Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə63/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   59   60   61   62   63   64   65   66   ...   73

195 
 
cağın ömrün yolu uzundu. Bir sözlə, olumun və ölümün arasında zaman var, 
məsafə var. Amma əsərdən müvafiq parçanı oxuyan kimi bu iki kəlmənin 
içərisində - "yol uzundu" sözlərinin arasında nə qədər ağrı, nə qədər həsrət, 
nə  qədər hicran, vətənsizlik dərdi deyilən bir ağırlığın olduğunu təsəvvür 
etmək o qədər də çətin olmur. 
Tiranların ölümü labüddür. Tiranlar ölən kimi onların yaratdığı rejimin 
- o rejimin ki, onun hər vintindən, rıçağından qan süzülür - sonu çatır. Tari-
xin tərsinə çevrilmiş çərxi yenidən yerin günəş ətrafında fırlanma istiqamə-
tinə dönür. Rejimlərin, onları təmsil edən tiranların qəddarlığı onunla ölçü-
lür ki, sanki onların zamanında saatın əqrəbləri tərsinə fırlanır. Beləcə, tarix 
susa-susa təfkirinin ömrünü başa çatdırır. Cəzalanmalı olanlar haqlı  cəza 
qarşısında qalırlar. Və beləcə, bir gün xeyir bir xəbər gəlir.  İndi də  Şərin 
hüznüdür, iblisin qılıncı korşalıb. Uzaq Orta Asiya çöllərində rejimin təmsil-
çisi olan komendant - komissar adamları başına yığıb tikanlı məftillərlə ha-
sarlanmış düşərgənin ömrünün qurtardığını elan edir. "QUL-aq arxipelaqı" 
(A.Soljenitsin) çiçəklənmə dövrünü bitirir, yeni zaman başlanır. Nağıl dili 
yüyrək olar, H.İsaxanlının dərd-ağrı motivləri ilə qələmə alınmış bir xalq ta-
leyini, bir etnosun iradəsinin, inamının qırılmasına, sındırılmasına yönəlik 
olan cinayətin etirafı: 
Xeyir xəbər gəldi bir gün, 
Oxudular, bu fərmanı: 
Azadsınız, bitdi sürgün! 
Xalq susmuşdu biixtiyar, 
Danışırdı tək komissar: 
 
Lap elə komissarın dediyi kimi, onun işlətdiyi terminlərlə, başqa sözlə, 
nənənin nəvəyə yaddaş kodu kimi ötürdüyü şifrələrlə danışan müəllif həmin 
mənzərəni gözlərimizin qabağında canlandırır. Sürgün bitib, indi hamıya 
azadlıq fərmanı verilib, indi komissarın özü də çox mülayim görünür: 
 
"İstəsəniz burda qalın, 
Buralar da müsəlmandı. 
Uşaq xırda, ayaq yalın, 
Yol uzundur, ölərsiniz... 
Borcumuzdur təklif etmək, 
 


196 
 
Siz özünüz bilərsiniz - 
Burda qalmaq, yoxsa getmək?" 
 
Guya ki, müsəlman olmaq, müsəlmanın özünün müsəlmanlar arasında 
olması... bütün bunlar haqsız,  ədalətsizcəsinə, qəddarlıqla yüz minlərlə in-
sana qarşı soyqırımı siyasəti kimi həyata keçirilən sürgün siyasəti səhv imiş. 
Ona görə də komissar - buralar da müsəlmandır, - deyir. Müəllif də komis-
sarın sözünə izah verir: "Müsəlmandı - müsəlmançılıqdı, müsəlmanlar yaşa-
yan yerdi". Nənə komissarın dilindən işlədilmiş  "buralar da müsəlmandı" 
sözlərini yaddaşında necə qoruyub? Bəlkə də, qəddar tarixi gələcək nəsillə-
rin yaddaşına ötürmək üçün həyat uğrunda mübarizə instinkti orada işə dü-
şüb. Və həmin sözlər yaddaşa yazılıb və bir gün əli qələm tutan nəvəyə çat-
dırılıb. Rejimləri təmsil edənlər bacarsaydılar bütün dünyadakı  qələmləri 
yığıb ən dəhşətli vulkan odunda yandırardılar. Axı onlar çox gözəl bilir ki
qələm onların qəddarlığını, cinayətlərini bağışlamayacaq. İndi sanki dünənki 
qəddarlığı ilə yox, bu günün gətirdiyi havanın təsiri altında yumşaq danışan 
komissar adamlara yol göstərir. "Azadsınız, qapılar açıqdı, buyurun, gedin, 
hökumətimiz, partiyamız sizə qayğı göstərir..."  Bəs onda yollarda tələf ol-
muş minlərlə körpələrin, vaqonlarda ölmüş qocaların bir içim su götürmək 
üçün stansiyada düşüb vaqondan aralaşan gənci al qanına qəltan edən ölüm-
lərin əvəzini kim verəcək, kim qaytaracaq havaya sovrulmuş ömürlərin za-
manını? 
Müəllif rejimin ikiüzlülüyünü, onun antiinsani mahiyyətini bir neçə 
misranın isərisində ironik, kinayəqarışıq bir dillə ifşa edir: 
 
Heç bir günahı olmayan 
İnsanları sürgün etmiş. 
Sürgün sona yetən zaman, 
"Azadsınız, gedin" demiş... 
Mənim Şura hökumətim 
Nə "insaflı" hökumətmiş... 
 
Yaddaş kitabı, Yaddaş Sahibi... İinsanların dəhşətli faciələrlə üzləşdiyi 
dövrlərə qayıdış... bütün bunlar müəllif üçün adi təəssürat deyil. O, hər bir 
ifadədən yapışıb oxucusunu həmin dövrə, zamana qaytara bilir. Bir sözlə, bu 
obrazlar H.İsaxanlı üçün ideya mənbəyidir. Nəhayət, onun özünəməxsus 


197 
 
ümumiləşdirməsi, sanki uzun yola yekun vurması, mənzil başına qayıdış və 
bütün bunların bir ibrət, dərs kitabına inam aşılayan düşüncələri... 
 
Ətrafı tutarsa şər, 
Ürəyi boğar kədər. 
Yanıb-yaxılar ürək 
Yana bildiyi qədər. 
 
Hər kəs bildiyicəndi. Hər kəsin gücü, qüdrəti - söhbət qələmdən, qələm-
dən yapışandan gedirsə, onda deməliyik: - sözü qədərdi, sözünün dəyəri qə-
dərdi. 
...Şair "yol uzundu", - deyirdi. O, hansı yolun uzunluğundan, bitməzli-
yindən, tükənməzliyindən danışırdı? Hər halda bir yol da var. Bu, inam yo-
ludur. Haqqın bir gün ayaq üstə duracağına, haqqın özünə  təpər alacağına 
inam yolu... 
 


198 
 
 
Soruşun vətənsizdən 
 
 
 
 
 
 
 
 
...Ruhun həsrət yolu: Bədən - Vətən. Bədən və Vətən anlamı nə qədər 
bir-birinə yaxındır. Elə bilirəm ki, bu sözlər qohum sözlərdir. 
Sürgündən qayıtmağın, Vətənə qovuşmağın nə demək olduğunu Vətən 
həsrəti çəkənlər daha yaxşı bilər. Bunu kifayət qədər duyğularının tarixi ya-
şantılar üstündə köklənməsi ilə müəllif verə bilib və biz də bu barədə danış-
dıq. Əsərin oxucu ruhunda yaratdığı əhval, təəssürat, əsərin təsirilə oxucu-
nun yaddaşında canlanmış mənzərələr, əslində, müəllifin uğurudur. Və onun 
özünün - səsinin, sözünün oxucu dünyasındakı əks-sədasıdır. "Ziyarət" poe-
masında sürgünün qurtardığı, Vətənə qovuşma zamanındakı  təəssüratlara 
müəllif  "gözüm toxdu" hissəsində yer ayırıb. Amma nədənsə, Vətənə 
qayıdıb, sanki Vətənə qayıtmaqla ayrılmış  bədən və ruh təzədən bir-birinə 
qovuşub. Düşüncəsinin təsiri altında yaddaşında oyanan daha bir mənzərəni 
buradaca, bu sətirlərin arasına gətirməyə bilmərəm. Bu, görkəmli ədəbiyyat-
şünas alim, Dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlının  Şah 
İsmayıl Xətai ilə bağlı düşüncələridir. İndiki məqamlarda mənim düşüncələ-
rimə qol-qanad verdiyi üçün, ilhamıma yeni duyğular bəxş etdiyi üçün yada 
salıram:  
"
On altıncı yüzilliyin tarixi salnamələrindən birində  Şah  İsmayılın 
Təbrizi fəth edərək hakimiyyəti öz əlinə alması barədə poetik bir bən-
zətmə var: "O, Təbrizə girdi, elə bil ruh bədənə daxil oldu". Bu bən-
zətmədəki milli romantika indinin özündə  də  vətənçi duyğunu, döv-
lətçi düşüncəni dimdik ayaq üstə saxlamağa qadirdir. Şah  İsmayılın 
Təbrizə girməsinin ruhun bədənə daxil olmasına bənzədilməsi onun 
Azərbaycan tarixi içindəki yerinin son dərəcə  dəqiq ifadəsidir. O, öz 
keşməkeşli, yorulmaz mübarizəsi və dövlət idarəçiliyi ilə təkcə Təbri-


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə