Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə37/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   33   34   35   36   37   38   39   40   ...   73

114 
 
Demək, lövhələrin oyatdığı təəssüratdan başqa, həyatın və təbiətin özü-
nü görə bilmək, həyatın və təbiətin harmoniyasını, səsini başa düşmək başqa 
məsələdir, təsirləri vermək başqa. Yaxşı olardı ki, ədəbiyyatda, sənətdə bu 
tərəflər arasıda qırılmaz vəhdət olaydı. 
Əhməd Ağaoğlu (1869, Qarabağ,  Şuşa - 19.05.1939, İstanbul) böyük 
mütəfəkkir idi. İstər siyasətdə, istər sosiologiyada, istərsə  də  fəlsəfədə öz 
dəst-xətti olan, özünün dediyi kimi, "Üç mədəniyyət"də kamil olan şəxsiyyət 
idi. Və o, Osmanlı ədəbiyyatdında həyat yoxdur, - deyəndə heç bir qəzəbə 
və qərəzə yol vermirdi. O, bu cür kəskin qılınc kimi sözləri ilə ədəbiyyatın 
boynuna haqq qoyurdu. Sənətin, sözün missiyasını bir daha xatırladırdı. Tə-
sadüfi deyil ki, fransız, rus və ingilis ədəbiyyatının gücündən danışanda bu 
xalqların  ədəbiyyatındakı  zəngin aləmi, ucsuz-bucaqsız mənəvi genişliyi 
idealizə edirdi:  
"Əgər bütün Paris və Parisin tarixi yer üzündən qalxıb, yalnız Viktor 
Hüqonun "Notre Dame de Paris"i ("Notre Dame de Paris" - məşhur 
fransız yazıçısı Viktor Hüqonun (1802-1881) "Paris Nortdam kilsəsi" 
romanı  nəzərdə tutulur) ilə Zolyanın "Vente de Paris" ("Vente de 
Paris" – naturalist fransız yazıçısı Emil Zolyanın (1840-1902) "Paris 
küləyi" əsəri nəzərdə tutulur) adlı əsərləri qalmış olsaydı, biz yenə Pa-
risin istər orta əsrlər və istər daha sonra gələn zamanlardakı  həyatı 
haqqında tam bir fikir əldə edə bilərdik. Küçələrindən, memarisindən, 
geyiniş tərzindən, evlərin döşəməsindən başlayaraq, kilsələrdəki ayin-
lərinə, kənd satıcılarına qədər, xəyalımızda canlandıra bilirdik. Bu xü-
susda rus və ingilis ədəbiyyatı o qədər irəli getmişdir ki, Rusiyada və 
İngiltərədə təsvir edilməmiş, canlandırılmamış tək bir çay, tək bir or-
man, tək bir step, tək bir heyvan, tək bir insan və yaşayış tərzi bura-
xılmamışdır". 
1
 
Böyük ustadın ruhu qarşısında bu sözlərdən sonra səcdə etməmək sa-
dəcə, mümkünsüzdür. Könül nə qədər həyəcanlanır, insan nə qədər qanadla-
nır, ədəbiyyata, həyata bu qədər sevginin haradan qaynaqlandığını axtarmır-
san, sadəcə, başa düşürsən, anlayırsan ki, ədəbiyyatı başa düşən adam, hə-
yatı sevən Adam, millətinə və xalqına bağlı olan İnsan elə bu cür yaza bi-
lərdi. 
                                                 
1
 Əhməd Ağaoğlu. "Üç mədəniyyət". Mütərcim. Bakı, 2006,  s.111. 


115 
 
"Ziyarət"də  mən belə bir həssaslıq görürəm. Heç bir ormanın, heç bir 
çayın, heç bir ağacın, heç bir cığırın, heç bir yolun unuludmadığını görürəm. 
Əhməd Ağaoğlunu da düşündürən elə budur. "Qışla yazın arasında", əlbəttə, 
əsərdə tənəklərin, uşağın qaldıra bilmədiyi budaqların, cərgələrin, arxların, 
arx üstündəki otların xüsusi emosional duyğularla qələmə alınması yaddaş-
dan işıq zərrələri kimi görünən nə varsa, hər şeyin qələmə gətirilməsi, özü 
də xalıda öz yerində olan ilmələr kimi naxışlanması, sözlərin ruh kəsb elə-
məsi - bütün bunlar sanki həqiqətən təbiətdə, iqlimdə yazla qışın arasındakı 
həyatın özüdür: 
Yaşıllaşır yaza sarı 
Yumşaq söyüd budaqları. 
Onları bir-bir kəsərdim 
Yarpaqlardan təmizləyib, 
Tənəkləri ehmal əyib 
Əlimdəki söyüdlərlə 
Məftillərə bağlayardım, 
Tənəyə gün ağlayardım. 
 
Müəllif tənək budaqlarının məftillərə bağlanmasını yada salır. Söyüd 
şivləri ilə - ip əvəzi nazik çubuqlarla bağlanan budaqlar bara, bəhərə dola-
caq, uşaq  əllərinin gücü ilə  tənəklərə gün ağlanacaq və o tənəklər bir gün 
qışla yazın arasından keçib açılan tumurcuqları ilə uzə güləcək və son nəti-
cədə ailəyə gün ağlayacaq. 
Mənə elə gəlir ki, uşaq aləminin yaddaşında iz buraxmış bu ömür par-
çası min ildən sonra oxunsa da, həmin uşağın yaşadığı dövr, zaman, həyat 
keşməkeşləri arasında çırpınan diləklərin hamısını göstərəcək öz rəngində, 
öz rayihəsində, öz ətrində, qoxusunda. Bəlkə də, elə bu cür təsvirləri nəzər-
də tuturdu Əhməd Ağaoğlu. Yoxsa, başqa cür necə  təsvirlərdən yaranan 
hissiyyatı belə ilhamla qələmə almaq olardı:  
"Bu kimi təsvirlərin istər estetik və istər ictimai baxımdan pedaqoji tə-
sirləri böyükdür. Bu təsvirlər bəsit bir baxışla görülməyəcək gözəllik-
lər göstərir. Oxucu onları oxuyarkən, yanından qeydsiz keçərək heç 
diqqətini çəkməyən olaylarda nə qədər ahəng və musiqi olduğunu an-
lamağa başlar. Yavaş-yavaş özü də gözəllikləri görməyə, kəşf etməyə 
başlayır. Ruhu, qəlbi yüksəlir, incəlik qazanır. Digər tərəfdən, təsvir 
olunan lövhələrdəki gözəlliklər, istəmədən oxucuda bu lövhələrə qarşı 


116 
 
bir sevgi, bir bağlılıq oyandırır, bu işdə  ədəbiyyat sehrli bir amildir. 
Mənə ilk əvvəl Qafqazı sevdirən, Qafqazın gözəlliklərini anladan Ler-
montovla Puşkinin təsvirləri olmuşdur. Bunun kimi Qafqaz kəndlisi-
nə, onun saf və təmiz həyatına qarşı ilk hissi bağlılığımı, yenə bu ya-
zarların  əsərləri oyandırmışdır. Vətən sevgisi, vətən eşqi, iştə, belə 
doğar, belə qüvvətlənər. Bu eşq və sevgi, təlqinlərdən, zehni təsirlər-
dən ziyadə duyğu tərbiyəsi ilə doğar"
1
.  
Əlbəttə, Əhməd Ağaoğlunun düşüncələrindən belə qənaətə gəlmək olar 
ki, əslində, ədəbiyyat özünün ovsunu, sehri, ecazı ilə insanı həyata, təbiətə 
bağlamalıdır. Həyata və təbiətə sevgi ilk növbədə elə ədəbiyyatdan qaynaq-
lanmalıdır. Qoy eybi yoxdur, təbiətlə insan arasındakı, daha doğrusu, tə-
biətlə insanın gücü arasındakı təzadı ədəbiyyat olduğundan da artıq versin. 
Sunaminin gətirdiyi fəlakəti, zəlzələnin dünyanı  vəlvələyə salıb insanlara 
vahimə gətirməsini ədəbiyyat qədərindən artıq yaddaşa yazsın. Əvəzində in-
san bu təbii fəlakətlərə də davam gətirməyin yolunu tapsın. Təki insan yaşa-
mağa davam etsin. Lap elə qışla yazın arasında o göynəyən uşağın sızıltıları, 
əzabları bizi təzədən göynətsin. Amma unutmayaq ki, biz həyatı daha yaşarı 
eləməyə gəlmişik. Ən azı tənəklər arasında titrəyən o uşağın xatirinə. Qayı-
daq, qışla yazın arasına. Ayazların, şaxtaların körpə uşaq barmaqlarını gö-
yərtdiyi, cansız, cılız bədənindən küləklərin keçdiyi məqama: 
 
Qışla yazın arasında 
Ayaz ikiqat olurdu. 
Aman verməzdi azacıq, 
Üstdən də külək vururdu. 
Bağ da ki hər yerdən açıq, 
Gizlənəydim harasında?! 
Canıma soyuq dolurdu. 
 
Yaddaş Sahibinin uşaq aləmi görün, bizə nəyi deyir? Hər tərəfdən külə-
yin, ayazın kəsdiyi uşaq işləməkdən qala bilməz. Axı vaxt gedir, onun üzüm 
budaqlarını bağlamaq payı var, dayana bilməz, amma nə olaydı bu bağda bir 
dalda yer olaydı. Yaddaş Sahibinin xatırladığı kimi bağda da dalda yer yox-
dur. Uşaq çalışır, çarpışır. Həm iş üstündə onun uşaq yaşına uyğun gəlmə-
yən ağır zəhmətin özü ilə çarpışır, həm də elə fiziki olaraq öz canı ilə çalışır, 
                                                 
1
 Əhməd Ağaoğlu. "Üç mədəniyyət". Mütərcim. Bakı, 2006,  s.111. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə