə-
yatın heç bir ötəri şirinliyi, maddi təminatı əvəz edə bilməz. Bu hissin yarat-
dığı Vətənə çağırış ruhu elə bir istəkdir ki, onun qarşısı alınmazdır. 
Ana yuxu görür və özü də öz yuxusunun qəribəliyi, qeyri-adiliyi yarat-
dığı ağır təəssüratın təsirindədir. Daha bir bitkin lövhə, daha bir dəqiq və ay-
dın mənzərə: 
Sən bir mənim yuxuma bax: 
Sarı bulaq, buz kimi su, 
Yarpız, yasəmən qoxusu - 
Dərə keçib dağ aşıram. 
Dəli kimi axşam-sabah 
Öz-özümlə danışıram. 
Bir-birinə oğul-uşaq 
"Anam qocalıb" deyirlər. 
 
Buradakı adlar, tarixi yerlər, onomastik vahidlər yuxunun quş qanadlı 
xəyalla keçdiyi yerlər Vətənin əldən verilmiş yerləridir. Həmin yuxuda yad-
daşa gələn Sarı bulaq (müəllif qeydində oxuyuruq:  
"Ermənistanın  şimalında Qaraxaç yaylağı adlanan dağ yerində, Gür-
cüstandan yaylağa gələn azərbaycanlıların seçdiyi yerlərdən birində 
məşhur bulaq"
1
 
                                                 
1
 Hamlet İsaxanlı. "Ziyarət". Xəzər Universitəsi nəşriyyatı. Bakı , 2009,  s.96. 


82 
 
sanki Koroğlu dastanındakı Qoşabulaqdır. Elə bil ki, yeni nəsillərin gü-
cü, qüdrəti o bulağın suyundadır. O bulağa dönə bilmək, o bulağın çağladıyı 
yerlərin təzədən sahibi olmaq üçün vətənin qıraqda qalan yerlərinin adamları 
yox, bu gün dünyaya səpələnmiş azərbaycanlıların dərdi, istəyi, həll edə 
biləcəyi problem olmalıdır. 
...Müəllifin  şeirdə obraza çevirdiyi "Sarı bulaq", "buz kimi su", "yar-
pız", "yasəmən qoxusu" obrazları gözümüzü doyurur deməzdim, gözümüzün 
üstündə qaysaq bağlamış həsrət pərdəsini qoparıb atır, ruhumuzu didib-qa-
nadır, yaddaşımızı oyadır. Yeri gəlmişkən, müəllifin nəzərinə çatdırmaq olar 
ki, yaylaq yerinin, xüsusilə buz kimi suların çağladığı bulağın, yarpızlığın, 
əvəlikliyin ətri, bihuşdarı kimi insanı məst edən kəklikotu çiçəklərinin, çay-
çiçəyinin, qantəpərin, lilparın, qazayağının, quzuqulağın... olduğu yerlərdə 
"yasəmənin qoxusu" yox, "çiyələyin qoxusu" məntiqi, mənzərəni daha yaxşı 
tamamlayır. 
Bu ecazkar yuxunun, bu yaddaşı qanadan yuxunun, bu varlığımızı, ru-
humuzu titrədən yuxunun sahibinin yuxusunu yozmalı olanlar - özü də bü-
tün çılpaqlığı ilə, bütün mənəvi tələbləri ilə düzgün yozmalı olanlar "anamız 
qocalıb" deyirlər. Ana isə heç bir dəlil, sübut gətirmədən nə cavab verməli-
dirsə, özü də dünyanın bütün filosofları, müdrikləri yığışıb başqa bir va-
riantda verə bilməyəcəyi cavabı verir: 
 
Qocalıqdan deyil, vallah, 
Yuxuma girir o yerlər. 
 
Ananın ruhu aram ola bilməz. Çünki dünya təlatümdədir. Bu təlatümün 
içində onun da sərhədlərə bölünüb hərənin bir tərəfdə ağalıq elədiyi, haram 
sahiblik elədiyi yerlər də od içindədir. Yurdun timsalı olan müdrik Yaddaş 
Sahibinin bildiyi həqiqətləri deyir. Ancaq çox böyük inamla, ağrı ilə deyir. 
Özündən qalan özündən sonra qalanlara nəyi əmanətləməlidirsə, nəyi tapşır-
malıdırsa, onu deyir. Və H.İsaxanlının misralarının arasından Qarabağın 
alovları da görünür. Uzaq Borçalıda görünən bu alovlar kənar, yad yerin 
yanğısı deyil, axı dədə-babadan "yurdun bu başı, o başı olmaz", - deyiblər. 
Sanki yurdun özü danışır: 
 
Kimdisə o ömrü gödək, 
Gərək dünəndən öləydi. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə