Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə62/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   58   59   60   61   62   63   64   65   ...   73

191 
 
Ananın ruhunu, qəlbini gördüm. Ona görə də ustadın qəlbi həyəcanlandıran, 
insanı duyğulandıran sözləri ilə fikrimi tamamladım. 
"Evin divarı uçanda" nələr baş verir? Bu, insanın olum və ölüm arasın-
dakı çırpıntılarıdır, yaşantılarıdır. 
Hamletin "olum" və "ölüm" arasındakı həyəcanlarıdır. 


192 
 
 
Vətən nədi, qoy desin 
 
 
 
 
 
 
 
 
Vətəndən qürbətə gedişi üzü qürbətə doğru, naməlum bir məchulluğa 
doğru gedən karvanın apardığı  həsrət yükünü kifayət qədər aydınlatmağa 
çalışmışdım. Evin bir divarı uçub, qalan divarlar da özülündən silkələnib. 
Karvan da yola cəm olub. Qürbət var, qərib var... 
...Yaddaşımda oyanan və hələ çox da məndən uzaqlaşmayan beş-on il 
bundan əvvəlin bir təəssüratını buradaca xatırlatmaya bilmirəm:  
"Ailə içində, qardaşlar arasında çoxlu mübahisələrimiz olub. Bir dəfə 
də mübahisə "qərib" və "qürbət" sözlərinin üzərində dirəndi. Hər kəs 
qəribi və qürbəti bir cür mənalandırırdı. Mənim fikrim beləydi: Qərib 
vətənindən qopmuş  şəxs, qürbət onun bəxtinə yazılmış  məkandır". 
Ədəbiyyatda bu sözlər çox qarışdırılıb. Qurbət adının şəxsə verilməsi, 
"qərib ellər", "qərib yerlər" ifadələri, dastanlarda, bayatılarda, folklor-
da çox işlənib. Bunu da misal gətirib mənim fikrimi dağıtmaq istəyən-
lər də var idi. Bizim belə mübahisələrimizin atamız da şahidi olurdu. 
Televiziyadan Avdı Qoşqar da gəlmişdi. Bəlkə  də, peşəsindən irəli 
gəldiyi üçün o, üzünü ömrünün 77-ci pilləsinə çatmış atama tutdu. - 
Zal  əmi, sən nə deyirsən bu mübahisəyə? Elə bil ki, sözlər kişinin 
sinəsinin altında növbə gözləyirmiş: 
 
Qürbətdi ötən sizdən, 
Qəribdi bitən sizdən. 
Vətən nədi? - qoy desin, 
Soruşun vətənsizdən. 
 
Atamın kim olduğunu, onun hansı ruhun silkələməsi ilə danışdığını 
bildiyimdən tam qətiyyətlə deyirəm ki, bu misralar həmin anlarda 


193 
 
yaranmışdı. Həmin anların, həmin ovqatın həmin anlarda yaşadığı 
ağrıların sözə çevrilişi idi. 
Daha heç kimin deməyə sözü qalmamışdı". 
...Bəli, Vətən nədi, qoy desin, Soruşun vətənsizdən. Soruşun bütöv bir 
nəsli qanadlarının altına yığıb Orta Asiya səhralarını dolaşan, səhra küləklə-
rinin göylərə sovurduğu qumların ölüm püskürən vahiməsindən keçən bir 
anadan. Vətənsizliyin, yurdsuzluğun qənimə dönüb, əcələ dönüb onun başı-
nın üstündə qılınc oynatdığı anlarda qəlbindən hansı duyğular keçib? Həmin 
anlarda Vətən nə demək olub onun üçün? Elə bilirəm ki, Vətənin nə demək 
olduğunu, ən düzgün cavabı elə vətənsiz verə bilər. Vətənindən, yurdundan 
əli üzülmüş Vətənin nə demək olduğunu daha yaxşı bilər. 
Dostum Qərib Aşkari tələbəlik illərində Şəhriyarın "Heydərbabaya sa-
lam" əsərinə cavab yazmışdı. Bir gənc tələbənin, heç o tayı görməmiş, am-
ma atasının, anasının vətənsizlik həsrətindən necə qovrulduğunu görə-görə 
böyümüş bir gənc adında daşıdığı qəriblik mahiyyətini o vaxt elə beləcə də 
ifadə eləmişdi: "Bilməz idim Vətən nədi, el nədi? Vətən dərdi ürəyimi göy-
nədi..." 
Hələ H.İsaxanlının bir ananın qəlbində daşıyıb gətirdiyi Vətən harayla-
rını təəssüratımın mərkəzinə çəkə bilməmişəm. Amma əsərin həsrətdən ke-
çən, həsrəti öz içində qovuran misralarını oxuyan kimi yaddaşımda bu duy-
ğular göyərdi. 
H.İsaxanlının "Ziyarət" poeması öz qaynağını demək olar ki, şifahi dü-
şüncədən götürüb, folklordan qidalanıb. Bu əsərin şirəsi, mayası xalq təfək-
kürüdür. Və elə ona görə də H.İsaxanlı tez-tez bayatılara üz tutur. Həsrəti, 
dərdi, kədəri, vətənsizlik haraylarını bayatıların dili ilə çatdırmağa çalışır: 
 
Dərd yaman seçdi məni, 
Tapdayıb keçdi məni. 
Təzə baş qaldırmışdım, 
Doğrayıb biçdi məni. 
 
İlk baxışdan bu bayatını hər bir dərdli dilindən car edə bilərdi. Bayatı 
şəxsin və zamanın qarşılaşması anında, zamanın ədalətsizliyi, şəxsin varlığı-
nı, mənəvi aləmini dəmir dabanları altında əzəndə onun sinəsini caynaqları 
ilə didib dağıdanda yaranır. Və əsərin özünə qayıdanda şairin çox böyük tə-


194 
 
biilik və doğmalıqla yaratdığı Ana obrazının mənəvi simasını onun varlığın-
da, ruhunda tüğyan edən dərdlərin miqyasını, başqa sözlə, sərhədsizliyini 
görürük. Başqa cür yurdundan, Vətənindən qoparılmış bir ananın bundan 
qeyri nə deyə biləcəyini təsəvvür etmək olar? 
 
Dəryadayam, gəmim yox, 
Çöllərdəyəm, zəmim yox. 
Qəmdən zəngin olmuşam - 
Kəsirim yox, kəmim yox. 
 
Və zənnimcə, bu, Vətən ağrısı ilə ömürü başa vurmuş insanların qürbət 
ellərdə qəriblərin sinəsinin altında yara bağlamış Vətən həsrəti başqa nə cür 
dilə  gətirilə bilərdi? H.İsaxanlının bayatı yaradıcılığı elə bilirəm ki, "Ziya-
rət" poemasında zirvəsinə çatıb. Və nə vaxt "Ziyarət" poemasının motivləri-
nə qayıdacaq, o zaman yeni bayatıları da yaranacaq. Başqa ovqatda inanmı-
ram ki, "Ziyarət" poemasındakı bayatı ruhu bu dərəcədə öz səmimiyyətini 
qoruyub saxlaya bilsin. 
* * * 
Ruh etibarilə  "Ziyarət" poemasının  ən kövrək,  ən duyğulu səhifələrini 
çevirirəm. İnanıram ki, Vətən həsrətilə yoğrulmuş, Vətəndən uzaqdakı dərd-
lərin, ağrıların sözə çevrilməsi anlarında müəllif də ən kövrək anlarını yaşa-
yıb. Söhbət onda deyil ki, bu anlar hansı poetik səviyyədə  qələmə alınıb. 
Ancaq onun kövrək bir aləmdən qopub gəldiyinə, o anların vətənsizlik ağrı-
larının təzədən yaşantılarını "Ziyarət" poemasının "Yol uzundu" kiçicik par-
çasında qələmə alarkən H.İsaxanlı  bəlkə  hələ anadan doğulmadığı, bir qə-
rinə əvvələ qədər hiss, duyğu məsafəsi keçib. Nənəsinin nağıllarından təsir-
lənərək yaddaşa yığdığı hadisələri bütöv bir mərhələnin, bir neçə kəlmənin 
içərisində yaddaş koduna çevirərək, onun özünə  əmanətlənməsinə  qədərki 
zamanı öz varlığında dərk eləməsəydi, qavramasaydı, bu qədər kövrək not-
larla vətənsizlik ağrılarını da yaza bilməzdi. 
Yol uzundu. İlk baxışdan bu iki sözün içərisində cəmlənmiş mahiyyəti 
elə ağrısız da təsəvvür etmək olar. Bir qonaq getdiyin ölkəyəcən yol uzundu, 
doğulduğun torpağa, kəndə, elata, bir toya, şənliyə, lap elə bir doğmanın kə-
dərinə  şərik olmağa gedirsənsə, müəyyən vaxt və  məsafə baxımından yol 
uzundu. Sən bir ömür yaşamalısan. Dünyaya gəlişindən gedişinəcən yaşaya-


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə