Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə48/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   44   45   46   47   48   49   50   51   ...   73

147 
 
"Türklər mərhuma al-əlvan paltar geydirib, əlinə dolça veriblər, 
üstünü adi, girdə daşlarla (ulduzlar) örtüb kurqan ucaldıblar, kurqanın 
zirvəsinə dirilmə ilahəsinin heykəlini qoyublar. Torpağa qımız çiləyib, 
dua ediblər: "Azman igid! Əgər təzədən dirilmək qismətindədirsə, öz 
doğma torpağımızda doğul!" Qəribə olur insan yaddaşı!.. Bir qarı yüz 
il yaşadı. Ömrünün son illərində dəmir pul yığırdı. Vaxt yetişdi, qarı 
kirimişcə  əzabsız-əziyyətsiz ömrünü tapşırdı. Cənazəni qəbiristana 
apararkən yolboyu üstünə ovuc-ovuc pul səpirdilər. Və son sikkələr 
donmuş torpaqla bir yerdə qəbrə tökülürdü "
1
.  
"Doğulsan, öz torpağından doğul!" Yaddaşın ilkin mərhələsindəki ənə-
nə sonradan formasını dəyişə bilər. Ancaq söhbət doğuluş arzusundan get-
mir, söhbət əgər diriləcəksənsə, əgər doğulacaqsansa, öz torpağında doğul-
maqdan gedir. Bax "Ziyarət"in mahiyyəti budur. Yaddaş Sahibini təzədən 
dirildən, onu yaddaşına qaytaran, onu ilkinliyə səsləyən güc ancaq doğuldu-
ğu torpaqdadır. Yaddaş Sahibi özü daha dəqiq deyir. Xatirələr onun iz yad-
daşıdır. İz yaddaşı olduğu kimi, həm də yaddaşının izidir. Elə Yaddaş Sahi-
binin özü, əslində, elə xatirələrdən hörülmüş bir saraydır. Əslində, onun da-
ha dəqiq nə olduğunu bir Yaddaş Sahibi özü bilir, bir də  həzin misralarda 
xatırlanan ünvan: 
Xatirələr! Onlardan hörülmüşəm mən, 
Nələr olub onlar bilir, bir də fələk. 
 
Müəllifin fikrincə,  "Ziyarət"  poemasının  əsas qəhrəmanının - Yaddaş 
Sahibinin yaşadığı  həmin günlər, o ilkinlik çağları bitkin bir əsərdir.  İndii 
müəllif sanki kənardan - Yaddaş Sahibinin xatırlamalarına kənardan müda-
xilə edir, uzaqdan baxır, lap elə başqa bir əyalətdən baxır, başqa bir zaman-
dan baxır. Və bu zaman həmin günlər, həmin yaşantılar onun nəzərlərində 
rəngləri oddan-alovdan götürülmüş və bir daha heç kəsin yarada bilməyəcə-
yi əsərdir. İnsanlarla təbiətin qovuşduğu əmin-aman bir dünyanın möcüzəli 
bir mənzərəsini yaddaşlara köçürə biləcək bir tablo: 
 
O gün keçdi! Yaşandı o bircə kərə 
Mən vurğunam o əsərə - 
O ayrı bir biçimdədir 
                                                 
1
 Oljas Süleymanov, "Az-Ya", 1993, səh.238  


148 
 
O bir duman içindədir. 
Məndən başqa onu heç kəs görə bilməz, 
Rəssam onu fırçasıyla verə bilməz - 
Şairindir, şairlikdir o mənzərə. 
 
Sonuncu misralardan da göründüyü kimi, müəllif Yaddaş Sahibinin ya-
şadığı  mənzərə önündə heyrətini gizlətmir və sanki onun bu iddiası da - 
məndən başqa onu heç kəs görə bilməz - hökmü də yetərincə haqlıdır. Onu 
yalnız Tanrı əli yarada bilərdi, o, yalnız hər kəsin həyatında bircə dəfə yara-
nır, yaşanır. Rəssamın o mənzərənin göydəngəlmə  rənglərini vermək üçün 
çalarları çatmaz. Amma yox, onu yarada bilən olar. Şair yaradar onu. Axı o 
mənzərənin özü şairanədir. 
Ədəbiyyatşünas tənqidçi, filologiya elmləri doktoru, professor Təyyar 
Salamoğlu Mehdi Hüseyn ədəbi tənqidindən danışanda çox maraqlı bir fikri 
diqqətə çəkir:  
"M.Hüseyn ədəbiyyatda özünə möhkəm yer etmiş "Sxematizm"in me-
todoloji  əsasını görməsə  də, bədii yaradıcılığın estetik prinsiplərinə 
yaxşı bələd olduğu üçün bədiiliklə qeyri-bədiiliyi asanlıqla fərqləndirə 
bilirdi"
1

 M.Hüseyn  "Sxematizm"in metodoloji əsasını"  nə  dərəcədə bilirdi, bil-
mirdi, söhbət ondan getmir, söhbət ondan gedir ki, o, bədii yaradıcılığın es-
tetik tələblərini, prinsiplərini mükəmməl bildiyi üçün bədiiliklə qeyri-bədii-
liyin fərqlərini də, sərhədlərini də yaxşı bilirdi. 
Bu gün M.Hüseynin ədəbi tənqidi yaddaşlarda, bəlkə də, elə bu cəhətlə-
rinə görə yaşayır. 
H.İsaxanlının ədəbi yaradıcılığın nəzəri əsasları ilə nə dərəcədə məşğul 
olub-olmadığını deyə bilmərəm. Amma poeziyanın estetik mahiyyətini kifa-
yət qədər duyduğuna, ruhuna hopdurduğuna heç bir şübhəm yoxdur. Çünki 
elə onun özünün dediyi kimi, əsas odur ki, həyatın bənzərsiz anlarını görə 
biləsən, duya biləsən. 
 
                                                 
1
 Təyyar Salamoğlu."Ədəbi tənqid tarixinə dair portret-oçerklər". Bakı, 2011, s.173. 


149 
 
 
Həyatdaki həqiqət - yuxudaki səadət 
 
 
 
 
 
 
 
 
 
Belinski cizgiləri dəqiq verilmiş mənzərələri, kamil, bədii lövhələri poe-
ziyada incəsənət adlandırırdı, özü də təsviri incəsənət. Həqiqətən də poetik 
lövhə  nə  qədər canlıdırsa, bir o qədər rəssam işinə  bənzəyir.  Şüurumuza, 
yaddaşımıza hopur. Uzun müddət bizi səfərbər edir, ruhumuza qida verir. 
H.İsaxanlının  "Ziyarət" poemasında beləcə, rəssam işinə  bənzər bədii 
lövhələr az deyil. Biz bunu dəfələrlə qeyd etsək də, bir daha həmin fikrə qa-
yıtmağa məcburuq.  "çaylar axmazmiş  tərsinə"  başlıqlı parçada canlı 
lövhənin - müəllifin özünün yaratdığı lövhənin elə onun özünün yaddaşında 
uzun müddət yaşamasının səbəbi bu canlılıqdır. "Qışla yazın arasında" ad-
lanan poetik parçanı yada salaq: iki fəslin arasında baş verənləri müəllif o 
qədər canlı vermişdir ki, hətta uzun müddət oxucunun yaddaşında fəsillər 
arasında baş verən hadisələr istər əsərin qəhrəmanının taleyi ilə bağlı hadi-
sələr, istərsə də qış-yaz arası təbiətdə baş verənlər gözümüzün önündən çə-
kilmir, bizi düşündürür, bir anlığa özümüzü həmin uşağın yerində təsəvvür 
edib yazqabağı əsən soyuq küləyin, sazağın önündə dayanırıq, üşüyən əlləri-
mizi həmin o tənək bağlayan balaca uşağın əlləri kimi görürük. 
Görünür, Belinski bu anlamda poeziyanı təsviri sənətlə eyniləşdirirmiş. 
Müəllifin özü də  həmin hisslərdən ayrıla bilmədiyi üçün uzun müddət hə-
min lövhənin təsiri altında qalır və əsər boyu qışla yazın arasından, demək 
olar ki, çıxmayıb. Əlbəttə, biz müəllif dedikdə əsərin baş qəhrəmanını - şərti 
olaraq onun adını Yaddaş Sahibi qoymuşuq - düşünürük. Yaddaş Sahibi ey-
ni zamanda yaddaş  ağrısı  çəkir. O, yaddaşında canlanmış olanlardan can 
qurtarmağa, xilas olmağa yox, bu canlanmış - əlbəttə ki, əvvəlcə daşlaşmış 
və sonra canlanmış ruh, mənəvi güc kəsb eləmiş hadisələri danışmaq, çaya, 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə