Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə52/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   48   49   50   51   52   53   54   55   ...   73

160 
 
Bəzən oldu, gözlərim elə qorxdu ki
Hər yan düşmən, 
özümü tamam tək gördüm... 
 
Bu yuxudakı mənzərə bizi düşündürməlidir. Çünki burada xeyir və şə-
rin qarşılaşması, bu qarşılaşmada qüvvələrin qeyri-bərabərliyi açıq-aşkar du-
yulur.  "Cırtdan" xalq nağılı  həmişə xalq müdrikliyinin, ağlın zordan daha 
üstün olduğu haqqında xalq qənaətinin ifadəsi kimi təqdim olunub. Yəni, 
divlə Cırtdan qarşılaşmasında zor yox, ağıl qalib gəlir. Ağılın və zorun qar-
şılaşması ilə bağlı xalq düşüncəsində çox maraqlı rəvayətlər, əfsanələr, de-
yimlər yaranıb. Gücünə güvənənin biri bir yığnağa gəlir. Bir cansızı, çəlim-
sizi, boysuzu, yəni fiziki gücsüzü pərt eləmək üçün atını bir tərəfə bağlayıb 
arpa dolu kisəni atın qabağına gətirməyi əmr edir. Əmrə tabe olmalı cansız-
çəlimsiz adam (başqa sözlə, Cırtdan) arpa dolu kisəni gətirə bilməyəcəyini 
görüb atı kisənin yanına aparır. Beləcə, burada ağılla fiziki gücün qarşılaş-
masında ağlın üstünlüyü görünür. Hamletin "Yuxu"sunda da div və Cırtdan 
qarşılaşmasında oxşar mənzərə yada düşür, ancaq bir qədər fərqli  şəkildə. 
Yalnız gücünə arxalanan div əlində ələk tutub ağlını işlətmək iqtidarında de-
yil. Və su içmək arzusunda olsa da, xəlbirlə, ələklə su içə bilməz. Çaydan o 
yana isə onu xəlbirlə suya göndərən Cırtdanın özünün qələbəsindən məm-
nunluğu görünür. Sanki gözlərinin işıltısı da bərq vurur. Ancaq müəllif bu-
rada sanki poetik emosiyanın gücü ilə  Cırtdanın da divə qalib gəlmək 
"elmini" təqdir etmir. Çünki Cırtdan da divə kələklə qalib gəlib. 
Müasir siyasət aləmi yada düşür. Vaxtilə qüdrətli Misir ordusunu kələk-
lə darmadağın edən İsrailin gücü yada düşür. Camal Əbdül Nasir kimi qüd-
rətli bir dövlət başçısı və nəhəng bir dövlətin özü bütün hərbi potensialı ilə 
bahəm İsrailin siyasi fırıldaqlarının və nəticədə qəfləti zərbələrinin qurbanı 
oldu. Bu, dünyanın iç üzüdür. Bəzən görünən, bəzən görünməyən tərəfləri-
dir. Və bu yuxuda elə bugünkü dünyanın mənzərəsi də pis görünmür. Və elə 
bu səbəbdən də müəllif "Yuxuda kimlər yoxdu ki?!", - deyir. Bəsirət gözü 
açıq olanlar (yuxuda olsa belə) dünyanın bu fəlakətli mənzərəsini ağılla gü-
cün qarşılaşmasını yox, ağlın siyasətə,  əslinə qalsa, sağlam siyasətə yox, 
hiylə və kələk siyasətinə xidmət etməsini müəllif qətiyyən təqdir etmir. Bu 
mənzərəni görə bildiyi üçün, bu mənzərənin təhlükəli tərəflərini, ölüm və 
qırğınlar gətirən tərəflərini (əlbəttə, eyni zamanda, fəlakət gətirə biləcək tə-


161 
 
rəflərini) gördüyü üçün etiraf eləməli olur, "Gözlərim elə qorxdu ki" hətta yu-
xuda olduğumu unudub bu aləmdən başımı götürüb qaçmaq istədim – demək 
istəyir. Çünki həmin aləmdə hər tərəf düşməndir. Sağlam, səmimi danışan xe-
yir tərəf tək-tənhadır. Bu təkliyi, tənhalığı xarakterizə edən, onun mahiyyətini 
özündə cəmləşdirən əsərin qəhrəmanı - əsas obraz deyəsən, elə şairin özüdür. 
Biz bu yuxunu xəbərdarlıq kimi də  qəbul edə bilərik - bəşərə  xəbərdarlıq, 
Tanrının  şair vasitəsilə ruhlara, düşüncələrə, hissiyyatlara təsir edə bilmək 
gücündə olan poetik vəhylərlə xəbərdarlığı kimi də qəbul edə bilərik: 
 
Bilmək olurmu yuxunu?!.. 
Gördüyümün 
Dumanda gördüm çoxunu... 
 
Müəllif yuxunun sərhədsizliyini, onun istiqamətinin dəqiqləşdirilə bil-
məməsini, proqnozsuzluğunu diqqətə  çəkməklə sanki yuxuya müdaxilə et-
məyin mümkünsüzlüyünü, nəticədə  nəzəri fikirlərin doğruluğunu təsdiqlə-
yir. Heç yuxu görənin özünə də aydın deyil ki, nəyi haracan yuxuda görüb. 
Axı gördüklərinin çoxu alaqaranlıqdadır, dumana bürünüb. Bəzən yuxuda 
tanıdığı, tanımadığı adamlar, obrazlar, tərəflər, qüvvələr kölgələr kimi nəzə-
rə çarpır: 
Həm yuxu, həm gecəyarı... 
Gah oyan, gah yuxuya get... 
Tanrım, əfv et 
Yuxusunu qarışdıran günahkarı. 
 
İnsan, əlbəttə ki, dəfələrlə deyilmişləri bir də təkrar edək, yuxusuz yaşa-
ya bilməz. Yuxu sanki həyatın özünü təmin edən əsas vasitələr kimi insanın 
taleyində özünü qoruyub saxlayır. Amma yuxu görmədən də insan yaşaya 
bilər. Əlbəttə, bu müstəsna haldır və bəlkə də heç mümkün deyil. Yəni insan -  
düşünən, hətta ruhu ən sağlam insan belə yuxu görə bilər, yuxugörmədən 
qaça bilməz. 
Amma yuxuda ağın qaraya, yaxşının pisə qarışması, demək olar ki, yax-
şı  əlamət hesab olunmur. Hətta belə yuxu görənlər qarışıq yuxugörmədən 
keçən adamlar "yuxumu qarışdırmışam" - deyərlər. Və bunu da müəyyən 
günahın, səhvin nəticəsi hesab edə bilərlər. Şair də, ədəbi obrazın əvəzində 
özünü yuxusunu qarışdıran günahkar hesab edir. Bunun bir mahiyyəti də 


162 
 
şairin dünyanın taleyində özünü vacib missiya daşıyıcısı hesab etməsidir. 
Dünyanın başına gələn fəlakətlərdə şərin tüğyan eləməsində özünü günahkar 
bilməsidir. Əlbəttə, şərin gücü o zaman fəlakətə çevrilir ki, xeyir öz missiya-
sını yerinə yetirmir. Və yaxud da özünə aid olan missiyanın yerinə yetiril-
məsində gecikir. Dünya isə öz qarışıqlığında xeyirin passivliyindən, fəaliy-
yətsizliyindən istifadə edərək, başqa sözlə "biganələrin sui-qəsdindən" isti-
fadə edərək tüğyan edir. Bu aləmdə nələr var? Ən dəqiq, ən aydın mənzərə 
"Yuxu"dadır: 
Yuxuda hər cür məxluq var 
Yuxular çox zəngin olar - 
Qoşadırnaq geyinənlər, 
Buynuzuyla öyünənlər. 
Atan, tutan, vuran, qıran... 
Barmağıyla ortalığı qarışdıran... 
 
"Hər cür məxluq" deyəndə fikir kifayət qədər aydın olur. Amma müəllif 
bu aydınlıqla barışmır.  İronik bir münasibət bildirir: "Yuxular çox zəngin 
olar" bu zənginliyin tərsinə anlamı, istehza anlamı göz qabağındadır, tez başa 
düşüləndir. Burada buynuzuyla öyünənlər, qoşadırnaq geyinənlər (?) azmış 
kimi, atanlar var, tutanlar var, vuranlar var, qıranlar var... ən başlıcası, mə-
lək donunda ortalığı barmağı ilə qarışdıranlar var. 
...Bir qoca yer şumlayırmış. Birdən öküz xışı çəkmir, boyunduruğun al-
tında mözələk vurur. Quyruğunu belinə döyür, buynuzuyla yanındakı öküzü 
helləmək istəyir. Qoca əkinçi"lənət sənə kor şeytan" - deyir... Gözə görün-
məyən bir tərəfdə guya ki, şeytan öz balasını yemləyirmiş. Balası anasından 
soruşur ki, ay şeytan ana, axı sən burada məni yemləyirsən. Sənin nə güna-
hın var ki, o kişi səni lənətlədi. Ana şeytan da balasına cavab verir ki, mən 
burada səni yemlədiyimə baxma, barmağım öküzün quyruğunun altındadır. 
Bu, xalq təfəkküründən gəlmə düşüncənin məntiqi H.İsaxanlının "Barmağı 
ilə ortalığı qarışdıran" misrasındakı məntiqi tamamlayır. Bəs nə vaxt ortalı-
ğı barmağı ilə qarışdıranların işi yaxşı gedir? O vaxt ki, maarif olmur, o vaxt 
ki, insan sağlam düşüncədən məhrum olur, o vaxt ki, doğru ilə yalanın, hə-
qiqətlə saxtanın meyarı itir. Bax o zaman xurafatın, xurafatdan faydalanan-
ların hökmlərində tanrısızlığa (ədalətsizliyə) güvənənlərin cəlladları  iş ba-
şında olur. Ətrafda cinlər oynayır: 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə