Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə56/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   52   53   54   55   56   57   58   59   ...   73

172 
 
tin, bu maraqlı hekayətin elə ilk anlardaca bir sevgi nağılı olduğunu hər bi-
rimiz ilk misralardanca duya bilirik: 
 
O, təzə gəlin gələndə 
Bəxtin güldüyü bir gündə 
- "Ay qız, nədir bu qaş-qabaq? 
Gözünü qaldır, mənə bax" - 
Demiş İsaxan - təzə bəy. 
"Bəlkə, kefsiz, ya xəstəsən? 
Sevgilindən heç nə danma. 
Gücüm çatan nə istəsən, 
Səninkidir, de, utanma". 
 
Bəyin sorğusu, sualı, sevgilisinin yolunda nəyi edə bilib, edə bilməyə-
cəyi, hətta çox incə  şəkildə gücünün dərəcəsini də yada salması  nə  qədər 
cəzbedicidir. "Gücüm çatan nə istəsən". Demək, söhbət ondan gedir ki, bu 
gənclər nə qədər xəyalpərvər, sevginin nə olduğunu duymaq, başa düşmək 
üçün macəra axtarsalar da, yenə də real həyatın adamlarıdır. Onların hisslə-
ri, duyğuları ümumi insana aid olan hisslər, duyğulardır. Sevgi heç onları 
dəli də etməyib. Bir-birini istəyib, ümumi el adəti ilə evləniblər. İndi qəribə-
dir, bəs onlar daha hansı şirinliyin arzusundadırlar? Görünür, bəy sevgilisin-
dən daha artıq soyuqqanlı və təmkinlidir. Amma hər halda o da gücünü gös-
tərmək  əzmindədir. Sevgilisindən utanmamağı  tələb edir, gücünün çatdığı 
nə varsa, hamısının onun olacağını da elə bəri başdan vədləyir. Amma əlbət-
tə, söhbət müəyyən güc daxilində, halallıqla, Tanrının izni ilə mümkün olan-
lardan gedir. Sonra gəlinin cavabı gəlir. Nə qədər öz rəngində, öz dadında-
tamında olan sözlərdir. Gənc bir qızın, gəlinin hansı istək və arzuları ola bi-
lər ürəyində? O, öz ərindən, təzə bəydən nə istəyə bilər? Nağılın şirinliyi də 
elə misraları qabaqlayan suallardadır. Hələ oxucunun düşüncəsində olan 
suallarda: 
Gəlin nazlana-nazlana: 
“Ürəyim sıxılır bir az, 
Darıxıram mən ağlı kəm. 
Keçib gedər, heç nə olmaz, 
Vallah, heç nə istəmirəm..." 
 


173 
 
Təzə bəylə gəlin arasındakı dialoq bitmir. Bu söhbət necə qurtaracaq? 
Nağılın davamını  nənə necə sapa düzəcək? Bu cavabların hər birisindəki 
səmimiyyət o qədər güclüdür ki, hətta onu müəllifin yazdığına belə şübhələ-
nirsən. Deyəsən, elə  nənə elə bu cür misralarla, elə bu şirinlikdə danışıb. 
Ədəbiyyatda, sənətdə təbiilik və səmimiyyət bu cür psixoloji mühitin yara-
dılması ilə  təmin oluna bilər. Təzə bəysə  təkid edir, onun geriyə  çəkilmək 
məramı yoxdur. Bəlkə də, elə bu gün gəlinin nazlana-nazlana ürəyində gəz-
dirdiyi hissləri, duyğuları aça bilməsi ilə onun gələcək ailə həyatındakı haki-
miyyəti təmin olunacaq. Söhbət ondan getmir ki, bəy bunları düşüncəli su-
rətdə, özünün gələcək hakimiyyətini təmin etmək üçün yenicə ailə qurduğu 
gəlinin ürəyində gizlətdiklərini bilmək istəsin.  Əlbəttə, bəy heç bu barədə 
düşünmür də. Amma səmimiyyət olan yerdə örtülü də heç nə qala bilməz 
axı. Və demək, əsl hakimiyyətin mayasında, nüvəsində elə səmimiyyət da-
yana bilər. Ailədə də, cəmiyyətdə də, siyasətdə də, iqtisadiyyatda da. Ədə-
biyyatda və incəsənətdə əbədiliyin təminatı üçün təbiiliyin və səmimiyyətin 
rolunu artıq demişik. 
Bəy hələ cavab almayıb, ona görə də o, çəkinmədən bacardığını "başüs-
tə" yerinə yetirməyə, imkanından xaric olanı sevgilisinin görəcəyinə və bu-
nu da düzgün başa düşəcəyinə inanır: 
 
- "Dedim ki, utanma, istə 
Bacarmasam görəcəksən
Bacarsam da başım üstə!" 
 
Bəzən təbiiliyin və səmimiyyətin gücü o qədər qətiyyətli, inadlı olur ki, 
qarşı tərəf özündə məsuliyyət hissini qədərincə görməyəndə özünü qınamalı 
olur. 
Bəlkə, başqa heç nə demədən bu gənc qızın - təzə gəlinin nazlana-naz-
lana dilinə gətirdiyi istəyinə, arzularına diqqət edək. Əslində qalsa, o, oxşan-
maq, sevilmək, əzizlənmək arzusundadır. Nə öz qüruruna sığışdırıb bəyə ya-
xın gəlmir, nə də onu Avropa qızlarına xas olan xüsusiyyətlə qarşılamaq gü-
cündə deyil. Buna onun gəldiyi ocağın adəti də yol verməz. Bəyin özü də 
əslində, bu hissləri keçirir. Ancaq o da dədə-baba kişilərin ənənəsinə uyğun 
olaraq dörd divar arasında olsa belə, xanımına ümumi ənənədən kənar ya-
xınlaşmaq, başqa sözlə, kişiliyə yüngüllük gətirə biləcək bir hərəkətə yol 
vermək istəmir. Məsələni isə daha da qəlizləşdirsə belə, yenə gəlin həll edir: 


174 
 
- "Çox qoçaqsan, deyirlər sən, 
Sən - bir igid, mən ağlı kəm. 
Bilirəm, boş söz deyirəm: 
Mənə yüz daş-qaş alası... 
Bircə ceyran istəyirəm, 
Bir diri ceyran balası!" 
Deyib zarafat etmişdi, 
Təzə bəy susub getmişdi. 
 
Gəlinin zarafatı bəyin qüruruna toxunmur. Amma hər halda o, sevgili-
sinin istəyi üçün atını, silahını da götürüb üz tutur meşələrə. Axı burada tə-
biətin də özündəngəlmə imkan mahiyyəti var. Bəlkə, həmin ərəfədə ceyran-
ların balalamaq dövrü deyil? Təbii olaraq körpə bala ceyran tapılmaya da 
bilər. Ancaq bəyin heç nə deməməsi, susub getməsi, yenə  də onun könül 
dünyasının saflığı ilə bağlıdır. Yəni "əgər varsa, onu mütləq sənin üçün gə-
tirəcəyəm" - bəyin heç nə demədən getməsinin mahiyyəti budur. Əlbəttə, 
heç gəlinin bəlkə, ağlına da gəlmirdi ki, onun əri bir diri ceyran balasını gə-
tirmək üçün çıxıb gedəcək. Bundan sonra özünün dili ilə necə bir iş açdığını 
təsəvvür edəndə vahimələnir. Lap əvvəlcə həyasından qızarır, peşman olur, 
amma nə olsun ki, "bir diri ceyran balası" arzusu dilə gəlmişdi: 
 
O çıxan tək gəlin peşiman olmuşdu
Qıpqırmızı, qızarmışdı həyəcandan. 
"Doğrudan da ağılsızam, başım boşdur, 
Arvadının dəliliyi kimə xoşdur?" 
Ala gözləri dolmuşdu həyəcandan. 
 
Hekayətdə tərəflərin bir-birinə münasibəti, keçirdikləri hisslər, həyəcan-
lar, narahatlıqlar çox aydın verilib. Xüsusilə, nazlanmağı ilə ərini dağa-daşa 
saldığına görə narahatlıq keçirən gəlinin həyəcanları nağılçılıqdan çıxaraq 
oxucunun, dinləyicinin özünə də sirayət edir. Maraqlıdır, görəsən, o bir diri 
ceyran balası tapılacaqmı? Tapılacaqsa, nə baş verəcək? Nə olacaq? Tapıl-
mayacaqsa, təzə  bəyin və  gəlinin arasındakı münasibət necə görünəcək? 
Hansı "rəng"də olacaq? 
İnsan həm də  təbiətin övladıdır. Övlad anasından həmişə arxayındır. 
Anasının nəyə imkanı çatırsa, övladından əsirgəməz. Əslinə qalsa, övlad da 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə