Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə53/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   49   50   51   52   53   54   55   56   ...   73

163 
 
Arasında xurafat, cəllad, cin olar. 
Qorxuram, yuxudan duram... 
Qorxuram ki 
Qorxulu yuxum çin olar... 
 
H.İsaxanlı  "Ziyarət" poemasında ayrı-ayrı  məqamlarda və elə  "Çaylar 
tərsinə axmazmış" hissəsində  də yuxudan ayrılmağa (oyanmağa yox) qor-
xur. Burada da yuxudan ayrılmanın xofu duyulur. Amma mahiyyət fərqi 
var: bu qorxulu yuxuların dırnaqarası avandına düşməyindən qorxur, yəni 
çin olmağından.  Əslinə qalsa, müəllif kifayət qədər dünyanın mənzərəsini 
"Yuxu" şerində və özü də çin olan mənzərəsini verə bilib. 
* * * 
H.İsaxanlı  təbiət etibarilə narahat söz adamıdır. Söz onun ruhunu əsir 
edib, dilini bağlamayıb. Əslində, onun bütün varlığını əsir edərək, özünə tabe 
edərək sözlə, yəni özü ilə ülfətə yönəldib.  Əslində, söz onun keşiyində ona 
görə dayanıb ki, onun ruhunu yad təsirlərdən qorusun və o, bir an da olsun 
sözdən ayrılmasın. Sözün aşiqi olaraq o, bütün varlığı ilə, cismində, canında 
söz ağrısı daşıyaraq sözün istədiyini, sözdən aldığını sözə qaytarmağa çalı-
şır. Bütün bunlar enerjiyə çevrilərək onun mənəvi aləmində təlatümlər yara-
dır. Bütün narahatlıqlar, nigarançılıqlar öz mənbəyini bu enerji qaynağından 
götürür. Demək,  şairin dünyanın taleyindən narahatlığı, nigarançılığı, eyni 
zamanda insanın taleyindən narahatlıq, nigaranlıqdır. Və demək, həm də 
sözdən nigaranlıqdır. İnsan olmasa, söz də olmaz. Dünya olmasa, insan da 
olmaz. Bu zəncirvari müstəvidə şair özünü işıq verən, işıq gətirən kimi gö-
rür. Yuxularda da, əslində, bu mahiyyət hakimdir. Çayların tərsinə axmazlı-
ğı haqqında danışan yuxuda daha çox insanın ruhunun, mənəvi aləminin 
məsuliyyəti duyulur. İnsanın ruhunu qoruya biləcək duyğuların müqəddəs-
liyi tərənnüm olunur. Və şübhəsiz, bu, az əhəmiyyət kəsb eləmir. İkinci yu-
xuda isə (mən bunu əsas yuxu hesab edərdim) dünyanın taleyindən nigaran-
lıq, dünyanın taleyini qorumaq hissi daha güclüdür. Ümumiyyətlə, H.İsa-
xanlı dünyanın taleyini özünün taleyindən ayırmır. Elə ona görə də ayrı-ayrı 
kitablarında dəfələrlə dünya ilə ünsiyyətə girməyə çalışır. Bəzən onu zərif, 
nəvazişə ehtiyacı olan bir gözəl kimi vəsf edir, onun könlünü almağa çalışır: 
 


164 
 
Məhəbbətə sığınaraq dünyamıza göz açmışıq, 
Torpaq üstə ayaq açıb asimana can atmışıq. 
Duyub, görub-götürmüşük, kövrək hisslərə çatmışıq, 
Cilvələnib arzu, əməl, rəngarəng sərgidi dünya. 
 
Arzuların cilvələnməsi,  əməlin gözəllik donunda görünməsi, dünyanın 
rəngbərəng sərgiyə bənzəməsi - bütün bunlar insan gözəlliyinin cizgiləridir. 
Ali insana, ürəklərə, könüllərə xoş ovqat gətirən, insanı daxildən isidən, ona 
hərarət bəxş edən gözəlin obrazını görürük bu misralarda. Bəli, o, dünyanı 
belə görür. Və eyni zamanda, həm də dünyanı bir Tanrı ahəngi kimi, həyatı, 
yaşarılığı  təmin edən bir harmoniya kimi də görə bilir. Beş  bənddən ibarət 
olan  "Dünya"  şeiri dünyaya, həyata bu günə  qədər yazılmış dünya şeirlə-
rindən fərqli ancaq müəllifin öz hisslərini göstərən bir baxışdır, münasibətdir: 
 
Zərif şamdır, hər yaranan yanır, yanır, yoxa çıxır, 
Kim yandırır, kim söndürür, bu gərdişə kimlər baxır? 
Göylər sonsuz, vaxt hüdudsuz, bilinməyir əvvəl-axır, 
Ənginlikdən ağıl çaşır, Tanrı ahəngidi dünya. 
 
"Dünya"  şeirinin digər bəndlərində  də ümumi məntiqə tabeçilik qalsa 
da, dünyanın indiki mənzərəsinin təsviri də görünür. "Tarix mürgü içindədi, 
Yaddaşında yatır nələr?" deməklə, dünyanın savaş mənzərəsinin yalnız bu 
günlə bağlı olmadığını, dünyanın elə savaşlardan keçib gəldiyini təsdiqləyir. 
Bu savaşların bir tərəfində  yırtıcılar, bir tərəfində müəllifin dediyi kimi - 
"quzu mələr". 
Bütün bunlara baxmayaraq, müəllifin bu duyğulanmalarından yan keç-
mək olmur: 
 
Ümid xəfif olsa belə, könüllərə şəfəq saçar, 
Xoş əməllər bar gətirər, xoş niyyətlər çiçək açar. 
İnsanlara qanad verən sevgi adlı möcüzə var, 
Nəhayətsiz eşq, ehtiras, duyğu çələngidi dünya. 
 
Göründüyü kimi, yenidən insana qayıdış, dünyanın özünü insanın özü 
kimi görmək, insan eşqinin, sevgisinin, ehtiraslarının, istək və arzularının bü-
töv bir harmoniya şəklində cəmləşdiyi bir obraz - dünya obrazı. İnsansız dün-


165 
 
ya varmı?  İnsan olmayan digər planetləri dünya adlandırmırıq. Bu mənada, 
Hamletin dünyanın taleyindən nigarançılığı onun başqa şeirlərində də, o cüm-
lədən  "durmadan" adlandırdığı yeddi misralıq bir lövhəsində  də özünü 
diktə edir: 
İşıqlar qaranlığa, 
Qaranlıqlar işığa 
Dönür, dönür durmadan. 
Dünya dinclik bilməyir, 
Yanır, sönür durmadan. 
İşıqlarda, kölgədə 
Keçir ömür durmadan. 
 
Əslində, insanın həyatı işıqlar və kölgələr arasında keçir. Bu işıqların və 
kölgələrin (qaranlıqların) arasında dünya dinclik tapmır. Bax şairi narahat 
edən, onu nigaran bir həyat yaşamağa vadar edən də budur. O, dünyaya 
dinclik istəyir. 
* * * 
Dünyanın mənzərəsi isə savaşlar meydanıdır. Kimin haqlı, kimin haqsız 
olduğu bilinməyən bir meydan. Hələ də dünyanın elə yerləri var ki, insanlar 
bir tikə çörək üçün dəridən-qabıqdan çıxırlar (və bu yerlər bizdən heç də 
uzaqda deyil) Aclıqdan əziyyət çəkənlər, epidemiyaların əjdaha ağzında tə-
ləf olanlar əslində, dünyanı iddia ərazilərinə bölmək istəyənlərin qurbanıdır. 
Silahlara çəkilən xərclər təbabətə, insanın rifahının yaxşılaşmasına sərf 
olunsaydı... Bəs  şair nə istəyir?  Şairi qarışıq yuxular görməyə vadar edən 
hansı düşüncələrdir? Şair dünyanı fəlakətlərin cəngindən xilas etmək istəyir. 
Sanki dünya fəlakət girdabındadır. Burada dünyanın insan anlamını, insan-
lığı, insanın yaratdığı dəyərlər anlamını başa düşmək o qədər də çətin deyil. 
Söhbət insanlığı bir məkandan başqa bir məkana, bir planetdən başqa bir 
planetə köçürməkdən getmir, söhbət insanlığın xilasından gedir. Şair özü də 
insanlarla bahəm, bir çıxılmazlıqdadır. O, gördüyü yuxular vasitəsilə bu 
çıxılmazlığın yoluna gəlib çatır. Labirintlərdən, çıxılmazlıq dairəsindən xi-
las olmağın yeganə yolu insanların şairin təlqin elədiyi hisslərə tabe olma-
sında, şairin mənəvi aləminə güvənməsindədir. Qədim yunan mifologiyasın-
da Dedal və İkar əfsanəsi var. Dedal zülmkar hökmdarın əsirliyindən yaxa 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə