Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə43/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   39   40   41   42   43   44   45   46   ...   73

132 
 
Baxışlar uzaqlara zillənib. Amma sanki lirik "mən" əlini uzatsa, həmin gələ-
cəyin  əli ilə tutuşa biləcək. Bax, bu nəsillərdən-nəsillərə ötürülən mənəvi 
gen daşıyıcılığıdır: 
Yazdığımız qalaq-qalaq əsərlərdən 
Məndən biri qalacaqsa, 
Şükürlər olsun, min kərə! 
Siz nəsildən kimlər isə, 
Biz nəsildən kimlərisə 
Sevib yada salacaqsa
Salam olsun nəsillərdən nəsillərə! 
 
Zaman küləkləri nə qədər sərt olur-olsun, gələcəyin adamlarının sevdik-
lərini, adlarını ruhlarına çəkib yaşatdıqlarını qoparıb ala bilməyəcək. Əlbət-
tə, bu adlar yaddaşa sevgi ilə yazılıbsa... demək, gələcəyin küləklərinin gücü 
yaddaşdan üstün ola bilməz. Axı biz mahiyyətcə şairləri diplomatlara bən-
zətdik. 
Və onların sözü ilə, mənəvi mühiti ilə güc kəsb edən cəmiyyətin özünü 
qoruma instinkti arasında üzvi bir bağlılığın olduğunu da qeyd etməliyik. 
Müəllif bu missiyanı demək olar ki, bütün yaradıcılığında qoruyur. Fikir və 
düşüncə baxımından, xüsusilə, mənəvi məsuliyyət baxımıından böyük əhə-
miyyət kəsb edən şeirlərindən biri də "göylər bizdən uzaqdir" adlanır. Bu 
şeirin özü də bir çox cəhətləri ilə, xüsusilə, mənəvi məsuliyyət məsələsində 
"Ziyarət" poemasının əsas obrazını - Yaddaş Sahibini tamamlayır. Dəfələrlə 
bu sualı vermişik: kimdir Yaddaş Sahibi? O, bugünümüzün ümumiləşmiş 
obrazıdır. 
Əlbəttə, təkcə zaman baxımından yox, həm də mənəvi dəyərlərin daşı-
yıcısı olmaq baxımından. Ona görə də o, daim narahatdır, o, həmişə düşü-
nür. Konkret olaraq özünün timsalında, cəmiyyətdən nə qədər ayrı və yaxud 
da cəmiyyətə nə qədər bağlı olduğunu bilmək istəyir. Ən mənfi görüntüdə, 
ən qaranlıq tərəfdə belə dayanaraq əks qütblərin mənəvi aləminin dərinliklə-
rinə enmək istəyir, onun nə düşündüyünü, onun mənəvi ölçülərinin nədən 
ibarət olduğunu aşkarlamaqla cəmiyyətdən özünü təcridetmənin səbəblərini 
də və nəticədə xəstəliyin müalicə yolunu da bu yöndə axtarır. 
Müəllif çox qəribə bir məntiqlə göylərin bizdən uzaq olduğu anlamının 
mahiyyətini açmağa çalışır. Amma hələ ki, göylərlə işi yoxdur. O, yerdəki, 


133 
 
konkret olaraq bir insanın düşüncəsini həmin uzaq yolun, sehrli aləmin açarı 
hesab edir: 
Tutanda bizi ağrı, 
Görmürük solu-sağı, 
Günün günorta çağı 
Zülmətə dönür hər yan - 
Bilmirik nə sayağı, 
Kimdən istəyək aman?! 
 
Bir adamın ağrı-acıları onun kirdarını kəsirsə, gücünü əlindən alırsa və 
bu ağrı-acının gətirdiyi sislik, dumanlıq, qaranlıq arasında cəhət itirsə, onda 
həmin  şəxsin aman istəməsi və kiməsə üz tutması  təbii görünər. Bəs onda 
başqası ağrıyanda necə? Yenə də mi öz canının ağrısına müvafiq olaraq hə-
min adamın çarəsi üçün çıxış yolu axtaracaq? İndi başqası ağrıyır. Başqası-
nın ağrıdığını bilən, görən şəxs bəs indi haradadır? Müəllif onun yerini çox 
dəqiq göstərir: 
Başqası ağrıyanda 
Ağrıyırmı qəlbimiz? 
Kimsə yanır o yanda, 
Güman var həmin anda 
Öz kefimizdəyik biz. 
 
Məşhur pyesdə deyildiyi kimi - "Biganələr otelində", əgər bir anlığa dü-
şünsək ki, dünyanın bir tərəfini zəlzələlər parçalayır, sunamilər dağıdırsa və 
digər tərəfində başqaları acizlərə hökm edib ölüm və qan yağışı gətirən silah 
alverindədirsə,  əgər yüz minlərlə insan öz yerindən, yurdundan didərgin 
olub, on illərlə acınacaqlı bir həyat yaşamağa məcbur olursa, özünü dünya-
nın başbilənləri kimi göstərənlər bu fəlakətləri görməzliyə vurursa, onda biz 
nə üçün müəllifin biganələr otelindəki öz kefində olan obrazının həqiqətinə 
inanmayaq? Başqası ağrıyır, gözümüzü yumuruq, özümüz ağrıyırıq, fəryadı-
mız göylərə bülənd olur. Elə buradaca müəllif sanki yerdən, müasirlərindən 
ayrılır, göylərə, Aya, ulduzlara üz tutur, həmin andaca göylərlə bizim ara-
mızda ədəbi sözün gücünə körpü yaranır: 
 
Tutulsa ayın üzü, 
Yormuruq özümüzü - 
Deyirik ki, nə olsun?! 


134 
 
Tutulub, qoy tutulsun... 
Sadə maraqdan qeyri, 
Nə ziyanı, nə xeyri?! 
 
Doğrudan da, Ay tutulanda, Günəş tutulanda maraqla bu təbiət hadisə-
sini müşahidə etməyə can atırıq. Necə günəşin tutulması ilə dünyanın üzünü 
qaranlığın bürüdüyü bizdə maraq doğurmaya bilməz? Qəlbən, ruhən hadisə-
nin müşahidəçisi rolundan kənara çıxa bilmirik. Bəli, beləcə, müəllifin özü-
nün qeyd etdiyi kimi, sadəcə, maraq öz görüntüsündə qalır. Elə oradaca yad-
dan çıxarırıq. Bu Günəşinn tutulmasının, Ayın üzünün dönməsinin bizə bir 
xeyiri, ya ziyanı olacağının fərqinə varmadan yaddan çıxarırıq. Beləcə, biz-
dən uzaq göylərdə baş verənlərin nigarançılığını  çəkmədiyimiz üçün bizi 
hansı bəlaların gözləyəcəyinin də fərqinə varmırıq. Unuduruq ki, dünyanın 
taleyi bizdən uzaq göylərdə baş verənlərlə çox bağlıdır. Müəllif şeri çox qə-
ribə bir sonluqla bitirir. Sanki danışan, təhkiyə edən elə biganəlik səltənətinin 
sakinidir. Və onun heç vecinə də deyil, təki onun öz səltənətinə toxunulmasın. 
Amma onun cəmiyyətin ziddinə olan düşüncələrinin əks mahiyyəti insanları 
mənəvi məsuliyyətlə silahlandırır, oxucu düşünməli olur. Doğrudanmı, bu yo-
lu axıracan getmək olar? Əlbəttə, söhbət biganəlik yolundan gedir: 
 
Göyləri sarsa tufan, 
Rahatsız olmur insan - 
Göy nədir, tufan nədir? 
Bu, kimin vecinədir?! 
Bizə dəyib toxunan, 
Yerdə qopan sazaqdır, 
Göylər bizdən uzaqdır. 
 
Bəli, göylər bizdən uzaqdır. Amma uzaq olduğu qədər də yaxındır. Və 
hətta o qədər yaxındır ki, biz orada baş verənlərin, həmin uzaqlıqda cərəyan 
edən hadisələrin istisini və soyuğunu öz canımızda hiss edə bilərik. Dünya-
nın tarazlığını pozacaq milyard kubmetr çəkilərlə buz dağlarının əriməsinə 
rəvac verəcək təbiət hadisəsinin - qlobal istiləşmənin və yaxud da əksinə, 
baş verənlərin bizə dəxli yoxdurmu? 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə