Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə58/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   54   55   56   57   58   59   60   61   ...   73

178 
 
rın üstüylə zirvəyə qalxmaq kimidir. Yuxarılarda,  əgər belə demək müm-
künsə, Tanrıya yaxın olan yerlərdə də duman var, çən var. Və orda da çox 
qalmaq olmaz. Hər kəs bu barədə, gərək, özü düşünsün. 
...Sevdaların ən gözəli, - demişdik. Nədir sevdaların ən gözəli? Xalq tə-
fəkküründəngəlmə, xalq fəlsəfəsinin qənaəti, el hikmətinin cavabı budur - 
dəli sevda! 
İgidliyin, ərliyin Koroğludangəlmə bir dəlilik anlamı var. O dəlilik ruhi 
xəstəlik, ağıl kəmliyi mahiyyəti daşımır. O dəliliyin nüvəsində bir mərdlik 
var, dönməzlik var. Dəli sevda da belədir. Məhəbbətin ölüncə varlığına 
inamdan yoğrulub dəli sevda. Dəli sevdalarda əhdinə, ilqarına əbədi bir sə-
daqət var. 
H.İsaxanlının lirik-epik əsərlərində  dəli sevdalara sonsuz ehtiram və 
sevgi var. Şair insan hisslərini, duyğularını  tərənnüm edir. Nə  qədər insan 
var, onun hissləri və duyğuları da olacaq. Heç bir texnologiya, heç bir qeyri-
adi texniki zaman insanın hisslərini, duyğularını, sevgi aləmini onun dünya-
sından ala bilməz. Demək, nə qədər insan var, dəli sevdalar da olacaq; sev-
daların ən gözəli - dəli sevdalar!.. 
 


179 
 
 
Hamlet - olum-ölüm arasında 
 
 
 
 
 
 
 
 
H.İsaxanlının "Ziyarət" poeması bir növ ənənəvi poemalardan fərqlənir. 
Xüsusilə, ona görə ki, əsərin hər bir parsası ayrılıqda lirik-emosional hisslər-
lə  zəngin olan müstəqil  şeirdir. Seçilən obyekt, subyektin ona münasibəti, 
bədii məntiq və xüsusilə, müəllifin həmin parçanı ümumiləşdirərək ona ye-
kun vurması, yüksək sənətkarlıqla yerinə yetirilən bədii şərtlər - bütün bun-
lar fikrimizin həqiqət olduğunu göstərir. Və artıq bunu sübut edən ayrı -ayrı 
parçaları təhlilə çəkmiş, gözlərimizin qarşısında canlanan, bizə hədsiz, mə-
nəvi zövq verən, yüksək estetik hisslər aşılayan parçaları oxumuşuq. Müəy-
yən mənada indi bütöv əsər haqqında daha dolğun fikir demək imkanımız 
var. Bu əsər ayrı-ayrı lövhələri, parçaları ilə bizdə müəyyən hisslər oyadır, 
qəlbimizi həyəcana gətirir, bəzən sevgi, onun romantik qanadları haqqında 
düşündürür, bəzən ziddiyyətlər arasında düşüncələrimizi sınağa çəkir, nəyin 
düz, nəyin qeyri-düz olduğu haqqında suallar qarşısında qoyur. Həyatın gəl-
di-gedərliyi haqqında düşündürür. Dünyanın əbədiliyini və bizim bu gəldi-
gedərlik və əbədilik arasında yalnız seyrçi mövqe tutmamaq üçün həyat qar-
şısında, ömür qarşısında məsuliyyət hisslərimizi yada salır. Beləliklə, biz 
uzun bir dövrü, demək olar ki, bütöv bir əsri ruhi-mənəvi dünyamıza çəkir, 
onun bütün mənzərəsini görməklə bahəm, bu əsrə  qədər zaman içərisində 
yaşamış olanların taleyi haqqında düşünməli oluruq. Bu, əslində, keçmiş 
haqqında düşünmək deyil, bu günün ziddiyyətlərini görmək üçün açardır, 
gələcəyin düzgün yolunu seçmək üçün imkandır. Elə ona görə  də sözün 
həqiqi mənasında bütöv bir əsri böyük zaman və məkan içərisində göstərən 
"Ziyarət"i həm də həyatımızın romanı hesab edə bilərik. Yaddaş Sahibi isə 
yalnız bir adamın, bir nəslin təmsilçisi deyil, bütöv bir xalqın, etnosun dü-


180 
 
şüncə sahibi olan, zamanı və tarixi birər-birər vərəqləməyə gücü çatan mə-
hək daşı qədər saf və təmiz mənəviyyat sahibidir. 
H.İsaxanlının "Ziyarət" poemasında müəllifin özünün maraqlı obrazlar 
silsiləsi var. Yaddaş Sahibinin gözü ilə baxıb gördüyü zamanın və siyasi 
dövrün fonunda qiymətləndirdiyi, həyatın axarında yerini gördüyü adamlar-
dan biri də  qəhrəman Qaçaq İsaxandır. Müəllif öz üslubuna uyğun olaraq 
Qaçaq  İsaxanı çox qəribə bir təşbehlə yada salır - "evin divari uçanda". 
Demək, Qaçaq İsaxan tipli adamlar, əslində, cəmiyyətin mənəvi harmo-
niyasını qoruyan adamlardır. Belə adamların olmadığı mühitdə haqsızlıq baş 
alıb gedir, siyasilər xalqın başına olmazın oyunlar açırlar. Rejimlər yalnız 
gücə arxalanmaqla bütün qanunları ayaqlayır. Belə mühitdə qanun şah ol-
mur, şah qanuna çevrilir. Rejimlər Qaçaq İsaxan kimilərini müqavimət he-
sab elədikləri üçün, qarşılarında maneə, sipər hesab elədikləri üçün onu ar-
adan götürmək, divar olsa belə uçurmaq istəyirlər. 
H.İsaxanlı 30-cu illərin mənəvi mühitini Qaçaq İsaxan obrazının vasitə-
silə  təqdim edir. Bu təqdimatdan göründüyü kimi, həmin mühit tor quran-
ların, satqınlığın, yamanlığın mühitidir. Burada insanları azad yaşamağa 
qoymurlar. Halbuki bu, hər kəsin özünün haqqıdır - azad yaşamaq haqqı. 
Amma bəşərin, insanlığın, cəmiyyətin boynuna qoyulsa belə, bu günah re-
jimlərin, təkbəşər ideyalara xidmət edən siyasilərindir. İnsanın haqlarını qo-
rumayan cəmiyyətdə bir qanunsuzluq digərini törədir. Müəllif həmin mən-
zərəni sanki təhkiyə ilə, ağır bir hekayət kimi və  ən başlıcası, bədii notlar 
üzərində köklənsə də, bəşər tarixinin bir parçası kimi yada salır: 
 
Tor quranlara bax, satqınlara bax, 
Yamanlıq nə yaman uzağa getmiş... 
Öz doğma evində azad yaşamaq, 
Bu istək o qədər sadə deyilmiş - 
Bəşər bu yolda çox xatalar etmiş, 
Nə ayıb tanımış, nə bir ar etmiş... 
Canında məhəbbət qanı da axmış, 
Məsum canları da yandırıb yaxmış. 
 
Günahsızların öldürülməsi, qəlbində yurduna, torpağına, Vətəninə, in-
sanlara sevgi daşıyan, məğrurluq ruhu ilə yaşayan adamların öldürülməsi, 
köməksizlərin qətlə yetirilməsi, sürgünlərə göndərilməsi belə mühitdə adi 


181 
 
haldır. Ən azı ona görə ki, belə mühitdə insanın dəyəri yoxdur. İnsanın istək 
və arzularını rejimlər qəbul eləmir. Belə mühitdə xəyanət və xainlər, quldur-
luq və quldurlar hər yanı tutsa da, haqqı sevən, ədalətin keşiyində dayanan 
əyilməz adamlar da var. Onlar üçün yalnız iki yol var. Bunun biri ləyaqətli 
olumdur, başı uca yaşamaq olumudur. Bu, elə ömürdür ki, başqaları da on-
dan ibrət götürə bilir. Amma ikinci bir yol da var ki, bu da ölüm yoludur. 
Əqidəsinin, mənəvi ölçülərinin yolunda ölümdür. 
H.İsaxanlının təqdimatından göründüyü kimi, onun hələ adını çəkmədi-
yi obrazın yaşadığı mühit yalnız bu iki yolu vəd edir. H.İsaxanlı üçüncü yo-
lu qətiyyən təqdir eləmir. Və təqdir eləmədiyi üçün heç böyük təlaş, böyük 
təəssüflə yazdığı hekayətin içərisində də üçüncü yolu xatırlatmır. Bu başın 
əyildiyi, mənəviyyatın dağıldığı,  şərəfsizlərin  əlində alət edildiyi yoldur. 
Mən dəfələrlə adların insan taleyindəki rolu haqqında danışmışam: "Mənə 
elə  gəlir ki, insanı öz adını təsdiq etməsi üçün bəzən bir ömür bəs eləmir. 
Amma yalnız bircə anda, ömrün bircə məqamında şərait yaranır ki, sən öz 
adını təsdiq etdiyini sübuta yetirəsən".  
Və  şübhəsiz, H.İsaxanlı da öz adının mənəvi tələbatı kimi, dünya 
ədəbiyyatının klassik obrazı olan Hamletin "olum-ölüm" dilemmasını yada 
salmalı idi. H.İsaxanlı siyasilərin bütün fəaliyyətini oyun kimi görür. Ancaq 
onların oyunu uşaq oyunlarından fərqli olaraq yarımçıq qalmır. Onun 
sonluğu var; faciələrlə, ölümlərlə, qanlarla bitən sonluğu: 
 
Xainlə, quldurla dolsa da hər yan, 
Yolundan dönərmi haqq sevən insan?! 
Ya ölüm, ya olum! Nə çox, nə də az! 
Oyunu ortada saxlamaq olmaz! 
 
Bu, elə bir qəddar zamandır ki, hətta tək-tək, ayrılıqda Qaçaq İsaxanlar 
yox, bütün xalqlar onun qarşısında gücsüzdür, onun dəmir pəncəsi ayrı-ayrı 
xalqların tarixi ərazilərinin üstündə bütün qəddarlığı ilə bərqərar olur, onun 
dəmir caynaqlarının arasından qan süzülür. Və istər-istəməz, H.İsaxanlı xal-
qın çarəsizlik,  əlacsızlıq girdabında çırpınmasını faciələrin tüğyan elədiyi 
anlarda bir ananın dilindən səslənən bayatı ilə yada salır: 
 
Od soyuyub sönərmiş, 
Sular buza dönərmiş; 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə