Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə61/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   57   58   59   60   61   62   63   64   ...   73

188 
 
deyil, rejimləri və onu təmsil edənləri ittihamdır. 
H.İsaxanlı ən epik nəsr dililə danışdığı hekayətin çıxılmaz məqamında 
dərdlərin sel kimi gözünün önündə təlatümə gəldiyi məqamlarda sanki təzə-
dən  şairliyinə qayıdır. Onun poetik ruhu dilə  gəlir. Bu haqsızlıqların, fəla-
kətlərin, dərdlərin, ağrıların, acıların mənəvi köklərini axtarır. Tapdı-tapma-
dı, bunun məsələyə dəxli yoxdur, amma o, bu düşüncələrini beləcə ümumi-
ləşdirir: 
Buludlar tökülən qaş-qabağımdır, 
Dumanlar dağlara çökən ahımdır. 
Sevincsiz, ümidsiz yol üstündəyəm, 
Möhnət düşərgəmdir, qəm sabahımdır. 
 
Buradakı bayatı ruhunu, xalq təbiətindəngəlmə hissləri və  həyəcanları 
duymaqdan başqa həmin anda obrazın yaşadığı hissləri biz də yaşayırıq. Bu-
ludlar sıxlaşanda, günəşin qabağını kəsəndə hava qaralar, dumanlar dağların 
üstünə çökür. Şair buna təbiətin qaş-qabağını tökməsi kimi, dərd içində ola-
nın ahlarının dağların başına çökən duman olduğunu göstərməklə, təbiət və 
insan bənzətməsi yaratmışdır. Sanki təbiət bir anaya kömək etmək iqtidarın-
da olmadığı üçün, yol göstərə bilmədiyi üçün qaş-qabağını töküb və elə bu 
qaş-qabağın, bu çarəsizlikdən qaralmanın nəticəsi olaraq bir ananın dərdinə 
şərik olduğu üçün təbiət də ah çəkmədədir və onun ahları dağların başını ör-
təcək qədər, dumanlar qədər sıxdır. Sanki ananın özünü görürük. Onun bü-
tün sevincləri, ümidləri artıq keçmişdə qalıb. O, elə bir yola çıxıb ki, o yolun 
sabahı da çox qəmli görünür. Səfərə  çıxanın  ən böyük güc mənbəyi onun 
ümididir. Səfərdən, bu səfərin nəticəsindən alacağı maddi və mənəvi bəhrə-
nin özü də səfərə çıxanın ilkin sevinc mənbəyidir. Amma indi bütün bunla-
rın heç birisi yoxdur. Çünki bütün maddi imkanlardan, qoçaqlıq, igidlik 
rəmzi olan böyüklərdən məhrum edilmiş bir nəsil öz yerindən-yurdundan 
qoparılıb sabahı qaranlıq olan bir aləmə göndərilib. Yüz minlərlə insanın 
sürgün edildiyi, sındırılmaq üçün, mənən öldürülmək üçün, gücdən salmaq 
üçün elindən, obasından, Vətənindən qoparılır: 
 
Dünyanın doldurub min fitnə-fəsad, 
Ya Rəbb, bu işlərə sən özün əl qat. 
Bəşəri bədəndən, nəfsdən deyil, 
Ruhdan, məhəbbətdən yoğurub yarat! 


189 
 
 
Bu dördlüklərdə biz nə qədər müəllifin özünü görsək də, eyni zamanda, 
yenə ananı təsəvvür edirik. Artıq ana yaxşı başa düşür ki, hələlikdə tarixin 
çərxini döndərmək mümkün deyil. Siyasət dəyirmanı onların əleyhinə işlə-
yir. Qeyd etdiyimiz kimi güclü etnosun mənəvi müqavimətini özünün dəyir-
man daşının altında dən kimi üyüdür. Bu, elə bir quruluşdur, elə bir siyasi 
rejimdir ki, onun təbiətinə insanlıq yaddır. Və təbii ki, böyük ananın dilin-
dən fitnə-fəsad yuvası olan dünyaya etiraz sədaları sətirlərin arasından bütün 
harayı ilə eşidilir. Böyük ana bu haqsızlıqlarla barışmır. Tanrıya xitab edə-
rək: "Yalnız sənin qüdrətinlə ədalət, nizam bərpa ola bilər, sən özün bu işlə-
rə qarış" - deyə yalvarışlarını əsirgəmir. Və elə buradaca müəllifin insan və 
cəmiyyət haqqındakı fəlsəfi ümumiləşdirməsini mütləq təzədən diqqətə çat-
dırmağın yeridir: "Bəşəri bədəndən, nəfisdən deyil, Ruhdan, məhəbbətdən 
yoğurub, yarat!" İnsan övladı nə qədər ki, öz bədənində, düşüncəsində nəfs, 
yəni dünya tamahı yaşadır, demək, insanlıq aləmindən cinayətlər də heç 
vaxt qurtarmayacaq. Amma insanın nəsibi, insanın bütün varlığı ruhdan və 
məhəbbətdən yaransa, onda insan özünü dərk edə biləcək, onda bütün şərlər-
dən, yalanlardan, bədxahlıqlardan, bir sözlə, qaralardan silkinib çıxacaq. 
Göründüyü kimi, bu düşüncələrin mahiyyəti yalnız bir zamanla bağlı 
deyil. Elə bütün zamanlarda öz əhəmiyyətini qoruyub saxlayacaq düşüncə-
lərdir. Nə qədər ki, insan haqsızlıqla qarşılaşacaq, nə qədər ki insan şərin də-
mir dabanları altında  əziləcək, o zaman şairin bu müdrik düşüncələri yenə 
yada düşəcək. Sözlər başqa-başqa olsa da, mahiyyət yenə olduğu kimi qala-
caq. Böyük Ana - Nənə artıq zamanın gedişatını yaxşı bilir. Bu xəmirin hələ 
çox su aparacağını da anlayır. O, bütün varlığı ilə, ağlı, idrakı ilə, iradəsi, 
mərdliyi ilə, ən böyük missiyasının keşiyindədir. Onun bircə işi var - ümid 
şamını sönməyə qoymamalı: 
 
Sönməyə qoymadı ümid şamını, 
Qanadı altına aldı hamını. 
Uşağa, böyüyə unutdurmadı 
Çörək qoxusunu, xörək tamını. 
 
Həyat təcrübəsinə güvənərək olanın-olmazın arasından qənaət qazancı 
ilə  uşağı, böyüyü acından ölməyə qoymamaq, hamıya ümid və inam bəxş 
edən qanadlarını nəslin üstünə gərmək. İnsanın böyüklüyünü görmək üçün, 


190 
 
onun hansı gücdə olduğunu, nəyin sayəsində  nəsli qoruya bildiyini çatdır-
maq üçün bundan artıq heç nə yazmaq lazım deyil. Böyük Ana çörək qoxu-
sunun, xörək tamının nə demək olduğunu yaxşı bilir. İnamı qorumağın bir 
yolu da elə çörək qoxusundan, xörək tamından keçir. 
Böyük bir nəsil düz iki il Qazaxıstan, Qırğızıstan çöllərində təbiətə və 
rejimlərə qarşı müqavimət göstərdi. Sərtliklərə, qəddarlıqlara davam gətirdi. 
Müəllif bir neçə misranın içərisində bu iki illik sürgün həyatını da çox yığ-
cam şəkildə ümumiləşdirə bilib: 
 
Böyük nəsil, düz iki il 
Sünrgünlərdə gün keçirdi. 
Söylədiyim qəmli dastan, 
Qazaxıstan, Qırğızıstan 
Çöllərində davam etdi, 
Hər an ölüm-itim idi. 
Gedəndə də, gələndə də. 
Dörd tərəfi yetim idi... 
 
Səfərin başlanğıcında da, sonluğunda da, müəllifin dililə desək, gedən-
də də, gələndə də dörd tərəfi yetim olan Böyük Ananın daxili-mənəvi mühi-
tini sanki yüz əlli il bundan əvvəl Belinski insan qəlbinin dərdlərə, ağrılara 
qarşı dözümünü tərənnüm edərkən hisslərinin, həyəcanlarının sözlə ifadəsini 
belə göstərib: "Nə qədər güclü, qüdrətli bir insan təbiəti! Onun ehtirası odlu 
bir dalğadır, onun dərdi ağır və çətindir: bu qorxu bilməyən elə  qızğın bir 
kədərdir ki, öz təsəllisini qan və ölüm saçan bir hünərdə axtarır!". Dahi söz 
ustadı  əsərin qəhrəmanının sözlərindəki, dilindəki  şeiriyyətin də mahiyyə-
tinə varır. Və onun  
"sözlərində  nə  qədər  şeiriyyət var, bunlarda necə  dərin bir ələm du-
yulur - bu, güclü qəlbi parçalayan, lakin öldürə bilməyən bir qəmdir, 
bu, bizim milli poeziyamızın əsas elementini, ürək çırpıntısını, başlıca 
motivini təşkil edən bir qəmdir!"
1
  
- deyir. Yaddaş sahibinin ruhunu, Böyük Ananın mənəvi aləmini gös-
tərmək üçün çox istəyərdim ki, elə bu sözləri dilimə  gətirim, bu ifadələri 
işlədim. Ancaq Belinskinin bu pafosundan və emosiyasından üstün ola bil-
məyəcəkdi. Mən həmin dahiyanə  təsvirdə, dərin, poetik anlamda Böyük 
                                                 
1
 V.Q.Belinski."Rus ədəbiyyatı klassikləri haqqında. Bakı, 1954, s.228. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə