Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə34/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   30   31   32   33   34   35   36   37   ...   73

105 
 
yu kimi çağladığı zamanlarda onun varlığına yol tapıb. Onunla dilbir, əlbir 
olub. Onun özünə çevrilib: 
 
Bəxtim gülür ara-sıra, 
Bir sevda qonur başıma. 
Bu fikir, bir neçə misra 
Hakim olur yaddaşıma. 
 
Ucalıq eşqilə, könül aləminin daha yuxarılarında pərvaz eləmək diləyi 
ilə xəyal qanad çalır. Amma insanın özü ruhən göylərdə olsa da, cismən hə-
yatın keçilməzlikləri arasındadır. Çətindir, ruh, xəyal başqa bir aləm istəyir, 
gözün gördüyü isə tamam başqa bir aləmdir. Hər halda könül öz nəğməsini 
oxuyur - bəzən zilə qalxa bilməsə də. 
 
Zilə qalxa bilməsək də, 
Mahnını pəsdən demək də 
Könlümüzün istəyidir. 
Vəsf etsək də zirvələri, 
Dağın ən səfalı yeri 
Gül-çiçəkli ətəyidir. 
 
Ümumiyyətlə, Hamletin yaradıcılığında ziddiyyətləri qarşılaşdırmaq, 
poetik müqayisələr aparmaq əsas yaradıcılıq üslubudur. Təsvirlər onun məq-
sədi üçün fikrinin kompleksini tamamlamağa imkan verməyəndə fikrinin 
gərginliyini belə ziddiyyətlərin qarşılaşması anında həll edə bilir. Zirvələrin 
vəsf olunması, tərənnüm edilməsi nə qədər onun ruhunu qanadlandırsa da o, 
yenidən sanki öz əhatəsinə qayıdır, daha böyük gözəlliyi elə öz yanında gö-
rür. Necə ki, "dağların ən səfalı yeri gül-çiçəkli ətəyidir". Sanki təbiət onun 
tapınacaq yeridir. Elə özünü də  təbiətin varlığında tapa bilir, təbiətə güvə-
nəndə, təbiətlə qovuşanda körpə uşaq anasının qucağına sığınan kimi rahat-
lıq tapır. Təbiət onun üçün ana qucağıdır. O, bu aləmdə özünü Tanrının hi-
mayəsində görür: 
Nəşəlidir sərin axşam, 
Göydə aydır, yerdəsə şam. 
Sevən qəlb nə duyğuluymuş! 
Sevdalı ruh, qaynar ilham - 
Şairliyin kökü buymuş! 


106 
 
Demək, ruhu sevdalandıran, ona qaynar ilham verən duyğulandıran qəlb 
sərin axşamın, göydə Ayın, yerdə ana gözlərindən gülən işığın oxşamalarıdır 
insanı yaşadan, insanın ruhunu qanadlandıran, ona inam və güc bəxş edən və 
bəlkə H.İsaxanlı hissi, duyğusu ilə gəldiyi qənaətində - şairliyin kökü bu imiş 
- daha çox doğrudur.Görkəmli amerikan filosofu, Uill Dürant (1885-1981) 
"Fəlsəfi hekayətlər"ində sanki təkcə özünü yox, dünyanın ən görkəmli filo-
soflarının - Platonun, Aristotelin, Frensiz Bekonun, Spinozanın, Volterin və 
fransız maarifçilərinin  İmmanuel Kantın və alman idealistlərinin – Şopen-
hauerin, Herbert Spenserin, Fridrix Nitşenin... və bir çox görkəmli dünya 
filosoflarının fikirlərini ümumiləşdirməklə dünya fəlsəfi fikrinin mənzərəsi-
ni yaratmışdır. Onun Spinozanın düşüncələri ilə bağlı mülahizələri Tanrı və 
təbiət obrazlarının müqayisəsində çox maraqlıdır. Təbiət və Tanrı zənciri bir 
çox hallarda bir-birinə qovuşmuş olan bu tərəflər əslində cəmiyyətin özünün 
formalaşmasının əsasını təşkil edir. Şübhəsiz, birinci növbədə təbiət və Tan-
rı fərdi mənəvi aləmindən keçib, cəmiyyətdə ehtiva olunur:  
"Tanrının yardımı ilə  mən təbiət deyərkən müəyyənləşmiş  və  dəyiş-
məz nizamı  və ya təbii hadisələrin zəncirini nəzərdə tuturam; təbiətin 
universal qanunları və Tanrının əbədi fərmanı eyni şeydir. Tanrının hü-
dudsuz təbiətdən qaynaqlanan hər bir şey eyni zərurət vasitəsilə, eyni 
üsulla baş verir. Bir dairənin qanunu digər dairələr üçün nədirsə, Tanrı 
da dünya üçün odur. Substansiya kimi, Tanrı da səbəbiyyət zəncirinə 
və ya prosesinə bağlıdır, hər bir şeyin əsasında yatan şərtdir, dünyanın 
qanunu və strukturudur. Modusların və  şeylərin bu konkret kainatı öz 
layihəsinə, öz strukturuna bir körpü olaraq Tanrıdır, riyaziyyatın və me-
xanikanın qanunlarına uyğun bir şəkildə qurulmuşdur; bunlar dünyanı 
öz üzərində saxlayın bazisdir, başlıca şərtdir, substansiyadır, - onlarsız 
hər şey çökərdi. Dünyanın özü də sanki bir körpü kimi onun strukturu 
və qanunları vasitəsilə saxlanılır, - o, Tanrının əlində qorunur".
1
  
Nədənsə H.İsaxanlının təbiətlə bağlı poetik düşüncələrini oxuyanda, 
istər-istəməz Spinozaya əsaslanan Uill Dürantın mülahizələri yadıma düşdü. 
Mənə elə gəldi ki, Hamletin bu duyğulanmaları ilə Tanrının iradəsi və təbiə-
tin qanunları arasındakı reallıq o, balaca çocuğun - bağ-bostan suvararkən 
xəyallara dalan uşağın, 30-40 il sonrakı yaşantıları arasındakı reallığın ey-
nidir: 
                                                 
1
 Uill Dürant. "Fəlsəfi hekayələr". Zəkioğlu. Bakı, 2006,  s. 162. 


107 
 
Ola bilər qaş qaralsın, 
Suçunun səbri daralsın. 
Ya xəyal göyə ucalsın - 
Diqqətli ol, fikir ver ki, 
Su bir yerdə göllənməsin... 
Bu halətlə mümkünmüdür 
Şair qəlbli həssas çocuq 
Cuşa gəlib dillənməsin?! 
 
Bu şairin cuşa gəlib dillənən uşaq qəlbində Tanrını görməsidir. Uill Dü-
rantın fikirlərinin davamına diqqət edək:  
"Tanrının iradəsi və təbiətin qanunları müxtəlif frazalarla ifadə olun-
muş eyni reallıqdır. Buradan belə bir nəticə  çıxır ki, bütün hadisələr 
dəyişməz qanunların mexaniki fəaliyyətidir, ulduzlarda məskunlaşan 
amansız hökmdarın  şıltaqlığı deyildir. Dekartın mexanisizmi materi-
yada yalnız cismi görürdü, Spinoza ruhda Tanrını gördü. Bu, determi-
nizm dünyası idi, niyyət dünyası deyildi. Çünki biz şüurlu məqsədin 
gerçəkləşdirilməsi üçün fəaliyyət göstəririk, güman edirik ki, hər bir 
proses belə bir məqsədə malikdir. Biz insan olduğumuz üçün güman 
edirik ki, bütün hadisələr insana aparıb çıxarır və onun ehtiyaclarını 
ödəmək üçün layihələndirilmişdir. Amma bu, antroposentrik bir güman-
dır. Bizim təfəkkürümüz çox zaman belədir. Fəlsəfədə ən böyük səhvlə-
rin kökü ondadır ki, biz öz insani niyyətlərimizi obyektiv kainatdan üs-
tün tuturuq. O vaxtdan da bizim "şər problemimiz" başlayır; biz həyat 
xəstələrini sağaltmaq üçün Tanrının xeyirxahlığı ilə mübarizə aparırıq, 
amma biz belə bir dərsi unuduruq ki, Tanrı bizim kiçik yaxşılıqları-
mızdan və pisliklərimizdən, xeyirimizdən və şərimizdən kənardadır". 
1
 
Görkəmli filosofun qeyd etdiyi kimi Tanrının təbiətlə eyniləşməsi var-
lığı və qırılmazlığı insanın təbiətə can atması, insanın təbiətlə bahəm gözəl-
lik aləminə, saflığa can atması Tanrıya qovuşmaq istəyindən başqa bir şey 
deyil. Tanrı bizim yaxşılıqlarımızdan və pisliklərimizdən ona görə  kənar-
dadır ki, biz ona pisliklərimizlə bahəm qovuşa bilmərik. H.İsaxanlı təbiətlə 
qovuşma anındakı düşüncələrində nə qədər yerlə, göylə əlləşsə də, son nə-
ticədə onu sehrli aləmə aparan təbiətin bir parçasında qərar tutur və real in-
san olaraq sanki uşaqlığının tarixçəsini danışır  əlbəttə, Yaddaş Sahibinin 
                                                 
1
 Uill Dürant. "Fəlsəfi hekayələr". Zəkioğlu. Bakı, 2006,  s. 163. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə