Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə32/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   28   29   30   31   32   33   34   35   ...   73

99 
 
ruyan, onu ömrün dolanbaclarından keçirən həyatın çıxılmazlıqlarında ona 
yol göstərən də bu keyfiyyətlərdir: 
 
Yorularmış insan bəzən, 
Süni, yapma təbiətdən... 
Təmiz ələ, xoş əmələ
Saf insana vuruldum mən, 
Uzaq durdum bədheybətdən. 
 
Yaddaş Sahibi özündə güc görür, çünki o, bədheybətdən, nadandan uzaq-
dır. Sözü ilə, əməli ilə, ona qarşı vuruşur. Onun mənəvi arenasında - təmsil 
elədiyi böyük Azərbaycanda tarixi yaddaş oyanıb. Və bu oyanış Ümummilli 
Lider Heydər  Əliyevin himayədarlığı  və öndərliyi ilə müşayiət olunur. Bu 
oyanış  "öncə Azərbaycan ziyalılarını, daha sonra isə bütün xalqı strateji 
məqsədlər üçün səfərbər edir", bu səfərbərliyin mənəvi qaynaqlarını Yaddaş 
Sahibi belə görür: 
"Yüzillərin qan yaddaşını daşıyıb gətirən tarixi-mənəvi dəyərlərə, o 
sıradan folklor qaynaqlarına göstərilən qayğı  və diqqət bütün Azər-
baycan miqyasında özünü tanıma, özünüdərk və özünəqayıdış proses-
lərini hərəkətə  gətirdi.  Əvvəlki onilliklər üçün yasaq olan "Dədə 
Qorqud", "Oğuz", "Oğuz yurdu", "Ozan" "Türk mədəniyyəti", "Qan 
yaddaşı" anlayışları respublikada yaranmış münbit zəmindən nəşət ta-
paraq, elmi toplantılarda, ədəbi-mədəni yığıncaqlarda, kitablarda, mət-
buatda, radio-televiziya verlişlərində boy göstərdi. Mənəvi yaddaşın 
və Milli özümlülüyün bərpası  İçərişəhər,  Şuşa, Ordubad, Gəncə me-
marlıq komplekslərinin Milli qoruq elan edilməsindən, qədim xal-
çaların muzey-qoruğa ("Xalça muzeyi"nə) cəmləşdirilməsindən sazı-
sözü, muğam sənətini, xalq mahnıları  və  rəqs-oyun mədəniyyətimizi 
himayə edən rəsmi qurumların Azərbaycan Aşıqlar Birliyi, "Aşıq Pəri 
Məclisi", "İrs", "Atəşgah", "Gülüstan", "Yallı" və s. kimi məşhur xalq 
kollektivləri, "Muğam teatrı", "Dastan teatrı", "Ozan Aşıq Muzeyi" 
yaradılmasından, kütləvi folklor nəşrlərindən, folklorun geniş miqyas-
da təbliğindən (folklor festivalları  və jurnallarda folklor səhifələri) 
başladı və az sonra öz uğurlu nəticələrini göstərdi.
1
  
                                                 
1
  Məhərrəm Qasımlı "Heydər Əliyev və Azərbaycan folkloru". Bax: "Heydər Əliyev və 
Azərbaycan ədəbiyyatı". Bakı, 2009, s. 73. 


100 
 
Bu sadalanan adların arxasında dayanan mahiyyət yaddaşın qaynağıdır, 
güc mənbəyidir. Əslində itirdiklərimizin hamısı bu gücə tapınmamağımızla 
bağlıdır. Əgər söhbət Borçalıdan gedirsə, bu yerlər tarixi etnoqrafik baxım-
dan zəngin bir xəzinədir, açar isə yuxarıda sadalanan adlarla, ünvanlarla 
bağlıdır. Borçalıda da mənəvi hakimiyyəti yalnız bu yolla, bu güclə qoruyub 
saxlamaq olar. Elə ona görə də, Yaddaş Sahibi bu gücü "Ziyarət" üçün gəl-
diyi yurdda da görmək istəyir. Bu yurd faciəli bir yol keçib, vətəndən qıraq-
da qalıb. Buna baxmayaraq, onun gözəllikləri, zəngin təbiəti Yaddaş Sahibi-
nin tarixi yaddaşa qayıdışı üçün əsas qapıdır. İlham qaynağıdır, gözəlliklərin 
gözəlliyinə uyğun tərənnüm, təbiətə sevgili münasibəti Yaddaş Sahibinin 
könül səsi, özü də bir nəğmə  əhvalı  gətirən, duyğulara sərinlik gətirən bir 
külək səsidir. 
Nə əmr istər, nə də fərman, 
Əsər külək canü-dildən, 
Xəbər verər hər mənzildən. 
Zəhmi ağır dik qayalar... 
Durna keçər, qanad salar. 
Möcüzədir vəhşi orman
Ot üstə şeh, dağda duman. 
Günəş gülər, bulud ağlar, 
Yerdə, göydə min sevda var. 
 
Müəllifin çox böyük səmimiyyətlə  qələmə aldığı ecazkar təbiət ruhu 
etibarı ilə  həm də ona iztirab verir. Onun ağrısını  çəkir. Bu yerdə, göydə, 
min sevda olan yerlərdə Günəş gülüb, bulud ağlasa da onun könül havası 
çox qəmgindir. Amma o həyatın axarını dəyişmək, birdən-birə tarixin çarxı-
nı çevirmək gücündə deyil. Onun məqsədi insanlara bu sevgili təbiətin kimə 
məxsus olduğunu, kimin olduğunu anlatmaqdır.  İnsan sahibliyini biləndə, 
nəyin ona məxsus olduğunu biləndə güclü olur, çünki ədalətli olduğunu dərk 
edir. Amma Yaddaş Sahibi unutmur ki, hər bir insan özünün mənəvi gücünə 
uyğun, kriteriyalarına uyğun, öz ölçülərinə uyğun haqqını görə bilir. Yalnız 
bu yolla nəyə sahib olduğunu dərk edən insan öz eşqinin rübabını sevgi ilə 
çalar, könül səsini ruhunun dərinliklərindən gətirər: 
 
Ay, yer, günəş, insan - nə var 
Seçər hərə öz babını. 


101 
 
Seçib başına dolanar, 
Çalar eşqin rübabını. 
 
Misralar, səmimiyyəti, yığcamlığı, aydınlığı ilə diqqəti cəlb etdiyi kimi 
mənası tutumu ilə də bir bayatı əhvalı gətirir. Onsuz da bayatı əhvalı H.İsa-
xanlının ruhunda həmişə hakimdir. Xüsusilə "Ziyarət" poemasında bu əhval 
daha qabarıq duyulur. Şair üslubuna güvənərək səmimi, emosional duyğula-
rına güvənərək oxucuya aşılamaq istədiyi məqsədi cəsarətlə axıracan diktə 
edir. Yaddaş Sahibinin yaşı hərdən özünü göstərsə də, onun mənəvi güc və 
mənəvi saflıq tərəfləri onun ruhunun keşikçisi, mühafizidir. Ona görə də öz 
fikrini, düşüncəsini azad, yolunu açıq görür. Bu yolda aləmin seyrinə  çıx-
maq ən sirli sandıqları belə açmaq onun üçün çətin deyil: 
 
Fikir azad, yollar açıq, 
Gəl, aləmin seyrinə çıx. 
Qarşımızda sirli sandıq, 
Onu açmaq istəməsək, 
Bəs onda niyə yarandıq?! 
 
Yaddaş Sahibinin obrazı ilə qovuşmuş müəllifin  "mən"i sonuncu mis-
ralarda sankı həyatın mənası haqqında danışır. Şüurlu yaranmışın, düşüncə 
sahibinin həyatının mənası insanlara həqiqəti demək, örtülü olanları açmaq-
dan ibarətdir. İnsanın həyatının mənası yalnız bu zaman zəngin olar, yalnız 
bu zənginliyin sahibi ömründə məna görər, səadət görər. 
 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə