Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə60/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   56   57   58   59   60   61   62   63   ...   73

185 
 
qətiyyətli görünürdü, gülümsədi və "hə, sən burdasanmı, çox yaxşı ol-
du" deyib yarıistehza ilə  və yarısevinmiş kimi mənə baxdı (zəhmli 
adamdı, amma həmişə  xəfifcə gülümsəyərdi).  İsaxana oturmaq təklif 
etdilər, o sağ ayağını sol ayağının üstə  aşıraraq və  kəmərdən asılmış 
mauzerini dizinin üstünə tərəf sürüşdürərək oturdu. Moskvadan gələn 
adam İsaxana müraciət etdi: "Sənin igidliyin haqqında çox eşitmişəm, 
biz sənə Ermənistanda yaxşı vəzifə təklif etmək istəyirik, sən öz sila-
hını təhvil ver, sənə yenisini təqdim edəcəyik". İsaxan yenə gülümsədi 
və "Nə olar, qoy olsun, mauzerimi asdığım kəməri də verərdim, amma 
kəmər mənə yadigardır, onu götürəcəm", - deyə sakitcə kəməri açma-
ğa başladı. Məncə heç kim deyilən sözlərə  dərindən fikir vermirdi, 
İsaxanın aldandığını güman edərək sevincək bir-birinin üzünə baxıb 
rahat nəfəs aldılar. İsaxan kəməri açıb birdən mauzeri əlinə aldı: "alın, 
köpək uşağı" - deyə gözümüzü qırpmağa macal tapmamış üç atəş açdı. 
İki milis rəisi yerindəcə öldü, Moskvadan gələn adam (bilmirəm o, 
doğrudanmı Moskvadan gəlmişdi, amma rus idi) ağır yaralandı və bir 
neçə saatdan sonra o da öldü. Can şirindir, mən qorxumdan stolun al-
tına girdim. İsaxan məni dartıb çıxartdı, mən yalvardım ki, "məni ba-
lalarının başına çevir, bilməmişəm". O, acı-acı gülümsədi: "Qorxma, 
səni öldürməyəcəm, səni ölümdən yadigar saxlayacam", - dedi. "Ya-
dındamı, demişdin ki, İsaxan, sənə xain çıxsam, Allah iki qolumu qu-
rutsun" deyib qollarıma güllələr çaxdı. Görürsünüz ki, o zamandan 
qollarım yoxdur. Sonra özünü pəncərəyə vurdu, şüşə parçalanıb dağıl-
dı. O, bir an dönüb mənə baxdı, gözünü altı çapılmışdı, əli ilə axan qa-
nı silib bayıra atıldı. Sonrasından xəbərim yoxdur, deyirlər ki, onu 
vurdular".  
“Mən  İsaxanın nəvəsiyəm. Uşaqlıqdan hər yerdə  İsaxanla bağlı çox 
söhbətlərin şahidi olmuşam. Onu gözü ilə görən ağsaqqallar, ağbirçək-
lər, aşıqlar, hökumət adamları, ailə və nəsil, sadə insanlar, ermənilər, 
gürcülər və onu heç vaxt görməmiş insanlar içərisində bir İsaxan əfsa-
nəsi yaşadır, yeri düşən ilk anda bu barədə ehtirasla danışardılar".
1
  
Qaçaq İsaxan dastanlaşan obrazdır. Müəllifin yazdığına görə, XX əsrin 
ortalarından sonra o, belə bir dastanı Aşıq Alxanın dilindən eşidib. Aşıq Al-
xanı da el arasında Qaçaq İsaxanın aşığı kimi tanıyıblar. Göründüyü kimi
Qaçaq  İsaxan obrazında dastanlaşma motivindən başqa, mənəvi hazırlıq 
dövrü də olub. Koroğlunun özünün aşıqlığından başqa, Koroğluluqda bir 
Aşıq Cünunluq yeri də var. Hər halda ola bilsin ki, Aşıq Alxanın yaratdığı 
                                                 
1
 Zahid Ələmpaşalı. “Qaçaq İsaxan” dastanı. Xəzər Universitəsi Nəşriyyatı. 2009. səh. 13 


186 
 
dastanını yaddaşlarda nə vaxtsa bərpa eləmək mümkün olsun. Amma Zahid 
Ələmpaşalı sazdangəlmə bir şair Qaçaq İsaxan dastanını yaradıb. Z.Ələmpa-
şalının yaratdığı "Qaçaq İsaxan dastanı"nı nə qədər dastançılıq ənənələrinə 
uyğun yaradılsa da, zənnimcə, o, təkcə şifahi ədəbiyyat nümunəsi deyil, həm 
də tarixi hadisələri olduğu kimi öz nüvəsində saxlayan və gələcəyə ötürən 
yaddaş kitabıdır. Və  əslində, elə H.İsaxanlı da "Qaçaq  İsaxan dastanı"nın 
Ön sözündə  təkcə Qaçaq İsaxanın dastanlaşmasından yox, həm də tarixin 
dastanlaşmasından danışır. Z.Ələmpaşalının  "Qaçaq  İsaxan dastanı" iki il 
əvvəl nəşr edilib. Elə H.İsaxanlının "Ziyarət" poemasının nəşr edildiyi dövr-
də (2009). 
İndi yenidən qayıdaq "Evin divarı uçanda" baş verən hadisələrin mərkə-
zinə. Hamı sarsılıb, qəm içindədir, tayfanın başçısı  İsaxan yoxdur, rejimin 
cəlladları meydan sulayır, igidlər pərən-pərən düşüb. Çoxu qardaş Türkiyə-
yə pənah aparıb. Ev-eşik yiyəsiz, əlsiz-ayaqsızlar köməksizdir. Və yenə Qa-
çaq İsaxan ruhunu özünə çəkmiş olan, onun yaratdığı mühitin keşikçisi olan 
kimsə meydana çıxmalıdır. 
Bu, nənədir. O nənə ki, Qaçaq İsaxan sevgisi ilə əyilməzlik, qorxmazlıq 
yolu keçib. Həyatın sınaqlarından çıxıb. 
 
Hamı sarsılmış, qəm etmiş - 
Böyüklüyü nənəm etmiş. 
Başsız, yurdsuz qalanları 
Yığıb başına cəm etmiş... 
 
Tarixən elə qadınlar olub ki, onlar zamanın ən sərt küləklərinə qarşı si-
nələrini gərib, ətrafında olanların inamını qoruya biliblər. Təsadüfi deyil ki, 
tarixin ən sərt dönəmlərində qadın liderlər cəmiyyəti xaosdan, xaosun gətir-
diyi fəlakətlərdən qorumaqda daha çevik, ağıl və düşüncə sahibləri olduqla-
rını göstəriblər. İndi nəslin yeganə ümidi sanki Qaçaq İsaxanın ruhunu daşı-
yan, onun güc, cəsarət, inam kimi keyfiyyətlərini özündə  cəmləşdirən ana 
obrazını Yaddaş Sahibi təsadüfi xatırlamır. Əsərdə Nənə kimi qeyd olunan 
şəxsiyyət, sözün həqiqi mənasında başsız və yurdsuz qalanların hamısına 
böyüklük etmək gücündədir. O, nəsli gözləyən gələcək ağır günləri artıq tə-
səvvür edə bilir. Baxmayaraq ki, onun da bir insan kimi qəlbindən qara qan-
lar axır. Onun ana qəlbi başsız qalan körpələrin harayı qarşısında parçalanır. 
O, qəm-qüssə içindədir. Sanki onun özü də ümidini itirməkdədir: 


187 
 
 
"Əğyar bizdən nə istəyir? 
Od ələyir, "qan-qan" deyir... 
İnsan olan 
can almaqdan nə qazandı?" 
Öz-özünə xəyal etdi, 
Yozub, düzüb fikrə getdi. 
Allahına xitab etdi: 
"Bu qan-qada 
doğrudanmı sən yazandı?" 
 
Xalqın yaşadığı ağır tale, güclü etnosun müqavimətini qırmaq üçün gös-
tərilən təzyiqlər, ümumiyyətlə tarixi bir mərhələnin insan əleyhinə yönəlmiş 
yırtıcı təbiəti bu misralarda həmin mənzərəni olduğu kimi göstərə bilir. Re-
jimlərin qarşısında gücsüz olan ana düşmənin nə istədiyini sanki bilmir. Əl-
bəttə, o, həm də bilir ki, düşmən ağlın və gücün birliyi, vəhdəti olan şəxsiy-
yət etibarilə insanların ümidi olan qüdrətli adamları aradan götürməlidir. 
Amma bu cinayətlər siyasi rejimləri təmsil edən adamlara başucalığı gətir-
mir. Zaman keçəcək, onların cinayətlərinin üstü açılacaq. Və bunun özü də 
bəşər üçün, insanlıq üçün bir dərs və ibrət kitabı olacaq. Bir daha təkrar elə-
məyə dəyər ki, hələ tayfaya başçılıq etməkdə olan ana özünün müdrik dü-
şüncəsilə təbiətən yırtıcı olan adamların xislətinə təsir göstərə bilmir. Onla-
rın qan-qan deyən, yırtıcı xislətləri hələ  nə  qədər canlar alsa da, ləyaqətli 
adamları gedər-gəlməzə göndərsələr də, lənətdən başqa heç nə qazana bil-
məyəcəklər. Bütün bunları artıq böyüklük etməkdə olan ana düşünür. Onun 
qəlbi parçalanıb, onun ürəyindən qara qanlar axır. Amma bu parçalanmalar, 
onun qəlbindən şoralanan qanlar onu öldürmək gücündə deyil. Çünki onun 
elə bir missiyası var ki, bu missiya onu qoruyub saxlayır. Ana yaxşı bilir ki, 
əgər bu yaralardan o, ruhdan düşsə, inamından olsa, düşüncədən qalsa, ya-
zıqlaşsa, yesirləşsə, onun ətrafına cəm elədiyi tayfanın hamısı bütövlükdə 
məhvə  məhkum olacaq. Tayfa cəm olmağın, özü olaraq yaşamağın, güc 
mənbəyi kimi yalnız bu ananı görür. Ana isə əlbəttə ki, sanki Tanrısına da 
asi olmaq dərəcəsinə qalxır. Amma elə o mərtəbədəcə asi olmur. Yenə  də 
haqqa inama tapınır. Suallı  nəzərlərilə bu qan-qada "Doğrudanmı, sən ya-
zandı?" desə də, Tanrının bu haqsızlıqlarda əli olmadığına inanır. Həmin ri-
torik sualın özü, cavab tələb eləməyən sualın özü, əslində, Tanrını ittiham 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə