Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə38/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   34   35   36   37   38   39   40   41   ...   73

117 
 
öz canını qorumaq üçün çarpışır. Onun soyuqdan göyərmiş əllərini ciblərinə 
qoyması, az da olsa soyuq küləkdən qorumaq istəyi... bütün bunlar da bir 
nəticə vermir: 
Arabir də əllərimi 
Ciblərimdə saxlayırdım. 
Onun da bir xeyri yoxdu, 
Ciblərim də çox soyuqdu. 
 
Deyəsən, ədəbiyyatımızda uşaq hisslərinin bu qədər təbiiliklə verilməsi 
səhnələri çox azdır. Hətta nə  qədər çox olsa belə, yenə azdır. Mir Cəlalın 
Baharı küçə-küçə gəzib ciyər satarkən də beləcə, ayaqlarının birini götürüb, 
birini qoyurdu. 
Hər halda H.İsaxanlının tənəklər arasındakı soyuqdan göyərən  "uşağı-
nın" hissləri, duyğuları çox orijinaldır, təsirlidir və eyni zamanda ahənrüba 
kimi cazibəyə malikdir. Az qala o yerlərə uçub dörd gözlə  həmin uşağı o 
üzüm tənəklərinin arasında axtarmaq istəyirsən. Axı elə indi də qışla yazın 
arasıdır, tənəklərin ağlayan çağıdır: 
 
Qışla yazın arasında 
Əllərim çat-çat olurdu. 
Göz yaşımı saxlamağa 
Gücüm çatmaz - ağlayardım. 
Sonra... gücümü toplayıb 
Tənəkləri bağlayardım. 
 
Uşaq necə də təbii danışır: "Gücüm çatmaz, ağlayardım". Bəs sonra nə 
baş verir? Heç nə qurtarmayıb, heç nə bitməyib. Bu "sonra"dan sonra üç 
nöqtə  gəlir. Həmin nöqtələr  şairin qələmə almadığı iztirabların cərgəsidir. 
Üzüm tənəkləri kimi onun mənəviyyatında sıralanıb gedən iztirabların. Və 
yenə gücü toplamaq və yenə  tənəkləri bağlamaqda davam eləmək. Amma 
daha bir sonranın sonu deyəsən günəş çıxır. Buludlar parçalanır, soyuqdan 
göyərmiş uşağın titrəyən barmaqlarına baxıb göynəyən nənənin səsi gəlir: 
 
Nənəm dizinə döyərdi: 
"Allah, sən mənə ölüm ver. 
Uşağım gömgöy göyərdi". 
Mənə tüstülü ocağın 


118 
 
Qabağında yer verərdi. 
Nağıldakı loğman kimi 
Yağlayardı əllərimi. 
 
"Ziyarət" həm də ona görə həmişə oxunacaq ki, insan iztirablarının, in-
san  əzablarının yaddaşdan keçən varlığı olduğu kimi görünür, siluet kimi 
yox, kölgə kimi yox, ruh kimi görünür, amma bütün canı ilə, bütün varlığı 
ilə, zamanın ağrı və əzablarını özünə yığaraq görünür. 
Nağıldakı loğmana bənzədilən nənə, onun qayğılanmaları, çat-çat ol-
muş  uşaq  əllərini ovxalaması, onun barmaqlarına yağ  çəkməsi və  nəhayət 
nəslin böyüklüyü, böyük nəsli dolandırmaq istəyi atanın böyük ailənin ehti-
yacları qarşısındakı təkliyi... heç nə yaddan çıxmır: 
 
Nəsil böyük, atamsa tək, 
Mən də böyük oğul kimi 
Yaxşı bilirdim işimi - 
Həyat ruhdur, bir də əmək! 
 
Və bu düşüncələrin fövqündə onun gəldiyi qənaət də düzgündür. Həya-
tın ruhdan (yəqin ki, istəkdən, arzudan, həyat uğrunda mübarizədən...) və 
əməkdən ibarət olması qənaəti. Axı elə insanın özünü əmək və düşüncə ya-
radıb. İnsan şüurun və zəhmətin bəhrəsidir. 
Qalır yaddaşın iztirabları. Bu iztirablar isə tükənməzdir və Yaddaş Sahi-
binin fiziki ömründən sonra onun mənəvi ömründə davam edəcək: 
 
(Dönə bilsəydim o çağa, 
Sirdaş olsaydım o bağa - 
Qışla yazın arasında 
Tənəkləri bağlamağa!) 
 
Nədənsə, müəllif yaddaş ağrılarının bəhrəsi olan bu misraları mötərizə-
yə alıb. Amma elə bilirəm ki, heç bir mötərizəyə lüzum yoxdur. İnsana xas 
olan xüsusiyyətdir yaşadığı çağlara qayıtmaq istəyi. Əlbəttə, bu, mənəvi is-
təkdir. 
...Dəfələrlə qeyd etdiyim kimi, H.İsaxanlının yaradıcılığındakı  təbiilik 
və bu təbiiliyin təbiətlə qohumluğu onun özünün təbiətindən irəli gəlir. 


119 
 
Onun ruhunda təbiilik sanki meyardır, ölçüdür. Və düşüncələrimizə qol-qa-
nad verən misralarından da gördüyümüz kimi, onun mənəvi aləmi təbiətdən 
gələn saflıq üzərində pərvəriş tapdığı üçün özünü də təbiətə borclu bilir. Gö-
zəgörünməz tellərlə bir vaxt qucağında əlləri göyərən uşağın təbiətini yaza-
yaza təbiətə borcunu qaytarmağa çalışıb. 
Hamletin şeirlərini oxuduqca adam qışla yazın arasında daha gözüaçıq 
olur. Sanki qışla yazın arasında titrəyən gül ləçəklərinə də qayğı göstərmək, 
küləyin qabağında titrəyən çiçəklərə bir daldalıq qurmaq istəyirsən. Və hə-
min andaca, bəlkə də, heç yada düşmür müəllifin tərənnüm elədiyi, taleyini 
yazdığı uşağın küləyin qabağındakı titrəyişləri. Amma hər halda bu, ədəbiy-
yatdan gəlir. Bizim mənəvi aləmimizin harmoniyasını təmin edən, ahəngini 
qoruyan ədəbiyyatdan. Çox yerinə düşdüyü üçün Əhməd Ağaoğlunun fikri-
nin davamını düşüncələrimizə qol-qanad verən  düşüncələrinin  məntiqi  ye-
kununu da yada salıram:  
"Almaniyadan keçərkən şam ağacı ormanlarının çoxluğuna, təmizliyi-
nə, ağaclara qarşı kiçik çocuqlar tərəfindən belə göstərilən bağlılığa 
şaşırdım. Yanımdakı alman "Əfəndim, bu duyğuları bizə şair Goethe 
(1749-1832 - alman şairi və dramaturqu) aşılamışdır, - dedi. Görür-
sünüz, ədəbiyyat ağacından insanına qədər hər şeyi bir-birinə sevdirir, 
bağlayır. Gözəlliklərini kəşf etdirir, aralarında böyük və  dərin bağ 
meydana gətirir. Bizim ədəbiyyatımız bu qüdrətdən məhrumdur. Ne-
dimin (Nedim, (1681-1730 - Türkiyənin məşhur divan şairi) Kağıtxa-
na və ya Göksü haqqında yazmış olduğu bir neçə beyt, hələ də oralara 
gedənlərdə, o yerlərə qarşı özəl bir duyğu oyandırmırmı?"
1
   
Necə də bizim Hamletin poetik duyğulanmalarının məntiqi nəticəsi ilə 
səsləşir.  Ədəbiyyat həyatın özü ilə  nə  qədər bağlıdırsa, bir o qədər zaman 
qarşısında güclüdür. 
...Hamletin lirik qəhrəmanının mehrabı təbiətdir. Əzilməmiş, tapdanma-
mış çöl-çəməndir. Onun lirik yaradıcılığı sanki çiçəklər qarşısında təzimdir. 
 
 
                                                 
1
 Əhməd Ağaoğlu. "Üç mədəniyyət". Mütərcim. Bakı, 2006,  s.112. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə