175
anasına inandığı üçün həmişə çox böyük səmimiyyətlə onun dünyasına sı-
ğınmağa can atır - qadın olsun, kişi olsun, az ömür yaşasın, ya çox ömür ya-
şasın - fərqi yoxdur, ruh, can son həddə çatanda anasını çağırır, anasını istə-
yir. Əzabların, ağrıların dözülməzlik anlarında yalnız ananın adı dilə gəlir.
Məşhur filmdən maraqlı epizod da yada düşür: Gənc, kəşfiyyatçı qadının
hamiləlikdən azad olması anında hansı dildə, hansı sözü deyəcəyi ciddi na-
rahatlıq doğurur. Təbiidir ki, qadın hamiləlikdən azadolma anındakı əzabla-
rın qabağında bütün missiyaları unudur. Yalnız insani hisslər, köməyinə
anasını çağırmaq hissi hakim kəsilir yaddaşına.
...Beləcə, təzə bəy güvəncinə doğru gedir. Anasına tərəf gedir – Qaraya-
zı meşəsinə. Florasına, faunasına görə zəngin olan, nadir bitki və heyvanlar
aləmilə məşhur olan Qarayazı meşəsinə. Qarayazı meşəsi onu boy qaytar-
maz, - ümidindədir. Və heç çox da vaxt keçmir. Bəy axşamacan qayıdır:
Axşam üstü Qarayazı meşəsindən
Bəy tutub ceyran balası gətirmişdi.
Bu sevincdən, bu kübarlıq nəşəsindən
Yazıq gəlin huşunu tam itirmişdi...
Bəy ceyranı gətirib. Bir diri ceyran balasını görən gəlinin bəxtiyarlığını
təsəvvür etmək o qədər də çətin deyil. Amma çətin olan başqa məsələdir.
Doğrudanmı, bizim yazdığımız kimi, gəlin elə nazlanmasının, ərköyünlüyü-
nün nəticəsi olaraq bir diri ceyran balası arzulamışdır. Hətta bu arzu düşü-
nülməmiş olsa belə, bütün qeyd elədiyimiz səbəblərlə bahəm, başqa bir sə-
bəb də var. O səbəb gəlinin düşüncəsinin alt qatındadır. Axı bir diri ceyran
balası arzulamaq arzunu yerinə yetirməli olan üçün bir imtahandır. Və bu
imtahan Azərbaycan mənəvi mühitində, Azərbaycan həyatında həmişə təbii
hesab olunub və həmin ifadənin folklorlaşması, ağız ədəbiyyatına çevrilməsi
də elə bu səbəblə bağlıdır. İmtahan, imtahan... Füzulişünas Sabir Əliyevin
imtahan motivini yada salması Füzuli Leylisinə münasibətdən çox xalq ara-
sında yaşayan bu hikmətin kökünü axtarmaqdır:
"Belə düşünmək daha real olardı ki, mənəvi üsyanın iztirab mərhələsi
ilə kifayətlənməklə Füzuli daha doğru hərəkət etmişdir, çünki elə "iz-
tirab çəkən aşiq" "etiraz edən aşiq" deməkdir. Burada Leyli həm də
fəhmin və elmin kütlük və nadanlıq üzərində təntənəsinə şərait yara-
dır. Bu mənada, Füzuli qərarı Azərbaycan folkloru ilə yaxından səslə-
176
şir: xalq dastanındakı ağıllı gözəl ərə gedəcəyi oğlanı sorğu-suala tu-
tub, bərkə-boşa salıb onun zehni və mənəvi keyfiyyətlərini imtahana
çəkmirmi?"
1
.
Burada Füzuli Leylisinə münasibət məsələsi bilavasitə yox, bilvasitə bi-
zim fikrimizlə səsləşir. Amma əsas məqam ağıllı gözəlin ərə gedəcəyi
(bizim hekayətdə artıq ərə getmiş olduğu) gənci sınaq mərhələsinə çək-
məsidir. Şair isə bu mənzərənin gözəlliyini bir misranın içində dördcə
sözün, kəlmənin gücünə elə yaradıb ki, o, lövhəni daha söz şəklində yox, elə
təbii mənzərə şəklində görürük:
Bu həyətdə iki ceyran
Hər ikisi ala gözlü, pəricamal.
Millət baxır heyran-heyran,
Bu, nə ehtişam, bu nə hal?!
Təzə gəlinin bəxtiyarlığının həddi-hüdudu yoxdur. O, öz sevgilisindən
dünyanın bütün daş-qaşlarından, varından-dövlətindən üstün olan bir hədiy-
yə alıb. Bu hədiyyənin "bir diri ceyran balası" şəkli var, forması var. Amma
onun adı sevgidir, sevgiyə inamdır, sevgilisinə inamdır. Tərəflər arasında
münasibətin elə sıx qovuşmasıdır ki, bu qovuşmanı gələcək zamanlar boyu
heç kim və heç nə ayıra bilməz. Başqaları da onlara qibtə edər, onlar kimi
doğma, yaxın, bir-birinə sevimli olmağa çalışar. Bədxahlar həsəd aparar.
Dünyanın yaranışından bəri ceyranın gözləri şairlər üçün tərənnüm ob-
yekti olub. Aşiqin sevgilisi timsalında ceyranın gözləri ala kimi təqdim olu-
na bilər. Amma söhbət təbiətin övladı olan ceyrandan gedəndə onun gözləri
qaradır:
Dünya yaranandan bəri
Ceyranın ala gözləri
Kimi heyran etmədi ki?!
İndi həqiqətən təzə bəyin həyətində, evində bir həyətdə iki ceyran – bi-
rinin gözü ala, birinin gözü qara. Və bu mənzərənin gözəlliyi ancaq iki aşi-
qin, iki sevgilinin, iki istəkli könülün bir-birini duyması ilə yarana bilər. Bu
1
Sabir Əliyev. "Füzuli". Bakı, 1996, s.184.
177
mənzərənin müəllifi, ən böyük rəssamı sanki müəllifin özündən də qabaq
sevgidir, məhəbbətdir.
İndi göydən üç almanın düşdüyü vaxt gəlib çatdı. Nağılçı da qayıdıb öz
zamanına getdi. Yaddaş Sahibi də indi öz yaddaşı ilə savaş meydanındadır.
Zamanın yığdığı tozu, torpağı, daşı, qayanı yaddaşın üzərindən dağıtmaqda-
dır. Başqa nələr olacaq, daha doğrusu, yaddaşın alt qatında daha nələr qalıb?
Bu, sonranın işidir. Amma indi müəllifin özü görünür, sözü ilə görünür, "Zi-
yarət"inin hansı məqamındadır, neçənci dönəmindədir? Bəlkə, sonudur "Zi-
yarət"in? Bu məsələni müəllif özü bizdən əvvəl duymaqdadır.
"Ziyarət"im burda bitsə,
Sözüm burda sona yetsə
Oxuyana xoş olardı...
Amma nağıl bitmədi ki...
Dünyada qurd, çaqqal da var,
Onlar ölub itmədi ki...
Biz bu hekayəti nağıl adlandırmışdıq - şirin bir sevgi nağılı. Və müəllif
özü də elə bu şirin sevgi əhvalatının nağıl motivini duyur. O, nağılın sonu
gəlib çatsa da, nağılı yaradan aləmin qurtarmadığını, nağıl qəhrəmanlarının
başına min cür fəlakət gətirəcək şər qüvvələrin də hələ ölüb-itmədiyini necə
yaddan çıxara bilər?
Müəllifin bu hekayətin sonundakı fəlsəfi ümumiləşdirməsi də maraq
doğurur. Xüsusilə, xoşbəxliyin anlardan keçən mahiyyəti:
Xoşbəxtliyin zirvəsi də,
Hər zirvə tək duman, çəndir,
Daş-qayadır, sürüşkəndir.
Ora qalxsan toxta bir az,
Orda heç kim uzun qalmaz.
Aforizm səviyyəsində olan bu misralar müəllifin dünyagörüşünün, hə-
yata, cəmiyyətə baxışının təzahürüdür. Sanki bir parça təbiət təsvir olunur.
Guya ki, bir dağ zirvəsinə çətinliklə də olsa, bir təbiətsevərin, bir səyyahın
qalxmasından söhbət gedir. Amma söhbətin məğzi həyatdan, insan münasi-
bətlərindən ibarətdir. Bəli, o xoşbəxtlik zirvəsinə qalxmaq sürüşkən qayala-
Dostları ilə paylaş: |