Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə45/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   41   42   43   44   45   46   47   48   ...   73

138 
 
Beləcə, kiçik bir uşağın dünyanı anlamaq yolu başlanır. O, iki məktəbin 
müdavimidir - bir həyat məktəbinin, bir də ailə məktəbinin. Hər iki məktə-
bin onun ruhuna bəxş elədiyi mənəvi zənginlik elmdən, ədəbiyyatdan və söz-
dən keçərək böyük ümid və inam işığına çevrildi. Hələ ki, o, balaca bir uşaq-
dır. Özünün dediyi kimi, ümidləri də ulduzlar kimi, gah parıldayır, gah da sö-
nür. Amma onun əqidəsində, ruhunda bir böyüklük var. O, özünün böyüklük 
dünyasından baxdığı  həyata qiymət verməyə çalışır. Gördüklərinin ahəngini 
arayır. Ziddiyyətləri qarşılaşdırır, nəyin doğru, nəyin yalan ola biləcəyinin fər-
qinə çalışır. Elə buna görə də ürəyində olsa belə, doğruluğun yolunda addım-
ları qətiyyətli və sərrast ola bilməyənləri danlamaq haqqı qazanır: 
 
Uşaq ikən ürəyimdə 
böyükləri danlamışam. 
Dünya mənə böyüklərdən 
bir az fərqli görünərdi... 
 
Bəzən dünya bir uşağın gücü qarşısında orduların təzyiqi ilə etiraf edə 
bilməyəcəyi həqiqəti təsdiqləyir. Ağdamda hələ döyüşçü yaşına çatmamış 
doqquz yaşlı balaca uşağın düşmən snayperi ilə öldürülməsi dünyanı sarsıt-
dı. Və heç nə ilə düşmən özünə bəraət qazandıra bilmədiyi üçün cinayətini 
danmağa cəhd göstərdi. Beləcə, uşaq özünün həqiqəti ilə dünyadan güclü-
dür. H.İsaxanlının mənəvi dünyasında böyüdüb boya-başa çatdırdığı Yaddaş 
Sahibi də özünün uşaq dünyasındakı həqiqətləri ilə güclüdür. O, gecəni gün-
düzdən ayıra bilir. Dünyanı özündən böyüklər kimi yox, özünün görmək is-
tədiyi kimi görür. Və yaxud böyüklərin görmədiyini görür. Onun uşaq aləmi 
o qədər zəngin və genişdir ki, hətta böyüklərin özlərini belə dərdləri ilə bir-
likdə ruhunda daşımağa qadirdir. Amma onun gücü də intəhasız deyil. Bə-
zən bu gücün kövrələn zamanın sazaqlarından solan anları da var. O, özü-
nün qəmli havalarını için-için, dilsiz-dilsiz gözüylə oxumalı olur: 
 
Uşaq qəlbim böyüklərin 
dərdi ilə yüklənərdi, 
Uşaq qəlbim tez-tez qəmli 
havalarla köklənərdi. 
 
Biz burada insanın iç dünyasını görürük. Professor Camal Mustafayev 
H.İsaxanlının poeziyasında,  şeirlərində daşınan mənəvi yükün çəkisini və 


139 
 
həm də xüsusi dəyərə malik çəkisini yüksək qiymətləndirir:  "H.İsaxanlı az 
sözdə vəznli fikir ifadə etmək ustalığına malik şairdir". Və əlbəttə, professo-
run - Dədə Camalın dəqiq düstur şəklində ifadə olunmuş sözlərinə heç nə əla-
və etməyə lüzum yoxdur. Amma onu deməyə ehtiyac var ki, az sözlə vəznli 
fikir ifadə etmək üçün gərək dili, mənsub olduğun xalqın təbiətini və əlbəttə 
ki, insanın mənəvi mühitinin dərinliklərində qərar tutan ruhunu biləsən. 
H.İsaxanlının çox güman ki, moskvalı həmkarlarından,  tədqiqatçıların-
dan biri də onun dərin psixologizm ustası olduğunu yaxşı duya bilib:  
"H.İsaxanlı öz poeziyasında - lirikanın, incə psixologizmin, bədii güc 
və həyatın fəlsəfi dərkinin eyni dərəcədə, həmahəng səsləndiyi şeirlə-
rində böyük ustalıqla insanın iç dünyasına nüfuz edir"
1
.  
Beləcə, uşaq həqiqətinin dünya həqiqətinə çevrilməsi prosesi başa çatır. 
Cənubi Azərbaycan şairlərindən biri çox böyük səmimiyyətlə deyirdi: "Məni 
sən  şair elədin, Vətən" (professor Sabir Nəbioğlunun tədqiqatlarından - 
Ə.X.) yəni sənin dərdin şair elədi, sənin ağrın-acın mənim özümün ağrım-acı-
ma çevrildi, ona görə şair oldum. Bir sözlə, səninlə yaşadım, səninlə yaşa dol-
dum, sənə  dəyən zərbələrin ağrısını özümdə duydum. Göründüyü kimi, bu 
duyğulanmaların hamısında Vətən dərdlə sinonimdir. 
H.İsaxanlı hələ körpə uşaq ikən ağrılara düçar olub, bu ağrıların mahiy-
yətini anlayan şairdir: 
Hələ körpə uşaq ikən 
ağrılara düçar oldum. 
Vaxtından tez böyüdüm mən, 
uşaq ikən yaşa doldum
 
Şairlər mənəvi səltənətin - poeziyanın dili ilə danışan diplomatlarıdır. 
Ancaq gərək diplomat olana qədər mənəvi səltənətin hər bir insanın daxili 
aləmindən keçən sərhədlərini görə biləsən, duya biləsən, tanıya biləsən. 
* * * 
Cəmiyyətin mənəvi sistemi özünəməxsus və bütövlüyə malik dövlətdir. 
Bu dövlətin elə əsasları var ki, onun uğrunda mübarizə aparmaq onu qoru-
maq, gələcək nəsillərə ötürmək və gələcək nəsillərin inkişafını həmin özül-
lər üzərində  təmin etmək lazımdır.  Əks təqdirdə, yəni cəmiyyətin mənəvi 
                                                 
1
 Гамлет Исаханлы. “Контрасты".  "İzoqraf" nəşriyyatı. Moskva - 2007 


140 
 
sistemini qorumadan bəşəri ahəngin özünü də qorumaq mümkün olmazdı. 
Demək, bu mənəvi dövlətin hakimiyyəti bütövlükdə bir sistem olaraq öz 
ölkəsini elə idarə etməlidir ki, onun ayrı-ayrı tərəflərinə, əsaslarına mənəvi 
sistemin ziddinə olan qüvvələrin mənfi təsiri olmasın, yaxud ən az itki ilə 
gələcəyə inteqrasiya olunsun. 
AMEA-nın müxbir üzvü, professor, görkəmli alim Nizami Cəfərov 
Xalq şairi N.Həsənzadə yaradıcılığınının, təfəkkür sisteminin müxtəlif tərəf-
ləri haqqında düşüncələrində bu məsələyə toxunur. Zənnimizcə, onun dəqiq 
və aydın müşahidəsində fikirləri oxucularımız üçün də maraqlı olar:  
"Hər bir "diplomatiyalar"ın tüğyan elədiyi bir dövrdə  "şair diploma-
tiyası"nın rolu, mövqeyi nədən ibarətdir? "Şair diplomatiyası" hər cür 
"diplomatiya"dan daha hümanistdir, daha demokratikdir, daha bəşə-
ridir - şair özü aldanmasa "aldada" bilməz, "aldanaraq aldatmaq" isə 
hər cür diplomatiyadan fərqli olaraq "şair diplomatiyası"  əlamətidir. 
Və dünyanın böyükləri cərgəyə düzüləndə  əvvəl peyğəmbərlər, on-
ların arxasınca isə şairlər gəlirlər...".
1
 
Gələcək heç də bizdən uzaqda deyil. O, hər an bizə yaxındır və bir ad-
dımlıq məsafədə biz ona çatmaqdayıq. Təbiidir ki, demək, bu əlaqələr kəs-
kin şəkildə ayrılmır. Mənəvi sistemin özünün hakimiyyəti, özünün qanunla-
rı, bu sistemin təbiətlə əlaqələri, ayrı-ayrı xalqların mənəvi mühitində yaşa-
yan üstün və fərqli cəhətləri, bir sözlə, sanki dövlət olaraq onun "daxili və 
xarici" siyasəti var. 
Mən mənəvi sistemin idarə olunmasında, onun ümumbəşəri dəyərləri-
nin gələcəyə ötürülməsində bu daxili və xarici siyasət diplomatlarının rolu 
əvəzsizdir. Bu mənada, şair, filosof elə həmin sistemin diplomatıdır. Əlbət-
tə, mənəvi sistemin ordusu olaraq müəllimləri, onun ruhunun, canının mü-
hafizə edilməsində qayda-qanun keşikçilərinə həkimləri də fikrimizdən təc-
rid etmirik. Amma hər halda cəmiyyətin mənəvi sisteminin ümumi ahəngi-
nin qorunub gələcək nəsillərə ötürülməsində, onun xarici siyasətinin uğuru-
nu təmin edən diplomatların - şairlərin xidmətini qətiyyən inkar etmək ol-
maz. "Şairlik - özünəməxsus bir diplomatiyadır". Professor Nizami Cəfəro-
vun fikrini enerji qaynağı kimi qəbul etsək deməliyik: onun fikrincə, N.Hə-
sənzadə Azərbaycanın ən səmimi diplomatıdırsa, demək, onun ardıcılları da 
var. Və bu ardıcıllar sırasında H.İsaxanlı birincilərdəndir. 
                                                 
1
 Nəriman Həsənzadə,” Seçilmiş əsərləri”,  “Şərq –Qərb” nəşriyyatı Bakı - 2004, s. 5  


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə