Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə47/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   43   44   45   46   47   48   49   50   ...   73

144 
 
Qalanını hər kəs özü düşünə bilər. Amma bir həqiqət də var ki, H.İsaxanlı 
heç kimə bənzəməyən, heç kimin nə formaca, nə də məzmunca getdiyi yolu 
getməyən bir şairdir.  Şəhriyar  "Heybərbabaya salam"ı ilə  məktəb yaratdı. 
Və onun məktəbinin ən böyük müdavimləri İraqda - Kərkükdə, Anadoluda, 
Azərbaycanda, xüsusilə Cənubi Azərbaycanda dilə, yurda, yaddaşa qayıdış 
sayəsində əvəzsiz xidmətlər göstərdi və bu "salam"a yüzlərlə cavablar yazıl-
dı.  Əslində, H.İsaxanlının  "Ziyarət" poeması o salamlardan biridir. Ancaq 
şairin yaratdığı Yaddaş Sahibi obrazının özünün düşündüyü məzmunda, 
özünün göründüyü formada...Yəni H.İsaxanlının bütövlükdə poeziyasının 
vəzn baxımından, çəki baxımından, mənəvi yük baxımından müdrikliklə
fəlsəfi ümumiləşdirmələrlə yaradıcılıq baxımından bu əsəri özünün original-
lıq gücünü qoruyub saxlayır və  şairin bütövlükdə yaradıcılığının mahiyyə-
tini ifadə edən, şairin özünü təqdim edən bütöv formanın bir hissəsidir. 
...Bəs Yaddaş Sahibinin əsl həyatı nə vaxtdan başlanıb? Onun bu baş-
lanğıcdan əxz elədiyi, götürdüyü nədir? Hansı hissi, hansı duyğunu yaddaşı-
nın başlanğıcına bünövrə olaraq həkk eləyib. Və əslində, Yaddaş Sahibinin 
həyatının mənası o özül daşındadır, onu dərk eləməkdə, onu qavramaqdadır: 
 
Öz həyatım öz-özümü bilən gündən 
Yaddaşıma düşən günlərdən başlayıb. 
Xatirələr! Onlardan hörülmüşəm mən 
Nələr olub - onlar bilir, bir də fələk. 
 
Hələlik, dəqiq və aydın bilmir nədir onun yaddaşının özül daşı? Sanki 
doğulan gündən ilk çığırtılarının başladığı andan başlayaraq, yaranışının 
şüura, düşüncəyə, yaddaşa gəlib çatdığı bütün mərhələləri özünün fantaziya-
sı ilə təzədən keçir. Və yalnız bundan sonra yəni xatirələrin izi ilə ilkinliyə 
tərəf, ilkinliyin əzəlinəcən yol gedir. Adidən aliyə, sadədən mürəkkəbə doğ-
ru qayıdış onu arzuladığı ana çatdırır, axtardığını ona göstərə bilir bu yol: 
 
Yadımdadır bugünkü tək 
Əllərimlə qazıdığım qara torpaq, 
Bir ağ kağız, həyətdəki meyvəli bağ. 
Yadımdadır, ucu sınan göy qələmim
Budağından ayrı düşən yaşıl yarpaq. 
 


145 
 
Əllərində qazdığı bir ovuc torpağın, bir vərəq ağ kağızın, həyətdəki 
meyvəli bağın yaddaşında ilişib qalmış ucu sınan göy qələmin, budağından 
ayrı düşmüş yaşıl yarpağın nə demək olduğunu anlamaq o qədər də çətin de-
yil. Amma bu ilkin anlamdan uşağın torpaqla evcik qurduğu günlərindən ke-
çən anlamdan fərqli bir məna da var bu yaddaş əşyalarında. Uşaq oyunca-
ğının əvəzi olan bir ovuc torpaqda, bir vərəq kağızda. Amma yox, əsas məna 
tamam başqadır. Elə Yaddaş Sahibinin özüdür o bir ovuc torpaq, o buda-
ğından ayrı düşmüş yarpaq, ucu sınan göy qələm o balaca uşağın böyük 
dünyaya gedən yolunda, onun ruhunda, təbiətində yaranacaq böyük sarayın 
özül daşları bax elə budur. Zənnimizcə, nə o bir ovuc qara torpaq, nə o bir 
vərəq ağ kağız, nə də ucu sınan qələm olmasaydı, budağından ayrı düşən o 
yarpaq, - o uşaq olmasaydı, o, gəlib bu geniş aləmə çatmasaydı, Yaddaş Sa-
hibinin bugünkü əzəmətini də görə bilməzdik. Həmin ağ kağız mahiyyətin-
də uşağın ağ lövhə kimi dünyaya gəlişinin də mənasını duymaq çətin deyil. 
"Ziyarət" əsərində təkrarsız lövhələr var, bənzərsiz lövhələr var. Əslin-
də, elə poeziya bənzərsiz anların poetik lövhələrə çevrilməsidir. Poeziya ya-
ranmamışdan, doğulmamışdan da əvvəl vardı. İnsanın yaşadığı ilkin mağa-
radan ta bu günəcən təbiətdə və cəmiyyətdə, həm görünüşdə, həm də düşün-
cədə poeziya yaşayır. Amma şairlik missiyası, şairin təbiəti bu bənzərsiz an-
ların bənzərsizliyini görməyi bacarmalıdır. Və o zaman təbii ki, bənzərsiz 
anların poeziyası yaranacaq. Belə  bənzərsizlik anlarından biri də  "Ziyarət" 
poemasında elə buradaca misra-misra gözlərimizin önünə  gələn lövhədir. 
Elə bil ki, Yaddaş Sahibinin özü yox, hər hansı birimiz ömrümüzün ən xoş-
bəxt, ən gözəl, ən təkrarsız və heç vaxt unudulmayacaq bir anını H.İsaxan-
lının bu misraları bizə qaytardığına görə, ona minnətdarlığımızı bildirməyə 
tələsər və bu tələsmənin içərisində bizə fərəh, saf duyğular bəxş etdiyinə gö-
rə, həyəcanlı anlar yaşayırıq: 
 
Gözlərimin önündədir nakam əmim, 
Uzun boylu, enli kürək, ömrü gödək. 
Yadımdadır, onu yoldan saxlamağım - 
Geri dönüb qucağına aldı məni. 
At belində seyrə çıxdıq göy çəməni. 
Yolda papağım düşəndə 
Dedi: "hanı bizim papaq? 
Tez ol, qoçaq, atı çapaq, onu tapaq". 


146 
 
Güldü o da, güldüm mən də 
Səadətdir böyük, kiçik bir güləndə. 
 
Bircə sözü də saxlamaq, bircə misranı da kəsmək istəmirsən. Elə bil ki, 
hansı misrada dayansan həmin o köhlən at da dayanacaq. O köhlən atın üs-
tündəki qoçaq əmi də, həyatın dadını-tamını axıracan görməmiş, Yaddaş Sa-
hibinin xatırlamalarında nakam kimi qalan uzun boylu, enli kürək, ömrü gö-
dək əmi, o xoşbəxt uşaq gözlərimizin önündən bir anda uçub gedəcək. Papa-
ğı külək aparır. Amma əmi demir ki, hanı sənin papağın? Deyir ki, hanı bi-
zim papağımız? Nə qədər dəqiq, nə qədər doğma bir sual. Məsuliyyət təkcə 
uşağın deyil, həm də uşağı küləkdən qorumalı olanındır. Onlar o yel qanadlı 
köhlənin üstündə çapıb küləyi qabaqlayır, papağı küləyin ağzından alırlar. 
Və bundan sonra əminin də, uşağın da sevinməyi təbiidir. Amma bu bənzər-
sizliyin, amma bu ecazkarlığın, amma küləklə döyüşdə qalib gəlməyin mən-
tiqi nəticəsi daha gözəldir:  "Səadətdir böyük, kiçik bir güləndə". Üst-üstə 
qalaqlanmış cildlərə  bərabər, fatehlərin işğalçılıq niyyətlərinə  bəraət gətir-
məyə çalışan  "tomların" hamısının  əvəzində iri bir qranit lövhə, təbii daş 
üzərində elə bircə bu cümləni yazmaq bəs eləyərdi. Dünyanın xilas yolu elə 
bircə bu cümlənin içərisinə yığılmış mənadan, mahiyyətdən ibarətdir. Dün-
yanın xilas yolu zorda, gücdə, mənəmlik iddialarında, dünyanın ən təhlükə-
siz banklarına yığılmış sərvətdə, pulda deyildir. Sözün həqiqətindədir, poe-
ziyanın saf, duru, bulaq kimi tər-təmiz təbiətindədir. 
İndi dünyadan köçüb getmiş  nənənin həmin o uşaqlıq anlamında ilkin 
yaddaş özülündəki obrazı da nə qədər səmimidir, nə qədər sağlamdır: 
 
Nənəm də ki... hamıdan tez oyanardı 
Biz duranda həyətdə ocaq yanardı. 
Yadımdadır bu günkü tək 
Salxım söyüdün altında ağlamağım. 
"Ömrüm-günüm, sən ağlama" deyən mələk 
Baxdı mənə, yenə gözləri yol çəkdi. 
Doluxsunub öpdu yorğun gözlərimdən, 
Bir gün o da məni qoyub gedəcəkdi. 
 
Nədənsə,  buradaca  türk dünyasının  böyük ustadı Oljas Suleymenovun 
ölməz "Az-Ya"sından çox məşhur olan bir epizod xatirimdə canlandı:  


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə