156
şadan elə yuxudur. Və onun ayılandan sonrakı düşüncələri də, əslində, bir
anlıq olan səadətin yaşantılarıdır.
Çox qəribədir, insan yuxu görür, sevincli anlar yaşayır və eyni zamanda
elə yuxunun özündə də, hələ ayılmamış elə bunun yuxu olduğunu da bilir.
Demək, yuxu həm də insanın iztirablı yaşantılarıdır. Ayılandan sonra Yad-
daş Sahibinin gözündəki yaşın sevincdən, yoxsa kədərdən yarandığını de-
mək də çətindir:
Ayıldım ki, gözümdə yaş
Yuxular da bir an olur....
Saçımda dən, qəlbimdə daş...
Könül evi viran olur
Uçub gedir yavaş-yavaş...
Yaddaş Sahibi yenidən özünə qayıdır. İndi onun uşaqlığı da yoxdur, ar-
zuladığı qeyri-adi görüş də yoxdur. Onun kədərləri, iztirabları, ağrıları sinə-
sinin üstündən asılmış daşa bənzəyir. Və o, uşaq olmaqdan başqa, heç gənc
də deyil. İndi onun saçlarında dənlər ağarır. Özünü dərketmə, özünəqayıdış
onun müqəddəs aləmdən ayrılmasının əsasıdır. Yaddaş Sahibi isə o mü-
qəddəs aləmdən ayrılmaq istəmir. Yavaş-yavaş uçub getməkdə olan xəyalla-
rının arxasınca baxır. İndicə qucaqladığı dünyanı təzədən itirmişdir. Elə ona
görə də onun könül evi viranədir. Xəyal aləmi yenidən onu qanadlarına alıb:
bəlkə, gözünü yumsun? Bəlkə, gözünü yummaqla itirilmiş dünyanı təzədən
qaytarmaq olar:
Gözümü təzədən yumdum...
Yuxuma şəfəq dolaydı...
Nakam gedən atam, əmim,
Neçə qohumum, həmdəmim
Dörd yanımda cəm olaydı,
Yanımda nənəm olaydı...
Amma bunların heç birisi mümkün olmasa da, yenidən arzuların arasın-
dadır. Həyatla çarpışmada olan, lap elə gerçəkləşməsi mümkün olmayan ar-
zuların onun yuxusuna nə qədər işıq gətirən adamların şəfəqləri dolsa da,
istilər, hərarətlər gəlsə də, itirdiyi doğmalarını təzədən qaytara bilmir. Və
Yaddaş Sahibi atası ilə, əmisi ilə itirdiyi qohum-əqrəbaları ilə həsrətini çək-
diyi həmdəmlərilə birgə yenə onun uşaqlıq aləminin qayğılarını çəkən, üşü-
müş əllərini qoynuna-qoltğuğuna qoyub isitməyə çalışan nənəni yaddan çı-
157
xarmır: "Nənəm yanımda olaydı". Təkcə nənənin yanında olması o demək-
dir ki, bəlkə də, o itirilmiş dünyanı bütövlükdə qaytarmaq olarmış.
Müəllif buradaca Yaddaş Sahibindən ayrılır. İndi o, tək-tənhadır. Bu
çal-çağırlı, get-gəlli, hay-haraylı dünyanın içərisində, onun arxasınca kölgə-
sini qılınclayanların nəzərləri altında, onun çıxışlarını alqışlayan, onu xoş
nəzərlərlə qarşılayan, onu sevən adamların arasında tənhadır. Və bu tənha-
lıqda özünün çox dəqiq məntiqi yekununa gəlir:
Çaylar axmazmış tərsinə,
Mənsə uymaq istəmədim -
Zamanın quru dərsinə...
H.İsaxanlının poeziyasında lövhələr tez-tez dəyişir. Bu, onu göstərir ki,
o, bir alim, publisist, sərrast, məntiqi gücə malik natiq olmaqdan başqa, bü-
tün ruhu poeziyanın hakimiyyəti altında olan və bu hakimə özünü bütün var-
lığı ilə təslim edən istedadlı bir şairdir. Və heç şübhəsiz, heç vaxt H.İsaxan-
lının səmimiyyətini onun şairliyindən ayırmaq olmaz. Bəlkə də, onun şairli-
yinin və demək poeziyasının ən üstün məziyyətlərindən biri səmimiyyətdir -
həyata, insanlara, eləcə də keçmişə və gələcəyə səmimiyyət.
158
Dedal və İkar əfsanəsi
Hər kəsin öz zəmanəsində yaradıcılığı ilə, qəhrəmanları ilə, yaratdığı
obrazlarla sevilməsi müxtəlif cür ola bilər. Elə sənətkar var ki, zəmanəsində
hədsiz dərəcədə sevilə bilər, hamının dilinin əzbəri olar. Amma zaman keçər
bəlkə, elə öz sağlığında da unudulmaq təhlükəsi qarşısında qalar. Amma zə-
manəsinin döydüyü sənətkarlar da var ki, onlar vaxt keçəndən, zaman dəyi-
şəndən sonra düşüncələrə hopa bilər. Zəmanəsinin tanımadığı sənətkarı
özündən sonrakı nəsillərin bu cür tanıması, əzizləməsi mümkün olan haldır.
Həm bizim ədəbiyyatımızın tarixində, həm də dünya ədəbi həyatında belə
hallar az olmayıb. F.Kafkanın taleyini yada salaq, S.Fitsceraldın faciəli tale-
yi zəmanəsinin tanımadığı sənətkarın taleyi deyilmi? Eləcə də, konkret ola-
raq bu gün yaradıcılığını araşdırmağa çalışdığımız, obrazlarının mahiyyətinə
vardığımız, əsərlərinin psixoloji, mənəvi köklərini axtardığımız şair H.İsa-
xanlının yaradıcılığını hamının sevdiyi və bildiyi iddiasında da deyilik. Am-
ma buna şübhəmiz yoxdur ki, onun yaradıcılığını xüsusi diqqət və zövqlə
oxumaq istəyən hər kəs onu bir şair kimi duya bilər, ağrılarına şərik olar. Ən
azı hədsiz səmimiyyəti qarşısında qibtə hissi ilə düşünməli olar. Axı onun
şeirləri yerdən çıxmır və göydən gəlmir. İnsan qəlbinin dərinliklərindən sü-
zülüb gəlir, duyğu ilə, hissiyyatla süzülüb gəlir. Görünür, elə bu səbəbdən
də onun hər bir şeiri, demək olar ki, bütün obrazlarının arxasında bir insan
aləmini, başqasının görə bilmədiyi, bəlkə, dərinliyinə vara bilmədiyi bir
aləmin təqdimatıdır. Artıq biz Hamletin yuxuları haqqında xeyli danışdıq. O
yuxuları haqqında danışdıq ki, çayların tərsinə axmazlığı haqqında həqiqəti
göstərirdi. Yuxu bir arzu olaraq, istək olaraq, könül aləminin yanğısına ca-
vab olaraq bir udumluq su kimi insanı sevindirə bilər; səhrada susuzluqdan
əzab çəkən adam üçün bir udumluq su nədirsə, elə o qədər sevindirə bilər.
159
Bəli, yuxu həyatı qaytara bilməz. Amma əvəzində şairin insan ağrılarının
dərinliyinə vara bilməsi üçün mənəvi körpü olar, yolgöstərən bələdçi olar.
Onu çağıran, yaşamağa, yaratmağa səsləyən ecazkar bir səs olar. Elə burada-
ca yenidən Freydin mülahizələrinə qayıtmaq yerinə düşərdi:
"Yuxugörmə - müstəsna dərəcədə mürəkkəb, sirli, möcüzəli bir psixi
fenomendir. Əsrlərlə bu fenomenin üzərindən "mayya pərdəsini" gö-
türmək mümkün olmamışdır. Əslində, bu problem ruh haqqında elm-
lərin "Qordi düyünü" hesab edilir. Belə bir problemi bir cümlə ilə
ifadə etmək oxucu üçün yeni bir müəmma yaratmağa bənzər bir şey
olardı. Bu gün ona verilən ən qısa və elmi məzmunlu tərif Freydin bu
mülahizəsi ola bilər ki, "yuxugörmə - həyata keçməyən arzuların
ifadəsidir"
1
.
Müəllif göstərilən nümunədə yuxunun sirlərinin açımını "Qordi
düyünü" ilə müqayisə edir. Konkret olaraq nəticəni həyata keçməyən
arzuların ifadəsi hesab eləsək və bu nəticədən gələn yanaşma ilə şairin
yuxularına münasibət bildirməli olsaq, onda bu yuxuları iki qismə ayır-
malıyıq. Birincisi, həqiqətən həyata keçməyən arzuların ifadəsi; ikincisi, hə-
yatın iç üzünü göstərən və müəllifin arzularının əksinə olan yuxular. "Ziya-
rət" kitabında bu iki qisim yuxuların hər birinə ən tutarlı nümunələr var.
Çayların tərsinə axmazlığını, həyata keçməyən arzuların şirinliyini göstərən
yuxular haqqında danışmışıq. İndi bir növ həyatın iç üzünü göstərən yuxu-
ların mahiyyətinə varaq: bu mahiyyətin ən bariz ifadəsi kitabda müstəqil şeir
şəklində verilmiş "yuxu" poetik nümunəsidir. Ümumiyyətlə, Hamletin Yu-
xu obrazı mülayimdir, həyat həqiqətlərinə sadiqdir, insanlara düz yol gös-
tərəndir və yaxud kəskinlik gətirəndir, səbir, dözüm aşılayandır:
Nə qədər ki ömür sürdüm,
Yuxumda hey yuxu gördüm...
Fələk gördüm, mələk gördüm,
Çayda bir div, əlində bir ələk gördüm.
Çaydan o yana bir cırtdan,
Gözlərində kələk gördüm.
Yuxuda kimlər yoxdu ki?
1
Fərman İsmayılov."Klassik psixoanalizin əsasları". Azərbaycan Milli Ensiklopediyası
NPB. Bakı, 2003, s.129.
Dostları ilə paylaş: |