Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə44/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   40   41   42   43   44   45   46   47   ...   73

135 
 
Biganəliyin mənəvi mahiyyətini dəfələrlə açmağa çalışan esselər yaz-
mışam. Bəzən heç bir dəxli olmayan, hətta bir-birilə əlaqəsi olmayan adları 
yan-yana düzüb, onları bir-birilə bağlayan əlaqələri görməyə çalışmışam. 
H.İsaxanlının "Gələcəkdə", "Göylər bizdən uzaqdır" şeirlərinin yaratdı-
ğı estetik təsir altında biganəliyin mənəvi mahiyyətilə yazdığım düşüncələri 
məqamı gəldiyi üçün təqdim edirəm:  
"Düşməndən qorxma, - ən pis halda onlar səni öldürə bilər; dostlardan 
qorxma - ən pis halda onlar səni sata bilərlər; biganələrdən qorx - 
onlar öldürmürlər və satmırlar, lakin yer üzündəki satqınlıq və  qətl 
yalnız onların sükutlu razılığı ilə mövcuddur" (Bruno Yasenskinin 
"Biganələrin sui-qəsdi" romanına epiqraf). "Apollon, Ariadna, "qızıl 
döyüşçü", Mövlana Füzuli, Salatın Əsgərova, Alı Mustafayev, Çingiz 
Fuadoğlu, Aydın Məmmədov... Füzuli Nəcəfov, Telli Pənahqızı, Qulu 
Məhərrəmli, Mirzə... İlk baxışdan bir-biri ilə əlaqəsi olmayan bu ad-
ları bir sapa düzmək və onlara bir cərgədə baxmaq istəyilə qələmi gö-
türdüm. Humanizm işığında aydın görünən ilk kölgəyə baxıram: qə-
dim Yunan mifologiyasında Apollon sənətə-poeziyaya, musiqiyə... ha-
milik missiyası daşıyır. 
Və bircə anlığa düşünmək üçün sual: ellinlər Apollon mifini hansı zə-
rurətdən yaratmışdılar? Bəlkə  də, həmin mifi yaradan təfəkkür tərzi 
olmasaydı, bəşəriyyətin uşaqlıq dövründə yaradılmış antik mədəniyyət 
bu gün yüz illərdən bəri yeni-yeni sənət korifeyləri üçün maya olmaz-
dı. Hər halda bu qeydlərin qələmə alınmasına səbəb olmuş amillər bizi 
yenə də düşünməyə çağırır. Tutaq ki, Alı Mustafayevin mübariz əhval 
aşılayan təhlili, jurnalist mövqeyi əsaslandırılmış  şəkildə açıq-aydın 
duyulan verilişləri olmayıb. Yaxud Aydın Məmmədov bu dünyada ya-
şamayıb. Nə qədər solğun görünərdi keçdiyimiz yol. Hər halda bilirik 
Çingiz Fuadoğlu yaşayıb. Salatın keçib bu dünyanın yollarından... 
Əldə qələm, dildə söz; Kim ölmək istəyir? Min illərdən bəridir bu sual 
insanlığın mənəviyyatını parçalayır, didib-dağıdır. Kimdir bu yolu 
özünə örnək seçən? Hardan alaq o möcüzəni ki, bu gün Evaris Qaulanı 
həyata qaytarsın? Hardan alaq o əli ki, qeybdən gələn bir hünərlə əlini 
uzadıb Lermontovun alnına sıxılan gülləni yayındırsın. Qaytarın, biga-
nələr, qaytarın Aydın Məmmədovu dünyaya, qoymayın Demosfeni 
ölməyə. Bəs bilmirsinizmi, min ildən bəri bəşəriyyət yol gəlir. Gələ-
gələ çalışır, vuruşur, öyrənir, hələ Demosfen qədər ritorikanı mənim-


136 
 
səyə bilməyib. Bəs ona nə üçün kameralar quraşdırıb, videosalonlar 
yaradıb Şahmalı Kürdoğlunun səslər dünyasını girmədik? 
İndi hardadır Qədir Rüstəmov? Bəs niyə axtarmırıq? Bilirikmi ki, əbə-
di dünya özü də bilmədən nə vaxtsa qatarı saxlayacaq və ona deyəcək 
ki, sənin də alın yazındakı məqam çatıb, buyur düş, indi növbə sənin-
dir. Bütün bunlar təsadüfi düşüncələrin və  təsadüfi sualların bəhrəsi 
deyil. Əslində, insanın və insanlığın özü ilə vuruşur, döyüşürük. Vax-
tilə vertolyot qəzasından sonra şəhid olmadığına təəssüf eləyirdi Ay-
dın Məmmədov... Bəs biz necə? Ürəyimizdə onların hər biri üçün yer 
ayırmışıqmı? Bəlkə də, Aşıq Ələsgər ömrünün sivil dünyayacan uzan-
madığına təəssüf eləyirik, yanıb-yaxılırıq ki, bugünkü texniki imkan-
lardan uzaq düşdü Ələsgər sazının səsi, yoxsa, yazıb saxlayardıq. Bəs 
onda bugünkü fenomenləri necə, yaşatmaq, gələcək nəsillərə yadigar 
qoymaq üçün bir iş görürükmü? Hardadır sevgilərimizin açarı? Hansı 
okeanın dərinliyinə düşüb? Nədir bizi məcbur eləyən ki, könül dünya-
mızın qapılarına min bir qıfılla zəncir vurmuşuq? Sim-simin sehrli 
açarını kim tapacaq bizdən ötrü? 
Əlbəttə, insanın qəlbində sevgilər təkcə sözlərlə göyərmir. Kimlər 
üçün və nədən ötrü qəlbimizdə əbədiyyət guşəsi açmışıq? Varmı belə 
bir kimsə ki, ətəyində namaz qılaq?" 
1
.  
Göründüyü kimi, həmin düşüncələr "Biganələrin  sui-qəsdi" romanının 
epiqrafı ilə başlanıb. Və  qətiyyən həmin adlar sırasından H.İsaxanlının da 
adını ayırmazdım. Axı  həmin essenin sərlövhəsində deyildiyi kimi, "qızıl 
döyüşçüyə  də Ariadna sapı  gərəkdir". "Ariadna sapı" ilə mif qəhrəmanı 
dolaşıq labirintlərdən çıxır. Şairin mənəvi məsuliyyət hissi aşılayan və dün-
yanın taleyini qorumağa səsləyən sözə çevrilmiş duyğuları müasir dünyanın 
taleyini dolaşıq labirintlərdən keçirən işıqdır. Bu işıq qədim mifdəngəlmə 
obrazla çox səsləşir.  İşığın mənbəyi isə  ədəbiyyatdır, sözdür, sənətdir. 
H.İsaxanlı kimi duyğularında özü olan, duyğulanmalarında səmimi olan 
şairlərdir. Vaxtilə, on beş il bundan əvvəl yazılmışdı həmin düşüncələr. Və 
mətbuatda dərc olunmamışdı. Nədənsə mənə elə gəldi ki, gələcəkdə "Göylər 
bizdən uzaqdır" şeirlərinin aşıladığı məsuliyyət hissilə həmin duyğular çox 
səsləşir. 
                                                 
1
 Əli Rza Xələfli, "Karvan körpüdən keçir", Bakı,1997. s.158 


137 
 
 
Bir uşağin dünyasi 
 
 
 
 
 
 
 
 
İndi "Ziyarət"ə qayıtmağın vaxtıdır. Onsuz da ziyarət edəcəyimiz ocaq 
nə qədər bizim bağrımızın başındadırsa, bir o qədər də gözlərimizin yetmə-
diyi uzaqlıqdadır. Bu, sadəcə cismani ömür müddəti deyil, keçmişlə gələcək 
arasındakı  məsafədir. Və bu məsafə üzərindəki qırılmaz bağlılığı yaradan 
elə ziyarət körpüsüdür. Hər iki anlamda, həm Yaddaş Sahibinin keçmişə qa-
yıdışı, həm də onun keçmişdə olanları gələcəyə ötürmək istəyi. Və demək, 
H.İsaxanlının  "Ziyarət" poemasının fəlsəfi mahiyyəti körpü anlamı ilə çox 
bağlanır. Körpüdən keçən kimdir? O, cəmiyyətin ağrılarını  hələ  uşaq ikən 
duymuş, həyatın gətirdiyi ağırlıqlar altında qəddini düz saxlamağa çalışan, 
hələ uşaq ikən yaddaşı kitaba çevrilmiş Yaddaş Sahibidir. Onun yaddaş kita-
bında yazılanlar arasında "uşaq ikən yaşa doldum" etiraf-xatirəsi nə qədər 
ağrılı-acılı olsa da, Yaddaş Sahibinin bu gününün cəmiyyətin mənəvi məsu-
liyyətinin ağırlığını çiynində daşıması ilə bağlı  hələ onun uşaq çağlarında 
həyatın özü tərəfindən onun ruhuna yazılmış özüllər haqqında hekayətdir. 
Hər misranın, hər bir sözün mənəvi məsuliyyət yükü aydın görünür. Nə üçün 
onun bugünkü həyatı da ağrılardan və acılardan kənarda deyil? Onun ən 
böyük dərdlərindən, onun çiynində daşıdığı  ən ağır yükün adlarından biri 
anlamaq dərdidir. Bu, o dərddir ki, Mirzə Cəlili "Molla Nəsirəddin"ə çevirdi. 
Sabiri hər tərəfdən suların döydüyü və zərrə belə qopara bilməyən dağ elədi. 
Anlamaq dərdi... Bu dərdin mahiyyətini H.İsaxanlı belə görür: 
 
Uşaq ikən neçə incə 
mətləbləri anlamışam. 
Ümidlərim ulduz təki 
gah parıldar, gah sönərdi. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə