Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə42/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   38   39   40   41   42   43   44   45   ...   73

129 
 
Həmin uşağın - Yaddaş Sahibinin sonuncu sözləri ümumi mətndən ay-
rılmır. Və müəllifin obrazı ilə birləşir. Ona görə də onun oxucuya müraciəti 
də təbiidir, başa düşüləndir. Ən başlıcası, həmin döyünən ürəyi, sağlam, mə-
nəvi ruhu biz həmin uşağın timsalında görürük. Və sanki Belinski təkcə öz 
zamanı üçün yox, bütün zamanlarda ədəbiyyat üçün, əbədi  olanları  yada 
salır:  
"Jukovskinin qəhrəmanlığı ölçüsüz, onun rus ədəbiyyatındakı əhəmiy-
yəti isə böyükdür! Onun romantik şeir ilahəsi rus poeziyasının vəhşi 
düzənliyi üçün Elevsin ilahəsi Serera idi: o, rus poeziyasını  kədər, 
hicran və mistik düşüncələrin gizli sirlərilə, adsız və yersiz, lakin gənc 
bir ruhun öz doğma vətəni kimi qəbul etdiyi "o əsrarəngiz dünyaya" 
olan həyəcanlı meylin gizli sirlərilə tanış edərək rus poeziyasına ruh 
və ürək vermişdir" 
1
.  
Qədim Elladanın Elevsin şəhərində  bərəkət və  əkinçilik Allahı De-
metraya latınlar tərəfindən verilən ad Sereradır. Qəribə bənzəyiş var, Yad-
daş Sahibinin uşaq obrazı sanki evin Sererasıdır,  əkinçilik və  bərəkət ila-
həsidir. İndi necə, bu qanadlı duyğulanmaları H.İsaxanlının poeziyasından, 
onun orijinal obrazlarından ruh və ürək sahibi olan "yaddaşından" ayırmaq 
olar? 
...Deyəsən, bu məqamda H.İsaxanlı daha çox Jukovskiyə, onun Yaddaş 
Sahibi isə "əsrarəngiz dünya"nın sahibinə bənzəyir. 
 
                                                 
1
 V.Q.Belinski. "Rus ədəbiyyatı klassikləri haqqında". Bakı , 1954, s.81. 


130 
 
 
Zaman körpüsü 
 
 
 
 
 
 
 
 
H.İsaxanlı istər poemalarında - əlbəttə, söhbət daha çox "Ziyarət"dən 
gedir - istərsə  də,  şeirlərində,  ədəbi-publisistik düşüncələrində (onun radio 
və televiziya ilə maraqlı müsahibələrini, çıxışlarını dinləmişik) cəmiyyətin 
mənəvi sistemi uğrunda, bəşəri dəyərlər uğrunda bu günə  qədər qorunub-
saxlanılmış  və müasir mədəni mühitin daha da zənginləşdirdiyi dəyərlərin 
qorunub saxlanması, gələcəyə ötürülməsi naminə fədakarlıqla mübarizə apa-
ran diplomata bənzəyir. Əlbəttə, onun diplomatiyası inam üzərində bərqərar-
dır. Öz gücünə inamdan, sözünün saflığına inamdan, doğruluğuna və düz-
günlüyünə inamından qidalanır. Elə ona görə də onun poetik lövhələri daxi-
li-mənəvi aləmin təbii səsləri təsirini bağışlayır. Onda belə bir inam var ki, 
bu günün adamları onun səmimiyyətini qəbul edirsə və ona inanırsa, gələcə-
yin adamları da onun fikir siyasətinin, düşüncə xəttinin özündə heç bir riya, 
üstündə heç bir kölgə görməyəcəkdir. H.İsaxanlı  cəmiyyətin mənəvi siste-
minin qorunması yolunda şairlərin məsuliyyətini yaxşı bilir. Elə ona görə də 
o, bütün ruhu və varlığı ilə sözlə arasındakı ünsiyyəti daha da qoruyur və bu 
ünsiyyətin mahiyyətini özü ilə gələcək arasında bir körpü kimi başa düşür. 
Mənəvi sistem - sanki bu, hər bir şairin sakini olduğu və burada silahın 
ancaq sözdən ibarət olduğu bir dövlətdir... 
Şair indi ilə gələcəyin arasındakı sərhədləri görür. Gələcəyin indidən nə 
qədər fərqli olduğunu da başa düşür. Bu mahiyyəti ifadə edən, bu mənanı 
özündə ehtiva edən çoxlu, dəyərli  əsərlərin, poetik lövhələrin müəllifidir. 
Ümumiyyətlə, "Ziyarət" poeması keçmişlə gələcək arasında Yaddaş Sahibi-
nin obrazının timsalında bir körpüdür. Yaddaş Sahibi olmasaydı, onda gələ-
cək keçmişi anlaya bilməzdi, dillər fərqli olardı. Birinin yaxşı cəhəti digəri-
nə ötürülməzdi. "Ziyarət" poeması ilə, onun daşıdığı mənəvi məzmunla sıx 


131 
 
bağlı olan Yaddaş Sahibinin fikrinin nüvəsində dayanan bir həqiqət də elə 
budur və bu mahiyyət kitabda verlmiş  "gələcəkdə" adlanan şeirdə  də çox 
dəqiq ifadə olunub. Bəri başdan qeyd eləmək olar ki, "Gələcəkdə" adı ilə 
təqdim olunan şeir ayrılıqda da uğurlu, poetik nümunədir. Gələcəkdə nə ola-
caq? Həmin gələcəyin Adamı, xüsusilə cəmiyyətin mənəvi əsgəri H.İsaxan-
lının təbirincə desək,  "qələm çalan"ı indinin qələmçalanından hansı  cəhət-
lərilə fərqlənəcək? 
Sən, ey bizi bizdən sonra yada salan, 
Haqqımızda fikrə dalan, 
Və bu yolda qələm çalan 
Qız, ya oğlan! 
Keçmişinə baxanda sən 
Biz nələri qurub-çatdıq? 
Nə dağıtdıq, nə yaratdıq? 
Onu bizdən daha yaxşı biləcəksən. 
Dayaz, səthi, ibtidai fikirlərə 
Baş bulayıb güləcəksən. 
 
Şair konkret olaraq bu suallara cavab verməsə də, bir həqiqəti qabarıq 
verə bilib. Ən azı gələcəyin adamı bizim nəyi düz, nəyi səhv etdiyimizi daha 
yaxşı biləcək. Hələ onun bizim dayaz, bəsit düşüncələrimizə başını bulayıb 
gülməyi də olacaq. Ancaq bunlar gələcəkdə olacaq. Əgər bu gün yaradılmış-
lar gələcəyə ötürülməsəydi, yaxud ötürülə bilməsəydi, onda nələr baş verər-
di? Qəribədir, müəllifin vahiməsi hiss olunmur. Sanki o, bu günün özündə 
dayanıb uzaq gələcəyə zillənən baxışları ilə bizə tərəf gələn gələcəyin adam-
larını müşahidə edir. Onlar qətiyyən dayanmırlar və onlar hansı sürətlə bizə 
tərəf gəlirsə, biz də əslində, onlara tərəf gedirik, hərçənd ki, bizim yönümüz 
daha çox keçmişədir. Çünki gələcək bizə çatanda artıq biz keçmişdə olaca-
ğıq. Amma bizim özümüzdən fərqli olaraq yaratdıqlarımız gələcəyə çatmaq 
əzmindədir. Əlbəttə, onun da çox hissəsini zaman küləkləri sovurub apara-
caq. Və bu küləklər zaman-zaman səhrada nəhəng qum dağlarını sovurub 
apardığı kimi küləyin ağzında qopub gedənlərdən sonra qalan kristallaşmış 
süxurlarsayağı, küləyin aparmağa gücü çatmayan hissələr gələcəyin qisməti-
nə düşən paydır.  Şair bunu da mənalandıra bilir və mindən biri qalacaqsa, 
bunun özünün də əslində, körpü üçün bəs edəcək bir güc olacağına inanır. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə