Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə55/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   51   52   53   54   55   56   57   58   ...   73

169 
 
bəşərdir, insandır. Bundan sonra Hamletdir, İsaxandır, Yaddaş Sahibi-
dir, qoca kəndlidir, soyuqdan əli üşüyən uşaqdır (Belinski bu adların  əvə-
zinə İvan, Sidod adlarını işlədir). Yəni bizim tanıdığımız Yaddaş Sahibi bi-
rinci növbədə bizə yaxın olan, doğma olan adamdır və bundan sonra dünya-
nın sakinidir. Onun ağrısını, acısını, yaxşısını, pisini, yurda, torpağa nə də-
rəcədə bağlı olub-olmadığını biz birinci dəfədə görürük. Bizim özümüz də 
daxil olmaqla, elə müəllifin özü də bizimlə bahəm Yaddaş Sahibi ilə bir yer-
də bundan sonra dünyanın övladıdır. 
H.İsaxanlı  fəlsəfəçilik eləmədən, qətiyyən müdriklik iddiasında olma-
dan özünün daxili-mənəvi ahəngi ilə poeziyada hərəkətdədir. Onun bu daxi-
li-mənəvi ahəngi ruhunun harmoniyasını olduğu kimi təqdim edə bilir. Biz 
bir sənətkar kimi onu poeziyasının müdrikliyində, müdrikliyini isə poeziya-
sında görə bilirik. Bəlkə də, Azərbaycan ədəbiyyatı tarixində sevgi hisslərini 
özünəməxsus orijinallıqla "Leyli və Məcnun"un, "Vərqa və Gulşa"nın... XX 
əsr üçün ən nadir bir variantını yaradıb. 
Dastan elə dastandır. O, lap bir səhifə də ola bilər, min səhifə də. "bir 
diri ceyran balasi" sevgi haqqında, sevgidə səmimiyyət haqqında, ruhi-mə-
nəvi bağlanış haqqında  ən dəyərli bir hekayət... H.İsaxanlının təfsirində 
sevgi haqqında hekayətin tam yeni bir məcrası... 
Belinski Puşkinin istedadından danışanda onun həyatın müxtəlif sahələ-
rindən, hətta bir-birinə zidd olan sahələrindən asanlıqla bəhs etməsini qeyd 
edir. Hətta eyni mövzu daxilində bir-birinə zidd sahələrə asanlıqla keçidini 
Puşkinin istedad nişanəsi kimi xatırlayır. Həqiqətən eyni mövzu daxilində 
hadisələrin dəyişməsi zamanı  şairin iztirab çəkməsi, çətinliklər qarşısında 
qalması təbii bir hal kimi qəbul edilməlidir. Amma bütün bu iztirablara, çə-
tinliklərə baxmayaraq, şair yaradıcılığında həyatın müxtəlif tərəflərinə, hətta 
bir-birinə zidd tərəflərinə asanlıqla körpü ata bilirsə, uçurumları, istedadının 
gücünə adlaya bilirsə, demək, o, həyatı bütün əlvanlığı ilə görə bilir və bu 
əlvanlığı  həm də o, özünün mənəvi mühitində ehtiva edə bilir. İnsafən, 
H.İsaxanlının "Ziyarət" poemasında həyatın ən müxtəlif tərəfləri, hətta bir-
birinə zidd tərəfləri demək olar ki, süniliyə yol vermədən, təbii  şəkildə öz 
rənglərində göstərilə bilib. Məsələn, biz qışla yazın arasında üşüyən uşağın 
hisslərini nə qədər duyuruqsa, "Könül səsi"ni dinləyərkən qoca bir qarının, 
yaşlı bir kişinin həyatın bu günü ilə bağlı danışaraq "Yaşadığım mənə yetər" 
deməsi zamanı yaşadığı hissləri qarışdırmırıq. Göründüyü kimi, mövzu, ob-


170 
 
razlar, məkan, hətta zaman çox vaxt dəyişilir, sürətlə dəyişilir. Yaddaş Sahi-
bini Malayziyada da görə bilirik, ot-alaf basmış cığırlarda da, yurdun xara-
balıqları önündə dayanıb düşüncələrə daldığı zamanda da, dostlar arasında, 
yaxud düşmənlərin Qarabağ talanlarındakı  qəddarlıqlarını nifrətlə yada sa-
landa da. Bütün bunlar dəyişən mənzərələrdir. Və heç də asan deyil ki, hər 
mənzərənin öz rəngini tapıb onu olduğu kimi göz önündə canlandıra biləsən. 
Professor Şamil Vəliyevin dediyi kimi:  
"Poeziya tarixi min illərdir ki, şeirin mayasında hiss və duyğunun ol-
duğunu təsdiqləyir və bu duyğular dənizində dərdi çiçəkləyənlərin şair 
olduğunu nişan verir. Odur ki, "duymaq üçün yaranan" şairin poetik 
kredosu dünyaya sevgi, məhəbbət, qayğı  bəxş edir, insanın özü və 
mühiti haqqında düşüncəsinə əsas olur" 
1
.   
Burda həm  şerin, poeziyanın, həm də onun yaradıcısı olan şairin mis-
siyası görünür. Şairin ən ümdə vəzifəsi hissləri və duyğuları ilə yoğrulmuş 
olan misralarını  pıçıldayarkən, yaxud da, pafosa, emosiyaya uyğun olaraq 
qəlbinin alovuna bükərək vulkan kimi püskürəndə insanları düşündürə 
bilsin, yaxud səfərbər edə bilsin. Hər hansı bir şəkildə olursa-olsun, poetik 
lövhə insanın yaddaşında iz buraxmırsa, demək onun özünün yaradılışının 
özündə bir sünilik var. H.İsaxanlının həm zaman baxımından, həm də mə-
kan baxımından geniş imkanlara malik, əhatə dairəsinə malik "Ziyarət" 
əsərində sevginin, məhəbbətin çox məhrəm, örtülü və həm də gizlədilməsi 
mümkün olmayan tərəflərini də görürük. Artıq qeyd etdiyimiz kimi, könül 
aləmləri bir-birinə qovuşmaqda olan, yaxud istəkləri, hissləri bir-birinə tərəf 
gəlməkdə olan tərəflər arasında istəyin özünəməxsus dəyəri var. Xalq bunu 
canlı dildə "İstəyin nədir? Bir diri ceyran balası" söz abidəsi ilə əbədiləşdi-
rib.  İstər-istəməz bu düşüncənin alt qatındakı sevgi mahiyyəti,  ərkyanalıq, 
ərköyünlük, hiss və duyğu, nazlanma könül xoşluğu üçün mühitə təmiz və 
saf havanın gətirilməsi istəyi... bütün bunlar həmin fikrin alt qatında daya-
nır. İlk baxışdan həmin fikirləri, həmin sözün ifadə elədiyi mahiyyətin altın-
dakı görünməz duyğuları poeziyaya gətirmək çətindir. Bəlkə də, ilk baxış-
dan yox, elə ümumiyyətlə, çətindir. İnsan hisslərinin qapalı aləmin açıqlan-
ması üçün insanın dünyaya, aləmə doğmalığını  təmin etmək üçün mühitin 
səmimiyyəti, tərəflərin bir-birinə açıq və  səmimi etirafları  əslində, bütün 
                                                 
1
 Kələntər Kələntərli. "Seçilmiş əsərlər" Şamil Vəliyevin "Ön söz"ündən. Bakı,2010, s.6. 


171 
 
problemləri həll edir. Bu məsələlərin poetik təfəkkürdə də səmimi qavranıl-
ması  və misralar şəklində  səmimi etirafları  əslində, poetik əks-sədanın da 
çətinliyini aradan qaldırır. "bir diri ceyran balasi" hekayəti sevgi haqqında 
bəlkə də, çox şirin bir nağıldır. Çünki müəllif bu sevgi hekayətini dastanlaş-
dırmaq, ona hansısa daha təhlükəli, ciddi narahatlıq və ziddiyyət dolu səh-
nələr  əlavə eləmir. Baş verən hadisəni nənənin dilindən - o nənənin ki, 
həmin o "Bir diri ceyran balası" hekayətindəki əhvalat onun özünün başına 
gəlib, - danışır. Hekayətdə onun adı da verilir - Zeynəb ana. Amma bütün 
nəsil, tayfa onu "böyük ciji" deyə çağırarmış. Müəllif də hekayətin əvvəlini 
elə bu təqdimatla başlayır: 
 
Dörd yanında kimlər vardı, 
Nələr olub, kimlər keçib? - 
Çaydan asta-asta içib 
Nənəm mənə danışardı... 
("Böyük ciji Zeynəb ana" - 
Qohum, nəsil, kim ki, vardı 
Onu belə çağırardı). 
 
Bundan sonra nələr olub, nələr keçib, axı  "Bir diri ceyran balası"  nə 
olan məsələdir? Sən demə, dünyanın ən nadir bir hadisəsi də kiçicik bir naz-
lanmadan, ərköyünlükdən, ən başlıcası, ürəkdəki hissi, odu-alovu, istəyi dilə 
gətirməklə  də yarana bilərmiş. Böyük ciji - Zeynəb ana gəlin gəldiyi vaxt 
təzə bəyin - İsaxanın evinə köçdüyü vaxt elə ilk günlərdə aralarında baş ve-
rən bir hadisəni danışır. Bir neçə günün gəlini olan gənc Zeynəb evdədir. 
Təzə bəy çöldən gəlir. Yəqin ki, atını bir tərəfə bağlayıb, tüfəngini də çiy-
nindən aşırıb divara söykəyib özünün bəylik otağına keçir. Amma sevgi-
lisini kefsiz görür. 
Onun sorğusu-sualı necə ola bilərdi? O, öz sevgilisinin əhvalını nə cür 
soruşardı? Müəllif o mənzərəni yaratmaq üçün sanki misraların arasına bircə 
kəlmə də artıq söz tapıb qoymur. Elə nənə özünün keçmiş həyatını, uzaqda 
qalmış, az qala iki nəsli yola vermiş zamandan sonra xatırlayıb danışır və 
onun danışdıqlarını da müəllif yaddaşında saxlayıb bizə danışır. Söhbət 
Yaddaş Sahibi ilə nənənin arasındakı münasibətdən gedir. Bu münasibət o 
qədər doğmadır, o qədər istidir ki, nənə  də o əhvalatı sinəsinin altında bu 
dünyadan aparmaq istəmir. Onu nəvəsinə danışmalı olur. Bu qəribə hekayə-


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə