Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə41/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   37   38   39   40   41   42   43   44   ...   73

126 
 
qabaqca bir neçə kəlmə ümumi ədəbi-mənəvi mənzərəmiz haqqında danış-
maq yerinə düşərdi. Nədənsə, mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatının 
son iyirmi illik dövrü ilə XIX əsr rus ədəbiyyatının Puşkin və Belinski 
mərhələsi çox cəhətlərdən bir-birilə səsləşir. Belinskini narahat edən sualları 
biz müasir dövrümüzdə görürük. Həmin suallar həyatımızın ən müxtəlif tə-
rəflərində bizim qarşımıza çıxır - ədəbiyyatın mənbəyi həyat olduğu üçün 
birinci həyatımızda və onun davamı kimi ədəbiyyatda. 
...Ən əlvan rəngdə də qaralıq görən, ən təmiz səmada da gözləri bulud gə-
zən, bir sözlə, günəşin üzündə də ləkə axtaranlar həmişə var. Görünür, XIX 
əsrdə də, xüsusilə ədəbiyyatda ən yaxşı əsərə belə ağız büzənlər az olmayıb. 
Şübhəsiz, belələrinin münasibət zəmanəsinə görə, sözün ən qızğın təəssübkeşi 
və müdafiəçisi olan Belinskini də qəzəbləndirməyə bilməzdi. Aristarxların  
"Puşkin haqqındakı istər tərifləyici, istərsə  də pisləyici söz-
lərinin hamısı belədir; bunlardan heç bir şey  əxz etmək və heç 
bir fayda götürmək olmaz."
1
  
Aristarx Belinskinin qeydində göstərildiyi kimi, yersiz irad tutan tən-
qidçi üçün məcazi addır. Eramızdan  əvvəl II əsrdə yaşamış  qədim yunan 
alimi və  tənqidçisi Aristarxın adından götürülmüşdür. Nə üçün Aristarxı 
yada saldıq? Çünki belələri müasirlərimiz arasında da az deyil. Əgər Puşki-
nin müasirləri onun hər hansı bir əsərindən qat-qat, dəfələrlə çox olacaq qə-
dər yazıblarsa, demək, hər bir ədəbi-tənqidi məqalə müəllifi Puşkinin yarat-
dıqlarının nüvəsində  nəyi isə görüb, cəmiyyət üçün əxz olunmalı, qəbul 
edilməli keyfiyyətlər olmasaydı, nə  "Ruslan və Lyudmila" haqqındakı mü-
bahisələr, nə Yevgeni Oneginin yerli-yersiz ittihamları, mühakimələri... heç 
biri olmazdı. Kimlərəsə elə  gəlir ki, ədəbiyyat xüsusi monopoliyadır. Və 
icazəsiz onun sərhədlərini keçmək olmaz. Amma kimlərsə, kimsənin iznini 
gözləmədən özünün dünyasını yaradır, sözlə ülfət bağlayır. Göydən ay gətir-
məsə də, özünün fikir dünyasından, yaddaş aləmindən ən orijinal, ən duyğu-
lu hissləri sözə gətirə bilir. Təbiidir ki, bir daha təkrar etməyə dəyər, ədəbiy-
yatın, Belinskisayağı desək, ən ümdə vəzifələrindən biri də həyatın ayrı-ayrı 
lövhələrini, bütövlükdə cəmiyyətin və təbiətin nəyi varsa, hamısını - ən en-
siz cığırınacan, ən gur axan çayınacan, sürüşən torpağınacan, daşınan, satı-
lan  əmlakınacan,  ən fərdi duyğularla yaşayan insanınacan... nə varsa, ədə-
                                                 
1
 V.Q.Belinski. "Rus ədəbiyyatı klassikləri haqqında". Bakı , 1954, s.98. 


127 
 
biyyata gətirilməlidir. Amma təxəyyüldən keçirilib gətirilməlidir. Gələcəyin 
adamlarının təsəvvürünə işıq, zəkasına yeni düşüncə əlavə edəcək gücdə gə-
tirilməlidir. Bu baxımdan  "Ziyarət" poemasında kənd həyatı, onun bütün 
əzabları, çətinlikləri, ağrıları, acıları yaz başlayandan çabalayan kəndlinin 
ruzi, dolanışıq imkanı qazanmaq üçün cidd-cəhdləri - bütün bunlar Turgen-
yevdə də, Puşkində də, L.Tosltoyda da kifayət qədər öz əksini tapıb. Eləcə 
də, H.İsaxanlının  "Ziyarət"  əsərində  də sanki XIX əsr rus ədəbiyyatından 
varisliklə qidalanma hiss olunur. Kənd ocağında nəşə görən bir uşaq indi 
uşaq olmasa da, yaddaşının gücünə həmin zamana qayıdır. Sanki ecazkar bir 
kənd axşamını ən azı əlli il bundan əvvəlki zamandan qoparıb bizim gözlə-
rimizin önünə gətirir. 
Soyuq qış axşamı üçün kasıb komanın yeməyi, ruzisi ilə ocağı yarıdır, - 
deyərlər. Sanki xalqda olan və uzun illərin sınağından çıxmış bu və ya digər 
dərəcədə elə bu gün də öz qüvvəsində qalan həmin fikrin, həmin hökmün 
mənzərəsini müəllif belə çəkir: 
 
Üstümüzü alanda qış, 
Bir nəşəydi odun yarmaq. 
Əllərimdə havalanmış 
Uzunsaplı baltaya bax. 
Hər zərbədə yüz qamqalaq... 
Odun yığın qucaq-qucaq! 
 
İlk baxışdan diqqəti çəkən heç nə yoxdur. Bir uşağın - baltanı qaldırıb 
odunu yarmaq gücündə olan, hələ ilk gəncliyinə, bəlkə, qədəm basmamış 
yeniyetmənin odun yardığı mənzərədir. Sanki qolunda güc duyan, artıq çox-
dan bəri evin dolanışığına kömək eləməyi özünə borc bilən bu yeniyetmə 
elə bil ki, odun yarmır, ailənin ocağını soyudacaq, evə soyuq gətirəcək və bu 
soyuqla bərabər çoxlu bəlalar da gətirəcək "qara divin" başını əzir, şərin qa-
bağını kəsir. Balta onun əlində deyəsən, şərlə döyüş alətidir. Uzun saplı balta-
nın gənclik eşqilə coşub-çağlayan yeniyetmənin  əlində "havalanması" onun 
təkcə fiziki gücünü yox, həm də  mənəvi gücünü göstərir, qətiyyətini gös-
tərir, inamını göstərir. Gücü çatdığı üçün qarşısını kəsdiyi soyuq adlı şərlə 
vuruşduğu üçün, daha doğrusu, vuruşa bildiyi üçün nəşələnir. 
Döyüşçü gücündə pörtüb-qızarır. Və beləcə, onun qanı qaynayır: 


128 
 
Bir nəşəydi odun yarmaq, 
Yardıqca pörtüb-qızarmaq... 
Oynayırdı qəlb də, can da 
"Yoruldun, bəsdir, gəl", - deyə 
Evdən kimsə çağıranda - 
Ayrıla bilməzdim işdən 
Həzz alardım bu gərdişdən... 
 
İnsan inamının gücü, gücün çatan işdən yapışmağın zövqü, fərəhi du-
yulur bu misralarda. Bu, sanki bir tale gərdişidir. Yeniyetmənin qışla yazın 
arasından keçib gələn sınağının davamıdır. Özünün yardığı odunların ocaq-
da yanmasına baxır; alov dilləri, ətrafa yayılan isti hərarət deyəsən, elə onun 
qəlbinin hərarətidir, ürəyinin alovlarıdır. O, özünün gücünü həmin alov dil-
lərində görür və onun nəzərində nə qədər çətin də olsa, ruzi daşdan da çıxsa, 
həyat gözəlləşir: 
Ocağa hərdən odun at, 
Ocaq yandıqca çathaçat. 
Gözəlləşir, gülür həyat. 
Nəşə var kənd ocağında - 
Bərəkətli qucağında. 
 
Həyatdan duyduğu bu fərəh onun üçün elə həyatın gözəlliyidir. Bu səh-
nə dramatik bir əsər kimi, vuruş səhnəsi kimi, son nəticədə, isti ocağın yanı, 
ailə üzvlərinin qış gecəsindəki  əminliyi ona fərəh gətirməzdi. Belinski Ju-
kovskidən danışanda onun qəhrəmanlarının rus poeziyasına ruh və ürək ver-
diyini qeyd edir. "Ziyarət" əsərinin Yaddaş Sahibi kimi təqdim olunan əsas 
obrazı  əsərin dərinliklərinə vardıqca  ən müxtəlif çalarlarda - torpaq, yurd, 
uşaq, nənə, baba... təzahür etsə də, əslində, ruhun və ürəyin təmsilçisidir. Bu 
uşaq ailənin istiocağın başında yığışıb axşam yeməyinin süfrəsində özünün 
halal payını görür. Çünki elə bu süfrənin araya-ərsəyə gəlməsində onun dö-
yüş payı var: 
Küllü kartof, çörək, pendir... 
Qəlb duyğulu sözə bənddir, 
Ruhun doğum yeri kənddir. 
Şəhərdə tez gözünü yum
Kəndə qonaq gəl, oxucum! 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə