Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə54/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   50   51   52   53   54   55   56   57   ...   73

166 
 
qurtarmaq üçün özünə və oğlu İkara mumun və lələklərin köməyi ilə qanad 
toxuyur. Su və quru yol hökmdarın  əlindədir, səma yolu açıqdır. Dedalın 
hazırladığı qanadlarla özü və oğlu səmaya qalxır. Dedal oğluna tapşırır ki, 
yuxarı qalxmasın, günəş mumu əridər. Çox da aşağı enməsin, dənizə düşər. 
Dedal  əslində, öz taleyi üçün yox, İkarın taleyi üçün narahatdır. Yuxarıda 
mumu əritməyə qadir olan günəş, aşağıda dibsiz dəniz vardır. İkarın xilası 
xilasedicinin - atanın - Dedalın sözünü eşitməsindədir, onun göstərdiyi yolu 
qəbul etməsindədir. Ata-oğul səmada uçmaqdadırlar. Onlar tezliklə öz azad-
lıqlarına qovuşacaqlar. Birdən hökmən  İkar səmanın daha dərinliklərinə, 
hündürlüyə uçmaq istəyir. Qanad çalır və üzü günəşə  tərəf səmt götürür. 
İkarın qanadlarını günəşin istisi əridir və o, dənizə düşür. Dedalın  İkar 
çağırışları cavabsız qalır... Beləcə, əsl həqiqət tərəflərin anlaşma sərhədlərini 
keçməsi ilə sonuclanır. Böyük fəlakət - Dedalın İkarı xilas etmək arzusu da 
cavabsız qalır. Sanki şair əsatirin əsas xilasedicisi - Dedal, insanlar isə İkar 
obrazında görünür. Şair insanlığı yandırıb məhv edəcək hərarətdən, onu 
boğa biləcək dibsizlikdən, dərinlikdən qoruyur. Şair bütün varlığı ilə, mənə-
vi aləmi ilə insanları xilas edəcək fədakarlıq yolundadır. Əslində, bu nəticə 
H.İsaxanlının poeziyasının estetik qayəsidir, fəlsəfi mahiyyətidir.  İnsanlığı 
xilas etmək, insanlıq uğrunda çarpışmaq, sözü insanın ruhuna bəşəri məhv 
edəcək epidemiyalardan qoruyan həblər kimi yeritmək. Sağlam mənəvi 
aləmdən gələn poeziyanın istəyi budur. 
...H.İsaxanlının "Yuxu"larında Dedal və İkar əfsanəsinin ruhu danışır. 
 


167 
 
 
Sevdalarin ən gözəli 
 
 
 
 
 
 
 
 
H.İsaxanlının poeziyasını  tədqiq edənlər, yalnız onun kitablarının dili 
ilə danışanlar onun poetik lövhələrinin şeriyyət dolu hekayətlərinin alt qatın-
da yatan sirləri asanlıqla aça bilməzlər. Birinci növbədə hər hansı bir tədqi-
qatçı gərək müəllifin həyatını heç olmasa, müəyyən səviyyədə öyrənə bilsin. 
Çünki poetik kəşflərin orijinal yozumu bir çox hallarda müəllifin həyatı ilə 
bağlı olur. Ən azı ona görə ki, həyatın müəyyən mərhələlərində müəllifin ya-
şadığı hisslər obrazın dünyasına köçür. Və yaxud müəllif ən həyati detalları 
obrazın təbiətinə o vaxt köçürə bilir ki, onu dəqiq müşahidə edə bilib. Və tək-
cə müşahidə etməyib, həm də özünün mənəvi aləmindən keçirib. Əgər həmin 
həyati detalda ağrı varsa, müəllif onu özünün mənəvi aləmində yaşamış olur-
sa, demək, o zaman əsərdə  həmin ağrı istər-istəməz duyulacaq. Yox, əgər 
müəllif hər hansı bir hadisəni yalnız həyatına ən azı şəcərəsinə daxil olma-
dan çöldən-çölə eşidibsə, onu əsərinə gətirə bilər. Və zənnimizcə, bu zaman 
səmimiyyət çatmayacaq. Bəs onda müəllifin uğurunun başlıca səbəbini, eyni 
zamanda, uğursuzluğunun əsas kökünü harada axtarmaq lazımdır? 
Yenə çıxış nöqtəsi müəllifin özüdür. Əgər təxəyyül sahibi, qələm sahibi 
yazacağı mövzuya ürəkdən bağlanıbsa, həmin mövzudan gözəgörünməz 
min tellərlə asılıdırsa, onda həmin mövzu müəllifin taleyinin yozumuna çev-
riləcək. Əslində, müəllifin həyatını da həmin mövzunun özündə, həmin möv-
zu daxilində təzahür edən hadisənin özündə görə biləcəyik. Bəri başdan sual 
vermək olar: oxucuya H.İsaxanlının  şeirləri necə  təsir edir? Əgər bir şair 
olaraq, müəllif olaraq o, özü yaratdığı lövhələrdə istər təbiətlə bağlı, istərsə 
cəmiyyətlə bağlı ümumi düşüncələrində, istərsə də müəyyən fərdlərin, konk-
ret adamların və hadisələrin fonunda özü həyəcanlanıbsa, həmin hadisələrin, 
obrazların xarakterik cizgilərini yazarkən, yaradarkən müəyyən tərəddüdlər 


168 
 
qarşısında, müəyyən sıxıntılar içərisində olubsa, demək, oxucunu da kifayət 
qədər həmin sıxıntılara, həmin tərəddüdlərə, həmin düşüncələrə məruz qoya 
biləcək. Oxucunu da narahat edə biləcək. Əlbəttə, söhbət insana daxili-mə-
nəvi təkamül bəxş edən, ona əlavə enerji verən, onu düşüncə  hərəkətinə 
məcbur edən narahatlıqdan söhbət gedir. 
H.İsaxanlı demək olar ki, bütün poeziyasında düşüncə  şairidir. Onun 
hissləri nə qədər orijinal, təzə-tər və səmimi olsa da, bir o qədər də fikirlə 
yüklənmiş olur. Biz ənənəvi poeziyada demək olar ki, tərənnümü hiss və hə-
yəcanın ifadəsi kimi qəbul eləmişik. Xüsusilə, bu yönümdə S.Vurğunun sə-
mimi tərənnümləri əvəzolunmazdır. Şübhəsiz ki, S.Vurğunun ürəkdən gələn 
səmimi tərənnümləri əbədi örnək olacaq. S.Vurğunun bütün yaradıcılığı Al-
lahla təmas kimi, Allahla danışıq kimi təzahür eləyir. Amma, əlbəttə, bu tale 
hamıya qismət ola bilməz. 
Ancaq ümumdünya ədəbi prosesi göstərdi ki, cəmiyyətin ağrılarını müəy-
yən olunmuş poetik gücdə göstərmək üçün tərənnüm həmişə və axıradək eti-
barlı yol deyil. Ona görə də ya gərək ilham, pafos, emosiya və poetik ehtiras 
S.Vurğunun özünəməxsus enerjisinə bərabər olsun, ya da elə ayaqları yerin 
üstündə olub, sadə  səmimi ünsiyyətlə oxucu ilə üzbəüz danışa biləsən. Bu 
zaman yeganə vasitə olaraq səmimiyyət kara gələ bilər. H.İsaxanlı istər "Zi-
yarət" poemasında, istərsə də həmin ad altında oxuculara təqdim olunan ki-
tabda verilmiş sevgi şeirlərində real həyatın, bu günün insanının sevgisinin 
dəqiq ünvanını və motivlərini göstərə bilir. Onun aşiqi, sevdalısı göydən Ay 
gətirən adam deyil, amma sevdiyinə "nə istəyirsən, sənin üçün eləyim" hök-
münü verməyə gücü çatır. Onun mənəvi gücü inamındadır. Çünki sevgisin-
də inamlıdır. Bu sevginin mənəvi mühitini vermək üçün H.İsaxanlı sələfləri 
kimi, Azərbaycanın bir çox klassik sənətkarları kimi sevginin obyekti və 
subyekti olaraq ilahi obraz yaratmaq istəmir. Təşbehlərini, bənzətmələrini 
yerdən-göydən gətirmir. Onun təqdim elədiyi, bizə tanıtdığı adamlar özünə 
nə  qədər doğmadırsa, bizim özümüzə  də elə bir o qədər doğmadır. Həmin 
adamları biz də tanıyırıq. Ümumiyyətlə, H.İsaxanlının yaradıcılığında onun 
əsas cəhəti olaraq  
"hər bir insanda iki cəhəti seçmək lazımdır - ümumi, bəşəri və xüsusi 
fərdi cəhəti. Hər bir insan hər şeydən əvvəl"
1
 
                                                 
1
  V.Q.Belinski. "Rus ədəbiyyatı klassikləri haqqında". Bakı , 1954.
 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə