Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə35/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   31   32   33   34   35   36   37   38   ...   73

108 
 
timsalında. Danışılan əhvalat çözülən hekayə o qədər kövrək, o qədər duy-
ğuludur ki, sanki qar altından çıxan zərif bir çiçəkdir. Artıq qeyd etdiyimiz 
kimi o zərif çiçəyin özü qar altından çıxmağın əzablar daşıyıcısıdır, onunla 
kobud rəftar etmək olmaz. Elə onun özü qədər, o qar altından çıxan çiçəyin 
zərifliyi qədər incəliklə, zərifliklə, kövrəkliklə ona yanaşmaq istəyi ol-
malıdır. Bu yanaşmanın bəhrəsi əlbəttə, kövrək pıçıltılara çevriləcək: 
 
Yadındamı, xoş baxışdan 
Könül həyəcan duyardı? 
Bir oğlan da yaranışdan 
Xəyallarla yaşayardı?! 
 
Burada ünvan nə qədər dəqiq və aydındırsa, bir o qədər nazik bir tül al-
tına, dağdan keçən seyrək duman altına düşüb. Sanki Yaddaş Sahibinin "ala 
göz" sözə ünvanladığı sevginin sahibi də üz göstərir. Çəkinə-çəkinə, utanan, 
həyalanan bir ismətlə. Biz uşağın birini görürük. O, uşağı görürük ki, hələ in-
cəlik, zəriflik, kövrəklik aləmindən çıxmayıb, bu aləmdən qopmayıb. Ancaq 
onun bu sirli-sehrli aləminə  mərhəm olan da var. İndi xəyalın dumanlıqları 
arasından baxıb onu görə bilir. Onun - o "ala göz"ün bir xoş baxışından bu 
uşağın könlü həyəcana gəlirmiş. Həm də o arx kənarındakı oğlanın həyəcana 
gəlməyi təsadüfi deyil, axı o elə yaranışdan xəyallarla həmdəm olub, xəyal-
larla yaşayıb. İndi zaman keçəndən sonra onun "yadındamı?" deyə müraciəti 
çox səmimi səslənir. Bu uşaqlıq aləminin sakinləri gərək yaddan çıxarmasın-
lar. Axı o vaxt onların arxından (həm də arasından) boz-bulanıq sular axardı: 
 
Yadındamı, arxımızdan 
Boz-bulanıq su axardı? 
Bir oğlan da ağ kağızdan 
Hey gəmilər axıdardı?! 
 
O, oğlan o vaxt yol axtarırdı, bəlkə bu arxla gedən su arzuların o başı-
nacan geib çatacaq, bu su o qədər gedəcək ki, son anda, son mənzildə insan-
ların ürəklərindəki arzularının hamısının çiçəkləndiyi müqəddəs bir məkana 
çatacaq. Onun öz əli ilə düzəltdiyi kağız gəmilər onu həmdəmi ilə birlikdə 
arzuların çiçəkləndiyi yerə aparacaq: 
 
 


109 
 
Yadındamı, lövbər salıb 
O gəmilər dayanardı? 
Bir oğlan da izin alıb 
Göy sahilə yollanardı?! 
 
İnsan hisslərinin, insan duyğularının ən nadir yaşantılarının sözə gətiril-
məsi, sözə çevrilməsi və bu yolla insanların mənəvi aləminə bir-birini başa 
düşmək üçün körpü yaratmaq istəyi... bu, H.İsaxanlının müəllif kimi böyük 
uğurudur. O uşağı qanadlandıran duyğular, onun dayandığı sahilin qarşı tə-
rəfindəki könlünə həmdəm olan qız elə həm də onun ruhunun ən zərif çiçə-
yidir. Onun şəninə  nəğmələr oxuyur, bülbül kimi ötür, uçmaq, qanadlan-
maq, səmada qoşa göyərçin kimi pərvazlanmaq istəyi uşaq aləminin ən gö-
zəl lövhələridir: 
Yadındamı, o sahildə 
Gülə bənzər bir qız vardı? 
Bir oğlan da xeyli zildə 
Bülbül kimi oxuyardı?! 
 
Buradakı saflığı, təmizliyi görməmək, sözlə yaranmış mənzərədəki İlahi 
gözəlliyi duymamaq mümkün deyil. Bu mənzərə  hər birimizin həyatında 
var. Əlbəttə, o aləmi yaşamış olanlardan söhbət gedir. Amma eyni zamanda 
bu bir tarixi hadisə deyil, ancaq bütün tarixi hadisələrdən daha canlı, nəfəsli 
və ruhludur. Ona görə ki, biz o misraların arasında döyünən şair ürəyini gö-
rə bilirik. Hekayət isə davam edir. Bəs o gəmi hara getdi? Bəs o qız necə ol-
du? O oğlanın izsiz, soraqsız itməsi qızın taleyində hansı izi buraxdı? 
Və yenə müəllifin özü bu suallara qəlbindən qopmuş hisslərin, duyğula-
rın bir parçası kimi cavab verir: 
 
Yadındamı, gəmi getdi, 
Gözü yaşla doldu qızın? 
Bir oğlan da tamam itdi, 
Gül bənizi soldu qızın?! 
 
Burada yaxşıdan və pisdən heç bir söhbət gedə bilməz. Bu lövhədə olan-
lar bölgülərdən çox yuxarıdadır. Bu mənzərənin təbiətində olan saflığa yax-
şılıqlar qibtə edər, pisliklər həsəd aparar. Uill Dürant nə  qədər doğru deyir-
miş:  


110 
 
"Yaxşı və pis insani və çox zaman fərdi zövqlər və məqsədlər ucbatın-
dan nisbidir və kainat üçün heç bir əhəmiyyətə malik deyildir. Kainat 
miqyasında götürüldükdə isə  fərdlər, sadəcə olaraq, gəldi-gedərdir. 
Əgər bizə təbiətə nəsə gülməli, mənasız və şər kimi görünürsə, bu çox 
zaman bizim biliyimizin qərəzli olması ucbatından, biganəlik üzündən 
baş verir. Həmçinin, o səbəbdən ki, biz hər şeyin bizim zəkamızın tə-
ləbinə uyğun qurulmasını istəyirik. Bizim zəkamızın pis bir şey kimi 
bəyan etdiyini təbiətin nizamı və universal qanunları heç də pis hesab 
etmir, onları yalnız bizim bu təbiətimizin ayrılıqda ötürülmüş qanun-
ları hesab edir... (Yaxşı və pis terminləri özlüyündə nəzərdən keçiril-
dikdə heç bir pozitiv məna kəsb etmir)".
1
  
Uill Dürant insan və təbiət münasibətlərini düşüncə sistemində memar 
kimi qurur. Biz memarın yaratdığı nəhəng bir sarayı görürük. Ancaq o sa-
rayın naxışları, incəlikləri, zəriflikləri çatmır. Bu görmək istədiymiz naxışlar 
şairin hissləri və duyğuları ilə süslənmiş sözlərdir, misralardır, poetik lövhə-
lərdir. Uşaq quruyan arxın axmazlığına baxır, o daha gəmi ilə səyahətə çıxa 
bilməz. İndi o kağızdan təyyarələr düzəldəcək: 
 
Yadındamı, arxımızdan 
Axan sular quruyardı? 
Bir oğlan da ağ kağızdan 
Təyyarələr uçurardı?! 
 
Görünənin nisbiliyi, birinin tərəfindən yaxşı, digərinin tərəfindən pis 
qəbul olunması, yaxud insanın musiqiyə münasibətdə yaşantıları...bütün 
bunlar əslində həyata münasibətin görüntüləridir. Quruyan arxa münasibət-
də də uşağın yaşantıları əslində 50 il sonrakı dövrün kamillik zamanında ya-
şanan həyatın eskizləridir. Bu mənada  şairin psixoloji məqamları reallığa 
uyğunlaşdıraraq poetik dilə çevirməsi  filosofun  insanın  həyat  hadisələrinə 
münasibəti ilə eyniləşir:  
"Eyni bir şey eyni zamanda pis də ola bilər, yaxşı da, biganə də. Məsə-
lən, musiqi melanxolik üçün yaxşıdır, qabaqcadan əmələ  gəlmiş elə 
yanlış fikirlərdir ki, əbədi reallıq onları tanıya və  qəbul edə bilməz. 
Doğrudur ki, dünya təbiətin bütün sonsuz, hüdudsuz, hədsiz, intəhasız 
illüstrasiyası ola bilər, lakin insanın, sadəcə olaraq, xüsusi ideallarının 
                                                 
1
 
Uill Dürant. "Fəlsəfi hekayələr". Zəkioğlu. Bakı, 2006,  s. 163. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə