Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə36/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   32   33   34   35   36   37   38   39   ...   73

111 
 
illüstrasiyası ola bilməz. Yaxşı və pislə bağlı məsələ necədirsə, eybə-
cər və gözəllə bağlı məsələ də elədir. Bunlar da, həmçinin, subyektiv 
və şəxsi terminlərdir, kainat tərəfindən onlar heç nə ilə şərəfləndirili-
məyəcəklər. Mən səni xəbərdar edirəm ki, mən təbiətə nə gözəlliyi, nə 
də deformasiyanı, nə nizamı, nə  də qarşılıqlığı aid etmirəm.  Şeylər 
yalnız bizi təxəyyülümüzə münasibətdə gözəl və ya eybəcər, nizamlı 
və ya qarışıq adlandırıla bilərlər. Məsələn, hər hansı bir obyekt bizim 
sağlamlığımıza səbəb olmuşsa, biz onu gözəl adlandırırıq;  əgər yox 
belə deyilsə, belə obyektləri eybəcər adlandırırıq"
1
  
İndiki, məqamda yeridir ki, H. İsaxanlının şəffaf düşüncələrinin bizim 
ruhumuza sağlamlıq gətirəcəyinə inamımızı təsdiq edək. H.İsaxanlının poe-
ziyasında ruhu, onun real mənəvi həyatını çox vaxt üstələyir. Belinskinin tə-
birincə desək şairin ruhu, şairin özünü kölgədə qoyur. Əslinə qalsa bu şairin 
özünün ruhu ilə doğmalığından irəli gəlir. Demək, o, balaca uşağın düzəltdi-
yi kağız təyyarələr küləyin gücü ilə səmaya qalxıb dövr eləyəndə elə şairin 
ruhu da indiki anda xəyalları ilə birgə göylərdə olur: 
 
Yadındamı, təyyarələr 
Göy üzündə dolanardı? 
Bir oğlan da üzdən gülər, 
İçdən alışıb yanardı?! 
 
Burada şairin yaradıcılığı ilə onun sənəti yaradan mənəvi varlığının har-
moniyası ilə xəyallarını yaşadan yerin, yurdun insanları arasında sarsılmaz 
bir bağlılıq, genetik qohumluq var. Hamletin şeirlərində hisslər, duyğular 
bəzən o qədər güclü, o qədər təzə-tər, ayrılıqda götürülmüş və eyni zamanda 
bütün insanlığın hisslərini, duyğularını ifadə edən lirikası o qədər fərdiləşir 
ki, bəzən düşünürsən bu misraları başqası oxusa, həmin təzəliyi, həmin köv-
rəkliyi itirə bilər. Bu mənada Hamletin şeirləri, kövrək poeziyası özünə çox 
bənzəyir, onu çox böyük həssaslıqla tamamlayır. 
Poeziya şairin ruhundan qopmuş zərrələrdir. Əsil poeziya elə müəllifinə 
bənzəməlidir. 
 
                                                 
1
 Uill Dürant. "Fəlsəfi hekayələr". Zəkioğlu. Bakı, 2006,  s. 164. 


112 
 
 
Çiçəklər önündə təzim 
 
 
 
 
 
 
 
 
H.İsaxanlının  "Ziyarət" poemasını deyəsən, üçüncü dəfədir ki, oxuyu-
ram. Birinci dəfə dostumun kitabı kimi. Nə yazıb, nədən yazıb? - sualının 
cavabını vermək üçün, ədəbi məclislərdə,  ədəbiyyatla bağlı mübahisələrdə 
susub qalmayım deyə. İkinci dəfə dünyaya sözü olan, bu gün Azəbaycanın 
mənəvi mühitində kifayət qədər ictimai rəyə təsir göstərən fəaliyyət sahibi-
nin, görkəmli ziyalının  əsəri kimi. Hər iki halda əsər məni qane eləmişdi. 
Üçüncü dəfə hissə-hissə, lövhə-lövhə, misra-misra oxudum. Başa düşdüyü-
mü, gəldiyim qənaətləri yazmaq üçün. "qişla yazin arasinda" adlanan kiçik 
bir parça var poemada. Bu hissəni oxuyanda - əlbəttə ki, üçüncü dəfədən 
söhbət gedir - öz-özümə  təəccübləndim. Deyəsən, birinci dəfədir ki, oxu-
yurdum. Necə olub ki, bir uşaq qəlbinin sızıltısını, bu dərəcədə  həssas və 
kövrək bir ürəyin təzədən uşaq dünyasına qayıdıb həmin göynəmələri yaşa-
masını tuta bilməmişəm? Aydın məsələdir, qışla yazın arasında təbiətin özü-
nün özü ilə çarpışması gedir. Əslində bu çarpışma eynilə təbiətlə insan ara-
sında da gedir. 
Payızın sonunda biz payızla qış arasındakı mövsümü kifayət qədər mü-
qavimət gücü ilə yaşayırıq. Amma qışla yazın arasındakı mövsümdə  qışın 
təsir gücü yazın hərarətindən çox güclü olur. Çox müşahidə eləmişəm, qışla 
yazın arasındakı soyuqlamalar daha çox fəsad verir, nəinki payızla qışın ara-
sındakı mərhələdə. Qocalar və uşaqlar qışla yazın arasındakı hava dəyişmə-
lərindən daha çox əziyyət çəkir. Hətta deyərdim ki, tələfat da payızla qış 
arasındakı mövsümə nisbətən qışla yaz arasında daha çox olur. 
"Qışla yazın arasında" adlanan fəsildə tənəklərin taleyinə ağlayan, daha 
doğrusu, tənəklərə gün ağalyan uşaq, əslində, öz gününə ağlayır. Amma bu 
barədə bir qədər geniş şəkidə daha sonra. 


113 
 
H.İsaxanlının  "Ziyarət"  əsəri nəyə görə qiymətlidir? Nəyə görə belə 
əsərlər diqqətlə oxunmalı, öyrənilməlidir? Çünki gələcəyin adamları tarixin 
yazdıqları əsasında keçmişə qiymət verəcəklər. Bu mənada, ədəbiyyat da ta-
rixdir. Ancaq ədəbiyyat tarixdən fərqli olaraq həyatda nə varsa, hamısını ol-
muşların, olanların və həm də ola biləcəklərin hamısını yazmalıdır. Şübhə-
siz, elə yazmalıdır ki, nəinki bugünkü insanın, eləcə də gələcəyin adamının 
zövqünü oxşamaqdan başqa, könlünü ovutmaqdan başqa, ötüb keçən za-
manların  əhvalını, ovqatını, mənəvi mühitini kifayət qədər dolğunluğu ilə 
təsəvvür edə bilsin. Zənnimcə, "Ziyarət" poemasında Yaddaş Sahibinin yad-
daşa sahib olduğu məkandakı həyatın bütün rənglərini verə bilmək cəhdləri 
uğurla nəticələnib. Təbiətlə insan arasındakı münasibətlər, təbiətin bətnində-
ki təbii təzadlar və bunların insanın mənəvi mühitinə  təsiri onun kövrək 
dünyasında qoyduğu izlər - bütün bunlar həssaslıqla, daha dəqiq desək, ya-
şantılarla qələmə alınıb. Sanki Yaddaş Sahibi sözün həqiqi mənasında, göz-
lərimizin qarşısında hələ sümükləri bərkiməmiş balaca bir uşaqdır - cansız, 
çəlimsiz. Az qala gözümüz görür, yüyürüb onun gücü çatmadığı tənək buda-
ğını qaldırmaq istəyirik. Hələ bir onu bu ağır işə vadar edənlərə də az qala 
qəzəbimiz tutur. Dünyanı  lənətləmək istəyirik. Bir tikə çörək üçün ailəyə, 
evə, ataya, anaya kömək eləmək, dayaq olmaq üıçün uşağın çəkdiyi zillət 
gözümüzü göynətdiyi kimi, qəlbimizi də  ağrıdır. Bu təəssüratları yaratdığı 
üçün "Ziyarət" qiymətlidir. Vaxtilə Əhməd Ağaoğlu "ədəbiyyatımızda həyat 
yoxdur" deyəndə Azərbaycan ədəbiyyatını yox, Osmanlı ədəbiyyatını nəzər-
də tuturdu. Və onun qınaqları elə indi də kara gələ, işə yaraya bilər:  
"Əski  ədəbiyyamızda həyat yoxdur. Gerçək sənətə  və  təbiətdəki gö-
zəlliyə  də tamamilə yabançı qalmışdır. Bunları da duymamış  və an-
laya bilməmişdir. Zatən onun təqlid etdiyi ərəb və əcəm ədəbiyyatı da, 
təbiət və həyata tamamilə yabançıdır. Əski ədəbiyyatımızda həyatı və 
təbiəti təsvir edən bir tək gerçək lövhəyə rast gələ bilməzsiniz. Yəni 
ədəbiyyatımız bu işdə Avropa ədəbiyyatını  təqlid etməyə qoyuldusa 
da, yenə  həqiqəti təsvirdən çox uzaqdır.  İstər  şeirdə  və istər nəsrdə 
təbii həyatın göstərdiyi lövhədən ziyadə, o lövhənin oyandırdığı 
duyğuları təsvir edir. Halbuki həyat və təbiəti görə bilmək, onlardakı 
ahəngi və musiqini anlaya bilmək, bir alayın ruhumuz üzərində yapdı-
ğı təsirləri təsvir etmək deyildir"
1
.  
                                                 
1
 
Əhməd Ağaoğlu. "Üç mədəniyyət". Mütərcim. Bakı, 2006,  s.110. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə