Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə51/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   47   48   49   50   51   52   53   54   ...   73

156 
 
şadan elə yuxudur. Və onun ayılandan sonrakı düşüncələri də,  əslində, bir 
anlıq olan səadətin yaşantılarıdır. 
Çox qəribədir, insan yuxu görür, sevincli anlar yaşayır və eyni zamanda 
elə yuxunun özündə də, hələ ayılmamış elə bunun yuxu olduğunu da bilir. 
Demək, yuxu həm də insanın iztirablı yaşantılarıdır. Ayılandan sonra Yad-
daş Sahibinin gözündəki yaşın sevincdən, yoxsa kədərdən yarandığını de-
mək də çətindir: 
Ayıldım ki, gözümdə yaş 
Yuxular da bir an olur.... 
Saçımda dən, qəlbimdə daş... 
Könül evi viran olur 
Uçub gedir yavaş-yavaş... 
 
Yaddaş Sahibi yenidən özünə qayıdır. İndi onun uşaqlığı da yoxdur, ar-
zuladığı qeyri-adi görüş də yoxdur. Onun kədərləri, iztirabları, ağrıları sinə-
sinin üstündən asılmış daşa bənzəyir. Və o, uşaq olmaqdan başqa, heç gənc 
də deyil. İndi onun saçlarında dənlər ağarır. Özünü dərketmə, özünəqayıdış 
onun müqəddəs aləmdən ayrılmasının  əsasıdır. Yaddaş Sahibi isə o mü-
qəddəs aləmdən ayrılmaq istəmir. Yavaş-yavaş uçub getməkdə olan xəyalla-
rının arxasınca baxır. İndicə qucaqladığı dünyanı təzədən itirmişdir. Elə ona 
görə də onun könül evi viranədir. Xəyal aləmi yenidən onu qanadlarına alıb: 
bəlkə, gözünü yumsun? Bəlkə, gözünü yummaqla itirilmiş dünyanı təzədən 
qaytarmaq olar: 
Gözümü təzədən yumdum... 
Yuxuma şəfəq dolaydı... 
Nakam gedən atam, əmim, 
Neçə qohumum, həmdəmim 
Dörd yanımda cəm olaydı, 
Yanımda nənəm olaydı... 
Amma bunların heç birisi mümkün olmasa da, yenidən arzuların arasın-
dadır. Həyatla çarpışmada olan, lap elə gerçəkləşməsi mümkün olmayan ar-
zuların onun yuxusuna nə  qədər işıq gətirən adamların  şəfəqləri dolsa da, 
istilər, hərarətlər gəlsə  də, itirdiyi doğmalarını  təzədən qaytara bilmir. Və 
Yaddaş Sahibi atası ilə, əmisi ilə itirdiyi qohum-əqrəbaları ilə həsrətini çək-
diyi həmdəmlərilə birgə yenə onun uşaqlıq aləminin qayğılarını çəkən, üşü-
müş əllərini qoynuna-qoltğuğuna qoyub isitməyə çalışan nənəni yaddan çı-


157 
 
xarmır: "Nənəm yanımda olaydı". Təkcə nənənin yanında olması o demək-
dir ki, bəlkə də, o itirilmiş dünyanı bütövlükdə qaytarmaq olarmış. 
Müəllif buradaca Yaddaş Sahibindən ayrılır.  İndi o, tək-tənhadır. Bu 
çal-çağırlı, get-gəlli, hay-haraylı dünyanın içərisində, onun arxasınca kölgə-
sini qılınclayanların nəzərləri altında, onun çıxışlarını alqışlayan, onu xoş 
nəzərlərlə qarşılayan, onu sevən adamların arasında tənhadır. Və bu tənha-
lıqda özünün çox dəqiq məntiqi yekununa gəlir: 
 
Çaylar axmazmış tərsinə, 
Mənsə uymaq istəmədim - 
Zamanın quru dərsinə... 
 
H.İsaxanlının poeziyasında lövhələr tez-tez dəyişir. Bu, onu göstərir ki, 
o, bir alim, publisist, sərrast, məntiqi gücə malik natiq olmaqdan başqa, bü-
tün ruhu poeziyanın hakimiyyəti altında olan və bu hakimə özünü bütün var-
lığı ilə təslim edən istedadlı bir şairdir. Və heç şübhəsiz, heç vaxt H.İsaxan-
lının səmimiyyətini onun şairliyindən ayırmaq olmaz. Bəlkə də, onun şairli-
yinin və demək poeziyasının ən üstün məziyyətlərindən biri səmimiyyətdir - 
həyata, insanlara, eləcə də keçmişə və gələcəyə səmimiyyət. 
 


158 
 
 
Dedal və İkar əfsanəsi 
 
 
 
 
 
 
 
 
Hər kəsin öz zəmanəsində yaradıcılığı ilə, qəhrəmanları ilə, yaratdığı 
obrazlarla sevilməsi müxtəlif cür ola bilər. Elə sənətkar var ki, zəmanəsində 
hədsiz dərəcədə sevilə bilər, hamının dilinin əzbəri olar. Amma zaman keçər 
bəlkə, elə öz sağlığında da unudulmaq təhlükəsi qarşısında qalar. Amma zə-
manəsinin döydüyü sənətkarlar da var ki, onlar vaxt keçəndən, zaman dəyi-
şəndən sonra düşüncələrə hopa bilər. Zəmanəsinin tanımadığı  sənətkarı 
özündən sonrakı nəsillərin bu cür tanıması, əzizləməsi mümkün olan haldır. 
Həm bizim ədəbiyyatımızın tarixində, həm də dünya ədəbi həyatında belə 
hallar az olmayıb. F.Kafkanın taleyini yada salaq, S.Fitsceraldın faciəli tale-
yi zəmanəsinin tanımadığı sənətkarın taleyi deyilmi? Eləcə də, konkret ola-
raq bu gün yaradıcılığını araşdırmağa çalışdığımız, obrazlarının mahiyyətinə 
vardığımız,  əsərlərinin psixoloji, mənəvi köklərini axtardığımız  şair H.İsa-
xanlının yaradıcılığını hamının sevdiyi və bildiyi iddiasında da deyilik. Am-
ma buna şübhəmiz yoxdur ki, onun yaradıcılığını xüsusi diqqət və zövqlə 
oxumaq istəyən hər kəs onu bir şair kimi duya bilər, ağrılarına şərik olar. Ən 
azı  hədsiz səmimiyyəti qarşısında qibtə hissi ilə düşünməli olar. Axı onun 
şeirləri yerdən çıxmır və göydən gəlmir. İnsan qəlbinin dərinliklərindən sü-
zülüb gəlir, duyğu ilə, hissiyyatla süzülüb gəlir. Görünür, elə bu səbəbdən 
də onun hər bir şeiri, demək olar ki, bütün obrazlarının arxasında bir insan 
aləmini, başqasının görə bilmədiyi, bəlkə, dərinliyinə vara bilmədiyi bir 
aləmin təqdimatıdır. Artıq biz Hamletin yuxuları haqqında xeyli danışdıq. O 
yuxuları haqqında danışdıq ki, çayların tərsinə axmazlığı haqqında həqiqəti 
göstərirdi. Yuxu bir arzu olaraq, istək olaraq, könül aləminin yanğısına ca-
vab olaraq bir udumluq su kimi insanı sevindirə bilər; səhrada susuzluqdan 
əzab çəkən adam üçün bir udumluq su nədirsə, elə o qədər sevindirə bilər. 


159 
 
Bəli, yuxu həyatı qaytara bilməz. Amma əvəzində  şairin insan ağrılarının 
dərinliyinə vara bilməsi üçün mənəvi körpü olar, yolgöstərən bələdçi olar. 
Onu çağıran, yaşamağa, yaratmağa səsləyən ecazkar bir səs olar. Elə burada-
ca yenidən Freydin mülahizələrinə qayıtmaq yerinə düşərdi:  
"Yuxugörmə - müstəsna dərəcədə mürəkkəb, sirli, möcüzəli bir psixi 
fenomendir.  Əsrlərlə bu fenomenin üzərindən "mayya pərdəsini" gö-
türmək mümkün olmamışdır. Əslində, bu problem ruh haqqında elm-
lərin "Qordi düyünü" hesab edilir. Belə bir problemi bir cümlə ilə 
ifadə etmək oxucu üçün yeni bir müəmma yaratmağa bənzər bir şey 
olardı. Bu gün ona verilən ən qısa və elmi məzmunlu tərif Freydin bu 
mülahizəsi ola bilər ki, "yuxugörmə - həyata keçməyən arzuların 
ifadəsidir"
1
.  
Müəllif göstərilən nümunədə yuxunun sirlərinin açımını  "Qordi 
düyünü" ilə müqayisə edir. Konkret olaraq nəticəni həyata keçməyən 
arzuların ifadəsi hesab eləsək və bu nəticədən gələn yanaşma ilə  şairin 
yuxularına münasibət bildirməli olsaq, onda bu yuxuları iki qismə ayır-
malıyıq. Birincisi, həqiqətən həyata keçməyən arzuların ifadəsi; ikincisi, hə-
yatın iç üzünü göstərən və müəllifin arzularının əksinə olan yuxular. "Ziya-
rət" kitabında bu iki qisim yuxuların hər birinə  ən tutarlı nümunələr var. 
Çayların tərsinə axmazlığını, həyata keçməyən arzuların şirinliyini göstərən 
yuxular haqqında danışmışıq. İndi bir növ həyatın iç üzünü göstərən yuxu-
ların mahiyyətinə varaq: bu mahiyyətin ən bariz ifadəsi kitabda müstəqil şeir 
şəklində verilmiş "yuxu" poetik nümunəsidir. Ümumiyyətlə, Hamletin Yu-
xu obrazı mülayimdir, həyat həqiqətlərinə sadiqdir, insanlara düz yol gös-
tərəndir və yaxud kəskinlik gətirəndir, səbir, dözüm aşılayandır: 
 
Nə qədər ki ömür sürdüm, 
Yuxumda hey yuxu gördüm... 
Fələk gördüm, mələk gördüm
Çayda bir div, əlində bir ələk gördüm. 
Çaydan o yana bir cırtdan, 
Gözlərində kələk gördüm. 
Yuxuda kimlər yoxdu ki? 
                                                 
1
 Fərman İsmayılov."Klassik psixoanalizin əsasları". Azərbaycan Milli Ensiklopediyası 
NPB. Bakı, 2003, s.129. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə