Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə59/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   55   56   57   58   59   60   61   62   ...   73

182 
 
Olduğu kimi qalmaq
Demə böyük hünərmiş. 
 
Əsərin bu parçasında hələ ki, ana görünmür. Amma onun səsi eşidilir, 
onun zamana nifrət, rejimlərə nifrət, xalqları didib-parçalamağa, ayaqlama-
ğa, zəncirlərə, qandallara vurmağa cəhd göstərən fatehlərə nifrət. Dörd mis-
ranın bayatı ruhu, əslində, həm də mərdlərin, əyilməzlərin, xalq ruhunun da-
şıyıcıları olan hünərlilərin obrazını yaradır. 
H.İsaxanlı  əsərdə yeri gəldikcə  həyat, cəmiyyət, insanlıq,  əqidə, amal 
haqqında ümumiləşmiş, fəlsəfi düşüncələrini rübailər formasında da ifadə 
edir. Klassik forma və klassik ruh yeni məzmun kəsb edir. Güclü ironiya, 
zamana istehza əsərdə verilmiş rübaidə bütün çılpaqlığı ilə duyulur: 
 
Doğru yolla getmək deyilsə asan, 
Gərək sağa-sola sapmasın insan - 
Əqidə nə bığdır, nə də ki, saqqal, 
Hərdən uzadasan, hərdən qırxasan. 
 
Bunlar, əlbəttə, çox sonralar olacaq. Elin bir igid oğlunun öldürülməsin-
dən sonra sürgünlər başlayacaq, qəddarlıqlar baş alıb gedəcək, insanlıq ara-
da itəcək, əqidə, amal mənəvi ölçülərdən uzaq olan dəyərsiz nəsnələr kimi 
heç yada da salınmayacaq. Bütöv bir nəsil uzaq ölümlər yolu keçəcək. O nə-
sildən əli qələm tutan, zəkası nur dolu bir alim - sənətkar doğulacaq, böyü-
yəcək. Və o, həyat və cəmiyyət haqqında, əqidə və amal haqqında özünün 
nəğmələrini oxuyacaq. Böyük Yaddaş Sahibi obrazı yaradacaq ki, o obrazın 
mənəviyyat sarayında lay divar kimi yer tutan bir kişi xarakteri görünəcək. 
Amma o zaman güllələrin od saça-saça sinələrə sancıldığı günlərdə yarasın-
dan qan daman bir igid ölümü ilə yaddaşlarda təzədən doğulacaq: 
 
Güllələr işıq saçanda, 
Yaralarından qan daman, 
İsaxan adlı qəhrəman 
Öz həyatından keçəndə 
Namus, Vətən, el yolunda 
Dünyadan vaxtsız köçəndə 
Evin divarı uçanda. 


183 
 
 
Bu o zamandır ki, evin divarını siyasi zəlzələlər uçurub. İndi daha Qa-
çaq İsaxan yoxdur. Və ilk dəfə "Ziyarət"də Qaçaq İsaxanın adı burada çəki-
lir. Bəs kimdir Qaçaq İsaxan? Onun mərdliyini, qorxmazlığını kim indiki 
nəsillərə olduğu kimi çatdıra bilər və yenə müəllifin özü. İstər tarixi tədqi-
qatlarında, istərsə də yaratdığı bədii obrazlarında. Hər ikisi öyrənilməyə, əxz 
olunmağa, yadda saxlanılmağa müncərdir. 
Yaddaş Sahibi yalnız özünün gördüyü, tanıdığı, bir sözlə həyata göz aç-
dığı zamandan üzü bəri hadisələri yaddaşında çözələyir, onun mənəvi alə-
mində iz buraxmış hadisələr təzədən canlanır. İlk baxışdan oxucuya elə gələ 
bilər ki, onun keçmişə doğru, daha dərin qatlara doğru düşüncə  hərəkəti 
məhduddur. Amma o, gözlənilmədən görmədiyi zamanı  və tarixi yenidən 
canlandırmaq üçün özünün uşaq yaddaşında iz salmış özündən çox qabaqkı 
hadisələrə  də müraciət edə bilir. Bu hadisələrdən yada düşən adamlardan 
bəlkə də, ən önəmlisi və dəyərlisi, həm də xalqımızın bütövlükdə tarixi üçün 
mühüm, mənəvi missiya daşımış Qaçaq İsaxan taleyi ilə bağlı hekayətdir. 
Qaçaq  İsaxan. Onun haqqında nə kimi bilgilər var? Birinci növbədə, 
müəllifin soyadında əbədiləşmiş, abidələşmiş ünvan yada düşür. Və H.İsa-
xanlının özünün qeyd etdiyi kimi, o, İsaxanın nəvəsidir. Yaxşı olar ki, müəl-
lifin birinci şəxsin dili ilə danışan təhkiyəsini olduğu kimi xatırlayaq:  
"Uşaqlıqdan hər yerdə İsaxanla bağlı çox söhbətlərin şahidi olmuşam. 
Onu gözü ilə görən ağsaqqallar, ağbirçəklər, aşıqlar, hökumət adam-
ları, ailə  və  nəsil, sadə insanlar, ermənilər, gürcülər və onu heç vaxt 
görməmiş adamlar içlərində bir İsaxan əfsanəsi yaşadır. Yeri düşən ilk 
anda bu barədə ehtirasla danışardılar".
1
 
Demək, bu danışılanlar müəllifin heç vaxt görmədiyi babası haqqında 
onun düşüncəsində yetkin təsəvvür yaradır. Və sonralar xalq arasında "Qa-
çaq  İsaxan" adı ilə tanınan və Azərbaycanın qaçaqçılıq tarixində mühüm 
rolu və xidmətləri olan haqsızlığa, işğalçılığa, antiinsani rejimlərə qarşı vu-
ruşan, rejimlərdən əziyyət çəkən insanları müdafiə edən bir qəhrəmanın hə-
yat yolunu öyrənməyə çalışır. Ardıcıl olaraq apardığı tədqiqatları ümumiləş-
dirir, müxtəlif mətbu orqanlarda nəşr etdirir (H.İsaxanlı.  "Qafqazda sovet 
                                                 
1
 Zahid Ələmpaşalı. “Qaçaq İsaxan” dastanı. Xəzər Universitəsi Nəşriyyatı. 2009. səh. 13 


184 
 
terroruna qarşı 1928-30-cu illər  silahlı  müqavimət  hərəkatı haqqında")
1
.  
Göründüyü kimi, bu, artıq onun babası haqqında xronika deyil, xalqın tarixi 
ilə bağlı azadlıq uğrunda mübarizə tarixinin tədqiqatıdır.  İsaxan 20-30-cu 
illərdə sovetləşməyə qarşı mübarizənin mərkəzində olub. O qədər  əhəmiy-
yətli dərəcədə güc sahibi olub ki, artıq dövlətin, yeni qurulmaqda olan reji-
min güc qurumları onun aradan götürülməsi üçün xüsusi hazırlıqla tədbirlər 
planı hazırlayıb. Və təbii ki, bu tədbirlərdən biri baş tutub. 
H.İsaxanlının özünün tədqiqatlarından Qaçaq İsaxanın həyatının son an-
ları haqqında dəqiq və aydın təsəvvür yaradan parçanı oxucuların diqqətinə 
çatdırmamaq əslində, "Ziyarət" poemasının ən mühüm səhifələrindən birini 
yarımçıq öyrənmək demək olardı:  
"İsaxan Vorontsovkada işlərini tamamladıqdan sonra cəmi iki silah-
daşı Alı Haqqalanlı və Sadıx Sadıxoğlu ilə bərabər Calaloğluna (indiki 
Stepanavan) yola düşdü. Calaloğlunda İsaxana qarşı böyük miqyasda 
milis və əsgərlərdən ibarət pusqu qurulmuşdu. İsaxanın yanına gedib-
gələn və bu pusquda rəzil rol oynamış Daneliya soyadlı bir Tiflis sa-
kininin dəfələrlə müxtəlif adamlara, o cümlədən İsaxanın ailəsinə söy-
lədiyi (və digər şahidlərin də əsasən təsdiq etdiyi) əhvalat İsaxanın bi-
zə  məlum son saatlarını  təsvir edir: Məni Calaloğlu mərkəzi milis 
şöbəsinə çağırıb dedilər ki, Moskvadan gəlmiş yüksək rütbəli bir mə-
mur İsaxanın igidliyi, mərdliyi haqqında çox eşidib və onunla şəxsən 
tanış olmaq istəyir. Mən heç nədən şübhələnmədim və bu söhbəti İsa-
xana çatdırdım (özünü təmizə çıxararkən Daneliyanın səmimiliyi bö-
yük şübhə doğurur - H.İ.) Təyin olunan vaxt Moskvadan gələn adam, 
iki vəzifəli milis işçisi və  mən kabinetdə  İsaxanı gözləyirdik. Artıq 
mən bilirdim ki, İsaxana tələ qurulub, onu tutub güllələmək istəyirlər. 
Calaloğlu milis işçiləri və  əsgərlərlə dolmuşdu, milis şöbəsinin  ətra-
fında və içində silahlı adamlar pusquda dayanmışdılar. Lakin mən heç 
nə edə bilməzdim, ürəyimdə deyirdim ki, bir iş çıxsa və İsaxan bura 
gəlməsəydi nə yaxşı olardı. Ancaq o, həm verdiyi sözə möhkəm, həm 
də sözə tez inanan idi. Ayaq səsləşi eşidildi və İsaxan daxil oldu. O, 
cavan olsa da, dünyagörüşlü adam idi və arxasınca qapılar bağlandıq-
ca,  şübhəsiz ki, məsələni başa düşmüşdü və geriyə yol yox idi. Çox 
                                                 
1
 Qafqazda Sovet totalitarizmi (20-30-cu illər): Elmi konfrans. Bakı, 6-7 noyabr, 1998-ci il. 
Xəzər Universitəsi nəşriyyatı, 1998. səh.55-58; "Mərkəzi Zaqafqaziyanın sovetləşmə və 
kollektivləşdirilməsi dövrünün ictimai-siyasi mənzərəsi və İsaxan üsyanı" Azərbaycanda ic-
timai-siyasi fikir XX əsr konfransın əsərləri, Bakı, 12 may, 1996. Xəzər Universitəsi nəş-
riyyatı, 1996. səh.1-16 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə